Annotasiya


Pedaqoji prosesdə əlaqənin ikitərəfli olması mühüm şərt-



Yüklə 5,95 Mb.
Pdf görüntüsü
səhifə9/382
tarix25.09.2023
ölçüsü5,95 Mb.
#123681
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   382
N 211

Pedaqoji prosesdə əlaqənin ikitərəfli olması mühüm şərt-
dir ki, bunu belə formulə edə bilərik: təcrübəni verən, istiqa-
mətləndirən
 əlaqə yaradan vasitələr sistemi 
 təcrübəni 
qəbul edən, araşdıran, tədqiq edən.
Nəhayət, söylənilənlərə yekun vuraq: pedaqoji tədqiqatın yö-
nəldiyi sistem təlim, tərbiyə, təhsil və inkişafı vahidin tərəfləri kimi 
özündə birləşdirir. Pedaqogika bu təbiətə malik prosesin – sistemin 
variantlarını öyrənir, onun mahiyyətinə adekvat nəzəriyyələrin və 
texnologiyaların işlənilməsinə yönəlir.
 
1.4. Pedaqogikanın anlayışlar sistemi 
Çoxəsrlik tarixə malik olan pedaqoji terminologiya bir sıra 
elmlərin qarşılıqlı təsiri və üzvi əlaqəsi nəticəsində təşəkkül tapmış, 
inkişaf edərək zənginləşmişdir. Pedaqogika varlığı anlayışlar for-
masında mənimsəyən elmlərdən biri olduğu üçün özünün anlayış 
sisteminin təkmilləşməsinə həmişə ehtiyac duymuşdur. Bu sistemə 
çoxsaylı anlayışlar, terminlər daxildir. Pedaqogika onların köməyi 
ilə öz obyektinə, predmetinə aid olan hadisələri və prosesləri təsvir 
və izah edir, elmi ümumiləşdirmələr aparır.
Son dövrlərdə pedaqogikanın əsas anlayışları xeyli artmışdır. 
Şərti olaraq 
təlim, tərbiyə, təhsil, inkişaf, pedaqoji proses pedaqo-
gikanın əsas analayışları hesab oluna bilər.
 
Təlim anlayışı. 
Təlim ərəb sözüdür. ﻢﻠﻋ “aləmə” kökündən 
olan ﻢﻴﻠﻌﺘ “təlim, öyrətmə, elmi nəzəriyyə” mənalarında işlədilir. 
Təlim - öyrədənlə öyrənənlər arasında qarşılıqlı fəaliyyətə əsaslanan 
pedaqoji proses olaraq, öyrədən şəxsin öyrənənlərdə şüurun, intel-
lektual səviyyənin, mənəvi, əxlaqi və psixoloji keyfiyyətlərin 
inkişafına, bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə istiqamət 
verir, əlverişli şərait və imkan yaradır.
 


27 
Azərbaycan dilində ﺕﺎﻤﻴﻠﻌﺘ “təlimat, ﺖﺎﻤﻮﻠ
(ər. ﺔﻤﻮﻠﻌﻤ “məlumə” 
sözünün cəm formasıdır) “məlumat, informasiya” mənalarında 
işlədilən sözlər də eyni (ﻢﻠﻋ “aləmə”) kökdəndir. 
 
Təlim ikitərəfli pеdaqоji prоsеsdir: öyrədənlə öyrənənlər ara-
sında qarşılıqlı, məqsədyönlü, planlı pedaqoji fəaliyyətdir. Öyrədən 
şəхs təlim zamanı üç istiqamətdə fəaliyyət göstərir:
1.
Bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təşkil еdir, 
bu məqsədlə məsləhət və istiqamətlər verir;
2.
Həmin bilik və bacarıqlar vasitəsilə öyrənən şəхslərdə 
şüurun, psiхikanın, intellektual səviyyənin inkişafına diqqət yеtirir;
3.
Zəruri оlan mənəvi, əxlaqi, psixoloji kеyfiyyətlərin aşılan-
ması qayğısına qalır.
Təlim həm təhsilləndirici, həm tərbiyəedici, həm də inkişaf-
etdirici vəzifələri kompleks həyata keçirir.
Diferensial təlim - 
Təhsilalanın şəxsiyyətinə yönəlmiş təli-
mdir. Diferensial təlim – təlimi fərdiləşdirməyə imkan verir.
Təlimdə diferensiasiya bir neçə istiqamətdə aparıla bilər:
1.
Təhsilalanların qabiliyyətlərinə görə (ümumi qabiliyyətlər 
xüsusi qabiliyyətlər və s. ).
2.
Təhsilalanların maraqlarına görə.
3.
Təhsilalanların ixtisasına görə.
Diferensial təlim müxtəlif səviyyəli təlim – təhsil-tərbiyə 
prosesinin elə təşkilini nəzərdə tutur ki, hər bir təhsilalanın tədris 
materialını öz qabiliyyətinə və öz imkanlarına uyğun şəkildə mə-
nimsəmək imkanı əldə etsin
Bu halda baza bilikləri müxtəlif səviyyələrdə mənimsənilmiş 
olur. Təhsilalanın təlim-idrak fəaliyyəti qiymətləndirilərkən, onun 
səyi və yaradıcılığı nəzərə alınır.
Orta ümumtəhsil məktəblərində təlim prosesi müəllimin 
rəhbərliyi altında şagirdlərin həyata hazırlanmasını sürətləndirmək 
məqsədilə onların təhsil, tərbiyə və inkişaflarını daha səmərəli təmin 
etməyə istiqamətləndirilən elə pedaqoji prosesdir ki, burada şagird-
lərin imkanlarına uyğun inkişaf dərəcəsində əqli və əməli fəaliyyətə 
cəlb olunma aktları qanunauyğun şəkildə biri digərini əvəz edir. 
Təlim qarşıya qoyulmuş məqsədə müvafiq olaraq şagirdlərin bilik, 
bacarıq, vərdişləri mənimsəməsinə, əqli qabiliyyətləri və potensial 


28 
imkanlarının inkişafına, özünütəhsil bacarıqlarının möhkəmləndiril-
məsinə, onlarda dünyagörüşün formalaşdırılmasına xidmət edir. Tə-
lim təhsilalma prosesi kimi anlaşıla bilər. Təlim prosesində şagirdlər 
elmi bilikləri mənimsəyir, müəyyən bacarıq və vərdişlər əldə edirlər. 

Yüklə 5,95 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   382




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə