Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə58/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   54   55   56   57   58   59   60   61   ...   104

Fuad  Maromadov
Kulturologiva effcktivli havat  уд faalivvata aparan vol
yaranırdı.  Səadət  üçün  “təbii  hüquqa”  malik  insan  azadlığı  dəyərləri 
yeni həyat tərzinin əsasına çevrilirdi.
Kapitalist  həyat  tərzinin  inkişafı  nəinki  xalq  şüurunun  hərəkətinə, 
eləcə  də  bütövlükdə  feodalizmin  ictimai  statusunun  dəyişməsinə 
təsir göstərirdi.  İntibah ruhu,  tədricən,  cəmiyyətin zadəgan  hissəsini 
də  öz  ağuşuna  alırdı.  Buıjuaziyanın  sıralan,  köhnə  feodal  institutlan 
ilə qarşılaşdmlaraq,  avropa şəhərlərinin  patrisi hissələrinin  hesabına 
çoxalırdı. 
Bəşəri 
mədəni 
dəyərlərinin  üstünlüyü,  şəxsiyyətin 
sərbəstliyi  və  bununla  əlaqədar  olan  cəmiyyətin  sosial  mobilliyinin 
artması  feodalizmin  sosial  strukturlannın  dağıdılması  üçün  əlverişli 
şərait yaradırdı.
Başlıca  qələbələr  isə  ruhi  istehsal  cəbhəsində  baş  verirdi.  Orta 
əsrlərdə  fəal  mədəni  mübadilə, 
yenilikçiliyə  açıq  münasibət  və 
toplanmış  təcrübənin  yayıldığı  yerlərdə  mədəniyyətin  inkişafı  daha 
uğurla  baş  verirdi.  Avropalılar tərəfindən  orta  əsr  çin  ixtiralan  olan 
kitab  çapı,  kompas  və  bantın  istifadəsi,  Avropa  və  bütün  dünyanın 
sosial-mədəni  inkişafında  mühüm  rol  oynadı.  Bunun  ardınca,  gəmi 
səyahətçiliyi  Yeni  Dünyanın  kəşfi,  dünya  ticarəti  və  iqtisadiyyatının 
inkişafına  gətirib çıxardı.  1438-ci  ildə  İohan  Quttenberqin yeni kitab 
çapı  üsulunun  mədəni  əhəmiyyətini  qiymətləndirməmək  olmaz.  Çap 
olunmuş  kitabın  yaradılması  və  çoxaldılması  yalnız  mədəniytyətin 
inqilabi  inkişafı  və  xalqlann  kütləvi  maariflənməsinə  səbəb  olmadı. 
Kitab  insan  və  onu  əhatə  edən  aləmin  başlıca  idrak  aləti  olmaqla, 
Avropada  elmi tərəqqi  və  sənaye inqilabına yol açdı.
Elm  mədəni  ibnkişafın  kompası  və  başlıca  hərəkətverici  qüvvəsi 
olmağa  başlayırdı.  Kapitalizmin  inkişafı  avropa  ölkələrində 
elm, 
texnika  və 
sənaye  tərəqqisini  stimullaşdırırdı.  Təbiət  elmləri  və 
fəlsəfə  sürətlə  inkişaf etməyə  başladı.  İntibah  və  Yeni  dövrdə  elmin 
intensiv  inkafı  və  onun  sosial  institut  kimi  təşəkkülünün  əsas  səbəbi 
kapitalistlərin 
elmi  nailiyyətlərin 
praktik  istifadəsində  maraqlı 
olmaları  idi.  Bu, öz  növbəsində,  son orta əsr və yeni  dövrün mədəni 
potensialını dəfələrlə artırdı.
Feodal  mədəniyyəti,  foodal  və  kilsə  sinfinin  zümrə-korporativ 
imtiyazları  ilə  bağlı  mühafizəçi  dəyər  istiqamətlərində  ifadə  olunan 
təfəkkür  konservatizmi  ilə  fərqlənirdi.  Bu,  cəmiyyətin  ruhi  istehsal 
prosesində  ləngimələr  yaradırdı.  Nüfuza  istinad  edən  feodalların
238
Fuad  Mammadov
Kulturologiva effektivli havat va faalivvata aparan vol
konservatizmini  aradan  qaldırmaq  ’’yeni  dövrün  demiurqlanna”  - 
orta əsr Avropasının  görkəmli  mütəfəkkir,  filosof və  alimlərinə  nəsib 
oldu.  Hələ  XIII  əsrdə  ingilis  alimi  Rocer  Bekon  ikili  həqiqətlər 
haqqında  İbn  Rüştün  başlıca  ideya  və  nəticələrini  davam  etdirərək 
deyirdi  ki,  nüfuz,  ağıl  və  təcrübədən  ibarət  üç  mənbədən  elm  üçün 
ən əsası,  özündən əvvəlkilərin  əməli  təsdiq tapmayan müşahidələrini 
aradan  çıxaran,  təcrübədir.  Ondan  fərqli  olaraq,  XVII  əsrdə  Rene 
Dekart  isə  təcrübəni  yox,  ağılı  əsas  elan  etmişdir.  O,  təcrübənin 
əhəmiyyətini  inkar edərək,  həqiqətin  ağılla  dərk  edildiyini  söyləyirdi. 
Həyat  göstərmişdir ki,  bu  iki  konsepsiyanın  sintezini  düzgün  savmaq 
lazımdır,  çünki,  isbat  edilməyən  həqiqət  yalnız  müşahidədir,  ağıl 
olmayan  yerdə  isə  təcrübələrin  nəticələrini  düzgün  qiymətləndirmək 
mümkün  deyil.  XVII-XVIII  əsrlərdə  yaşamış  alman  alımı  Ootfrid 
Vilhelm  Leybnis  də  həmin  fikri  müdafiə  edirdi.  Bu  arada.  Rocer 
Bekonun  mövqeyi  XVII  əsrin  görkəmli  ingilis  filosofu  və  dövlət 
xadimi,  elmə  birinci  dərəcəli  əhəmiyyət  verən  Frensis  Bekon 
tərəfindən  müdafiə  edilirdi.  F.Bekon biliyi -  güc,  təcrübəni  isə  elmi 
tədqiqatların və həqiqəti  dərk  etməyin  mühüm  vasitəsi  elan  etdi.  Bu 
müddəanın  düzgünlüyünün  təsdiqi  Qlileo  Qalileyə  qismət  oldu. 
Bu 
dövrdə  və  tərqqipərvər  dəyişikliyə  meylli  sosial  mühitdə  yaşayan 
Qlileo  Qaliley  və  İsaak  Nyuton 
öz 
əməlləri 
ilə, 
Aristotel 
təfəkküründən  təbiətin  dərki  və  yeni  elmi  təfəkkürə  doğru  sıçrayış 
etdilər.Bu  alimlərin  əsərləri  ilə,  tyexnika,  texnologiya  və  sənaye 
istehsalının  inkişafına  səbəb  olan,  eksperimental  elm  və  müasir 
təbiətşünaslığın təməli qoyuldu.
Manufaktura,  dənizçilik  və  ticarətin 
inkişafına  olan  ehtiyac 
tədricən  nəzəri  və  eksperimental  işlərin  bir-birinə  yaxınlaşmasına 
gətirib çıxardı və nəticədə XV1-XVIII əsrlərdə  eımi-texniki tərəqqinin 
əsaslan qoyuldu.  Elmi  nailiyyətlərin praktik istifadəsi  elmin  məramını 
anlamaq  üçün  mühüm  məna  daşımağa  başladı.  Elm  real  istehsal 
gücünə çevrilməyə başladı.
Həm  elmin  inkişafında,  həm  də  ictimai  münasibətlərdə  Yeni  dövr 
böyük dəyişikliklərlə əlamətdar oldu.  Feodalizm və ona xas olan  silki 
imtiyazlar,  insan  hüquqlanna  etinasızlıq,  sxolastik  fəlsəfə  və  kilsənin 
diktatorluğu  ilə  insanın  əqli  və  mənəvi,  cəmiyyətin  sosial  inkişafı  və 
tərəqqipərvər  iqtisadi 
inkişafın  yeni  tələbləri  arasında  dialektik
239


Kuad  Mammadov
Kullurologiva cffcktivli havat va faalivvata aparan  vol
ziddiyyətlər əmələ gəldi.  Öz təbiəti  etibarilə demokratik mədəniyyətə 
zidd  olan,  həm  feodalların  avtoritar  hakimiyyəti,  həm  də  absolyut 
monarxiya  onun  inkişafını  ləngidirdi.  XVII-XVI1I  əsrlərdə  Qərbi 
Avropada  öz  çiçəklənmə  dövrünə 
qədəm  qoymuş 
absolyutizm 
Avropa  xalqlarının  yaradıcı  imkanlarının  sosial  sərbəstliyi  üçün 
maneə  oldu.  O,  yüksək  intellektuallıq  və  vətəndaşlığın  inkişafını 
ləngidir, 
həqiqətlərin  real  əks  etdirilməsi 
əvəzinə  monarxlann 
təriflənməsi,  yaltaqlığı  və  əyanların  qul  psixologiyasını  tərənnüm 
edirdi.  Kilsənin,  feodalların  və  mütləq  monarxiyanın  hakimliyinin 
saxlanması  cəhdləri 
iezuit  ordeni  və  inkvizisiyanın  irticaçı 
fəaliyyətində, həmçinin keçmişdən qalan  feodal azadlığını ləğv etmək 
yolu ilə apardığı dövlət islahatlarında əks olunurdu.
Feodalizmin  ziddiyyətləri  nəticəsində  Avropa  və  Asiyada  baş 
verən  sosial-mədəni burjua inqilabları materialist baxışların təsdiqi və 
təbiət  qanunlarına  müraciət,  ən  başlıcası  isə  fəlsəfi  tənqid  yolu  ilə, 
feodal  cəmiyyətinin  əqli  və  mənəvi  dayaqlarının  ideoloji  cəhətdən 
sarsılmasına  gətirib  çıxardı.  XVII  əsrdə  Fransada  ağılın  gücünü 
həqiqətlərin  yenilməzliyinə kor-koranə  inamla qarşılaşdıran  Dekartın 
“şübhə”  ideyasının, 
Avropada  feodal  mədəniyyəti  sosial
institutlarının  dağılmasına 
böyük  təsiri  oldu.  Bu  şəraitdə,  sosial 
sarsıntılar zamanı  əhəmiyyəti  daha da artan,  incəsənətin tərbiyəvi  və 
vətəndaş missiyası tam gücü ilə özünü göstərməyə başladı.
Yeni 
ictimai  sistemin  təsdiqində,  Avropada 
demokratik 
mədəniyyət  formalaşmasının  mühüm  ideoloji  vasitəsinə  çevrilən, 
Maarifin  misilsiz  əhəmiyyəti  oldu.  Üçüncü  silkin  maraqlarını  ifadə 
edərək,  o,  tərəqqipərvər inqilabi  səciyyə  daşıyıb,  idrak  müstəqilliyinə, 
nüfuzlulardan  və  dini  ehkamlardan  imtina  etməyə,  mütləq  feodal 
ideologiyanın  təkzibinə  yardım  edirdi.  İnsanın  formalaşdınlmasında 
sosial  mühitin  əhəmiyyətini,  ilk  dəfə  olaraq,  məhz  maarifçilər 
göstərmişlər.  Maarifçilər  Petrarka  və  Erazmusun  ideyalarını  öz 
fəaliyyətlərində  ifadə  etməklə,  hər  şeydən  əvvəl,  onda  tərbiyəvi 
missiya,  insan  və  cəmiyyətin  inkişaf  problemlərinin  həlli  yollarım 
görür,  realist  incəsənət  və  teatrı  isə,  bu  missiyanın  mühüm  aləti  kimi 
nəzərdən  keçirirdilər.
Sosial-mədəni  inkişafda  uğur  və  nailiyyətlər,  ilk  öncə,  effektivlik 
meyarı  və  imkanlan  ilə dövlətin intellektual  potensialına xidmət edən
240
Fuad  Mammadov
Kullurologiva effektiv» haval va faalivvala aparan vol
insan  faktoru  ilə  ölçülürdü.  Yeni  Dövr Avropada  elmin  inkişafı  ilə 
əlamətdar  idi. 
XVII  əsr  təbiət  elmlərinin 
inqilabi  inkişafı  ilə 
əlamətdar  olaraq,  XVIII  əsrdə 
fəlsəfə,  XIX  əsrdə  isə  tarix 
əhəmiyyətli inkişaf etdi.
Yeni  Dövr  Avropasında 
təbiət  elmləri  və  fəlsəfənin  inkişaf 
etdirilməsində, 
yeni  ideologiya  və  demokratik  mədəniyyətin 
formalaşmasında 
Tomas  Qobbs,  Pyer  Qassendi,  Rene  Dekart, 
Benedikt Spinoza, Con  Lokk,  Qotfrid Vilhelm  Leybnis və digər alim 
və filosoflar  möhtəşəm rol oynamışlar.Bu yolda fransız maarifçiləri -  
Pyer  Böyl,  Şarl  Lui  Montekyö,  Mari  Fransua  Volter,  Jan  Jak  Russo, 
Deni  Didro,  Jülyen  Ofre  de  Lamerti,  Pol  Anri  Holbax,  Klod  Adrian 
Helvetsi, Jan Batist Robin mühüm rol oynamışlar.  XVIII əsrdə fransız 
ensiklopedistlərinin  tarix,  elm  nəzəriyyəsi,  incəsənət  və  tətbiqi  sənət 
növləri 
üzrə 
tərtib  edib, 
yaratdıqları  çoxcildli 
izahlı  lüğət 
bəşəriyyətin  ruhi  və  maddi  inkişafına  zəngin  töhfələr  verərək,  Yeni 
Dövrün  parlaq  mədəni  abidəsi  oldu.  Həmin  ensiklopediya  avropa 
xalqlarının  intellektual  və  mənəvi  inkişafında  mühüm rol  oynamaqla 
yanaşı, xalq kütlələrinə inqilabi təsir göstərdi.  XVIII əsrdə Avropanın 
elmi, fəlsəfi və iqtisadi  fikrinə böyük təsir göstərənlər arasında  David 
Yum,  İmmanuil  Kant,  Adam  Smit,  David  Rikardonun  da  adlan  var. 
Bu  dövrdə  Rusiyada  A.İ.Radişşev,  V.Q.Belinski,  N.Q.Çemışevski 
Q.S.Skovoroda fəal maarifçilik  fəaliyyəti həyata keçirirdilər.
Elm  və  texnika,  təhsil  və  maarifçilik  sahəsindəki  kəşvlər  və  əldə 
edilən 
nailiyyətlər 
ictimai 
şüurun  inkişafina,  cahillik  və 
mövhumatdan  azad  olmasına  təsir göstərirdi.  Avropanın  Yeni  dövrdə 
hüquqi  və  iqtisadi  mədəniyyətinin  demokratikləşməsində  ingilis 
siyasi  iqtisadı  mühüm  rol  oynamağa  başladı.Maarifçilik  demokratiya 
mədəniyyətinin  gələcək  təsdiqi  üçün  əlverişli  şərait  yaradırdı. 
Demokratik ideologiya, prinsiplər, demokratiyanın dəyər və normalan 
feodalizmin  ictimai-siyasi  sisteminin  transformasiyası  üçün  şərait 
yaradaraq,  həm  xalqın  gündəlik  şüuruna,  həm  də 
zadəganlığın 
“yüksək”  elitar  mədəniyyətinə  daha  dərindən 
nüfuz  edirdi. 
Cəmiyyətdə  demokratik  mədəniyyətin  xeyirxahlıq,  həqiqət,  ədalət, 
dostluq,  məhəbbət,  kollektivçilik,  qarşılıqlı  yardım  kimi  dəyərləri 
daha  çox  təsdiqlənirdi.  Lakin  Maarifçiliyin  zəif cəhəti  də  var  idi. 
Maarifçilər  tarixi  təfəkkürə  malik  olmadıqlarına  görə,  yalnız  XIX
241


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə