Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə56/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   52   53   54   55   56   57   58   59   ...   104

Kuad.M^nımylpv
K ulturotom a effektiv» hoval 
уэ
 fnaliyy.Ma aparan vol
DÜNYA 
MƏDƏNİYYƏTİ 
VƏ 
ELMİNİN 
İNKİŞAF 
TARİXİNDƏN
Bu 
günlərdə 
bəşəriyyət 
keçən 
yüzilliyin 
nəticələrini 
ümumiləşdirməklə 
yanaşı, 
üçüncü  minilliyin 
həyatfəaliyyət
istiqamətlərini  də  müəyyənləşdirir.  O,  öz  sosial-mədəni  inkişafında, 
hər  birinin  müəyyən  mədəni  tip  və  səviyyə  ilə  səciyyələndiyi,  bir- 
birini  ardıcıl  əvəz  edən  tarixi  pillələr  keçmişdir.  Bu  inkişaf  prosesi 
nəticəsində  ibtidai cəmiyyətlər daxilində  yaranan insan idealları, ruhi 
və  maddi  dəyərlərin 
yenidən 
istehsalı  və  onların  texnoloji, 
intellektual  və 
etik  baxımdan  təkmilləşməsi  baş  verir.  Fasiləsiz 
inkişaf  edən  mədəni  ənənələr  bu  dəyərləri,  həm  zaman,  həm  də 
məkan  baxımından yeni  keyfiyyətdə  xalqların  gündəlik mədəniyyəti 
və mədəniyyət yaradıcılarının peşəkar fəaliyyətində mühafizə edir.
Tarixi  təcrübəyə  müraciət  etməzdən  əvvəl,  dünya  mədəni 
inkişafının 
mühüm  mərhələlərini,  bəşəri  inkişafin  sosial-mədəni 
qanunauyğunluqlarını  düzgün anlayıb  qiymətləndirməyə imkan verən 
bir  neçə  mədəni  məntiqi-nəzəri  məsələləri  nəzərdən  keçirək. 
Kulturoloji  tədqiqatların  ümumi  metodologiyası  kimi,  tərəfimizdən, 
dialektika  (Hegel  fəlsəfəsi  daxil  olmaqla),  tarixilik  prinsipi  və  məntiq 
(Lütvi  Zadənin  qeyri-səlis  nəzəriyyəsi  daxil  olmaqla)  seçilmişdir.  Bu 
metodologiyaya  istinad,  bəşəriyyətin  ruhi  və  maddi  inkişafının  tarixi 
proses kimi bütöv bir tam halında dərk edilməsini  asanlaşdırır.
Qədim  dövrlərdən  indiyə  qədər,  insanın  fikri  və  hissi  ilə  yaradılan 
ruhi  mədəniyyət  insan  davranışının  ilkin  şəraitidir.  İnsanın  və 
cəmiyyətin 
inkişafi  nəticəsində  formalaşmış  şüur,  baxış,  zövq, 
xarakter və  dəyər istiqamətləri  onun  vətəndaş  mövqeyi,  fəallıq, enerji 
və  yaradıcı 
təşəbbüskarlığını  müəyyən  edir.  Bununla  yanaşı, 
şəxsiyyətin 
fəaliyyət  uğurları  onun  bilik,  bacanq  və  intellektual 
potensialının 
inkişaf  səviyyəsindən  asılıdır.  Mədəniyyət  onun 
daşıyıcısı  və  istehlakçısından,  onun  yaradıcısı  olan  insanın  özündən 
başlayır.  Tərəfimizdən,  insan  mədəniyyətinin beş  əsas  xarakteristikası 
ilə  ölçülən  düstur  hazırlanmışdır.  :  bilik,  bacanq,  mütəşəkkillik, 
mənəviyyat  və  yaradıcı  fəaliyyət.  Bilik  -   elm  və  təhsil  üzərində 
qərarlaşmışdır.  Bacanqlar  həyatfəaliyyət  üsullatından,  qabiliyyətlər, 
vərdiş,  təcrübə  və  eneıjidən  asılıdır.  Mütəşəkkillik  -   nizam-intizam,
230
Fuad  Məmmədov
Kulturologiva effcktivli həvat vo faalivvata aparan vol
sosial  məsuliyyət  və  iradənin 
olmasını  tələb  edir.  Mənəviyyat 
tərbiyədən  asılı  olaraq,  şüur,  humanizm,  məhəbbət,  ədalət,  dürüstlük, 
həqiqətə  inam,  xeyirxahlıq,  vətənpərvərlik  və  digər  mənəvi 
kateqoriyalardan  asılıdır.  Yaradıcı  fəaliyyət  -   şəxsiyyətin 
daxili 
motivləri, 
özünütəkmilləşdirmə 
və 
özünütəsdiq 
səhdləri 
ilə 
əlaqədardır.  Sistemli  yanaşma göstərir ki,  mədəniyyət -  insanın ağlı, 
hissləri  və  fiziki  əməyi  ilə  yaradılan  hər  şeyi  əhatə  edir.  Bu,  insanın 
yaratdığı  “ikinci  süni  təbiətidir”.  Mədəniyyətin  binar  mahiyyətini 
anlamağın  illüstrativ  modeli  -   bütöv  sosial  sistem  olan  insandır. 
İnsan  fiziki  cisim  və  ruhdan  ibarətdir.  Əgər  fiziki  cisim 
öz 
mövcudluğunu  tamamlayırsa və ya ruhun maddi daşıyıcısı olan  insan 
beyni 
zədəlidirsə,  onda, 
ruh  ya  yox  olur,  ya  da 
öz  başlıca 
funksiyasının  -  insanın  həyat  fəaliyyətinin  idarə  edilməsini  yerinə 
yetirə bilmir.  İnsan  beyni  ilə  ruhu  aynimaz  birlik  olduğu  kimi,  ruhi 
və maddi  mədəniyyət  də  -  insan  ruhu və  ağlının,  onun  emosional 
və  fiziki  fəaliyyətinin  məhsulu  da  vəhdətdədir.  Ruhi  mədəniyyət 
insan  ağlından  doğulduğu  kimi,  hər bir maddi  mədəniyyət  predmeti 
insanın  intellektual  əməyinin 
nəticələrinin 
maddiləşməsi  və 
əşyaviləşməsidir.  İnsanın  mədənilik  düsturu  mədəniyyətin  elmi 
anlamı, müasir cəmiyiyətdə  mədəniyyətin  sosial  strukturu  və mədəni 
inkişafin  beş  faktorunun  vəhdəti  insan  mədəniyyətinin  bir  çox 
hadisələrinin  təhlili,  dövlət  və  cəmiyyətin  inkişafının  praktik  idarə 
edilməsinin  metodoloji açandır.
Mədəniyyətin  milli  ölçüləri  də  mövcuddur..  Milli  mədəniyyət 
fenomeni,  obyektiv  olaraq,  n  müxtəlif  sinif  və  sosial  qruplann  - 
yaradıcı ziyalılar,  dövlət məmurlan  və sahibkarlar,  fəhlə və qulluqçu, 
fermer, hərbçi, qadın və gənclərin  maraqlannın harmoniyası üzərində 
bərqərardır.  Hər  bir  milli 
mədəniyyətdə,  müasir  sivilizasiyanın 
yüksək  mədəniyyəti  ilə  yanaşı,  bu  və  ya  digər  dərəcədə,  feodal 
mədəniyyəti,  hətta  barbar  və  vəhşiliyin  elementləri  mövcuddur.Bu, 
mədəni  inkişafin  qlobal,  regional,  milli,  lokal  və  insan  səviyyəsində 
qeyri-bərabərlik  qanunu  ilə  izah  olunur.  Milli  mədəniyyətlər,  adi  və 
peşə  mədəniyyəti,  elmi  və  bədii  təfəkkür, 
fiziki  və  humanitar 
mədəniyyətlər  arasındakı  dialektik  ziddiyyətlər  də 
qanunauyğun 
haldır.Yüksək  beynəlxalq  mədəniyyətin  əldə  edilməsi  üçün  milli 
dövlətlərin  yüksək  mədəniyyətinin 
zəruriliyinin  sübutuna  ehtiyac
231


Lua.d Manmylpı
Кн1|ЧГ9|yoxdur.  O,  özündə  mədəniyyətin  universal  komponentləri  ilə  milli 
xüsusiyyətlərini  ahəngdar  birləşdirərək,  mədəniyyətlər  arasındakı 
kəskin  fərqlərin  aradan  qaldırılması  və onların  ümumbəşəri  dəyərlər 
üzrə 
yaxınlaşması  üçün  şərait  yaradır.  Bu  isə,  öz  növbəsində, 
dövlətlərin 
mədəni  siyasətinə,  onların  pozitiv  milli  ənənələri 
saxlayaraq  digər  xalqların 
mədəni  təcrübəsindən 
tərəqqipərvər 
daxilolmalar  hesabına  öz  mədəniyyətini  daim  inkişaf  etdirməsinə 
yüksək  tələblər  təqdim  edir.  Belə  yanaşmada  ,  fikrimizcə,  nəinki 
müxtəlif ölkələrin  milli  dövlətçiliyi  üçün,  həm  də  qarşılıqlı  anlaşma 
və  Şərq  ilə Qərb arasında məhsuldar əməkdaşlıq və problemlərin həlli 
üçün  geniş imkanlar mövcuddur.
Mədəniyyətin  bütöv  sistemində  aparıcı  rol  -  ruhi  mədəniyyət  və 
ruhi  istehsala  malikdir.  Dil  kimi  mühüm  mədəniyyət  fenomeni  ilk 
insanların 
birgə  həyat  fəaliyyəti  prosesində,  insan  fikirlərinin 
ötürülmə  vasitəsi  kimi  əmələ  gələrək, 
sonralar  intellektual 
inkişafında  böyük  rol  oynayaraq,  sosial  təcrübənin  ötürülməsi  və 
toplanmasında,  insanın 
həyatı  öyrənmə  və 
onu  dəyişdirmə
fəaliyyətində  kamilləşməyə  başlamışdır.  Dil  ibtidai  cəmiyyətlərin 
formalaşmasında  mühüm  faktor  oldu.  Lakin  yazının  ixtira  edilməsi 
dünya mədəniyyəti  üçün  həqiqətən  inqilabi  dəyişiklik  olaraq, ibtidai 
cəmiyyətdən  ilkin  sivilizasiyalara  keçidin  əsasını  qoydu.  Dünyanın 
mədəni  tarixində 
ilk  sivilizasiyaların,  şərtsiz  olaraq,  mühüm  yer 
tutması  onunla  bağlıdır  ki,  məhz  onların  formalaşma  və  inkişaf 
dövründə  yazı  əmələ  gəldi,  dünyanın  ruhi  və  maddi  mədəniyyətinin 
gələcək  inkişafının  fundamental  əsasını  təşkil  edən, həyatfəaliyyətinin 
ilkin  mədəni  etalonlarının  yarandı.  Onlara -  şəhər həyat tərzi  və şəhər 
həyat  təminat  sistemləri,  hüquq  və  beynəlxalq  münasibət  institutları, 
elm  və  təhsilin  ilkin  formaları,  ideologiya  və  din,  cəmiyyətin  siyasi 
və  iqtisadi  sistemi,  sosial  infrastruktur,  dövlət  təşkili  və  idarə 
edilməsinin davamlı  formaları  aiddir.
Qədim  dövrlərdən  bu  günə  qədər,  dünya  mədəniyyətinin  əsas 
inkişaf 
faktorlarından 
biri 
müxtəlif  dövlət 
və 
xalqların 
mədəniyyətlərinin  qarşılıqlı  fəaliyyət  və  qarşılıqlı  təsiridir.  Müxtəlif 
mədəniyyətlər  yalnız 
mutasiya 
yolu 
ilə 
deyil, 
həm 
də 
stimullaşdınlmış 
transformasiya 
və 
xalqların 
digərlərindən 
proqressiv  digərlərindən  proqressiv  yeniləşmələrin  birbaşa  iqtibası
232
Fuad  Mammadov
Kullurnlopiva cffcklitli hava! va faalivvata aparan  vol
ilə  inkişaf edirlər.  Belə  ki,  qədim  dünyanın  Şumer-Mesopotamiya, 
Misir,  Çin,  Hind,  İran-Qafqaz,  Mərkəzi-Asiya  və  digər 
şərq 
sivilizasiyalarının  ruhi  və  maddi  nailiyyətləri  həm  öz  inkişaflannı 
qarşılıqlı 
stimullaşdırmış,  həm  də 
Yunan  və  Roma  antik 
sivilizasiyalannın 
formalaşma 
və  inkişafında 
əhəmiyyətli  rol 
oynamışlar.  Demokratiya və  humanizm  ideallannın, ağıl və azadlığın 
prioritetləri 
üzərində 
qurulmuş 
yüksək  insan  mədəniyyətinin 
formalaşması  və  inkişafında  Afinanın  Perikl  dövründəki  mədəni 
mühiti  mühüm  rol  oynamışdır.  Yunan  “paydeya”-sı  ilk  dəfə  olaraq, 
insanı  hər  bir  hadisənin  ölçüsü  kimi  təqdim  edir.  Öz  növbəsində. 
Yunan və Roma mədəniyyətinin  görkəmli  nailiyyətləri  , ilkin orta əsr 
islam  sivilizasiyasının  təşəkkül  və  inkişafına 
səmərəli  təsir 
göstərmişdir.
Minilliklər ərzində  bəşəriyyətin  sosial-mədəni  inkişafının  başlıca 
hərəkətverici  qüvvəsi  ağıl, bilik və humanizm  olmuşdur.  Antik  dünya 
və ilkin orta əsr  mədəniyyətinin  inkişafında Aristotel, Platon və digər 
yunan  alim  və  mütəfəkkirlərinin  əsərləri  fundamental  əhəmiyyət 
daşımışdır.  Lakin  əvvəllər  antik  dünyanın  intellektual  mədəniyyəti 
ilkin  xristianlıq  tərəfindən  inkia edilirdi.  Onun estefetini  ərəb-islam 
dünyası  qəbul  etdi. 
Hələ  Antik  mədəniyyətin  inkişafı  dövründə 
Platon  və  Aristotelin  başladığı 
ideal  dövlət  quruculuğunun 
yaradılması  və  cəmiyyətin  dəyişdirilməsi  ilə  əlaqədar,  insan  səadəti 
probleminin 
mücərrəd  fəlsəfi  təhlili  öz  məntiqi  davamını  və 
əhəmiyyətli  inkişafını  orta  əsr  mədəniyyəti  dövründə  Əl-KindiŞ  Əl- 
Fərabi,  İbn-Sina,  İbn-Badcı,  İbn-Rüşt  və digər alimlərin  əsərlərində 
tapdı.  Bu  alimlərin 
diqqət  mərkəzində  ,  həm  də  həyat  fəlsəfəsi 
problemkləri  və  insan  səadətinin  axtanşı  dururdu.  İslam  dünyasında 
elmi-fəlsəfı 
fikrin  inkişafı  ,  xüsusilə, 
IX-XII1  əsrlərdə 
ərəb- 
müsəlman  mədəniyyətində  elm  və  biliyin  dinlə  işıqlandırılması  . 
müqəddəsləşdirilməsi  ilə  şərtlənir.  Onlar  cəmiyyətdə  xüsusi  statusa 
malik  olmaqla, Allahın verdiyi böyük nemət  hesab olunurdular.  Buna 
görə  də  elm  və  biliyə  cəmiyyətin  mühüm  sosial-mədəni  nailiyyəti 
kimi  pərəstiş edilirdi. Yunan  müdriklərinin  baza əsərlərinə  müraciət 
edən  müsəlman alimləri  səadətə nail olmaq üçün  elm, humanizm və 
təhsilin  əhəmiyyətini  aşkar  etmişlər.  XII  əsrdə  Əndəlus  filosofu 
İbn-Badca  ağılı  insanın 
ilkin  hərəkətvericisi,  onun  seçim  və
233


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə