Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə50/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   46   47   48   49   50   51   52   53   ...   104

Fuad  Mammadov
Äulturoloeiva effektivli havat  va faalivyata aparan  vol
məzmun  və  struktur  dəyişikliklərini  aşkarlayıb  müqayisə  etməyə, 
ayn-ayn  mədəniyyətlərin  inkişaf  pillələri  ilə  bərabər,  makrotarixi 
prosesləri  də  təhlil  etməyə  imkan  verir.  Dünyagörüş  funksiyası 
mədəni  universallıqları  aşkarlamağa  imkan  verir.  Mədəni  dəyər  və 
normaların 
qarışması 
və 
pozulması, 
mədəniyyətin 
hərəkət 
istiqamətinin  qeyri-müəyyənliyi  ilə  səciyyələnən  islahatlar  və  sosial 
inqilablar dövründə  insanların  mədəni  həyat  fəaliyyətinin öyrənilməsi 
üçün  onun rolu xüsusi əhəmiyyət kəsb etməyə başlayır.
Təfəkkürün 
forma  və  qanunları  haqqında  elm  olan  məntiq
mədəniyyətin  obyektiv  inkişaf  proseslərini,  bəşəriyyətin  inkişafi 
naminə,  düzgün  anlamağa  imkan  verir.  Bu  sahədə  bir çox  alimlərin 
nailiyyətləri  -   Aristotelin  dedutiv  məntiqi,  Frensis  Bekonun  induktiv 
məntiqi,  İmanuil  Kantın 
formal,  metafizik  məntiqi  və  Hegelin 
dialektik məntiqi öz əksini tapmışdır.
Kulturoloji  metodologiya  üçün 
amerika  alimi  Lütvi  Zadənin 
qeyri-səlis  məntiq  sahəsindəki,  əsrlərlə  dünyaya  Aristotelin  klassik 
“ağ-qara”  məntiqi  prizmasından  baxışa  inqilabi  dəyişikliklər  gətirən, 
elmi  kəşfləri  novativ  əhəmiyyət  daşıyır.  Lütvi  Zadənin  qeyri-səlis 
məntiq  və  onunla bağlı  olan  “Çoxluqlar nəzəriyyəsi” ilə “təəssüratlar 
nəzəriyyəsi” bəşəriyyətin bir çox  qlobal, regional,  lokal  və individual 
problemlərinə  eləcə də  öz  tarixi  inkişafında  mürəkkəb  dövr yaşayan 
Azərbaycan  Respublikasının  qarşısında duran  problemlərin həlli  üçün 
kulturoloji  açar  ola  bilər.  Bu  yanaşma  mədəni  inkişafin  iki  vasitəsi 
arasında  harmoniyanın  əldə  edilməsi  üçün  yeni  imkanlar  açır  : 
insanın  təbiəti  dəyişməsinə  yönələn  qərb  və  insanın  təbiətə  “üzvi 
olaraq  daxil  olması”-na  istiqamətlənən  şərq  vasitələri.  O,  humanist 
dəyərləri  saxlayaraq  proqressiv 
texnoloji  inkişafa,  stientizm  və 
antistientizm 
mövqelərinin 
harmonizasiyasına, 
texnogen 
sivilizasiyalara  məxsus  dağıdıcı  proseslərdən  qorunmuş,  yeni 
sivilizasiyaların  yaranmasına  doğru  ümumi  hərəkatda  özünəməxsus 
mədəniyyətlərin  plüralizminin  inkişafına  yardım  edə  bilər.  Sosial- 
mədəni  həyatda  Lütvi Zadənin  demokratik prinsiplərlə səsləşən  baza 
nəzəriyyələrinin  yaradıcılıqla  istifadə  edilməsi  müasir  sivilizasiyada 
keyfiyyətcə  yeni  situasiyanın  yaranmasına imkan  verir.  O, azadlıq  və 
plüralizm  şəraitində  insan  inkişafi,  dünyaya  yeni  baxışların 
formalaşması  ,  xalqlar  arasında  qarşılıqlı  anlaşmaya  nail  olmaq, 
bəşər  mədəniyyəti  və  onun  milli  formalan  arasında  harmoniyanın 
yaradılması üçün yeni  imkanlar açır.
206
Fuad  Mammadov
Kulturokıeiva effektivli havat  va faalivvaıa aparan vol
•  
Kulturologiyanın piramidası
KULTUROLOGİYANIN  PİRAMİDASI
SİSTEM Lİ KULTUROLOJİ TƏHLİLİN  UNİVERSAL 
MƏINTİQİ PİLLƏLƏRİ İNSAN, CƏMİYYƏT VƏ DÖVLƏTİN 
İNKİŞAFI ÜÇÜN  YENİ İMKANLAR AÇIR :
G Ə L Ə C Ə Y İ  G Ö R M Ə  
Y EN İ  İM K A N L A R  
T E X N O L O G İY A L A R  
İN K İŞA F  Q A N U N LA R I 
N A İLİY Y Ə T LƏ R  
T A R İX
X Ü SU SİY Y Ə TLƏ R
M A H İY Y Ə T
207


Kuad  Mommodov
Kulturnlogiya effektivli hovat »a faalivvata aparan yol
II  HİSSƏ. AYRI-AYRI  MƏQALƏ, MƏRUZƏ VƏ ÇIXIŞLAR
KULTUROLOGİYA  İNSANIN  HƏYAT  FƏALİYYƏTİNİN 
TEXNOLOGİYA VƏ İMKANLARI  HAQQINDA ELMDİR
Dünya  sivilizasiyasının  ən  yeni  tarixi  milli  dövlətlərin 
həyati 
maraqlanna  cavab  verən,  azad  ticarət  və  bazar  iqtisadiyyatının 
fəaliyyətini  nəzərdə  tutan 
demokratik  mədəniyyət  dəyərlərinin 
üstünlüyünü  təsdiq  edir.  Bu  üstünlüklər,  gündən-günə  daha çox  sayda 
ölkələrin 
demokratik 
mədəniyyəti 
özlərinə 
həyatfəaliyyətinin 
texnologiya  və  fəlsəfəsi  kimi 
seçmələrinə  təsir  göstərir.  Şərq 
ölkələrinin 
ruhi  və  maddi  həyatının  demokratikləşməsi, 
liberal 
prinsip və dəyərlərlə  əlaqədar  yeni  təfəkkürün  genişlənməsi, vətəndaş 
cəmiyyəti  mədəniyyətinin  təsdiqi  bir  çox  ölkələrin  ictimai-siyasi 
sistemlərinin 
təkamülünü  stimullaşdırmış,  onları  tədricən  inkişaf 
yolunun  dəyişməsinə  istiqamətləndirmişdir.  Dövlət  quruculuğu  və 
idarəçiliyinin  diqqət  mərkəzində  pozitiv  fəlsəfə,  yenilikçilik  və  insan 
dəyərlərinin prioritet olduğu ölkələrin  sayı, Avrasiya və Asiyada,  yeni 
yaranan  Müstəqil  Dövlətlər  arasında,  Şərqi  Avropa 
ölkələrində, 
Çində  və  digərlərində  getdikcə  artır.  Avropanın  siyasi,  sosial  mədəni 
və  iqtisadi  inteqrasiyası  Şərq  ilə  Qərb  arasındakı  əməkdaşlıq  və 
inteqrasiya  tendensiyalarının  güclənməsi fonunda baş verir.
Bəşəriyyətin 
bir  çox  daxili  və  beynəlxxalq  sosial 
və  siyasi 
problemlərinin  həllinin  əsası  olan  ruhi  təkmilləşmə  və  maddi  rifahın 
inkiçafı  millətin  intellektual,  etik,  hüquqi  və  idarəetmə mədəniyyətinin 
səviyyəsi  ilə  müəyyən  olunur.  Beləki,  insan  fəaliyyəti  effektivliyinin 
yüksəldilməsi,  daxili  və  xarici  dəyişiklikləri  nəzərə  alan  yeni  elm 
tutumlu 
texnologiyalar  və  idarəçilik  mədəniyyətinin 
fasiləsiz 
təkmilləşdirilməsindən  bilavasitə  asılıdır.  Yeni  kompüter  nəsilləri  və 
şəbəkə  kommunikasiyaları  imkanlarından  geniş  istifadə  olunması 
sosial-mədəni  və  iqtisadi  tərəqqinin  keyfiyyət və sürətini əhəmiyyətli 
dərəcədə  artım.  Yüksək  intellektual  mədəniyyətə  əsaslanan  müasir 
elmi-texniki inqilab, hər şeydən əvvəl,  hidrogen eneıjisi üzrə yeni növ 
alternativ  enerjiyə  keçid  üçün  yenidənemal  resurslarından  istifadə 
edən 
ucuz  və  təhlükəsiz 
texnologiyalar  hesabına  iqtisadiyyatın 
intensiv  yeniləşməsinə  yol  açır.  Bu  imkanlar  yüksək  effektivli
208
Fuad  Mammador
Kulturologiva effektivli havat ta faalivvata aparan yol
energetika  və  ekoloji  təhlükəsiz  informasiya  texnologiyaları  ilə 
artırılır. Genetika və gen mühəndisliyi sahəsindəki inqilabi nailiyyətlər 
xəstəliklərlə  mübarizə,  kənd  təsərrüfatı  məhsuldarlığının  kəskin 
artırılması  və  insan  həyatının  uzadılması  üçün  geniş  imkanlar  açır. 
Obyektlərin 
mikroskopik  quruculuğunun 
inqilabi  üsulu  olan 
nanotexnologiyalar -  ənənəvi  istehsal üçün  geniş dəyişdirici  imkanlar 
açır.
Bu  gün,  iqtisadiyyatın 
ən  yeni  informasiya  texnologuiyalan 
hesabına  yenidən  silahlandınlması ilə əlaqədar demokratik idarəetmə 
mədəniyyətinin  əhəmiyyəti  artmaqdadır.  Müasir dövlətlərin  davamlı 
inkişafının  effektivliyi  liberallaşma  yolu  ilə  inkişaf  edən  dünya 
iqtisadiyyatında,  dünya  mədəniyyəti  və  sivilizasiyasında  baş  verən 
dialektik dəyişikliyə uyğun  elmi əsaslı  ictimai  texnologiyaların  təşkil 
və  idarəedilməsindən  asılıdır.  Beləliklə, 
ümumi  milli  məhsulun 
sürətli 
inkişafını 
təmin 
edəcək 
şəbəkə  iqtisadiyyatının
formalaşdırılması,  XX  əsrin  son  25  ilində  Yapon  iqtisadiyyatında 
uğurla  istifadə  edilən 
ömürlük  muzd  və  daxili  bazann  müdafisi 
konsepsiyasına  tənqidi  nəzərlə  baxmağa  imkan  verir.  Demokratik 
idarəetmənin  vəzifəələrindən  biri  mərkəzlə  əyalət  arasında  tarazlı 
sosial  inkişafa  nail  olmağa  imkan  verən  ,  şəhərlə  kəndin  həyat 
səviyyəsini  bərabərləşdirən  ,  dövlətin 
sosial  və  daxili  siyasi 
təhlükəsizliyini  təmin  edən  və  beynəlxalq  məkanda  onun  həyat 
qabiliyyətini  artıran  -  əksmərkəzləşmədir.  İdarəetmə  və  əməyin 
təşkilinə  elmi  yanaşma,  ierarxik  proseslərdən  şəbəkə  proseslərinə 
keçid, yenilik və hər bi “insan qəlbi” uğrunda  mübarizə  prinsiplərinə 
sadiqlik,  bilik,  bacarıq, 
mütəşəkkillik,  işçilərin  etika  və 
əmək 
keyfiyyətlərinin 
yüksək 
səviyyəsi 
iqtisadiyyatda 
və 
kənd 
təsərrüfatında  ,  elm  və  təhsildə,  dövlət  quruculuğu  və  idarəetmədə 
effektivliyin  kardinal  inkişafını  təmin  edir.Buna  əməyin  təşkilinin 
aşağıdakı  formalarının  tirajlaşdmlması  yardım  edir:  qlsamüddətli 
muzdlu  əmək,  fərdi  məsuliyyət,  funksiyaların  bərabər  paylanması, 
effektivlik  və  nəticənin  idarə  edilməsi.  Müasir  şəraitdə  idarəetmənin 
effektivliyinin  artırılması  üçün  demokratiya  təşkli  mədəniyyətinin 
formalan  -   vəzifə  mədəniyyəti,  rol  mədəniyyəti,  şəxsiyyət 
mədəniyyəti,  məhsulun  keyfiyyətinin  yüksəldilməsində  ekspert 
rolunun artırılması,  eləcə də, əməkdaşların ixtisasartırmasının  xüsusi
209


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə