Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə57/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   53   54   55   56   57   58   59   60   ...   104

Fuad  Mammadov
Kulturologiva cffcktivli hayal  va faaliyyata aparan  vol
fəaliyyətinin müəyyənləşdiricisi  sayaraq, Həqiqətin dərk edilməsində 
insanların  qarşılıqlı  anlaşma  imkanı  və  bəşəriyyətin  bütövlüyü 
haqqında  dahi  humanist  ideyanı  təsdiq  edir.  Özünün  utopik  sosial- 
siyasi 
layihələrində 
yaşadığı 
müasir 
cəmiyyəti 
tənqidi 
qiymətləndirərək, onun naqisliyini maddi rifah və mənasiz möminliyin 
məqsədə çevrilməsində görürdü.
Orta əsr dünya  mədəniyyəti  üçün  cəmiyyəti  təhsilli  “elit”, “alim” 
və  “qara  camaat”  kimi,  bölgüyə  ayırmaq  səciyyəvi ‘idi.  Bu  ənənə 
ərəb-islam  dünyasında 
da  öz  əməli  ifadəsini  tapmışdı. 
Xalq 
qarşısında  öz yüksək missiya  və məqsədini dərk edən  ərəb filosofları 
utopik  bərabərliyə  yox,  müxtəlif  sosiumlann  maraqlarının  real 
harmoniyasına 
əsaslanan  cəmiyyəti 
düzgün  təşkil  etmək  üçün 
dünyanı  həqiqi  ,  fəlsəfi  dərk etməyə  can atırdılar.  Onlar düşünürdülər 
ki, belə  şeyləri  dərk etməkdə  çətinlik  çəkən  geniş  xalq  kütləsini  din, 
hissi,  bənzədici  obrazlar  vasitəsi  ilə  təlimləndirmək  vacibdir,  çünki, 
səadət  və  kütlənin  xilası  müqəddəs  yazılara  əməl  etməkdədir  (sosial 
davranışın  bir  sıra  hüquqi-etik  normalarına  əsaslanıb  düzgün  bilk  və 
düzgün  fəaliyyətə  çağıran 
nəsihət)  .  Bununla  yanaşı  alimlər 
çoxlarının  anlaya  biləcəyi  sosial  əhəmiyyətli  biliklərdən,  hamıya  aid 
olan 
sosial  fəaliyyət  imperativlərinin 
düzgün  reallaşması  üçün, 
istifadə edilməsini  mümkün saylrdılar.  Cəmiyyətin  maariflənmə  yolu 
ilə dəyişdirilməsi  üzrə, məqsəd və miqyaslarına görə möhtəşəm  layihə 
hazırlamış  alim-filosof  İbn-Rüşt 
“elit”  və  “kütlə”-ni  bir-birindən 
ayırmaq  yox,  birləşdirməyə  çalışırdı.  İbn-Rüşt  islam  mədəniyyətindı 
ilk  dəfə  olaraq,  Allahı  dər5k  etməyin  yolunun  ətraf  aləmi  dərk 
etməkdən  başladığı  və  insan  səadətinin  isə  əməli  xeyirxahlıqla  əldə 
edilməsi  barədə  fikir yürütmüşdür.
Bu dövrdə Azərbaycan  ərəb-islam dünyasının bir hissəsi  idi.  Artıq 
XII  əsrdə  Azərbaycanda  şəhərlərin  böyüməsi,  onların  iri  mədəni- 
iqtisadi 
mərkəzlərə 
çevrilməsi 
müşahidə 
edilir. 
Orta 
əsr 
AZərbaycanının 
şəhər  mədəniyyəti  mühitində  antik  fəlsəfənin 
öyrənilməsinə, 
tarix,  riyaziyyat, 
astronomiya,  tibb  elmləeinin 
mənimsəniloməsi  və 
həyata  realist  yanaşma,  humanistləşdirilmə 
məqsədi 
ilə 
sosial 
münasibətlərin 
dəyişdirilməsinə  maraq 
yaranır.Orta  əsrlərdə 
azərbaycan  xalqının  ruhi  mədəniyyətinin 
humanistləşdirilməsi  və  proqressiv  inkişafı 
Nizami  Gəncəvi,
234
Fuad  Mammadov
Kulturologiva cffcktivli havat va faaliyyata aparan vol
Bəhmənyar  əl-Azərbaycani,  Xaqani  Şirvani,  Əbdül  Həsən  Şirvani, 
Səfiəddin  Urməvi,  Əcəmi  Naxçıvani, 
Qətran  Təbrizi, 
Mahmud 
Şəbüstəri, Nəsirəddin Tusi,  İmadəddin Nəsimi,  Məhəmməd Füzuli və 
digər  alim,  şair  və  mütəfəkkirlərin  adı  ilə  bağlıdır.  Onlardan  bir 
çoxlan  öz  fəaliyyətləri  ilə, 
azərbaycan  xalqının  kulturogenez 
prosesində,  antik  dünya  mədəniyyəti  nailiyyətlərindən  yaradıcılıqla 
istifadə  edilməsinə  yardım  edirdilər. 
İntellektual  yaradıcılığın 
möhtəşəmliyini  tərənnüm  edən  Nizami,  Şəbüstəri,  Nəsimi,  Füzuli 
fəlsəfəsi  dövrünün  dini  ehkamlarına  qarşı  çıxaraq,  təbiətin  dərk 
edilməsində  insan ağlınrn, insanın özünün və cəmiyyətin  fəal rolunun 
əhəmiyyətini  ilk  dəfə  olaraq  aşkar  etmişlər.  Onların  bu  cəhdlər 
hesabına  feodal  azərbaycan  mədəniyyəti  daxilində, 
XIX  əsrdə 
maarifçiliyin  azadfıkirlilik  ideologiyasında  öz  parlaq  əksini  tapmış, 
tərəqqipərvər  demokratik  mədəniyyət  öz  təşəkkülünü  tapıb  inkişaf 
edirdi.
Əksər  müsəlman  filosoflarına  aydın  oldu  ki,  bəşəriyyətin  rifahı, 
normal  sosial  mövcudluq  şərti  kimi,  nəzəri  biliklər  (İbn-Sinanın 
təsnifınə  görə“elm”  )  və 
düzgün  praktik  fəaliyyətin  (“siyasət”) 
vəhdəti  ilə  əldə  edilir.  Bununla  yanaşı 
antik  və  orta  əsr 
konsepsiyalarının 
utopikliyi  onda  idi  ki,  burada 
ideal  insan 
cəmiyyətinin 
yaradılma  prinsiplərinin  əsasını 
təcrübə  və  sübuta 
əsaslanmayan  mücərrəd  fəlsəfi  qurumlar  təşkil  edirdi.  Nəzəri  elmlər 
əməli  tələblərdən  ayrı  inkişaf edirdi.  Yalnız  intuisiya  və  müşahidə 
elm  üçün  kifayət  etmirdi.  Ona  təcrübə  və  eksperimentə  əsaslanan 
sübut zəruri idi.
Bu məsələnin həlli  dünya mədəniyyət tarixinin  növbəti  dövrünün 
taleyinə  düşdü.  Artıq,  XIII  əsrin  sonunda, 
islam  sivilizasiyasının 
tənəzzülü  dövründə,  başlıca  olaraq  monqol  hücumları  və  xəlifətin 
çökməsi  ilə  əlaqədar,  dünya  mədəni  ibnkişafı  prosesinin  ağırlıq 
mərkəzi  İntibah  Dövrünə  qədəm  qoyan,  orta  əsr  Avropasına  keçdi. 
Məhz Avropada,  tarixi  varislik  və zamanın tələbi  faktorlarının  tələbi 
nəticəsində,  orta  əsr  filosoflarının  -  biliklərin  inklişaf etdirilməsi  və 
insan  hərtərəfli  inkişafı  üçün  elm  və  praktikanın  inteqrasiyasının 
zəruriliyi  haqqında başlıca ideyaları  həyata keçdi.
Fridrix  Engelsin  “  bəşəriyyətin  indiyə  qədər  yaşadığı  möhtəşəm 
tərəqqipərvər  çevrilişi”  adlandırdığı  Avropa  İntibahı  dövrü  dünya
235


Fuad  Mammadov
Kulturologiya cffckrivlj ЬдуаГ 
уд
 foaliyyato aparan yol
mədəniyyəti  inkişafında 
yeni  səhifə  oldu.  Onun  həyata  gətirdiyi 
humanist 
mədəniyyət 
xalq 
kütlələrinin 
yaradıcı 
fəallığı, 
təşəbbüskarlığı,  ixtiraçılığı,  bacanqlıq  və  tədbirliliyi  üçün  geniş 
imkanlar  açdı.  İstər  elmi,  istərsə  də  etik  baxımdan  tərəqqipərvər 
olduğuna  görə,  cəmiyyətdə  humanizm  ideologiyasının 
təsdiqi 
obyektiv  səciyyə daşıyırdı.  Petrarka və  Erazmusun, ərəb  filosoflarının 
humanist  dünya  görüşü  ilə  səsləşən 
baxışları, 
onların  orta  əsr 
avropada  ilk  dəfə  olaraq,  insanın  xilasının  tərbiyə  və  mədəniyyətdə 
olması  haqqında  mühüm  fəlsəfi  kəşf etməsinə  imkan  verdi.  Martin 
Lüter ehkamçılıqla mübarizədə  insan təfəkkürünün  və mənəvi  həyatın 
təşkili, 
milli 
şüurun 
təşəkkülünə 
və 
insan 
şəxsiyyətinin 
formalaşmasına  güclü  təsir  göstərən  islahatlara  doğru  ilk  cığırı  açdı. 
Frensis  Bekon  və  İmmanuil  Kant  həqiqətə  gedən  yolun  elm,  praktik 
bilik və  nüfuza istinaddan  imtina etməkdən ibarət olduğunu deməklə, 
insan  şüurunu  sərbəstləşdirdilər.  Bu  və  bu  kimi  intellektual  və  etik 
müddəa  və  təlimlər  məcmuu 
bəşəriyyətin  mədəni  həyatında 
cahanşümul dəyişikliklərə gətirib çıxardı.
Kilsə  ehkamları  ilə  buxovlanmayan  təbiət  və  insan  inkişafı 
qanunlarının  dərk  edilməsi,  elmi  axtarış,  gənclərin  dünyəvi  təhsili 
zamanın  tələbinə  çevrilmişdi.  Təbiətin  insan  maraqlarına  uyğun 
dəyişdirilmə  yollarının  axtarılması,  təbiət  haqqında  yeni  elmi  bilik və 
ixtiralardan  ibarət 
texnologiyaların  yaradılmasına 
olan  ehtiyac 
istehsalın  inkişafı  ilə yanaşı rəqabət mübarizəsi  ilə də əlaqədar idi.  Bu 
dövrdə 
feodalizmin  rəsmi  doktrinasına  əsaslanan  konservativ 
dünyagörüş  və  həyatda,  elitar  ziyalıların 
yeni  tərəqqipərvər 
düşüncəsi,  dövrün  elmi,  texniki  və  coğrafi  kəşfləri,  manufaktura, 
ticarət  və  bank  işinin  inkişafi  ilə  yaranan  əməli  dəyişikliklər arasında 
əmələ gələn  ziddiyyətlər  dialektik inkişafin impulsu  oldu.
Bu  dövrdə,  eləcə  də  ondan  sonrakı  Yeni  dövrdə,  Avropada  baş 
verən hadisələrin bizim üçün maraq doğurmasının əsas səbəbi odur ki, 
sonralar  bir  çox  Şərq  və  Qərb  ölkələri  tərəfindən  istifadə  olunan 
demikratik  mədəniyyətin  formalaşmasının  prinsip  və  dəyərləri  məhz 
bu  dövrdə,  burada  baş  verirdi,  bu  gün  isə  demokratik  dünyanın 
simasını  müəyyən  edir.  Bu  prosesin  müasir  səviyyədə  öyrənilməsi, 
ölkənin 
sosial-mədəni 
idarəedilmə  probleminin  düzgün  başa 
düşülməsi,  qiymətləndirilməsi  və  həlli,  demokratik  hüquqi  dövlət
236
Fuad  Mammafev.
Kulturologiva effcktivli hovat va faalivvata aparan vol
quran 
postsovet  məkanı  ölkələri  üçün 
mühüm  qnoseoloji  və 
metodoloji  əhəmiyyət daşıyır.
Avropada  əvvəl  İntibah  Dövrü,  sonra  isə  avropa  Maarifçiliyi  orta 
əsr  feodal  mədəniyyətinin,  onun  insan  ağlı  və  humanizminə  inam 
istiqamətlərinin 
tədrici  transformasiyasına  təsir  göstərdi.  İntibah 
mədəniyyətinin  əsasını  Səma,  Torpaq  və  İnsanın  özünü  yeni  gözlə 
görən,  yeni  təfəkkür  təşkil  edirdi.  Bu  təfəkkür  həyat  dəyərlərinin 
yenidən  qiymətləndirilməsi,  insan  azadlıqlarının  və 
hüququn 
iltizamlar üzərində qələbəsinə nail olmağın
zəruriliyi  anlamına  gətirib  çıxardı.  Orta  əsr  mədəniyyətinin 
transformasiyası  yeni  ictimai  münasibətlərin  formalaşması,  kapitalist 
iqtisadiyyatının təşəkkülünə yardım edən  xalqın  təhsil  və maarifinin, 
incəsənətin  tərəqqisinin  görünməmiş  inkişafı  ilə  müşayiət  olunurdu. 
Yeni  təfəkkür  elmi  qanunlara  əsaslanan  biliklər  üzərində  qurulan 
İntibah  mədəniyyətində  öz  parlaq  əksini  tapırdı.  Elm  və  incəsənətin 
üzvi  əlaqəsi,  elmi  biliklərin geniş xalq  kütləsinə  incəsənətin obrazlı, 
xalq  şüuruna  daha  yaxın  və  aydın  olan  dili  ilə  çatdırılmasını  təmin 
edirdi.  Eyni  zamanda,  bəşəri  dəyərləri  ifadə  edən  incəsənət  xalq 
şüurunda  humanizm  və  demokratik  mədəniyyət  dəyərlərinin 
möhkəmlənməsi və inkişafının effektli vasitəsi idi.
İntibah  dövründə  Avropada  antik  afina  demokratiyasının  inkişafi 
və “ikinci doğuluşu” baş verdi. Florensiyada “şəhər demokratiyasının"
,  demokratik  dünyagörüşün  və  həyat  tərzinin  formalaşması  prosesi 
gedirdi.
Demokratik  dəyərlərin  yeni  sistem  və  ideologiyasının  təşəkkülü 
ənənəvi zadəgan dəyərlərinin  yeni yaranan burjua dəyərləri və üçüncü 
zümrə  - 
demokratik  əhvallı  kütlələrin  yeni  yaranan  dəyərlərinin 
sintezi  nəticəsində  baş  verirdi.  Bu  prosesdə  cəmiyyətin  müxtəlif 
sosiumlan  -  elitar  feodal  dairələrin  nümayəndələri,  müəllim  və 
həkimlər,  məmur və  qulluqçular,  hüquqşünas  və  ticarətçilər,  şair və 
rəssamlar  iştirak  edirdi.  Xalqın  mənəvi  norma,  dəyər  və  ideallarının 
zadəganların  peşəkar  ruhi  istehsalı  ilə  qarşılıqlı  təsiri  mühüm  siyasi 
əhəmiyyət  daşıyırdı.  Bu  proses  sosial  mühiti  dəyişərək,  şəxsi  azadlıq 
və  humanizm  prinsiplərinin  əməli  təsdiqi  üçün 
əlverişli  şərait 
yaradaraq,  feodalizmin  dayaqlarını  sarsıdırdı.  Xalqın  əmək  fəaliyyəti 
şəraitində 
demokratik  mədəniyyətin 
sabit  psixoloji  stereotipləri
237


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə