Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə51/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   47   48   49   50   51   52   53   54   ...   104

Fuad  Mammadov
Kulturologiva çffektivli havat va faalivvata aparan vol
proqramlannin  həyata  keçirilməsinə  əsaslanan  etika  biznesi  böyük 
əhəmiyyət qazanmışdır.
Bu  arada,  insan  əməyinin 
fəaliyyət  sahələrinə  bölgüsünün 
dərinləşməsi  və  sosial  diferensasiya 
insan  mədəniyyətinin  təbii 
müxtəlifliyi,  insanın  bəşər  mədəniyyətinə  yiyələnməsinin 
qeyri- 
mümkünlüyünə  inam  formalaşdırır.  Bu  şəraitdə  fəlsəfə  və  görkəmli 
şəxsiyyətlərin  tərəqqipərvər  inkişaf  təcrübələri,  müxtəlif  xalq  və 
dövlətlərin  nailiyyət  və  texnologiyaları  haqda  bilikləri  bəşəriyyətə 
təqdim  etmək  məqsədi  daşıyan  kulturologiyanın  rolu  ölçüyəgəlməz 
dərəcədə artır.
Kulturologiya  -   mahiyyətlər,  earixi  xüsusiyyətlər, 
inkişaf 
qanunları,  nailiyyətlər,  texnologiyalar  və  insanın  yaradıcı  həyat 
fəaliyyətinin  dəyişdirici  imkanları  haqqında  elmdir.  O,  şəxsiyyəti 
dərin  həyati  biliklərlə, 
bir  çox  nəsillərin  fəaliyyət  təcrübəsi  ilə, 
gələcəyi 
görmə 
qabiliyyəti 
ilə 
silahlandırır, 
dünya 
görüşü 
genişləndirir,  təfəkkür məhdudluğunu  aradan qaldırmağa imkan verir, 
insanı  mçüdrikliyə  aparır.  Kulturologiya  davamlı  inkişaf və  tərəqqi, 
məhsuldar  idarəçilik, 
şəxsiyyət  və  lider  formalaşdınlmasmın 
yeniləşmiş 
mənbəyi, 
istehsalın 
hərəkətverici 
qüvvəsi 
kimi, 
cəmiyyətin  intellektual  potensialının  fasiləsiz  olaraq  artıeılmasına 
yardım edir.
Kulturologiyanın  strateji  vəzifəsi  davamlı  sosial-mədəni  və  iqtisadi 
tərəqqinin  təmin  edilməsi  naminə  dövlətin,  ziddiyyətlərin  düzgün 
həlli  və  böhranların  effektlə  aradan  qaldınlmsına  yönəlmiş, 
yeni 
ictimai texnologiyaların hazırlasnmasıdır.  Bu  zaman gələcəyə utopik 
yox, 
realist,  peşəkar  mövqedən  yanaşmaq  nəzərdə  tutulur,  yəni 
alimlərin  romantizm  və  fantaziyası  keçmişin  və  bu  günün  sistemli 
kulturoloji 
təhlilinə  əsaslanıb, 
gələcəyin  pozitiv  obrazının 
formalaşdınlmasına  əsaslanaraq,  yüksək idarəçilik texnologiyalarının 
təmin edilməsinə qabil olmalıdır.
Beləliklə,  S.Pereslegin  və  N.Yutanov 
bəşərin  müasir  sosial 
sistemlərinin 
böhran  əlamətləri  içərisində 
insan  qorxusunun 
“maddiləşməsinin”  adını  çəkirlər.  Müəlliflər  fiziki  ölüm,  psixi  ölüm 
(ağlını  itirmək),  psixoloji  ölüm  (ailənin  məhvi,  irsin  davam 
etdirilməsindən  məhrum  olmaq)  və  sosial  ölüm  (tribadan  qovulmaq) 
qorxularının  aradan  qaldırılma  imkanlarını  varlığın  mədəni  inkişaf
2 1 0
Fuad lybmmado*
Kulturologiya effekUvli havaı  vo faalivvata aparan vol
hesabina  “pozitiv  dəyişdirilməsində”  görürlər.  Onlar  bəşəriyyətin 
multimədəni 
mülkiyyətlərinin 
qorunması 
və 
tərəqqipərvər 
nailiyyətlərinin  yaradıcı  istifadəsini 
nəzərdə  tutan  innovasiyalı 
proqram  və layihələrin hazırlanıb həyata keçirilməsinin əhəmiyyətini 
xüsusi 
qeyd 
edirlər. 
Onlar 
ictimai 
inkişaf 
proseslərinin 
öyrənilməsində  tarix  və  sosiologiyanın rolunu  vurğulayaraq,  pozitiv 
fəlsəfəni  elmi diskussiyaların metodologiyası kimi təklif edirlər.  Onlar 
dünyanın  dəyişdirilməsində  real  addımların  atılması  və 
uğurlu 
gələcəyin  formalaşdırılması  yolunu  innovativ proseslərdə,  hər  bir 
şəxsin cəmiyyətin rifahı  naminə quruculuq  fəaliyyətindəki  yaradıcı  və 
məsuliyyətli  iştirakında,  vətəndaşların maraqlarına cavab verən  azad 
yaradıcı fəaliyyəti üçün  dövlətin  zəruri şərait yaratmasında  görürlər.
Cəmiyyətin  peşəkar  və  gündəlik  adi  mədəniyyəti  kulturologioya 
sahəsində  apanlan  elmi-nəzəri  tədqiqatların  səviyyəsindən  asılıdır. 
Nəzəri  kulturologiya  varlığı  zamanın  tələbinə  uyğun 
dəyişmək 
məqsədini  güdür.  O,  fəlsəfənin  və  insanların 
həyat  fəaliyyəti 
texnologiyalarının  təkmilləşdirilməsinə,  həyat  keyfiyyəti  və  rifahın 
artırılmasına,  dövlət  və  cəmiyyətin  təhlükəsizliyi  və  davamlı 
inkişafina  istiqamətlənmişdir.  Kulturoloji  tədqiqat  prosesində  lazımi 
nəticələrin əldə edilməsi üçün mədəniyyətin inkişaf etdirilməsinin  bir 
neçə 
göstəricilərinin 
nəzərdən 
keçirilməsi 
vacibdir, 
məs., 
mütəxəssislərin  hazırlığı  və  onlardan  istifadə, 
qanunvericiliyin 
keyfiyyəti, demokratik idarəetmə mədəniyyəti, istehlak olunan mədəni 
nemətlərin 
kəmiyyət 
və 
keyfiyyəti, 
fəaliyyətin  ictimai 
texnologiyaları, 
vətəndaş  cəmiyyəti  əxlaqı,  mədəni  dəyərlər  və 
mədəni  irs.  Sistemli  analizin  mühüm  bloklarından  aşağıdakıları  da 
qeyd  etmək  vacibdir:  insan  hüququ,  mədəniyyət  hüququ, 
kadr 
siyasəti,  mədəni  müxtəliflik,  yeni  həyat tərzi,  gender münasibətləri, 
sülh  mədəniyyəti,  istehsal  və  iqtisadi,  tibbi  və  ekoloji  mədəniyyət, 
məsuliyyət  mədəniyyəti, 
yoxsulluqla  mübarizə, 
beynəlxalq 
münasibətlər,  mədəni proseslərin ictimai monitorinqi və digər. 
•*
Dünya  kulturoloji  fikri  ilə  tanışlıq  göstərir  ki,  mədəniyyət  və 
mədəni  inkişaf  problemləri  hələ  antik  dövrdən  qabaqcıl  insanları 
narahat  etsə  də,  kulturologiyanın  elm  kimi  təşəkkül  tapması  üçün 
şərait  XIX  əsrdə  antropologiya, 
etnologiya, 
sosiologiya  və
211


huad  Mammadov
JtMİturoİQgİYa.çffektivli həyal ya faalivvala aparan vol
psixologiyanın 
inkişafı  nəticəsində  əmələ  gəldi.  Kulturologiyanm 
təşəkkül və inkişafının aşağıdakı  mərhələlərini qeyd etmək olar:
1.  İnsan  və  onun dünyasının  tədqiqi  ilə məşğul  olan  etnologiya  və 
antropologiyanın inkişafi ( XIX əsrin axırlarına qədər);
2.  Sosiologiya və psixologiyanın  təşəkkülü və  inkişafı (XIX əsrin 
axırlarından);
3.  Öz  fəaliyyət  və  inkişaf qanunauyğunluqları  olan  bəşəriyyətin 
mədəniyyəti  haqqında 
elm  olan  kulturologiyanm  təşəkkülü  və 
inkişafi (XX əsrin ortalarına yaxın);
4.  Sistemli  kulturoloji  tədqiqatların  intensiv  inkişafı  (  XX  əsrin  II 
yarısından etbarən).
Bir çox mədəniyyətlər üçün səciyyəvi  olan  ilkin ümumi  inkişaf 
qanunları  və  qanunauyğunluqları  əvvəl  etnologiya,  sonra  isə  mədəni 
və  sosial  antropologiya  çərçivəsində  öyrənilirdi.  Etnologiyanın 
formalaşması  XIX  əsrin  80-ci  illərinin  sonlarında  bəşəriyyətin  tarixi 
inkişaf  proseslərinin  öyrənilməsi  çərçivəsində  baş  verirdi.  Onun 
vəzifələrinə 
-  mədəniyyətin  təbii  tarixinin, 
mədəni  tərəqqinin 
mərhələlərinin, 
mədəni  təkamülün  aşkar  edilməsi  və 
müxtəlif 
mədəniyyət  və  cəmiyyətlərin 
düşüncə  tərzinin 
dəyişməsinin 
aşkarlanması daxil idi.
İbtidai 
mədəniyyətin 
tədqiqatçısı, 
etnologiyada 
təkamül 
cərəyanının  banisi  ingilis  etnoqrafı  Eduard  Taylor  öz  tədqiqatlarını 
insan  və  sivilizasiya  problemlərinin 
öyrənilməsinə  həsr  etmişdir. 
Digər  xalqların  həyatını  tədqiq  edərkən,  o,  ilk  dəfə  olaraq,  vəhşilik, 
barbarlıq  və  sivilizasiya  pillələri  ilə  irəliləyən  insan  mədəniyyətinin 
obyektiv  tarixi  inkişaf  qanunauyğunluqlarını  dərk  edib  araşdırmağa 
çalışmışdır.  Taylor  tarixi  prosesin  təhlili  üçün  tipoloji  müqayisə  və 
“qalıqlar  metodu”-dan  istifadə  edərək,  mədəniyyətin  inkişafında  təbii 
səbəb  və  nəticə  əlaqələrini  aşkar  etmişdir.  O,  mədəniyyəti  müstəqil 
inkişaf edən  sahələrin  vəhdəti  kimi  nəzərdən  keçirərək,  haqlı  olaraq 
qeyd  edir  ki, 
maddi  mədəniyyət  ruhi  mədəniyyətin  törəməsidir. 
Sonrakı  əsərlərində  alimin  tədqiqat  obyekti  bütövlükdə  cəmiyyətin 
sosial mədəniyyəti olmuşdur.
Mədəniyyət 
fenomenlərinin 
səhra  etnoloji  tədqiqatlarının 
pioneri,  ibtidai  cəmiyyət  nəzəriyyəsinin  banisi,  amerika  etnoqrafi  və
2 1 2
Fuad  Mammadov
Kulturologiva effcklivli havat ta faalivvata aparan vol
tarixçisi  Lüis  Morqan  bəşəriyyətin  tarixinin  vəhdət  və  tərəqqidən 
ibarət  olması ideyasını iddia etmişdir.
Etnologiya mədəniyyəti  iki tip etnoqrafik təfsir  - mədəniyyətlərdə 
təkamül  və  diffiıziya  hadisələrinin  izahı,  vasitəsi  ilə  tədqiq  edirdi. 
Təkamül  nəzəriyyəsi  müxtəlif  coğrafi  regionların  oxşarlığım  insan 
psixikasının  eyniliyi  və  şəraitin 
ümumiliyi  ilə  şərtlənən  müstəqil 
hadisə  kimi 
nəzərdən  keçirirdi.  Miqrasiya  ilə  bağlı  mədəni 
diffiıziyaya  əsaslanan  etnoloji  təfsir  isə  təkamül  nəzəriyyəsini  inkar 
edərək,  onun biologiyadan iqtibas edildiyini  söyləyirdi.  Bu  cərəyanın 
nümayəndələri  öz etnoloji məktəblərini  - “tarixi etnologiya”  amerika 
məktəbini (Boas, Kryober, Uissler) və alman “mədəni tarixi məktəbi”- 
ni (Ratsel, Frobenius, Şmidt)  yaratmışlar.
Amerika  tarixi-etnoloji  məktəbinin xidməti ondan  ibarət olmuşdur 
ki,  onlar  mədəni  birliyi  izah  edən  və  mədəni  dəyişikliyi  idarə  edən 
universal  bioloji  və  və  psixoloji  qanunları  aşkar  etmişlər.  Alimlər 
göstərmişlər ki,  bütün  mədəniyyətlərə  aid  olmasına baxmayaraq,  bu 
qanunlar  müxtəlif  formalarda  təzahür  olunur.  Bu  məktəb  daxilində 
mədəni  dinamika,  mədəniyyətin  inteqrasiyası, 
şəxsiyyət  və 
cəmiyyətin,  “mədəni  arealların”  qarşılıqlı  təsiri  mədəni  cəhətlərin 
yayılması və s.
Amerika  antropoloqu  Frans  Boasın  diqqət  mərkəzində  insanların 
sosial  adət,  fiziki  səciyyə  və  dillərinin  oxşar  və  fərqli  cəhətləri 
problemi  dururdu.  Onun  tədqiqat  abyektləri  -   Amerika  hundulannın 
folklor,  təsviri  incəsənət  mifləri,  sənətləri,  qohumluq  sistemləri, 
psixologiyaları  və  mədəni  əraziləri  idi.  Boas  insanın  bioloji  və 
mədəni  mahiyyətini  “Boas  antropologiyasının 
dörd  sahəsi”  adını 
almış 
metodlarla  öyrənirdi.  Onlar  bioloji  tədqiqat  üçün  ölçü  və 
statistikaya; 
dilçilik  üçün  qramatik  təhlil  və  testləşdirməyə; 
kulturoloji  hadisələr  üçün  yayılma  analizi  və  bütöv  tədqiqatlar: 
mədəni  keçmişin  öyrənilməsi  üçün  isə,  stratiqrafik 
arxeoloji 
tədqiqatlara  əsaslanır.  Taylor,  Loui,  Uisslerin  mədəni  antropologiyası 
ənənələrinin  dirçəldilməsinə 
istinad  edən  Boas, 
mədəniyyətin 
təkamül  prosesləri  ilə  fəal  məşğul  olmağa  başlayır.  Alim  amerika 
antriopologiyasına  alman mədəni-tarixi  məktəb ənənələrini gətirərək, 
orada  tarixi  etnologiya  məktəbini  yaratdı.  Təhlilin'tarixi  metodlarını 
təkamülçülüyün 
nəzəri  ümumiləşdirmələrinə  qarşı  qoyub, 
səhra
213


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə