Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə65/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   61   62   63   64   65   66   67   68   ...   104

Fuad  Mammadov
Kullurologiya cffcklivli havm  »o foalivvota aparan vol
yaradılmışdır.  Əqli  və  fiziki  inkişafı 
məhdud  olan  uşaqlar  üçün 
internat  məktəbləri  də  məktəb  sisteminə  daxildir.  20  belə  məktəb- 
internatda 4 mindən artıq və ya hər bir beşinci  uşaq  müxrəlif növ əqli 
və fiziki  cəhətdən qüsuru olan  şagird təhsil  alır.  Bundan başqa,  evdə 
fərdi  şəkildə  xüsusi  proqram  üzrə  600  uşaq  təlimləndirilir.  685 
məktəbdə  80  min  qaçqın  uşaq  təhsil  alır.  Peşə  təhsili  sistemində,  25 
min  şagird  şagirdi  olan,  119  peşə-texniki  məktəb  fəaliyyət  göstərir. 
Respublikanın  ali  təhsil  sistemində  kadr  hazırlığı  ilə  23  dövlət  ali 
təhsil  müəssisəsi  məşğul  olur ki, burada da  82  min  tələbə  təhsil  alır. 
Demokratik  dəyişikliklər,  büyövlükdə,  əhalinin  təhsil  səviyyəsinin 
ekstensiv  inkişafina 
pozitiv  təsir  göstərən  alternativ  özəl  təhsil 
müəssisələrinin  yaranmasını  təmin  etdi.  Bu  gün  respublikada  13  orta- 
ixtisas və 23 ali qeyri-dövlət  təhsil müəssisələri  fəaliyyət göstərir.
Bununla  yanaşı,  respublika  təhsili  ciddi  çətinliklər  qarşısındadır. 
Bir  tərəfdən,  bilik  səviyyəsi  zəifləyir,  kapital  qoyuluşu  azalır, 
kitabxana  və  təchizat  köhnəlir.  İslahatlar  təxirə  salındıqca,  təhsilin 
əsas  fondlarının  müasir  vəziyyətə  salınması  daha  çox  resurs  tələb 
edəcəkdir.  Digər  tərəfdən,  insan  kapitalı  miqrasiyası  baş  verir.  Nadir 
ixtisaslı  müəllimlər  təhsil  sistemini  tərk  edir.  Onların  əvəz  edilməsi 
üçün  çəkilən  xərclər,  onların  burada  saxlanması  üçün  gərək  olan 
xərclərdən  daha  artıqdır.  Ali  məktəblərin  buraxdığı 
mütəxəssis 
nomenklaturasının müvəqqəti  əmək bazan  tələblərinə  uyğun olmadığı 
üçün,  ali  təhsil  sistemində  dar  texniki  ixtisaslaşmadan 
inkişaf 
etməkdə  olan  bazar  iqtisadiyyatının  müasir  tələblərinə  və  daha 
mütəhərrik 
işçi  qüvvəsi  hazırlığına  yönəlməsi  işi  davam
etdirilməlidir.  Ölkənin  bazar  ioqtisadiyyatına  keçməsi  ilə  əlaqədar 
qarşılaşdınğı  ümumi  çətinliklər  təhsilin  vəziyyətinə 
mənfi  təsir 
göstərir.  Bu,  hər  şeydən  əvvəl  yüksək  templi  böhran,  1990-1995-ci 
illərdə  daxili  ümumi  məhsulun  kəskin  azalması  və  mərkəzləşmiş 
iqtisadiyyata  istiqamətlənən 
köhnə 
tədris 
proqramlarının
gərəksizliyidir.  Bu  səbəbdən,  dövlət  ali  təhsil  sistemi,  özəl  ali  təhsil 
müəssisələrində  artıq  hazırlığı  təşkil  olunmuş,  yeni  ixtisaslara  olan 
ehtiyaca  zəif münasibət  göstərir.  Dövlət  ali  təhsil  müəssisələrində, 
xüsusilə  texnika,  kənd  təsərrüfatı,  nəqliyyat  üzrə,  ümumi  tələbələrin 
azalması  səbəblərindən  biri  də  bununla  izah  olunur.  Təhsil  sahəsinin 
maliyyələşməsindəki  azalma,  çatışmamazlıq  və 
qeyri-stabillik  ali
266
Fuad  Mammadov
Kullurologiya cffcklivli haval  и  faalivvala aparan yol
təhsil  müəssisələrinin  öz  strukturunu  dəyişməsinə  imkan  vermir.  Ali 
təhsil  sistemi  sahə  nazirlikləri  arasında  bölünmüş  olaraq  qalır. 
Birqayda olaraq, öz həyat əhəmiyyətini  itirmiş proqramlardan  istifadə 
davam  edir.  Əgər  1991-ci  ildə  Azərbaycanda  təhsil  ehtiyaclarına 
ümumi daxili məhsulun 5,7%-i  istiqamətlənirdisə,  1994-cü və  1995-ci 
ildə  bu  xərclər  2,7%-ə  enmiş,  1996-cı  ildə  isə  2,8%-ə  qalxmışdır. 
Müqayisə  üçün  qeyd  edək  ki,  ABŞ-da  ümumi  daxili  məhsulundan 
təhsil  sisteminin  dövlət maliyyələşməsinə ayrılan  vəsait  5,5%,  Böyük 
Britaniyada  5,4%  və  Fransada  5,4%  olmuşdur.  Bundan  başqa,  keçid 
dövrü ərzində ümumi daxili məhsulun ölçüsü  düşmüş,  hər bir şagirdə 
ayrılan  təhsil  xərclərinin  azalması  baş  vermişdir.  Eyni  zamanda, 
xwsusi  xərclərin  azalması  təlimin  maya  dəyərinin  artmasına  səbəb 
olmuşdur. Təhsil sistemində  maya dəyərin artmasının mühüm  faktoru 
xidmət və enerji  daşıyıcılarının  dəyərinin artmasıdır.  Ayrılan  vəsaitin 
azalması  və  qiymətlərin  artmasına  təhsil  sisteminin  dözümlülüyünün 
əsas  səbəbi,  həmin  vəsaitlərin  müəllimlərin  əmək  haqqına,  təqaüd, 
qida və kommunal xərclərinin ödənməsinə  sərf edilməsidir.
Özəl  təhsil  sektorunda da  müəyyən çatışmamazlıqlar mövcuddur. 
Bir çox  özəl  ali  təıhsil  müəssisələrinin  effektivliyinə  təlim  bazasının 
kifayət  qədər  olmaması, 
onların  yüksək  beynəlxalq  təhsil 
standartlarına  cavab  verən  ixtisaslı  müəllim  və  proqramlarla  təmin 
olunmaması,  onların  fəaliyyətinin  zəif koordinasiyasıdır.  Bu  sektorun 
ümumi  çatışmamazlığı  əhalinin  çox  hissəsində  özəl  təhsil  üçün 
maddi imkanların məhdudluğudur.
Elm  istehsalı  təmin  edən,  insan  təbiət  və  cəmiyyət  haqqında 
builiklərin toplanması  və praktik  iastifadəsi  haqqında  ruhi  fəaliyyətin 
xüsusi  növü  və  sosial-mədəni  institutudur.  Konkret  tarixi  şəraitdə 
formalaşıb,  fəaliyyət  göstərən  biliklər  sistemi  olaraq,  elm  insan 
inkişafında,  onun  həyat  fəaliyyətinin  effektivliyinin  artırılmasında 
aparıcı rol oynayır.  Bununla  yanaşı,  elm ictimai  şüur fonnası olaraq, 
insan  həyatının  fəlsəfi-dünyagörüşünün  obyektiv  və  həqiqi 
əks 
olunmasına yardım edir.
Elmin strukturu  fundamental  və tətbiqi  tədqiqatları  əhatə etməklə, 
dialektik  əlaqəyə 
və 
öz  arasında  nisbi 
bölgüyə  malikdir. 
Fundamental  tədqiqatlar  hadisələrin  mahiyyətinin  aşkar  edilməsinə 
və obyektiv  həqiqətlərin  qanunauyğunluqlarının istiqamətlənmişdir -
267


Fuad  Mammadov
Kulturologiva effektivli haval va faalivvata aparan vol
materiyanın  quruluşu  və  ya 
cəmiyyətin  təşəkkül  və  inkişaf 
qanunlarının  müəyyənləşdirilməsinə,  tətbiqi 
tədqiqatlar  isə  - 
mənimsənilmiş  biliklərdən 
praktik  səmərənin 
əldə  edilmə 
imkanlarının  öyrənilməsi,  məsələn  texnologiyalar  formasında,  təbii 
və  sosiaql  proseslərin  inkişafının  elmi  qabaqlanması,  xəstəliklərdən 
müalicə vasitələrinin  əldə edilməsi.
Müasir elm ictimai  inkişafın yaradıcı qüvvəsidir.  Bu nəinki  təbii və 
texniki,  eləcə  də  humanitar  və  ictimai  elmlərə  aiddir.  İctimai  və 
humanitar elmlər sahəsində fundamental  tədqiqatlar, hər şeydən əvvəl, 
insanın  təkmilləşdirirlməsi,  keyfiyyətli  dəyişikliklər,  effektli  inkişaf 
və  cəmiyyətin  idarəedilməsi  ilə  bağlı  praktik məsələlərin  həlli  üçün 
prinsipial əhəmiyyəti olan  problemlərin təhlilinə istiqamətlənmişdir.
Azərbaycanın 
gələcək  inkişaf  imkanları 
respublika  elmi 
potensialının 
sayı,  keyfiyyət  tərkibi  və 
effektiv  istifadəsi  ilə 
müəyyən 
edilir. 
Respublikanın 
elmi 
potensialı 
Elmlər 
Akademiyasının 
elmi  müəssisələri,  sahə  nazirlikləri  və  ali  təhsil 
müəssisələrinin  elmi  sektoru  ilə 
təmsil  olunur.  Hal-hazırda 
respublikanın  ali  təhsil  müəssisələri  və  140  elmi  təşkilatında  elmi- 
texniki  işlərlə  məşğul  olan  ali  tıhsilli  mütəxəssislərin  sayı  21  min 
nəfərdən  artıqdır.  Elmi  potensialın  47,5%-i  ali  təhsil  müəssisələrində 
cəmləşmiş, 
onlardan 
55,3% 
elmlər 
doktoru 
və 
elmlər 
namizədidir.Respublikanın  almi  işçiləri  arasında 
10  minə  yaxmı 
elmlər  namizədi  və  doktorlardır  ki,  bu  da  elmi  potensialın  əsas 
aparıcı qüvvəsini təşkil edir.
Lakin  insan  inkişafının  mühüm  şərti  olan  elmi  potensiala  keçid 
dövrünün  çətinlikləri  mənfi  təsir  göstərir.  Elmin  qocalması,  onun 
maddi-texniki  bazasının  dağılması,  kadrların  hazırlıq  səviyyəsinin 
keyfiyyəti  aşağı  düşməsi, alimlərin istifadəsizliyi  nəticəsində  istedadlı 
adamların  elmə  real  axınının  azalması  baş  verir.  Azərbaycan  Elmlər 
Akademiyasında  akademik  və  mükbir  üzvlərin  sayı  əhəmiyyətli 
dərəcədə  azalmışdır.  Bazar  iqtisadiyyatı  şəraitində  elmi-texniki 
fəaliyyətin  formalaşdırılması  mexanizmi  bütövlükdə  elmi  fəaliyyətin 
zəifləməsinə, 
dövlət  elmi-texniki  siyasətinin 
apancı  mövqeyinin 
itirilməsinə  gətirib  çıxarır.  İntellektual  potensialı,  hər  şeydən  əvvəl 
Azərbaycanın  başlıca  milli 
sərvəti  olan  alim  və  mütəxəssislərin 
qorunması  və  yenidən  istehsalı 
probleminin  təhlili  göstərir  ki,
268
Fuad
KuHurologiva cffcktivli h.-ıval '.ı faalivvalo aparan yul
ölkənin  bu  strateji  vəziyyəti  bu  gün 
"genlərin 
itkisi”  kimi 
səciyyələnir. Hal-hazırda  maddi resursların kifayət qədər olmaması və 
əmək  haqqının  aşağı  olması  səbəbindən  Azərbaycanın  mühüm  elmi 
potensialı  azalır.  Elmə  sərf  olunan  məsrəflər  faizlə  milli  gəlirə 
nisbətən  1996-cı  ildə  1990-cı  ilə nisbətən  iki  yanm  dəfə azalmışdır. 
Həmin  dövrdə  elmi-tədqiqat,  layihə-konstruktor və  texnoloji  işləri 
yerinə yetirən  mütəxəssislərin sayı  14,4%  düşmüşdür.
Müasir  azərbaycan  elminin 
vəziyyəti 
elmi  işçilərin  sosial 
statusunun  yenidənqurmadan əvvəlki dövrə nisbətən  kəskin azalması 
ilə səciyyələnir.  Bunu demək kifayətdir ki,  respublikada  elmi  əməyin 
ödənilməsi  ictimai  istehsalın  digər sahələrinin  ödənilməsinə  nisbətən 
əhəmiiyyətli  dərəcədə  aşağıdır.  “Elm  və  elmi  xidmət”  sahəsində 
məşğul  olan 
işçilərin  1995-ci  ildə  orta  aylıq  əmək  haqqı  tikinti 
sahəsinə  nisbətən 
31%  ,  sənaye  sahəsinə  nibətən  32.4  % 
az 
olmuşdur.  Eyni  zamanda  ABŞ-da  elmi  işçilərin əmək haqqı  amerika 
fəhlələrinkindən  iki  dəfə çox,  hətta  elmi  dərəcəsi  olmayan  işçilərin 
ilk  maaşı  sənaye  sahəsində  çalışanların  aylıq  əmək  haqqından  40- 
50%  artıqdır.  90-cı  illərin  əvvəllərindən 
elmin  büdcədən 
maliyyələşməsi  azalmış,  bununla  əlaqədar  ümumi  daxili  məhsulda 
elmi  tədqiqatların  xüsusi  çəkisi  azalaraq,  1995-ci  ildə,  1990-cı  ildəki 
1,015  nisbətən,0,315  olmuşdur.  Müqayisə  üçün  qeyd  etmək  lazımdır 
ki,  ümumi  daxili  məhsula  münasibətdə  elmi  və  layihə  işlərinin 
maliyyələşmə  səviyyəsi  -   ABŞ,  Yaponiya  və  Almaniyada  təqribən 
3%, Böyük Britaniya və Fransada 2% təşkil edir.
Elmi  əməyin  nüfuzunun  düşməsi,  elmi  işçilərin  əmək  haqqının 
azlığı, 
bu  sahənin  maliyyələşməsindəki  çətinliklər 
elmi 
müəssisələrin  ləğv  edilməsinə,  elmi  kadrlann  daha  yüksək  maaşlı 
sahələrə  getmələrinə  səbəb  olur.  Qərb  ölkələrində 
elmin  texniki 
avadanlığının artdığı bir zamanda, bizdə məvacibin azlığı  səbəbindən, 
elmi-yardımçı  heyət  azalır.  Bu,  köməkçi  elmi  tədqiqat  və  texniki- 
konstruktor  işlərinin 
yüksək  ixtisaslı  elmi  kadrlar  tərəfindən 
məcburən  yerinə  yetirilməsinə  gətirib  çıxarır  ki,  son  nəticəsə  bu  da 
elmin effektivliyinə mənfi təsir göstərir.
Elm  sahəsində  islahatların 
gecikməsi  bizə  baha  başa  gəlir. 
Respublikanın  yüksək  intellektual  potensialının  maddi  təminatının 
yolverilməz  dərəcədə  aşağı  səviyyəsi,  texniki  və  kompüter bazasının,
269


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə