Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə49/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   45   46   47   48   49   50   51   52   ...   104

Fuad  Marnmndov
Kulturologiva cffeklivli havat va faalivvala aparan vol
MƏDƏNİYYƏT  TARİXİ  VƏ  NƏZƏRİYYƏSİ  ÜZRƏ  ELMİ 
DƏRƏCƏ ALMAQ ÜÇÜN TÖVSİYƏLƏR
Kulturiloji  tədqiqatın  dəyəri,  hər  şeydən  əvvəl,  sosial-mədəni 
siyasət,  sosial  və  dövlət  idarəçiliyi  üçün  düzgün  nəticə  çıxarmaq, 
milli  və  bəşəri  mədəni  inkişafın  tarixi  qanunauyğunluqlarım  dazgün 
təhlil  etmək,  indiyə  qədər  məlum  olan  və  tamamilə  yeni  faktlan 
düzgün  ümumiləşdirib  şərh  etmək,  mühüm  praktik  tövsiyələri  izah 
etmək bacarığından asılıdır.
Kulturoloji  ekspertiza  pozitiv  sosial  nailiyyətlərin 
obyektiv 
qiymətləndirilməsi,  neqativ  hadisə  və  böhran  proseslərindən  çıxış 
yolunun  müəyyənləşdirilməsi,  çatışmamazlıqlann  aradan  qaldırılması 
imkanlarının  axtanşı,  insan,  cəmiyyət 
və  dövlətin 
proqressiv 
inkişafının  təmin edilməsi xarakteri daşımalıdır.
Tədqiqatçı-kulturoloq  cəmiyyət  qarşısında 
problem  qoymağı 
bacarmaqla  bərabər,  onlann  düzgün  həllinin  effektiv  texnologiyaları 
və  yollarını  da  tapmalı,  böhran  hallarının  aradan  qaldırılması  və 
tərəqqiyə  nail  olmağa,  daxili  və  xarici  siyasətin  ,  iqtisadiyyatın  və 
insan  münasibətlərinin 
sağlamlaşdınlmasma  yardım  edən 
sosial 
terapiya  metodları  təqdim  etməlidir.  O,  bilməlidir  ki,  elmi  tədqiqatın 
yeniliyi  yalnız yeni  faktların aşkar edilməsindən  ibarət olmayaraq, hər 
şeydən  əvvəl,  mədəniyyətə  və  onun 
insan  inkişafındakı  yaradıcı 
imkanlarına  elmə  əsaslanan  proqressiv  baxış,  düzgün  siyasət  və 
idarəetmə formalaşdırmaqdır.
Bu  baxımdan,  mədəniyyət  tarixi  və  nəzəriyyəsi 
elmi  dərəcəsi 
almaq  iddiasında olanlar aşağıdakı bacarıqlara yiyələnməlidirlər:
•   Tədqiqat  mövzusu  üzrə  bütün  əsərlərin  və  anlayışların 
məzmunlu tənqidi təhlilini keçirmək.
•   Tədqiqatda  tarixilik,  dialiktika  və  məntiq  prinsiplərinə  dəqiq 
istinad  etmək.  Məkan,  zaman,  komparativ,  struktur,  kəmiyyət  və 
keyfiyyət təhlilini keçirmək.
•   Öz  tezislərini  konkret  faktlarla  təsdiq  etmək  və  onları  düzgün 
şərh etmək.
•   Mədəniyyətin  inkişafında  bu  və  ya  digər  şəxsiyyət,  hadisə, 
təzahürün əhəmiyyətini düzgün qiymətləndirmək və araşdırmaq.
2 0 2
Fuad  Mammadov
Kulturologiva cffeklivli havat  va faalivvata aparan vol
•   Mədəniyyət anlayışının yalnız qazanılmış keyfiyyət deyuil,  həm 
də  müəyyən  sosial  mühitdə  aşkar  edilmiş  genetik  yaddaş 
valideynlərin 
“genetik  yaddaşı”  -   ndan  ötürülən  potensial 
qabiliyyətlər kimi  qeyd  etmək  daha düzgün olar (bəlkə də şüuraltı 
səviyyədə).
•   Mədəniyyətin  idraki,  dəyişdirici,  normativ-idarəedici,  maarifçi, 
dünyagörüş və digər funksiyalarını  konkret sistemli təhlil etmək.
•   Öyrənilən mövzu üzrə  mədəniyyətin vəziyyətinin  tarixi  (arxiv) 
sosiaoloji ( rçspondentlərin sorğusu) tədqiqatının keçirilməsi.
•   Mədəniyyətin  gələcək  inkişafını  proqnozlaşdırmaq  və  qoyulan 
məqsədlərə  nail  olmağın  yollarını  təmin  edən 
texnologiyalar 
işləyib hazırlamaq.
•  
Mədəniyyət və qloballaşma
QLOBALLAŞMA  ŞƏRAİTİNDƏ  BEYNƏLXALQ  SOSİAL- 
MƏDƏNİ  SİYASƏTİN  VƏZİFƏLƏRİNƏ  BAXIŞ
Ф  dünya mədəniyyəti,  mədəni  nailiyyətlər  və  bəşəriyyətin  sosial- 
mədəni  inkişaf  təcrübəsinin  fəal 
öyrənilməsinə  istiqamətlənən 
kulturoloji maarif;
Ф  müxtəlif  ölkələrdə 
demokratik  idarəetmə  sisteminin 
elmi 
biliklər əsasında  tətbiqinə yardım;
ф  dünyada  demikratiyanın  humanist  prinsiplərə  əsaslanan  etik- 
hüquqi 
normaları 
üzrə 
yüksək  etik  sosial  mədəniyyətin 
formalaşması;
Ф  qloballaşma  şəraitində  müxtəlif ölkə  xalqlan  və  vətəndaşlann 
mədəniyyət, din və maraqlarının harmonizasiyası;
Ф  bəşəriyyətin  sosial-mədəni  inkişafı  üzrə, 
qarşılıqlı  əlaqəli 
inkişaf  üçün  yeni  sosial  mühitin  formalaşdırılması,  dünya 
mədəniyyətinin 
təsdiqi 
və 
dünya 
xalqlarının 
rifahının 
yüksəldilməsini 
nəzərdə  tutan 
layihə  və  proqramların 
hazırlanması;
Ф  BMT-nin  dünya  mədəni  məkanının  sosial-etik  təkmilləşməsi, 
dünya  mədəni  siyasət  məsələləri  üzrə  qərar  qəbul  etməsi  üçün
203


Fuad  Mammadov
Kulturologiya cffcklivli hayat  va fpaliyyata aparan vol
müxtəlif  ölkələrdə  sosial-mədəni  fəaliyyətin  koordinasiyası  və 
elmi əsaslı tövsiyələrin  yaradılması;
Ф  dünya  inkişafının  ümumi  strategiyasında  xalqların  intellektual 
və 
etik 
mədəniyyətlərinin 
prioritet 
inkişafına, 
milli 
mədəniyyətlərin  demokratikləşdirilməsinə  yardım etmək;
Ф  qloballaşma tələblərinə cavab verən  yeni  dünya mədəniyyətinin 
formalaşdırılması  üçün 
dünya  mədəniyyəti  üzrə 
Beynəlxalq 
Şuranın yaradılması;
&  qloballaşma  şəraitində  beynəlxalq  münasibət  və  yeni  sosial- 
mədəni  mühitin  formalaşdırılması  üçün  şəxsiyyət  və  liderlərin 
yetişdirilməsi  və 
yenidən  hazırlığı  üçün 
Beynəlxalq  Dünya 
Mədəniyyəti  İnstitutunun  açılması.
Yuxarıdakı  şərtlərin  həhyata  keçirilməsi  qloballaşma  şəraitində 
insan  inkişafının mühüm  problemlərini  düzgün görüb həll etməyə, 
beynəlxalq  mədəni  siyasəti,  beynəlxalq  münasibətlər sistemini  və 
həyatın  humanistləşdirilməsi  prosesini  təkmilləşdirməyə  yardım 
edə bilər.
•  
Kulturologiyamn metodologiyası
KULTUROLOGİYANIN METODOLOGİYASI
Kulturologiyamn  metodologiyası  mədəniyyəti  dərk  etməyin  elmi 
metodları  haqqında  təlim olmaqla,  tarixin,  insan,  cəmiyyət,  dövlət və 
ümumilikdə  bəşər  mədəniyyətinin 
xüsusiyyətlərinin  və  inkişaf 
qanunlarının 
öyrənilib  mənimsənilməsinə  istiqamətlənmişdir. 
Kulturologiyamn ümumi  metodoloji əsasını  tarix, məntiq,  dialektika, 
ontologiya  və  qnosiologiya  təşkil  edir  ki,  bu  da  mədəniyyətin  daxili 
əlaqələri, arxitektonikasl və strukturunu aşkarlamağa, onun genezisini, 
fəaliyyəti  və inkişafım  izləməyə imkan  verir.  Kulturologiya universal 
metodoloji  meyarlara  istinad  edərək, 
mədəniyyətə  elmi  əsaslarla 
yanaşmağa  imkan  verən  abstrakt-məntiqi  və  konkret-tarixi  bilikləri 
bir-birinə  uyğunlaşdırmaq  yolu  ilə  mədəniyyətin  bütün  sistemlərini 
mürəkkəb  tarixi  proses  kimi  elmlərarası  kompleks  şəklində  tədqiq 
etməyə imkan yaradır.
Cəmiyyətin,  dövlətin  və  ümumilikdə  bəşəriyyətin  ilkin  əsası  olan 
insanın  kamilləşməsinə  yardım  etmək  kulturologiyamn  ən  ümdə
204
Fuad 
МаииФа
Kulturokıgiva cffcklivli h.ıval ta faalivvala aparatı vnl
vəzifəsidir.  İnsanın  mədəniyyəti  kulturologiyamn 
başlıca  idrak 
obyekti  olmaqla, 
bütövlükdə  mədəniyyət  tarixi  və  nəzəriyyəsi 
təhlilinin 
əsasını 
təşkil 
edir. 
Bu 
baxımdan, 
kulturoloji 
metodologiyanın  məqsədlərindən  biri,  bəşəriyyətin  mədəni  təcrübəsi 
əsasında 
varlığın  proqressiv  dəyişdirilməsi  üçün 
insanı  zəruri 
universal 
biliklərlə 
silahlandırmaqdır. 
Kulturologiyamn
metodologiyası  mədəni  hadisə,  fakt  və  qanunların  tarix,  fəlsəfə, 
məntiq,  psixologiya,  etnoqrafiya, 
arxeologiya,  coğrafiya,  dilçilik, 
sosiologiya, etika,  estetika,  dinşünaslıq, politilogiya,  futurologiya və 
s.  elm  sahələrinin 
metodika  və  nailiyyətlərini 
istifadə  etməklə, 
seçilib  sistemləşdirilməsi  və  kompleks  öyrənilməsini  nəzərdə  tutan 
biliklərin sistemli  analiz və sintezinə əsaslanır.  Bütöv bir orqanizm və 
tarixi-sosial  sistem  olan  mədəniyyətin  dialektik  təhlili  əsasında  real 
tarixilik  prinsipi  durur,  özündə  dünya  mədəniyyəti  nəzəriyyəsini  və 
tarixini  inteqrasiya edən bir kimi, kulturologiyamn baza mənbəyi  isə, 
bəşər tarixidir.
Sistemli  yanaşmaya 
əsaslanan 
kulturoloji 
metodologiyanın 
özəyini aşağıdakılar təşkil edir :
Ф  dialektika;
Ф  tarixilik prinsipi;
ф  məntiq (Lütvi Zadənin qeyri-səlis məntiqi daxil olmaqla).
Bu  elmi  yanaşmaların  məcmuu  obyektiv  elmi  dünyagörüşün 
formalaşmasına,  insan,  cəmiyyət  və  dövlətin  inkişafına,  məkan  və 
zaman daxilində  bütöv şəkildə nəzərdən keçirməyə imkan yaradır.
Materiya  və  ruhun  inkişaf  qanunlarına 
əsaslanan 
dialektika 
hadisələrin  mahiyyətini,  onlann  hərəkət,  ziddiyyət  və  əlaqələrini 
aşkarlayır. 
Dünyanı  proses,  fasiləsiz  hərəkət,  dəyişiklik  və 
dəyişdiricilik kimi təqdim edən  Hegel fəlsəfəsi  Heraklit və Aristotelin 
dialektikasına  böyük  töhfələr  verdi.  Hegelə  görə,  varlığın  yaradıcısı 
ağıldır,  çünki,  o,  obyektiv  dünyanı  nəinki  əks  etdirirŞ  həm  də  onu 
yaradır.  Hegeldə  özünühərəkət  və  özünüinkişafın  mənbəyi  prosesin 
daxili ziddiyyətləridir.
Tarixilik  prinsipi  üç  əsas  funksiyanı  yerinə  yetirir:  idraki, 
metodoloji  və  dünyagörüş.  İdraki  funksiya  insanın təbiətə,  cəmiyyətə 
və  özünə  münasibətdə  yerini  və  rolunu  müəyyən  edir.  Metodoloji 
funksiya  mədəni  hadisə  və  prosesləri  keçmişdən  gələcəyə  doğru 
hərəkət  kimi  nəzərdən  keçirməyə,  müxtəlif  dövrlərdə  mədəniyyətin
205


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə