Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə39/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   35   36   37   38   39   40   41   42   ...   104

Fuad  Mammado'
Kulturologiva effektivll hoval »o foalivvala acaran vol
•  monitorinqin 
elektron  verilənlər  bazasını  tərrtib  edir,  onun 
yeniləşməsini, 
onun  qorunmasını  təmin  edir, 
informasiya 
xidmətlərini həyata keçirir.
Dövlət  monitorinqinin  keçirilməsi  büdcə  vasitələri  hesabına 
maliyyələşir.
• 
İqtisadi inkişafın idarə edilməsi
MÜƏSSİSƏNİ  İDARƏETMƏ MƏHARƏTİ
ABŞ TƏCRÜBƏSİ
Piter Druker, Li Yakokka və iqtisadiyyatın idarə edilməsi sahəsində 
digər  tanınmış  mütəxəssislərin  əsərlərinin  təhlili  bizə,  menecmenti 
daha 
yaxşı 
bilmək 
üçün  zəruri 
olan  bəzi 
şərtləri 
ayırıb 
sistemləşdirməyə imkan verir.
Müəssisnin  idarəedilməsi  məharəti  menecerlərdən  aşağıdakıları 
tələb edir:
«  keyfiyyətli  təhsil,  peşəkarlıq,  səriştəliliyin  və  rəhbərliyə  yardım 
keyfiyyətinin olmasını;
•  müəyyən  edilmiş  qayda  və  texnologiyalara  uyğun  öz  vəzifə  və 
funksiyalarını vicdanla yerinə yetirmək;
•  həyatda  və 
biznesdə 
dialektik  dəyişiklikləri  və 
zaman 
faktorunu  nəzərə  alaraq,  vaxtında  və  qəti 
qərarlar  qəbul 
edilməsi üzrə idarə və cəsarət;
•  öz 
peşə 
imkanlarını 
real 
qiymətləndirmək 
və 
onu 
özünütənzimləmə 
əsasında 
həll 
edilən 
problemlərlə 
uyğunlaşdırmaq;
.  məqsədləri  düzgün  müəyyənləşdirmək,  “zəif  yerləri”  aşkar 
etmək,  prioritet  məsələləri  və  onlann  həll  edilməsinin  effektiv 
metodlarını tapmaq bacarığı;
•  məsuliyyətli qərarları müstəqil olaraq qəbul etmək bacarığı;
•  əməyi  əməkdaşlar  arasında  düzgün  bölüşdürmək  bacanğı, 
başqalarının görməli olduğu işi özünün etməsinə çalışmamaq;
162
•  mütəşəkkil 
və 
ahəngdar 
qarşılıqlı  münasibətə 
yüksək
peşəkarlığa,  məsuliyyətə  və  bir-birinə  həqiqi  dostluq  və 
məhəbbətə malik komandanın  formalaşdırılması bacanğı;
•  tabeliyində  olanlarla  sadə  davranmaq,  öz  ağlı,  xeyirxahlığı  və 
səmimiliyi,  hər  kəsin  problemlərini  bilməsi  və  anlaması  ilə 
onlann  hörmət və məhəbbətini qazanmaq bacanğı;
•  əməkdaşlannı 
diqqətlə 
dinləmək,  anlamaq, 
onlann
çətinliklərinin aradan qaldınlmasına yardım etmək;
•  əməkdaşlann, 
fəal 
iştirakçı 
kimi, 
fəaliyyət 
planının
hazırlanması və reallaşdınlmasına cəlb edilməsi bacanğı;
•  kollektiv  üzvlərini  məhsuldar  və  vicdanlı  əməyə,  effektiv 
idarəetmə  üçün  aparıcı  əhəmiyyət  daşıyan, 
işə  yalnız  biliyi 
deyil,  həm  də  qəlbi  və  təcrübəsi  ilə  yanaşmağa  motivləşdirmək 
bacanğı;
•  ünsiyyətlilik, 
adamlarla  davranış,  əməkdaşlarla 
qarşılıqlı 
fəaliyyət,  ümumi  işin  xeyrinə  insan  potensialından  məhsuldar 
istifadə  edilməsinə  təkan  verən qarşılıqlı  anlaşma və  həmrəylik 
mühitinin yaradılması bacanğı;
•  yaxşı  işçiləri  pul  mükafatı,  treninq  hazırlığı  və  vəzifələrini 
artırmaq yolu ilə  həvəsləndirilməsi;
•  kütləvi  qarşısında  çıxış  və  fərdi  söhbət  etmək  bacanğının 
olması;
•  kvartal məruzələrinin  hazırlanması.
Li  Yakokkanın  kvartal  məruzələri  sisteminin  effektivliyi  onunla 
şərtlənir  ki,  o,  yaranan  problemlərin 
həllinə  yeni  yanaşmalan 
stimullaşdınr  və  bütün  səviyyəli 
rəhbərlərə 
aşağıdakı  imkanlan 
yaradır:
•  öz  vəzifələrini  müstəqil  müəyyənləşdirib,  özünənəzarəti  həyata 
keçirmək;
•  ideyanın  həyata  keçirilməsi  üzrə  ilk  addımın  ən  uğurlu  vasitəsi 
olan, fikirləri yazılı ifadə etmək;
•  işin məqsəd, məzmun və metodlarını korrektə etmək;
•  öz xəyallarını unutmamaq;
Kuad  Mammylpv____________ Kulturologiva effekti»» haval  ta faaliyyata aparan vol
163


Fuad  Mammadov
K u ltu ro lo g iva  tffe k tiv li havat v.ı faallvvato aparan vol
•  görülmüş işlərin  nəticəsini  qiymətləndirmək,  müsbət təcrübəni 
ayırmaq 
və 
növbəti 
kvartal 
üçün 
yeni 
vəzifələr 
müəyyənləşdirmək;
•  yeni  plan  tərtib  edib,  onun 
icra  vaxtı  və  metodlarını 
müəyyənləşdirmək;
•  öz  peşəkarlığını,  əməyinin  nəticəyönümlülüyünü,  son  nəticəyə 
görə  müstəqillik və məsuliyyətini artırmaq;
•  innovasiyalı  fəaliyyəti  inkişaf etdirmək  və  onun  praktik  olaraq 
həyata keçirilməsinə yardım etmək;
.  hər bir rəhbər işçinin  əməyinin keyfiyyət və effektivliyini  aşkar 
etmək;
.  təşkilatın  bütün  səviyyələrdəki  rəhbərləri  arasında  permanent 
dialoqun  həyata keçirmək;
•  tutduğu  vəzifələrə  uyğun  olmayan  işçiləri  vaxtında  aşkar  edib 
onların könüllü olaraq imkanlarına uyğun vəzifələrə keçirmək;
•  ümumi qarşılıqlı razılaşdırılmış və  birgə işlə bağlı əməkdaşların 
fəaliyyətinin koordinasiyasını yaxşılaşdırmaq;
•  proqnozlaşdırma qabiliyyətinin formalaşdırılması;
•  müəssisə  rəhbərinin  monitorinq  və  nəzarət  fəaliyyətini 
yüngülləşdirməsi.
Li Yakokka  öz işçilərinə aşağıdakı sualları verirdi: 
ı.  Yaxın 3 ay üçün qarşınıza hansı məsələləri qoyursunuz?
2
.  Plan, prioritet və  vəzifələriniz nədən ibarətdir?
3.  Onların həyata keçirilməsi üçün  nə etmək fikrindəsiniz?
Düzgün 
qərar  qəbul  edilməsini 
təmin 
edən  faktorlar
aşağıdakılardır:
>-  məqsədə çatmaq haqqında dəqiq təsəvvür;
*-  texnoloji və marketinq tədqiqatlarının nəticələri;
*-  dəyişikliklər haqda düzgün informasiya;
*-  toplanmış təcrübə;
>-  faktlara əsaslanan intuisiya;
*-  şüurlu risk.
Menecerin natiqlik bacarığı 
ı  Nitqi vermək  istədiyin xəbərlə başlamaq.
2
.  Sonra məhz bunu söyləmək.
164
Fuad Mammadov
Ku|turok>glya c ffe ld ltll hava! va fjaliyyato aparan vol
3.  Sonda artıq söylənilənləri təkrar etmək.
4
.
  Auditoriyaya  real 
etməli  olduqlarının  təlqin  edilməsi  (yəni, 
auditoriyam lazımi dərəcədə təşkil edib,  tərk etməklazımdır).
“YAPON İQTİSADİ MÖCÜZƏSİNƏ”
NAİL OLMAĞA YARDIM  EDƏN XÜSUSİYYƏTLƏR
Ф  Sağlam milli ideya 
Ф  İntellektual mədəniyyətin prioritetləri 
Ф  Milli mədəniyyətin demokratikləşdirilməsi 
Ф  Əldə  edilə  bilən  inkişaf  məqsədlərinə  istiqamətlənmiş  elmə 
əsaslanan və uzaqgörən milli strategiyanın mövcudluğu.
Ф  İşçi  qüvvəyə  az  xərc  çəkməklə  yüksək  məhsuldarlıq  əldə 
edilməsinə  səbəb  olan  ümumi  dəyər,  ideologiya,  və  milli  ideya 
əsasında  rəhbər və tabeçilikdə olanların maraqlarının birləşməsinə 
yardım edən  korporativ mədəniyyət.
®  İşçi kollektivlərində yüksək intizam və qayda, vətənpərvərlik və 
qürur, yüksək vəzifə borcunun olması.
ф  Siyasi  və  iqtisadi  praqmatizm,  müdriklik  və  iqtisadi  siyasətin 
mütəhərrikliyi.
Ф  Hökumət  və  iqtisadiyyat  arasında,  vahid  milli  məqsədlər  və 
dövlət  stimullaşdırma  sistemindən  istifadə,  etməklə, 
sıx 
əməkdaşlıq.
Ф  Müəssisə  rəhbərliyinin  həmkarlar  təşkilatı  ilə  qarşılıqlı 
əməkdaşlıq və hörmət prinsipi əsasında fəaliyyəti, 
ф  Xarici  partnyorlarla  bərabərhüquqlu  müqavilələr  və  qarşılıqlı 
əlverişli müqavilələr əsasında azad  ticarətin tənzimlənməsi.
Ф  Yaxşı  təhsili  və  təşkilatçılıq  istedadı  olan  rəqabətəqabil  rəhbər 
işçilərin  düzgün seçilməsi və yerləşdirilməsi.
&
Ф  İstehsalat  kollektivlərində  işçilərin  qarşılıqlı  əvəzedilməsini 
təmin edən  universal bilik və vərdişlər.
Ф  Xüsusi  prioritet  sahələrin 
düzgün  müəyyənləşdirilməsində 
hökumətin  ekspert  yardımı  və  elmi-tədqiqat  ,  təcrübə-konstruktor 
işlərinin həyata keçirilməsində  onlara yardım göstərilməsi.
165


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə