Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə55/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   51   52   53   54   55   56   57   58   ...   104

Kuad Mammadov
Kultutologiva effeklitli hovat  va faalivvata aparan vol
Həm  hüquq,  həm  də  əxlaq  çərçivəsində,  qanun  və  onun  praktik 
həyata  keçirilməsi,  vicdan  və  rəsmi  əxlaqın  tələbləri,  milli  və  bəşəri 
tələblər arasında  obyektiv  və subyektiv ziddiyyətlər mövcud ola bilər. 
Bu  ziddiyyətlərin  aradan  qaldırılması  imkanları,  cəmiyyət  və 
şəxsiyyətin  inkişaf maraqlarına  cavab  verən  mənəvi  prinsip,  ideal, 
mənəvi-mədəni  dəyərlərdən, 
cəmiyyətin  mənəvi  mədəniyyət 
səviyyəsindən və düzgün elmi yanaşmadan asılıdır.
Real  həyatda  mövcud  olan  ideoloji  ziddiyyət  və  insani 
münaqişələrin  təbiətini  və  əxlaqi  rolunu  anlamaq  üçün 
"qəti"  və 
"şərti"  imperativ  anlayışlara  müraciət  etmək  lazım  gəlir.  Klassik 
alman  fəlsəfəsinin  banisi  İmmanuil  Kant  hesab  edirdi  ki,  millətin 
mədəniyyətinin  mahiyyəti  insanın  ictimai  dəyəri  ilə  ölçülür.  Kant 
“qəti imperativ”-i ( şərtsiz hökm) mənəviyyatın keyfiyyət meyarı kimi 
qəbul  edir.  O,  insanı  inkişafın  məqsədi  elan  edərək,  aprior  prinsip 
əsasında  öz 
“mənəvi  qanununu”  qurur  və  hesab  edir  ki, 
qəti 
imperativ ümumi xarakter daşımalı,  insanların bərabərliyi prinsipinin 
həyata  keçirilməsinə  yardım  etməlidir. 
Qəti  imperativdən  fərqli 
olaraq, 
makkiavellizm 
prinsipinə  əsaslanan  (məqsəd  vasitəni
doğrultmalıdır)  şərti  imperativ  fəlsəfəsi  belə  səslənir  :  “  əgər sən  hər 
hansı  bir məqsədə  çatmaq  istəyirsənsə,  vasitə olaraq,  müəyyən  əməli 
addımlar həyata  keçirməlisən”.  Beləliklə,  şərti  imperativin əsasında 
insanların  fərdi  maraqlarının  əkslikləri  durur ki,  bu  da onun,  mənəvi 
və 
sosial  münasibətlərin  harmonizasiyası  üçün,  meyar  olmasını 
aradan  qaldınr.  Əfsus  ki,  bəşər  tarixi  bizə,  sonda  insanlar  və  xalqlar 
arasında 
münaqişə,  sosial  gərginliklə  nəticələnən,  dəyərlərin 
maraqlara  qurban  verilməsi  hallan  üzrə  çoxlu  sayda  nümunələr 
təqdim edir.
Sosial  ziddiyyətlərin  səviyyəsinin  azaldılması  yolu 
yüksək 
mədəniyyətə  nail  olmaqdan, 
nüfuzdan  elmi  bilik  və  təcrübəyə, 
şüurluluğa,  məsuliyyətliliyə,  düzgün  sosial-mədəni  siyasətin  təmin 
etdiyi  cəmiyyətin 
universal  mənəvi-mədəni  dəyərləri  əsasında 
şəxsiyyətin  tam  inkişafını  nəzərdə  tutan  “Homo  Hultural”  tipli  yeni 
insanın  formalaşdınlmasına  doğru  gedən  yoldan  keçir.  Şəxsiyyət və 
cəmiyyət  arasında  yaranan  ziddiyyətlər  onların  münasibətlərindəki 
harmoniya ilə əvəz edilməlidir.
226
Fuad  Mammadov
Kulturologiva effeklitli havat va foalivvolo aparan ynl
Sosial-mədəni  siyasətin  düzgün  formalaşdırılması  üçün,  düşüncə 
tərzi, metod və üsulların məcmuundan  ibarət  mədəniyyətin,  hadisələri 
ekzogen  və  endogen  əlaqələrin  retrospektiv 
verilənlərə  uyğun 
hesablanması və təhlili əsasında,  mədəniyyətin sosial institutları və ya 
prosesləri,  onun  gələcək  inkişafinm  etibarlılıq  səviyyəsi  haqqında 
fikir  formalaşdırmağa  imkan  verən  proqnozlaşdırılmasının  mühüm 
əhəmiyyəti var.  Kulturologiya  faktorlar, qanunauyğunluq,  və sosial- 
mədəni  inkişafın  şərt  və  şəraitinin  hərtərəfli  elmi  təhlili  əsasında 
milli  mədəniyyətin  gələcək  proqressiv  inkişafının  gələcəyini  elmi 
əsaslarla,  qabaqcadan 
görməli,  insanın  həyat  fəaliyyətinin 
tendensiya,  dinamika  və  mümkün  nəticələrini 
müəyyən  etməli, 
perspektivdə 
dövlətin 
optimal 
siyasət 
prioritetlərinin 
müəyyənləşdirilməsi üzrə  tövsiyələrin hazırlanmasını təmin etməlidir.
Mədəni  fəaliyyətin  effektliliyinin  sistemli  kulturoloji  təhlili,  milli 
resursların  düzgün  istifadəsi  və  uçotu,  mədəniyyətinin  struktur  və 
sisteminin 
təkmilləşdirilməsi, 
dünya  sivilizasiyasının  inkişaf 
tendensiyalan,  qanunauyğunluqları  üzrə  ölkənin  harmonik  sosial- 
mədəni  inkişafi  planını, proqramını  və  layihələrini  formalaşdırmağa 
imkan  verir.  Sistemli  elmi  proqnoz 
keçmişin  və  indinin  inkişaf 
prosesi  və  qanunauyğunluqlarının  ümumiləşdirilməsi  və  təhlili 
əsasında 
mənəvi  mədəniyyətdəki  böhranın 
aradan  qaldırılması 
üsullarının  və 
gələcəkdə  onun  davamlı  inkişafinm  alternativ 
yollarının  müəyyənləşdirilməsi üçün geniş şərait yaradır.
Zərurət 
olarsa, 
kulturoloji 
tədqiqatda 
sosial-mədəni 
modelləşdirmə,  sosial  proqnoz  və  Roma  Klubunun  geniş  istifadə 
etdiyi,  sosial-mədəni  inkişafin  perspektivlərini  müəyyənləşdirmək  və 
mədəniyyətin  gələcək  inkişafı  haqqında 
təsəvvürlərin  həqiqilik 
dərəcəsi  haqqında  hökm  vermək  imkanı  olan 
bir  sıra  ekspertlərin 
fikrinə  əsaslanıb,  “delfa”  metodundan  istinadən, 
ssenari  tərtib 
etmək 
mümkündür. 
Bütöv 
sistem 
olan, 
mədəni 
inkişafin 
proqnozlaşdırılması,  insanın  həyat  fəaliyyətinin  texnoloji  inkişafının 
mümkün  imkanlarını,  dəyər,  sosial  mühitin  dəyişmə  dinamikasını, 
sosial-mədəni  tərəqqinin 
qanunauyğunluq  və  tendensiyalarının 
ictimai  və beynəlxalq münasibətlərin  aşkar edilməsini  elmi  cəhətdən 
qabaqdan görməyə yardım edir. Cəmiyyətin strateji inkişaf metodu  və 
gələcəyi  dərk  etmək  vasitəsi  olan  kulturoloji  proqnozdan  istifadə
227


Fuad  VUmmodov
Kulturologiva effektivli  haval va faallvyala aparan  YQİ
etməklə, 
sosial-mədəni 
tərəqqinin 
əsas 
istiqamət 
və 
mədəniyyətlərarası  qarşılıqlı  təsirini  yalnız  əsaslandırmaq  deyil,  həm 
də 
mədəniyyətlərarası 
idarəetmə  və  liderlik 
sahəsində  qəbul 
olunmuş  qərarların  mümkün nəticələrini qabaqcadan görmək  imkani 
verir.
Kulturoloqlar  Piter  Şvarts  və  Piter  Leyden,  dünya  sivilizasiyası 
kontekstində 
ABŞ-m  müharibədən  sonrakı 
inkişaf  təcrübəsinin 
təhlili əsasında  belə hesab edidilər ki, yüksək texnologiyaların , dünya 
iqtisadiyyatı  və  beynəlxalq  ticarətin 
sürətli  inkişafi,  liberal 
demokratiya  və 
bazar  iqtisadiyyatı  ideyasının 
qələbəsini,,  milli 
iqtisadiyyatlar  və  bazarların  inteqrasiyasını 
tərəqqisini,  xalqların 
siyasi  açıqlığının  artmasını  stimullaşdıracaqdır.  Onların  hazırladığı, 
gələcəyi  görmənin  pozitiv ssenarisinə əsasən,  şəbəkə iqtisadiyyatı  və 
texnologiyanın  beş  möhtəşəm  dalğasına  -  fərdi  kompüter,  rəqəmli 
telekomunikasıya,  biotexnologiyalar,  nanotexnologiyalar və  alternativ 
energetikaya  əsaslanan  stabil  iqtisadi  yüksəliş  2020-ci  ildə  dünyada 
yoxsulluğun  aradan  qaldırılması  və  ekoloji  cəhətdən  daha təhlükəsiz 
dünyanın  rifah sivilizasiyasının  təşəkkülünə yardım edəcək.
Beləliklə, 
dünya  sivilizasiya  tarixinin 
çoxsaylı  nümunələrinə 
müraciət  və  alimlərin  nəticələri  göstərir ki,  maddi  rifah  istehsalının, 
iqtisadiyyatın  effektiv  inkişafının,  sosial  tərəqqinin  keyfiyyətinin 
başlıca  resursu  təbiətdə  yox,  insan  intellektindədir.  Bu,  eləcə  də, 
Yaponiya,  Honhonq,  Sinqapur  və  bir  sıra  başqa,  insan  kapitalının 
nüvəsi olan  iqtisadiyyatı intellektual mədəniyyətə əsaslanan ölkələrin 
yüksək  effektiv  təcrübəsi  ilə 
təsdiq  olunur.  Buna  görə  də 
Azərbaycanda 
iqtisadiyyatın  liberallaşdınlması  ilə  yanaşı, 
daxili 
siyasətin  və  dövlət  idarəçiliyi  siyasətinin 
istiqamətini  dəyişib, 
intellektin,  eləcə də,  idarəetmə,  hüquqi və etik mədəniyyətin  prioritet 
inkişafına  yönəldərək,  yenidənqurulması  mühüm  əhəmiyyət  daşıyır. 
Bu, dövlət və cəmiyyətin , ictimai  tərəqqini müəyyənləşdirən, həyat və 
fəaliyyətinin 
mühüm  strateji  istiqamətlərinin 
davamlı  inkişafına 
siyasi 
təminat 
verəcəkdir. 
Sosial-mədəni 
inkişafin 
yeni
prioritetlərinin  qurulması 
zamanın  tarixi  tələblərinə  uyğun  olan, 
aşağıdakı məsələlərin həllini tələb edir:
•  Dünyanın  sivil  inkişaf  tendensiyaları 
və  təcrübəsini  nəzərə
almaqla,  ölkənin  gələcək  pozitiv  obrazı  və  milli-mədəni  inkişaf
228
Fuad  Mammadov
Kulturologiva effektivli havat va faalivvala aparan yol
konsepsiyası, 
sosial-mədəni  tərəqqinin 
ümumi  fəlsəfəsinin 
hazırlanması;
•  Keyfiyyət  və  sürət  üzrə  davamlı  elmi  strategiya  və 
texnologiyalar hazırlamaq;
•  İdarəetmə və təşkilatçılıqda >üksək mədəniyyətə nail olmaq;
•  Yüksək ixtisaslı kadr, eləcə də  ekspert-kulturoloqların  hazırlığı 
və düzgün istifadəsi;
•  Ruhi mədəniyyət sistemində struktur islahatlann aparılması;
•   Həyat  fəaliyyətinin 
müəyyənləşdirilmiş  istiqamətlərinin 
tərəqqipərvər  inkişafını  təmin  edən  hüquqi  və  etik  normaların 
təkmilləşdirilməsi;
•  Məqsədli strateji maliyyələşdirmənin həyata keçirilməsi;
•  Prioritet  inkişaf  istiqamətlərin  maddi-texniki  şərtlərinin  təmin 
edilməsi;
Rusiya  və  dünya  kulturologiyası  təcrübəsinə  istinadən  aparılmış 
təhlil  10  illik  dövr  üçün 
müəyyənləşdirilmiş  “Azərbaycanda 
mədəniyyətin  inkişafı”-  mn  milli  tədqiqat  proqramının  elmi  əsasla 
hazırlanıb  reallaşdınlmasının 
aktuallığını  göstərir.  Bu  proqram 
daxilində  azərbaycan  mədəniyyətinin  inkişaf  tarixi,  praktikası  və 
nəzəriyyəsinin  dünya  sivilizasiyası  kontekstində  fundamental  təsdiq 
etmək 
zəruridir.  Keçid  dövrünün 
optimal  və  eksperimental 
şəraitində  mədəniyyətin  inkişaf  dinamikası  və  transformasiyası, 
struktur  və  mürəkkəbliyinə  görə  müxtəlif  olan  mədəniyyətin  sosial 
institutlarının idarə edilməsi  və sinergetikası  üzrə  sistemli kulturoloji 
tədqiqat  mühüm  əhəmiyyət  daşıyır.  Eyni  zamanda,  müasir  dünya 
mədəniyyəti  və  sivilizasiyasının 
böhran,  fəlakət  və  destruktiv 
proseslərinin  aradan  qaldırılması  mədəniyyətlərin 
dialoq  və 
harmonizasiyasının  yeni  imkanları,  müasir  sivilizasiyalann  inkişaf 
qanunauyğunluqları  və  hərəkətverici 
qüvvələrinin  müqayisəli 
təhlilinin 
aparılması  aktual  və  praktik  əhəmiyyətli 
vəzifə  kimi 
meydana çıxır.  Bunun nəticəsində əldə edilən  elmlərarası  kulturoloji 
biliklər,  məlumat  banklan  və  içtimai  inkişaf  texnologiyaları  dövlət 
idarəetmə 
sisteminin  və  sosial-mədəni  sisyasətin 
effektivliyinin 
azərbaycan  kulturoloji  elminin  beynəlxalq  nüfuzunun  artmasına 
səmərəli təsir göstərəcəkdir.
229


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə