Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə59/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   55   56   57   58   59   60   61   62   ...   104

Kuad  Mammadov
Kullurologiva effektivli  havat  »э fealiyyota aparan vol
əsrdə  öz  təsdiqini  tapmış 
tarixilik  prinsipinin,  hər  bir  hadisənin 
inkişafda 
nəzərdən  keçirilməsindən 
ibarət, 
elmi 
mahiyyətini 
anlamırdılar.  Dialektika  və  tarixilik  prinsiplərinin  yaradılmasında 
mühüm  xidmətlər  göstərən  Qeorq  Vilhelm  Fridrix  Hegel  Yeni  Dövr 
demokratik  mədəniyyətinin  formalaşması  və  inkişafına  mühüm  təsir 
göstərmişdir.
Məlum  olduğu  kimi,  ümumi  tarixi  qanunlar  milli  mədəni 
xüsusiyyətlər, təbii-coğrafi,  sosial  və siyasi  cəhətlərlə  şərtlənərək, hər 
bir  xalqın  həyatında  və  аул-аул  tarixi  dövrlərdə 
müxtəlif  cür 
təzahür  olunur.  XVI  əsrdən  başlayaraq,  Avropada,  mədəniyyətin 
ümumi  inkişaf axannda  milli  mədəniyyətlərin  təşəkkülü  və  inkişafi 
prosesi  gedirdi.  Təhsil  şəraitində,  milli  dövlətlərin  postimper  avropa 
məkanında  milli  mədəniyyətlərin,  həqiqətlərin  ruhi  mənimsənilməsi 
zamanı 
topladığı  dil,  təcrübə,  milli  şüur, 
davranışın  ənənəvi
normativləri,  həyat  tərzi,  milli  psixologiya 
kimi  xüsusiyyətləri
formalaşmağa  başladı.  Bu,  mədəniyyətin  eyniliyinin  qorunmasına 
təsir  göstərən, 
mədəniyyətlərin  təbii  qarşılıqlı  nüfuzu  ilə 
eyni 
zamanda  baş  verirdi.Bununla  belə, 
avropa  xalqlanmn 
ruhi 
mədəniyyətində  çox şeylər bəşəri mahiyyət daşıyaraq, milli  sərhədləri 
aşırdı.  Eyni  vəziyyət 
təbiət  və  texniki  elmlərə, 
texnika  və 
texnologiyalara,  intellektual  fəaliyyətə, 
məntiq  prinsiplərinə, 
dürüstlük,  sosial  məsuliyyət  və 
insanın  həyatfəaliyyətinin 
digər 
mədəni  forma və göstəricilərinə aid idi.
Avropa  xalqları  üçün  ümumi  olan  cəhətlərdən  biri  də  feodalizm 
və  mütləq  monarxiya  ilə  apanlan 
mübarizə  idi.  Mütləqiyyətə 
münasibət 
avropa  ölkələrində 
baş  verən 
buıjua  sosial-mədəni 
inqilablan 
idi. 
Onlar 
Avropada  demokratik  mədəniyyətin 
formalaşmasında 
mühüm  rol  oynayan 
burjua  dövlətlərinin 
yaranmasına  gətirib  çıxardı.  Demokratiyanın 
siyasi  doktrinalan 
mütləqiyyətçi 
feodal 
ideologiyası  üzərində  üstünlük  qazandı. 
Avropadakı  inqilablar  avropa  ölkələrinin  siyasi,  iqtisadi  və  sosial 
insititutlannm  nəinki  sürətli  inkişafina,  həm  də  cəmiyyətin  psixoloji 
transformasiyalanna  təsir  göstərirdi.  Demokratik  mədəniyyətin  ən 
böyük  nailiyyəti,  feodalizmə  məxsus  kölə  psixologiyasından  imtina 
etmək,  şəxsiyyələ  cəmiyyətin  mənafelərinin  harmoniyası,  azadlıq  və 
bərabərlik  ideyalan  əsasında qurulan  respublika  quruluşu  ideallannın
242
Fuad  M?mm«ıpv
Kullurologiva effeklivli haval  və faalivvala aparan vol
milyonlann  şüurunda  öz  təsdiqini  tapması  idi.  Bununla  belə, 
Maarifçilik  dövründən  sonra,  XIX  əsrin  ortalanna  doğru  kapitalizm 
mədəniyyətində  haçalanma  müşahidə  edilməyə  başladı:  buıjua 
mədəniyyəti  -   hakim  rol  oynamağa,  demokratik  və  sosialist 
mədəniyyəti  isə  bölünmə  xüsusiyyətləri  daşımağa  başladı.  Real 
həyatla 
ideal  arasında  fərqlər  müşahidə  edilməyə  başladı. 
Maarifçilərin  söz  verib  layihələndirdikləri  “şüurun  hakimliyi”,  ədalət 
və  bərabərlik  böyük  sahibkarlığın  mənafeyinə  uyğun  olaraq,  ikinci 
plana  keçdi.  Buıjua  və  demokratik  mədəniyyətlər arasında  ziddiyyət 
və  qarşıdurmalar  müşahidə  edilməyə  başladı.  Buıjuaziyanın  tədrici 
dəyişməsi 
tərəqqipərvər 
inqilabiliyin, 
ictimai 
mənafelərin 
harmonizasiyasma zidd olan , şəxsi imtiyazlann müdafiəsi cəhdləri  ilə 
əvəz  olunmasında  ifadə  olunurdu. 
Lakin  aksioloji  müxtəlifliyə 
baxmayaraq,  demokratik  mədəniyyət  yüksək  templərlə  inkişaf edirdi. 
Təfəkkür və  fəaliyyət  formalannın  rəngarəngliyi  formalaşmaqda  olan 
kapitalizm  cəmiyyətinin  başlıca  səciyyəsi  idi.  Bu,  öz  ifadəsini, 
zayalılann yaradıcılığında,  ideologiya və siyasətdə,  bir-biri ilə yanaşı 
irəliləyən  romantizm  və  klassisizm,  rasionalizm  və  imasionalizmdə 
tapırdı.
Avropa  xalqlanmn  sosial  həyatında  tərəqqi  və  dünyagörüşündə 
inqilabi  dəyişikliklərə səbəb olan, demokratiya mədəniyyətinin təsdiqi 
elmin  sərbəst  inkişafinda  ifadə  olunurdu.  XVII  yüzillikdə  elmi 
düşüncənin  əsas  diqqəti  təbiətin  tədqiqinə  yönələrək,  XVIII  əsrdə 
cəmiyyətin  inkişafi  problemi,  XIX  əsrdə  isə  təbiət  və  cəmiyyətin 
kompleks öyrənilməsi tendensiyasında özünü göstərirdi.
XIX  əsrin  sonu  -   XX  əsrin  əvvəli  təbiətşünaslıqda  baş  verən 
inqilabla  əlamətdar  oldu.  Bəşəriyyət  elm,  texnika  və  texnologiya 
sahəsindəki  bir  çox  kəşflərlə  zənginləşdi.  İntellektual  fəaliyyət  üçün 
ən  səciyyəvi  cəhətlər  - 
insan,  cəmiyyət  və  təbiətin  inkişaf
qanunauyğunluqlan və həqiqətlərin fəal  elmi axtanşı  idi.  Bəşəriyyətin 
inkişafi, onun ruhi və maddi tələbatlannm, ümumi mədəni səviiyəsi və 
rifahının  təmin  edilməsi 
bu  fəaliyyətin  əsas  məqsədi  idi. 
Tərəqqipərvər  bəşəriyyət  öz  mədəni  inkişafinın  yeni,  daha  yüksək 
pilləsinə 
qədəm  qoyurdu.  XIX  əsrin  ikinci  yansı  və  XX  əsrin 
əvvəllərində  baş verən,  elm və təhsilin  gur inkişafi  ilə  əlaqədar olan 
sənaye  inqilabı, 
bəşəriyyətin  mədəni  inqilabının  yeni  təzahürləri
243


Kuad  Mammadov
Kulturologiva cffcktivli haval  va faalivvata aparan vol
oldu.  O,  insana  proqressiv  təsir  etməklə  bərabər,  onun  yaradıcı 
imkanlarını 
sonsuz  dərəcədə  artırırdı.  Yeni  texnologiyalarda  əks 
olunan  kəşf  və  ixtiralar  avropa  ölkələri  istehsal  gücünün 
köklü 
surətdə  dəyişməsinə  gətirib  çıxardı.  Maddi  mədəniyyətin  müxtəlif 
sahələrindəki  yaradıcı  fəaliyyət  nəticəsində  əldə  edilən  təkamül 
dəyişiklikləri  gələcək  tərəqqiyə  qüdrətli  zəmin  hazırlayırdı.  1870- 
1914-cü  illərdəavropa  ölkələrinin  iqtisadi  inkişafı  sənaye  strukturu 
və  texnologiyada  keyfiyyət  dəyişiklikləri  və  sənaye  məhsulları 
istehsalının  gur  inkişafı  ilə  səciyyələnirdi.  Sənayeləşdirmə  və  tarixi 
biliklərin  sürətli  inkişafı  prosesində  milyonlarla  insanların  sosial 
statusu,  həyat tərzi və yaşayış mühiti dəyişdi.  Sənayeləşmə və iqtisadi 
inqilab  nəticəsində  XIX  əsrin  son  üçdə  biri  Yeni  dövrün  mədəni 
inkişafında  keyfiyyətcə yeni  mərhələ oldu.  Kapitalizm  mədəniyyətin 
bütün-  istehsal,  elm,  məişət 
sahələrinin  görünməz  inkişafını 
stimullaşdırdı  .  Təbii  şərait  mühitinə  gəmi  və  maşın,  dəmir  yolu, 
teleqraf  və  telefon  daxil  oldu.  Təbiətşünaslıqdakı  inqilab  xalq 
kütlələrinin 
dünyagörüşünün  inqilabi  dəyişilməsi  ilə  də  müşayiət 
olunurdu.  Şəhərlərin  sürətli  inkişafı,  texnikanın  görünməmiş  inkişafı, 
dövlətin  iqtisadi  strukturunun  dəyişməsi,  ictimai  münasibətlərin, 
siyasi  və  sosial  institutların  dəyişməsinə,  həyatın  yeni  dinamikasının 
yaranmasına 
təsir  göstərirdi.  Elmi-texniki  inqilabın  nailiyyətləri, 
intellektual  fəaliyyətin  vərdiş  və  məhsulları,  ətraf  aləmin  ruhi 
mənimsənilməsi 
çoxaldılaraq,  xalqın  istifadəsinə  verilirdi.  Bu, 
mədəni  inkişafın  mühüm faktoru idi.
Dövrün  nəhəng  texniki  inqilabı  yeni  enerji  mənbəyinə  -  buxar 
mühərrikləri  və  elektrik  əsasında 
bütövlükdə  bütün  iqtisadiyyatı 
hərəkətə  gətirdi,  istilik  və  hidro-elektrik  stansiyaları,  buxar maşınları 
parovoz,  buxar  turbini  dinamo-maşınlan  mədəniyyətin  inkişafında 
əlamətdar  hadisə  idi.  Mədəni  tərəqqinin  yeni  nailiyyətləri  -  elektrik 
işığı,  telefon,  teleqraf,  radio,  dəmir  yollan,  kino,  transatlantik 
naqil, 
avtomobil, 
aviasiya, 
yeni  kanallar,  tonnel  və  körpülər 
cəmiyyətin  xidmətinə  verilmişdi.  Bütün  mədəni  nailiyyətlər  insanlan 
adamlarda  insan şüurunun qeyri-məhdud imkanlanna  inam yaradırdı.
Elm  və  texnikanın  inkişafına  prioritet  istiqamətlənməavropa 
ölkələri  həyatının 
aynlmaz  hissəsinə,  avropa  ölkələrinin 
sosial- 
mədəni  koduna  çevrilirdi.  O,  cəmiyyətin  intellektual  səviyyəsinə
244
Fuad  Mammadot
Kulturologiva cffeklivli havat  va faalivvola aparan  vol
təsir edib,  yalnız  ruhi  istehsal  sahəsinə deyil,  həm də kütləvi  şüurun 
daimi inkişafına  səbəb olurdu.
XIX  əsrdə  Avropada  mədəni  tərəqqinin  mühüm  faktoru  həm 
ölkədaxili, həm də ölkələrarası  mübadilə idi.  Buna rabitə və nəqliyyat 
vasitələrinin  tərəqqisi  imkan  yaradırdı.  İxtira  və  kəşflər  qısa  bir 
müddətdə  çoxalıb  yayılaraq,  müxtəlif  ölkələrin  geniş  kütlələrinin 
istifadəsinə verilirdi.  Beynəlxalq əməkdaşlığın inkişafı və bəşəriyyətin 
ruhi  həyatının  beynəlmiləlləşməsi  davamlı  səciyyə  daşımağa  başladı. 
Tərcümə  fəaliyyəti  sahəsindəki  uğurlar  dil  maneələrinin  aradan 
qaldırılmasına, 
milli  mədəniyyətlərin  qarşılıqlı  təsirinə  imkan 
yaradırdı.  Avropa  xalqlarının  ümumi  mədəni  səviyyəsinin  inkişafı 
baş verirdi.
Avropa  və  rusiya  mədəniyyətinin  inkişafı 
Azərbaycana  da  öz 
müsbət  təsirini  göstərirdi.  Yeni  dövrdə  Azərbaycanın  sosial-mədəni 
inkişaf  ehtiyacları 
XIX  əsr  azərbaycan  ruhi  mədəniyyətinə, 
keyfiyyətcə  yeni  hadisə  olan,  azərbaycan  mçaarifçiliyini  gətirdi.  O, 
feodalizmə  qarşı 
özünəməxsus  demokratik  müxalifət  kimi  çıxış 
edərək,  feodal  qanunlarına,  orta  əsr  cəmiyyətinin  sosial  strukturuna, 
yaradıcı fikrin azadlığına mane olan cahillik diktaturası və despotizmə 
intellektual  və  sosial  etiraz  elan  edirdi.  Azərbaycan  Maarifçiliyində 
A.A.Bakıxanov,  M.Ş.Vazeh,  M.Kazımbəy,  M.F.Axundov,  H.Zərdabi 
xüsusi  yer  tutmuşlar. 
Bu  şəxsiyyətlər  erkən  orta  əsrlərin 
azadfikirliliyinə  istinadən,  azərbaycan  xalqının  mədəni  dəyərləri  ilə 
avropa  və  rus  mədəniyyətinin  nailiyyətlərini  sintez  etmək  yolu  ilə 
mədəni  islahatlar  etməyə  can  atırdılar.  Onlann  həyata  baxışlarının 
əsasım  aşağıdakı  anlam  təşkil  edirdi:  düzgün  əməli  fəaliyyət  elmi 
biliyin,  zamanın,  ağılın  təcrübə  və tələbi  ilə  qurulmalıdır.  Buna  görə 
də,  Maarifçilər tərəfindən  elm,  təhsil  və  maariflənmək  tarixi  zərurət, 
sosial-mədəni  dəyişiklik,  mədəni  müxtəlifliyin  aradan  qaldırılması  və 
xalqın rifahının təmin edilməsi  faktoru kimi qiymətləndirilirdi.
Lakin,  bu  dövrün  sosial-siyasi  məhdudluğu  və  ziddiyyətləri  onda 
idi  ki, 
bütün  avropa  ölkələri  elm,  texnika  və  mədəniyyət 
nailiyyətlərindən  eyni  dərəcədə  istifadə  edə  bilmirdilər.  Avropa 
ölkələrinin,  dövlət  quruculuğu  sistemində  təhsilin  prioritet  yerini 
təmin  edən,  daxili  siyasəti  bu  problemin  həll  olmasına  yardım  etdi. 
Qərbi avropa ölkələri  öz sosial-mədəni siyasətində, hər bir ölkənin və
245


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə