Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə66/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   62   63   64   65   66   67   68   69   ...   104

Kuad  МашпЫоу
Kullurologiya cffcktjvli havaı  va fralivvat» aparan  yol
beynəlxalq  kommunikasiya  imkanlarının  zəifliyi  və  azad  yaradıcı  iş 
şəraiti  yaradılmasındakı 
digər  çatışmamazlıqlar  özünü  alim  və 
mütəxəssislərin  əməyinin  məhsuldarlığında 
göstərərək, 
milli, 
regional  və  qlobal  problemlərin  həllində 
onların  imkanlarını 
məhdudlaşdırır.  Elmdəki  böhran  vəziyyəti 
mütəxəssislərin 
digər 
fəaliyyət  sahələrinə  üz  tutmalarına  müvəqqəti  və  ya  daimi  olaraq 
müxtəlif ölkələrə miqrasiyasına  səbəb olur.
Müasir  azərbaycan  cəmiyyətində 
ruhi  mədəniyyətin  inkişafına 
mənfi  təsir  göstərən  amillərdən  biri  də  yeni  ictimai  sistemlə 
mədəniyyətin  köhnə  sosial  tipi  arasındakı  ziddiyyətlər, 
sosialist 
mədəniyyət  tipindən  demokratik  mədəniyyət  tipinə  keçiddəki 
geriləmələrdir.  Azərbaycanın  dövlət  və  ictimai  həyatına  yüksək 
mədəniyyət  standartları  və  demokratik  ölkə  fəaliyyətinin  hərtərəfli 
tətbiq  olunması  üçün 
siyasi,  sosial-psixoloji  və 
təşkilati-hüquqi 
şəraitin  yaradılması  prosesi  bütün  səviyyələrdə,  bütün  sinif,  etnik, 
dini,  peşə,  siyasi,  ümumiyyətlə,  azərbaycan  cəmiyyətinin  bütün 
sosiumlannı  əhatə  etməlidir.  Bu  strateji  vəzifənin  həyata  keçirilməsi 
Azərbaycanın  milli-mədəni  quruculuğunda  sivil  xalqların  mədəni 
inkişafinın  dünya  təcrübəsindən  məhsuldar  istifadəni  təmin  edən, 
mədəniyyətin  təşkil  və  idarə  edilməsində  dərin  struktur  islahatların 
həyata keçirilməsini  tələb edir.
Ölkədə 
yeni  demokratik  mədəniyyətin 
yaradılması 
milli 
mədəniyyətdə  ənənə  və  novasiyalar  arasında  elə  bir  harmoniyanın 
əldə  edilməsini  tələb  edir  ki,  o,  azərbaycan  xalqının  sosial-mədəni 
kodunda  tərəqqipərvər  dəyişiklikləri  təmin  etsin.  Azərbaycanın  ruhi 
mədəniyyətinin  özünəməxsusluğu,  hər  şeydən  əvvəl,  dil,  mentalitet 
və  din  üzərində  bərqərar  olmuşdur.  Mədəniyyətin  yeniləşməsi  üçün 
bu üç faktordan ən ənəmiyyətlisi  xalqın mentaliteti dir.  Buna görə də, 
keçmiş  nailiyyətlərin  fetişləşdirilməsindən  imtina  edilib,  qüvvələrin 
müasir  inkişaf  və  işıqlı  gələcək  quruculuğunda  birləşdirilməsinə 
istiqamətlənən  yeni  mentalitetin  formalaşdırılması  təxirəsalınmaz 
milli  vəzifəyə  çevrilir.  Qüvvələrin 
müşahidədən  -  yaradıcılığa, 
mədəni hadisələrin qiymətləndirilməsindən  -  ətraf aləmin  dərk edilib 
dəyişdirilməsinə  , 
insanın  özünün  dəyişdirilməsi  və 
həyatının 
yaxşılaşdırılmasına istiqamətləndirmək zəruridir.  Bu problemi  sistemli 
yanaşma  əsasında,  mədəniyyət  sahəsində 
yeni  dövlət  siyasəti
270
Fuad  Mifflinıylçv.
Kullurolopiva cffcklitli havaı 'a  faalivvata aparan yol
daxilində  kompleks  həll  etmək  vacibdir.  Yeni  siyasətin  əsasını,  ilk 
növbədə  elm,  təhsil,  yüksək  texnologiyalar,  sosial-məişət  və  ekoloji 
mədəniyyət  sahəsində  xalqın  ənənəvi  milli  dəyərləri  və  mədəni  irsi 
ilə  mədəni  yeniliklərin  inteqrasiyasına  yardım  edən  yeni  milli 
ideologiya təşkil etməlidir.
Cəmiyyətdə yeni  yeni demokratik mədəniyyətin  inkişafı üçün elm 
və  təhsil  institutları  ilə  kifayətlənməyərək,  maarifin  başqa  imkan  və 
formalarından  lektoriya,  seminar,  diskussiya, dəıyirmi  masa, oxucu 
konfransları  bədii  ədəbiyyatın  imkanlan,  təsviri  sənət,  musiqi,  teatr 
və kinemotoqrafıya  incəsənətindən ,  kütləvi informasiya vasitələri və 
mətbuatdan  geniş  istifadə  etmək  zəruridir. 
Hökumətin  vətəndaş 
təşəbbüslərinə, 
Azərbaycanda 
demokratik 
mədəniyyət
formalaşdırılması  üzrə  respublika  ziyalılarına  və  qeyri-hökumət 
təşkilatlan  layihələrinə  real  yardımı  dövlətin  yeni  mədəni  siyasətinin 
aynlmaz  hissəsi 
olmalıdır. 
Yüksək  mədəni  standartlann  əldə 
edilməsini  təmin  edən 
cəmiyyətin  ruhi  mədəniyyətinin  prioritet 
inkişafı  mühüm strateji məqsəd,  Azərbaycanın milli təhlükəsizliyinin 
əsası  kimi öz təsdiqini tapmalıdır.
İnsani  və  ictimai  tərəqqidə,  dövlət  quruculuğu  və  idarəetmədə 
kulturologiyanın 
artan  əhəmiyyəti 
kulturoloji  elm  və  təhsilin 
hərtərəfli  inkişafı  üçün  şərait  yaradılmasını 
zərurət  səviyyəsinə 
qaldınr.  Respublikanın  mədəni  sisteminin 
bütün  səviyyələrində 
kulturoloji  təhsil  və  maarifin, 
yüksək  ixtisaslı  kulturoloq 
mütəxəssislərin 
hazırlığını, 
kulturoloji  tədqiqatların  inkişafının 
hərtərəfli 
sisteminin  tyəcili  tətbiqini  tələb  edir.  Bu,  məktəbəqədər 
tərbiyə,  ümumi  təhsil,  xüsusi  peşə  təhsili,  postdiplom  hazırlığı, 
magistratura,  doktorantura, 
kadrların  ixtisasartırma  və  yenidən 
hazırlanma  şəbəkəsi  üçün  uyğun  tədris  proqramı 
hazırlığı  və
reallaşmasını,  eləcə  də 
respublikada  kulturoloji  kafedraların,
gimnaziya,  lisey,  tədqiqat  mərkəzləri  və  universitetlərin  açılmasını 
nəzərdə  tutur.  Xalqın  kulturoloji  maariflənməsinin  yeni  sisteminin 
təşkili  də  mühüm  əhəmiyyət  daşıyan  məsələdir.  Dünya  mədəniyyəti 
inkişafi  qanunauyğunluqlarının  yaradıcı 
istifadəsi  və  elmi  idrak 
siyasi 
səhvlərin 
buraxılmamasına, 
mədəni 
tərəqqinin
inqilabiləşdirilməsinə  və 
dövlətin  ictimai  inkişafında 
yüksək
271


Fuad  Mammadot
Kulturologiva cffeklivli haval  ta faalivvata aparan vol
templərin 
və  dərin  keyfiyyətli  dəyişiklikləri  təmin  edən  yüksək 
effektli texnologiyaların yaradılmasına imkan verəcəkdir.
Azərbaycan  mədəniyyətinin 
dünya  sivilizasiyası  kontekstində 
aparılmış  kulturoloji  təhlili,  BMT  və  YUNESKO  fəaliyyətinin  tarixi 
təcrübəsi 
göstərir  ki,  dövlət  səviyyəsində  Azərbaycanda  mədəni 
inkişafın  Milli  Onilliyinin  keçirilməsi  həyati  zərurətdir.  Bu,  yeni, 
müstəqil  Azərbaycanda  mədəni  quruculuğun  inqilabi  mərhələsinin 
keyfiyyətcə  yeni  təşkilati-hüquqi  əsasını  qoyaraq,  üçüncü  minilliyin 
astanasında 
Azərbaycanın 
sosial-mədəni 
inkişafı 
templərinin 
sürətlənməsi  naminə alim,  müəllim,  mütəxəssis,  incəsənət  xadimləri 
və  respublikanın  elitar  ziyalılarının  qüvvəsini  səfərbər  etmək  üçün 
lazımi  sosial  şərait  yaradacaqdir. 
Bundan  çıxış  edərək,  “Simurq” 
Azərbaycan  mədəniyyət  assosiasiyası  1998-ci  ilin  may  və  oktyabr 
aylarında  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  H.Ə.Əliyevə 
müraciət ünvanlamışdır.
Azərbaycan  cəmiyyətinin  yeni  texnoloji  inkişafına istiqamətlənən 
insan  inkişafının  prioritetlərini  təmin  edən  tərəqqipərvər  mədəni 
islahatların  həyata  keçirilməsi  xalqın  sosial-mədəni  tərəqqisini,  XXI 
əsrin  astanasında  ölkənin 
sivil  dünya  birliyinə 
inteqrasiyasının 
yüksək templərini təmin edəcəkdir.
>  " Vozrojdenive -  XXI vek " ("Dirçəliş -  XXI əsr "),  1999,  N  11,  s 
66-72, N12. s. 77-84
MƏDƏNİ  SİYASƏT MƏSƏLƏSİNƏ DAİR
(Mədəni  siyasət  sahəsində 
tədqiqatlar  üzrə  I  Beynəlxalq 
konffansdakı  məruzənin mətni.
Bergen, 10-12 noyabr  1999-cu il)
Üçüncü  minilliyin  astanasında,  çoxminillik  təkamül  nəticəsində, 
ruhi  mədəniyyət 
planetin  sosial  inkişafının  sosial  təməlinə 
və 
kompleks  qüvvəsinə  çevrilmişdir.  Bu  günki  sivilizasiya  bu  qüvvəyə 
istinad  edərək,  sənaye  cəmiyyətindən  informasiyası  cəmiyyətə  keçir. 
Texnogen  sivilizasiyam,  həm  insanlararası,  həm  də  təbiətə  yeni 
münasibətlərə  əsaslanan  müasir  ekoloji  mədəniyyət  əvəz  edir.  Bu
272
Fuad  Mammjdov
Kulturologiva cffeklivli haval va faalivvala aparan vol
dəyişikliklərdə mərkəzi  yeri, insanın inkişafın vasitəsindən məqsədinə 
çevrilməsi ilə şərtlənən, “insan inqilabı” tutur.
Müasir sivilizasiyanın səciyyəvi  cəhətlərindən biri, bəşəri dəyərlər- 
uğurlu  fəaliyyət  forma  və  nümunələri,  dünyanı  dərketmə  üsulları, 
bəşəriyyətin uzun əsrlər boyu yaratdığı  intellektual və maddi dəyərləri 
üzərində  bərqərar  olan, 
dünya  mədəniyyətinin  qloballaşması 
prosesidir.  Lakin  bəşər  mədənioyyətinin  inkişafı  müxtəlif xalqların 
mədəniyyətinin  eyniləşdirilməsi  yox,  region  və  milli  mədəniyyətlərin 
qarşılıqlı  təsiri  və  qarşılıqlı  asılılığıdır.  Hər  bir  mədəniyyətin  öz 
dəyəri,  spesifik xüsusiyyətləri və  unikal  nailiyyətləri  vardır.  Bununla 
yanaşı,  dialektik  qanunlara  uyğun  olaraq,  hər bir  milli  mədəniyyətdə 
antinomiklik,  yəni,  tərəqqinin  əsasını  təşkil  edən  ziddiyyətli  inkişaf, 
xüsusiyyətləri  vardır.  Hər  bir  milli  mədəniyyətdə  eqoizm,  altruizm, 
elitarlıq,  adilik,  fərdilik,  kollektivizm,  bilik  və  cahillik  mövcuddur. 
Məsələ 
ondan 
ibarətdir 
ki, 
mədəniyyətdə 
avtarkiya 
və 
avtoritarizmdən, mədəni inkişafin mühüm vasitəsi  olan, qarşılıqlı  təsir 
və qarşılıqlı  fəaliyyətə  doğru hərəkət müşahidə edilsin. Tərəqqipərvər 
milli  mədəniyyətlər 
xüsusi  yolla 
dünya  inkişaf  formalarını 
yaradıcılıqla mənimsəyib, bəşər mədəniyyətinin yaradılması  prosesinə 
öz şəxsi  töhfələrini  verirlər.  Bu zaman istər regional, istərsə də qlobal 
miqyasda  mədəni  dəyərlərin  ötürülməsi  baş  verir  ki,  bu  da  son 
nəticədə  dünya  mədəniyyətinin  qloballaşmasına  gətirib  çıxarır.  Onun 
səciyyəvi  cəhətləri  insan  hüquqlarının  müdafiəsinə,  humanizmə, 
şəxsiyyətin  yaradıcı  inkişafına,  elmi  biliklərin  və 
qabaqcıl 
texnologiyaların 
təbliğinə,  milli  mədəniyyətlərin 
qarşılıqlı 
zənginləşməsinə,  insanın  və  təbiətin  ekologiyasına,  insanlar  arasında 
ziddiyyətli  təsəvvürlərdən  imtina  edilməsinə 
istiqamətlənməkdir. 
Urbanizasiya,  planetdəki  milyonlarla  adamın  həyat  fəaliyyəti  və 
vasitələrinin,  formalarının,  mədəni  dəyərlərinin,  dünyagörüşünün 
əsaslı  şəkildə  dəyişməsi  ilə  bağlı  olan  qlobal  sosial-mədəni  inqilab 
insan inkişafi üçün yeni imkanlar açır.
Bununla  belə,  müasir  dünya  mədəniyyətinin  inkişaf  dialektikası 
müharibələrin  yaratdığı  böhran hadisələri,  təbii  resursların  nəzarətsiz 
istifadəsi  və  mədəni  inkişafin  qeyri-bərabərliyi  ilə  də  səciyyələnir. 
Bəşəriyyət  kütləvi qırğın silahlarının istifadə olunduğu  müharibələrin 
qarşısının  alınması,  insan  fəaliyyətinin  dəhşətli 
nəticələrindən
273


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə