Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə54/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   50   51   52   53   54   55   56   57   ...   104

Kuad Mammadov
Kulturolociva cffektivli həyal  ta faalivvata aparan  vol
Mədəniyyətin effektivliyi(F)
Иду at.fdaliyydl .keyfiyydti (Q) 
Xdrcldr(N) x Vaxt(T)
F  =  -Q —
N x T
Q  =f(X)
  =
cəmiyyətin mədəni səviyyəsi
•   Həyat  fəaliyyətinin  keyfiyyəti  -   həyat  fəaliyyətinin  əlamət, 
xüsusiyyət  və  faydalılıq  toplusunun  ölçüsü  olaraq,  onun  fərdi  və 
ictimai ehtiyacları ödəmək qabiliyyətinin səviyyəsidir.
•   Cəmiyyətin  mədəni səviyyəsi  -  elm,  təhsil,  etika,  idarəetmə, 
hüquq,  texnologiya,  istehsal,  istehlakm 
səviyyəsi  ilə  müəyyən 
olunur.
•   İnsanın  mədəni  səviyyəsi  -  onun  bilik,  bacarıq,  mütəşəkkillik, 
mənəviyyatlılıq  və  yaradıcı  fəaliyyətinin  səviyyəsi  ilə  müəyyən 
olunur.
•   Xərclər  -   təhsil,  tərbiyə,  elm,  idarəetmə,  texnologiyalar, 
istehsalat,  incəsənət,  səhiyyə,  ekologiya  və  s.  maliyyə  və  əmək 
xərcləri.
•   Zaman  -   yeni  keyfiyyətli  həyat  fəaliyyətini  təmin  edən  ruhi  və 
maddi dəyər və normaların istehsalına  sərf olunan vaxtdır.
Həyat fəaliyyətinin  keyfiyyət artımı,  inkişaf üçün  xərc  və zamanın 
azaldırlması aşağıdakılarla müəyyənləşir:
  Elm və yüksək texnologiyaların səviyyəsi;
&  Şəxsiyyətin mədəniyyəti və onun yaxşı işləmək  istəyi;
&  Əmək və paylama münasibətləri mədəniyyəti;
&  Milli gəlir və  ümumi ictimai məhsulun səviyyəsi;
Ф  İntensiv  (yəni,  işçilərin  sayını  və  xərclərin  həcmini  artırmadan) 
səbəblər  hesabına 
əmək  məhsuldarlığının  (effektivliyinin) 
inkişafı;
&  İqtisadiyyatın struktur  təkmilləşdirilməsi;
Ф  İctimai əmətin  təşkili və stimullaşdınlması; 
ф  Səhiyyə, ekologiya, fiziki tərbiyə və idmanın inkişaf səviyyəsi; 
ф  İstehlak mədəniyyəti;
Ф  
Dövlətin hüquqi və etik  sistemlərinin effektivliyi.
2 2 2
Eua.d_M.?rnmadov
Kulturnlngiva cffektivli haval ta faalivvata aparan vol
Müasir 
dövlət 
və 
cəmiyyətlərin 
inkişaf 
səviyyəsi 
və 
mədəniyyətlərinin  effektivliyi  barədə  mühakimə  yürütməyə  imkan 
verən  ən  mühüm  göstərici  rifah  -   əhalinin  zəruri  ruhi  və  maddi 
nemətlərlə  -  insani  həyati  tələbatları  ödəyən  əşya,  xidmət,  şəraitlə 
təmin  olunmasıdır.  Rifah  müəyyən  dövrdə yaradılmış  ruhi  və  maddi 
nemətlərin,  predmet  və  xidmətlərin  dəyərinin  qiymətləndirilməsi  ilə 
müəyyən olunur.
Mədəniyyətin  inkişaf və  effektivlik  səviyyəsinin  göstəricisi  olan 
rifah  əməyin  məhsuldarlığı  və  mədəniyyətin  entropiya səviyyəsindən 
daha çox asılıdır.
Fəaliyyət 
texnologiyasının 
effektivliyini 
səciyyələndirən 
mədəniyyətin  faydalı  iş  əmsalı 
(  dövri  prosesdə  işə  çevrilən  ) 
enerjinin dəyişməsinə münasibətdə fayda ilə istifadə edilmiş enerjinin, 
fəaliyyət  prosesində  istifadə  olunan 
ümumi  enerjiyə 
nisbəti  ilə 
müəyyən olunur.
MƏDƏNİYYƏTİN  FİƏ
Sərf .olunmuş.faydalı.enerji(iş)
Sdrf.olunmuş.bmumi.enerji(iş)
Ruhi  və  maddi  dəyərlərin  istehsalı  prosesində  mədəniyyətin 
entropiyası  yəni  “paylanması”, 
ümumi  enerjinin  (işin) 
faydalı 
nəticəyə  çevrilməyən  hissəsinin  itirilməsi  baş  verir.  Bunu  aşağıdakı 
formulla ifadə etmək olar :
MƏDƏNİYYƏTİN ENTROPİYASI =
Sərf edilmiş ümumi eneıji (iş) 
çıxılsın
Sərf edilmiş faydalı eneıji
Kulturologiyada  sosial-mədəni  entropiya  dedikdə, bir sistem olan 
konkret  lokal  mədəniyyətin  tam  və  ya  onun  bir  hissəsinin 
deqradasiyası (geriləməsi) başa düşülür.
223


Kuad  Mammadov
Kulturologiva effektivli havat vo faalivvj» aparan vol
Bir məhsulun  istehsalına  sərf olunmuş zamanın miqdarı  ilə ölçülən 
əmək  məhsuldarlığı,  müəyyən dərəcədə,  intellektual  mədəniyyətin və 
elmi nailiyyətlərin texnoloji tətbiqi səviyyəsindən  asılıdır.
Birinci  formuldan  məlum  olduğu  kimi, 
mədəniyyətin  başlıca 
effektivlik  şərti,  cəmiyyətdə  əxlaq  və  hüququn  səviyyəsindən  asılı 
olaraq,  dövlətin  hüquqi  və  etik  sisteminin 
təkmilləşdirilməsidir. 
Mədəniyyətin  bu  iki  mühüm  göstəricisi  ictimai  münasibətlərin 
formalaşmasına  çox  böyük təsir göstərir.  Onlar  demokratik dövlətin 
strateji vəzifələrinin həllində  -  şəxsi və ictimai  məqsədlərin vahidliyi, 
bərabərlik,  ölkə  vətəndaşlarının 
mədəni  eyniliyi  və  həmrəyliyini 
nəzərdə  tutan,  ümumi-sosial  mədəniyyətin  formalaşdınlmasmda, 
başlıca rol oynayır.
İnsanların  həyat  fəaliyyətinin  maddi  maraqlan  ilə  reallaşdmlan 
iqtisadi  tənzimlənmədən  fərqli  olaraq,  hüquq  və əxlaq  dövlətin  icbari 
gücü  və  ictimai  rəyin  təsiri  ilə  həyata  keçirilir.  Ruhi  mədəniyyət 
komponenti  və  cəmiyyətin  insana  təsir  alətləri  olan  hüquq  və  əxlaq 
ümumi  sosial  funksiyanı  müxtəlif vasitələrlə  yerinə  yetirir -  insanın 
sosial  davranışını  tənzimləyir və ona  nəzarət  edir.  Bu  zaman  onlar öz 
vəzifələrini  müxtəlif üsullarla  yerinə  yetirirlər:  birinci  halda icbarilik 
tədbirləri,  ikincidə  -  cəmiyyətin  mənəvitəsir  tədbirləri,  ictimai  rəyin 
gücü  və  ya  insanın  şəxsi  əqidəsi  ilə.  Hiiqu  -  dövlət tərəfindən  rəsmən 
təsdiqlənmiş  normaların 
sosial  sərəncam  səciyyəsi  daşıdığı  halda, 
əxlaq -  ictimai şüurda yaşayan  daxili kateqoriyadır.
İnsanın 
əxlaqi  tələblərin 
mahiyyətini  düzgün  anlaması, 
şəxsiyyətin mənəvi  nüfuzunun  formalaşmasına  təsir göstərir.  Adətlər
insanların,  cəmiyyətdə  qəbul  olunmuş,  fəaliyyət  istiqamətləri 
haqqında  təsəvvürlərinə  əsaslanan 
davranışıdır.  İnsanın  mənəvi 
dəyərlər və davranış motivlərinin əsasını,  insanın təyinatı və həyatının 
mahiyyəti  haqqında  təsəvvürləri  təşkil  edir.  İnsanın  mənəvi  özünü 
dərki  -   onun  əqidəsi,  hissləri,  meylləri,  vicdanı  onun  ailədə  mədəni 
tərbiyəsinin,  eləcə  də  onun  yaşadığı  sosial  mühitin  məhsuludur. 
İnsanın  mənəvi  mədəniyyəti 
onun  maraqlarının  digərlərinki  ilə 
toqquşduğu zaman  özünü göstərir.  Şəxsiyyətin pozitiv adətləri  insan 
ləyaqətinə hörmət,  şəfqət,  iffət,  səxavət və xeyirxahlıq  hissi  bəsləməsi 
ilə özünü göstərir.
224
Fuad  М а т л от.
Kulturologiya.çffektivli Н?уа1 va faaliyyala aparan yol
Əxlaq  və  hüquq -  cəmiyyətin  həyatında baş  verən  sosial-mədəni, 
iqtisadi  və 
siyasi 
dəyişikliklərin  təsiri  altında 
dəyişən 
tarixi 
hadisədir.  Dünya  mədəniyyətinin  inkişaf  tarixi  insan  həyatının, 
vəhşilikdən  mənəvi  tərəqqiyə  doğru  yüksələn hərəkəti,  onun  bioloji 
xarakter  və  formalarının  insaniləşdirilməsini  təsdiq  edir.  İnsan 
əxlaqının  tarixən  humanistləşməsi  atavizm,  hannibalizm,  qəddarlıq, 
mədəniyyətlərarası  obyektiv  və  subyektiv  ziddiyyətləri  aradan 
qaldırılaraq,  insanlar  arasında 
ədalətin  və  bərabərliyin  təsdiqi, 
şəxsiyyətə hörmət yolu ilə inkişaf etməsində ifadə olunur.
Feodalizm və ilkin kapitalizm cəmiyyətində  bərabərlik  yalnız  bir 
zümrə və ya  sinfi mədəniyyət tipi  daxilində nəzərdə tutulurdu.  Bu da 
şəxsiyyətin 
cəmiyyətdən  uzaqlaşıb  yadlaşmasına  səbəb  olan  ikili 
əxlaq  və 
davranış,  siyasətdə  ikili  standartların  yaranması  ilə 
nəticələnirdi.  Demokratik  quruluşlu  cəmiyyətlərdə 
bu  tendensiya 
təqribən  aradan qaldırılır. Hüquq və əxlaqın vəhdəti, sabit normalara ( 
qayda və  sərəncamlar ) münasibətdə,  xalqın iradəsini,  onun ədalət və 
Haqq  barədə  ümumbəşəri  təsəvvürlərini  ifadə  edir.  Burada  əhalinin 
sosial  fəallığı  və  şüurluluğunun 
inkişafi,  insanın  hüquq  və 
azadlıqlarının 
müdafiəsi 
demokratiya  mədəniyyəti  inkişafının
faktorlarından biri kimi çıxış edir.
İnsanların maraq  və obyektiv  zəruri  ehtiyaclarına əsaslanan  sosial- 
mədəni  fəaliyyəti  də  onu  əhatə  edən  dünyanı  dəyişdirmək  imkanı 
verən 
iradə  azadlığını  nəzərdə  tutur.  İradə  azadlığı,  şəxsiyyətin 
demokratik 
cəmiyyətdə 
seçim  azadlığı  və  məsuliyyətini  də 
müəyyənləşdirir.  Buna  görə  də,  şəxsiyyətin  müdrikilik  səviyyəsini, 
humanizmini, 
təbiət  və  cəmiyyətlə 
ahəngdar  fəaliyyətini 
səciyyələndirən 
yüksək  şüur,  hiss  və  davranış  mədəniyyəti, 
demokratik  dövlətlərin mühüm  sosial  -  siyasi  vəzifəsi  kimi  meydana 
çıxır.  Şəxsiyyətin  yüksək  mədəniyyətinin  formalaşması  prosesində, 
həyatfəaliyyəti  texnologiyalarının  təkmilləşməsinə  ekspert  yardımı 
göstərmək  qabiliyyətinə  malik, 
dövlət  siyasətinə  əməli  təsiri  ilə 
yüksələn  sosial  tərəqqini  təmin  edən 
ziyalıların  rolu  ölçülməz 
dərəcədə  artır.  Əlverişli  sosial-mədəni  mühitə  malik  cəmiyyətlərdə 
sosial-mənəvi  tələblərin  məcburiyyətdən,  insanın  mənəvi  vəzifəsinin 
yerinə  yetirilməsini  təmin  edən,  həyat qanununa  tədrici  çevrilməsi 
üçün şərait yaranır.
225


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə