Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə62/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   58   59   60   61   62   63   64   65   ...   104

Kuad  Mammadov
Kullurologiva effektivli havat  vo foaliyyjto aparan vol
koordinasiya  həyata  keçirmək  vacibdir.  Belə  istiqamətlərdən  biri, 
insanların  sosial  müdafiəsinin  etibarlı  sisteminin,  ilk  növbədə, 
imkansız  əhalinin  ehtiyacının  ödənilməsinə  yönələn  texnologiyaların 
hazırlanması  üzrə  beynəlxalq  proqramlardır.  Əhalinin  milli  gəlirinin 
adam  başına  düşən orta  səviyyəsinin  hesablanması  yolu  ilə  müəyyən 
edilən,  dünya  əhalisinin  ən  zəngin  beşdə  biri  ilə  ən  yoxsul  beşdə 
birinin  gəlirləri  arasındakı  fərq,  1960-cı  ildə  1-dən  30-a,  1997-ci  ildə 
isə  1-dən  74-ə  artmışdır.  Dünyanın  174  ölkəsinin  insan  potensialı 
inkişafı  reytinqinin  (İPİR)  nəzərə  alınması  ilə  insan  həyatının  orta 
uzunluğu,  təhsil  və  gəlir  sahələrinin  təhlili  göstərdi  ki,  Kanada  artıq 
altıncı  ildir ki,  birinci  yeri,  sonrakı  yerləri  isə,  ardıcıl  olaraq,  Norveç, 
ABŞ, Yaponiya və Belçika tuturlar.
Beynəlxalq 
təşkilatların  xidmətini  anlayıb  qiymətləndirilməsi 
üçün, bəşəriyyətin gələcəyinin layihələndirilməsi və  dünya inkişafının 
qlobal  problemləri  həllinin  elmi  təminatı  ilə  məşğul  olan 
alim, 
menecer  və  siyasətçilərin  qeyri-formal  birliyi  olan  Roma  Klubunun 
nailiyyətləri  ilə  tanışlığın 
mühüm  əhəmiyyəti  var.  Maraqlıdır  ki, 
dünya 
mədəniyyətinin 
inkişaf 
qanunauyğunluqları 
haqqında 
“Simurq”  Azərbaycan  mədəniyyət  Assosiasiyasının 
uzunillik 
müşahidə  və  nəticələri  də  bu  nüfuzlu 
beynəlxalq  təşkilatın 
tədqiqatlarının  nəticələri  ilə  bir  çox  hallarda  üst-üstə  düşür.  Klub 
üzvləri  “Qlobal  dialoq”  proqramı  daxilində,  həyat  keyfiyyətini 
yaxşılaşdırmaq  üçün  öz  şans  və  imkanlarını  şüurlu  surətdə 
qiymətləndirib,  istifadəsinin  zəruriliyi  ideyasını  dünya  xalqlarına 
çatdırmaq  istəyirlər. Onlar planetdəki xalqları “digərlərinə” və gələcək 
nəsillərətolerantlıq,  həmrəylik  nmayiş  etdirməsinə  çağırırlar.  Bu 
çağırışın  əsasını,  müxtəlif  təşkilat  və  milli  dövlətlər  arasındakı 
əməkdaşlığın 
inkişafının, 
demokratların  ən  ülvi  arzulan  olan  - 
“qlobal  düşünüb,  regional  hərəkət  etmək”  ideyasının  reallaşması  ilə 
nəticələnəcəyinə inam təşkil  edir.
İndiki  qlobal  problemlərin  həllinə  və  daha  uğurlu  gələcəyin 
formalaşdınlmasına 
yönəlmiş  strateji  tədqiqatlann  nəticələrindən 
çıxış  edərək,  Roma  klubu  tərəfindən  bir  sıra  maraqlı  elmi  nəticələr 
əldə edilmişdir.  Klub, qloballaşma prosesinin pozitiv inkişafının təmin 
edilməsi  məqsədi  ilə,  dörd 
ziddiyyətli,  eyni  zamanda 
qarşılıqlı 
asılılığı  olan 
uzunmüddətli  məsələnin 
həllində 
şüurlu  balans
254
Fuad  Mammadov
Kulturologiva cffcktivli havat  »э faalivvat.ı aparan vol
axtarılmasının vacibliyinə  işarə edir.  Bu məsələlər -  ekoloji  inkişafın 
davamlılığı,  iqtisadi  rəqabətəqabillik,  sosial  ədalət  və  hüquqi  dövlət 
şəraitində  demokratiya  ilə  əlaqədardır.  Bununla  belə,  qeyd  edilir  ki, 
insan  hüquqları  ilə  yanaşı,  onun  vəzifələrinin  də  etibarlı 
bəyannaməsinin  olması  vacibdir.  Roma  klubu  analitik  fəaliyyətinin 
əsas  nəticələrindən  biri  -   planetar  miqyasda  sülh  mədəniyyəti  və 
dözümlülüyün vacibliyidir.  Bu fikir müasir bəşəriyyət üçün  müharibə 
və  toqquşmaların  həlledici  əhəmiyyət  daşımasının  dərk  edilməsinə 
əsaslanır.  Hətta  lokal  konfliktlər  Yer  üzərində  insan  həyatı  və  təbiət 
itkilərinin  böhranına  gətirib  çıxara  bilər.  Müasir  sivilizasiyanın 
böranlann  aradan  qaldırılması  üzrə,  milli  dövlətlər  çərçivəsindən 
kənara  çıxa  bilən,  regional  və  qlobal  sistemlərin  yaradılmasına  təcili 
ehtiyacı vardır.
Roma  klubu  üzvlərinin,  elmi 
cəhətdən  əsaslandırılmış  və 
metodoloji baxımdan  dəyərli,  bəşəriyyətin gələcəyi qayğısına qalaraq 
gəldikləri  kulturoloji  nəticələri  klubun  prezidenti,  professor  Rikardo 
Dies  Xoxlyaytner  formula  etmişdir.  Bu  nəticələr  bizim  həyatımızın 
planet  insanlarının 
bilik,  iradə,  yaradıcı  fəallıq,  məsuliyyət  və 
humanizmindən  -   insan 
mədəniyyəti  səviyyəsindən 
asılılığına 
aşağıdakı məntiqi baxışlan yaradır:
•  hər  bir  fəaliyyətin 
nəticəsi  de-fakto  mövcud  olan  ictimai 
quruluş,  başlıca  olaraq,  insan  iradəsi  və  fikirləri  ilə  müəyyən 
olunur;
•  insanın  gələcəyi  qeyri  -  müəyyən  olduğuna  görə,  əndazəsiz 
eqoizm  düzgün  olmayan  menecmentin  səbəb  olduğu 
həm  bu 
günkü,  həm  də  gələcək  böhran  və  dəhşətləri  aradan  qaldırmaq 
mümkündür;
•  hər  bir  insan  öz  gələcəyinin  məsuliyyətini  daşımağa  borcludur 
və 
özünü 
həyat 
hadisələrinin 
qurbanı 
kimi 
nəzərdən 
keçirməməlidir.  Böhran  və toqquşmalara daha uğurla tab  gətirmək 
üçün,  təxəyyül  gücü  və  yaradıcı  yanaşma,  eləcə  də  artan  sosial 
məsuliyyət, baxış və dəyərləri dəyişdirə bilər;
•  Bütün  mürəkkəbliklərinə  baxmayaraq, 
formalaşmaqda  olan 
informasiyalı  cəmiyyət  daha  yaxşı  gələcək  qurulması  üçün  geniş 
imkanlar  açır.  İnformasiyalı  cəmiyyət 
təhsili,  sözün  ən  geniş 
mənasında,  hamı  üçün  mümkün  edəcəkdir.  İnformasiya,  təhsil  və
255


Fuad  Məmmədov
Kulturoloeiva effcktivli havat 
уд
 faalivvota aparan  vol
bilik  uzun  müddət  ərzində  imkan  bərabərliyini  təmin  etmək  üçün 
qlobal  və  ümumi  bir  rifah  olmalıdır  ki, 
vətəndaş  cəmiyyəti 
yaradılmasına  və  bütün  dünyada 
yarana  biləcək  təhlükəli 
disbalanslann aradan qaldırılmasına yardım etsin.
Bu  nəticələrə  istinadən  XXI  əsrin  perspektivlərini  nəzərdən 
keçirərək  alim  belə  bi  nəticəyə  gəlir  ki,  müasir  bəşəriyyət  davamlı 
inkişaf  üçün  zəruri  potensial  imkanlara  malikdir  və  buna  görə  də 
gələcəyə optimist nəzərlərlə baxmağa çağırır.
Biz  Roma  Klubunun  elmi  nəticə  və  proqnozlarının  beynəlxalq 
mədəni  siyasətdə  istifadəsinin  olduqca  mühüm  əhəmiyyət  daşıdığını 
qeyd etmək istərdik.  Belə siyasət  mədəniyyətlərarası konsensus və  və 
ya  mədəni  plüralizmin 
formalaşdınlmasmı  nəzərdə  tutur.  Bu 
baxımdan,  müxtəlif  özünəməxsus  milli  mədəniyyətlərin 
şüurlu 
inteqrasiyası  və 
harmonizasiyası,  mədəni  müxtəliflikləri  milli 
mədəniyyət  çərçivəsindən  kənara  çıxan  vahid  plüralist  siyasət 
daxilində,  tolerantlıq  və 
bəşəri  dəyərlərin  vahidliyi,  onların 
yaxınlaşdırılması  və  universallaşdınlması 
əsasında  anlamağın 
vacibliyini  qeyd  edən,  Hettingen  universitetinin  professoru  Bassama 
Tibinin  yanaşması  perspektivli  hesab  edilir.  Bu  hadisənin  ən mühüm 
şərti  demokratiya  prinsip  və  dəyərlərini,  ağıl  və  etikanın  vəhdətini 
nəzərdə tutan,  demokratiyanın  siyasi mədəniyyətidir.
Dövlətin  mədəni  siyasəti  nəinki  ölkənin  hərtərəfli  sosial-mədəni 
inkişafı  üçün  şərait  yaratmalı,  eləcə də  ruhi  mədəniyyətin iqtisadi və 
siyasi  hadisələrə  təsir  etdiyi  mühüm  faktor  olmasına  şərait 
yaratmalıdır.  O,  dövlətin  stabil  daxili  inkişaf,  xalqın  artan  rifahının, 
müxtəlif mədəniyyətlərin  daşıyıcıları  olan  xarici  ölkələrlə  məhsuldar 
beynəlxalq  əməkdaşlıq  siyasəti  olmalıdır.  Milli,  regional  və  qlobal 
səviyyədə  effektiv  mədəni  siyasətin 
hazırlanıb  həyata  keçirilmə 
zərurəti  müasir elmin proqnozlaşdınlmasına və idarəedilməsinə, onun 
texnogen  sivilizasiya  şəraitində  onun  gələcək  humanistləşdirilməsinə 
olan  ehtiyacları  ilə  təsdiqlənir.  Gen  mühəndisliyi  və  biotexnologiya, 
insan  genomu  sirlərinin  açılması,  bir  hüceyrədə  olan  bütün  irsi 
informasiyanın 
vəhdəti, 
faydalı 
bitkilərin 
məhsuldarlığının 
artırılmasının  yeni  metodlarının  kəşfi  inkişafın  yeni  cəzbedici 
perspektivlərindən  xəbər  verir.  Eyni  zamanda,  bəzi  tədqiqatlar 
bəşəriyyətin  gələcəyi  üçün  böyük  risklərlə  əlaqədar  olub,  təbiətə  və
256
Fuad  Mammadov
Kullurologiva effcktivli havat va faalivvata aparan vol
insanın özünə qarşı  bir çox  təhlükələr  yarada bilər.  Məlimdur ki,  bir 
çox  ölkələrdə  tətbiq  olunan,  çoxlu  sayda  ekspertlərin  cavablarının 
təhlilinə  əsaslanan  “delfıya  metodu”  elm  və  texnikanın  inkişaf 
problemləri  üzrə  qərar  qəbulu  üçün 
effektiv  informasiya  bazası 
rolunu  oynayır.  Bu  metod  üzrə  aparılan  elmi  tədqiqatların  gələcək 
nəticələrinin  proqnozlaşdırılması  göstərir  ki,  XXI  əsrdə  alimlər  bilik 
sahəsində  partlayışla qarşılaşacaqlar.  Bu, elmdə humanist istiqamətin 
gündəliyə  gətirilməsini  və  texniki  tərəqqinin  dağıdıcı  nəticələrinin 
azaldılmasını  bir  daha  zəruriləşdirərək, 
mədəni  siyasətin  həyata 
keçirilməsini  aktuallaşdırır.  Beləliklə,  mədəni  siyasət  iki  məsələnin 
optimal  həllinə  yardım  etməlidir:  həyat  keyfiyyətinin  artırılması  və 
təbiətə,  eləcədə  insanın  özünə  yönəlmiş  dağıdıcı  təhlükənin  aradan 
qaldırılması.  Bunun  üçün,  təbiət  və  insan  ekologiyasının  etibarlı 
müdafiəsinə 
qabil 
müəyyən 
mədəni 
dəyərlər 
sisteminə 
istiqamətlənmə  nəzərdə tutulur.
İnsan  inkişafı  siyasətində mədəniyyət  və  mədəni  siyasət anlamına 
yeni  yanaşma  kontekstində  Trir  universitetinin  professoru  Xansa 
V.Maulun,  dünya təcrübəsindən  çıxış  edərək,  dövlətlərin qloballaşma 
şəraitinə 
uyğunlaşması  üçün  təqdim  etdiyi 
“üç  strategiya” 
konsepsiyası  diqqətəlayiqdir.  Bu,  daha  zəif  və  gələcək  nəsillər 
qarşısında  maraq,  yüksək  etika  və  sosial  məsuliyyət 
tarazlığını 
nəzərdə  tutan”əməkdaşlığa  və  birliyə  çıxış”  strategiyalandır.”Çıxış” 
dedikdə,  müəllif,  dövlət  siyasəti  və  iqtisadiyyatının  qeyri-strateji 
sahələrində 
fəaliyyətin 
demonopolizasiyasını 
nəzərdə  tuturdu. 
“Əməkdaşlıq” sözü  altında,  o,  xarici  ölkələrlə  dövlət  və  qeyri-dövlət 
səviyyəsində  iki  və  çoxtərəfli  iqtisadi,  sosial-mədəni  və  siyasi 
əməkdaşlıq  nəzərdə  tuturdu.  “Birləşmə”  dedikdə,  o,  resursların  daha 
effektiv  birgəistifadəsinə  imkan  verən,  müəyyən  suveren  hüquqların 
üstmilli  institutlara  könüllü  verilməsini  nəzərdə  tutan  strateji  tərəf- 
müqabillik nəzərdə tuturdu.
Nəzərdən  keçirilmiş  materialdan 
aşağıdakı  nəticələri  formula 
etmək olar.
Dünya mədəniyyəti tarixi  göstərir ki,  milliyyəti və dinindən, həyat 
tərzi  və  sosial  statusundan  asılı  olmayaraq,  insan  mədəniyyətindəki 
fərqlər Xeyir və Şər, Biliklilik və Cahillik, Həqiqət və Yalan,  “İşıq və 
Zülmət”  arasındadır.  Daha  çox  təhsil  və  tərbiyə,  mühit,  dövlətin
257


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə