Kuad Mommadov
Kutturologiva effektiv» bayat va faalivvata apararı vol
və onun inkişafı üçün yeni imkanlar yaradan bir sıra sosial-mədəni
inqalablar baş verdi : elmi-texniki, informasiya-kompüter, texnoloji,
təhsildə inqilablar. Kulturologiya, sosiologiya, politologiya və digər
humanitar və ictimai elmlərin
sürətli inkişafi sosial inkişafin
texnologiya və modellərinin dəyişdirilməsinə yardım etdi. XX əsrdə
bütün qlobal problemlərin özəyi insan inkişafi və onun təbiətlə
harmoniyası problemi oldu.
Təəssüf ki,
müasir sivilizasiya
daxilində
insan
inkişafina
mədəniyyətin yaradıcı qüvvələri ilə - Ağıl, Bilik, Xeyirxahlıqla
yanaşı, yenə də dağıdıcı qüvvələr - Təbiət, Cahillik və Şər də təsir
göstərir. Ümumiyyətlə, amerika kulturoloqu D.Recin “şizoffeniyal”
adlandırdığı iyirminci yüzillik üçün ziddiyyətlıi inkişaf olduqca
səciyyəvidir. Bu ziddiyyətlər - bilik və cahillik, fərdiyyətçilik və
kollektivçilik, milliyyətçilik və beynəlmiləlçilik səadət və xalqların
istirabı beynəlxalq həmrəylikn və silahlı qarşıdurma arasında baş
verir.Bu mübarizə
Xeyir və Şər qüvvələrin, demokratiya və
diktaturanın, ideologiya, hərəkat və blokların çəkişməsidir. Özündə
müxtəlif sosial-siyasi sistem və mədəniyyətləri birləşdirən müasir
sivilizasiya iki dünya və bir çox lokal müharibə və münaqişələrin
şahidi olmuşdur. Yer kürrəsi əhalisi öz mövcudluğuna nə qədər
sevinirdisə, ekoloji fəlakətlər, xəstəliklər, cinayətlər, yoxsulluq və
milyonların hüquqsuzluğu ilə bir o qədər kədərlənirdi. Bu anlamdan
çıxış edərək,
bəşəriyyətin qabaqcıl düşüncəli insanlan, özündən
əvvəlki nəsillərin tərəqqipərvər ideya və idrak nailiyyətlərinə
istinadən,
yeni tarixi şəraitdə
dünya təcrübəsini
zənginləşdirib
inkişaf etdirərək, XX əsrdə bəşəriyyət qarşısında duran
qlobal
problemlərin
həllinə
istiqamətlənmiş yeni
ictimai
inkişaf
texnologiyalarını təkmilləşdirir.
Müasir
sivilizasiyanın
tərəqqipərvər
nailiyyətlərinin
əldə
edilməsində müxtəlif peşə sahiblərinin, ilk növbədə isə ziyalıların
xidmətlərii böyükdür.Lakin sosial-mədəni tərəqqinin başlıca faktoru
elm olaraq qalır. Özünü bəşəriyyətə xidmər
və
öz fəaliyyətini
humanizm prinsipləri əsasında
həyata keçirən alimlər, dünya
mədəniyyəti tarixinin bütün dövrlərində onun inkişafının avanqardı
olmuşlar. Empirik bilikdən onun sisteminə qədər, minilliklər ərzində
inkişaf edən elm, kəşf etdiyi qanunlara görə mədəniyyətin mühüm
250
Fuad Mammadov
Kulturologiya cffeklivli havat va faalivvata aparan vol
sosial institutu və bəşəriyyətin inkişafinın güclü yaradıcı qüvvəsinə,
sinsamn xidmətinə verilmiş bir çox sosial-mədəni inqilabların əsasına
çevrildi. Elmi biliklər dünyanı əvvəlcədən müəyyən edilən və idarə
edilən etdi.
Üçüncü minilliyin astanasında elmə istinad edən bilik,
təbii-coğrafi sərvət, kapital və əməkdən daha üstün olan, "dördüncü
iqtisadi faktor" oldu.
Bu işdə informasiya, təhsil və tərbiyə kimi sosial institutların
əhəmiyyəti böyükdür. Elm və kompüter texnologiyalarının inkişafi,
beynəlxalq informasiya şəbəkəsi olan “İntemet”-in
yaradılması
insanlar üçün bəşəriyyətin yaratdığı bilikləri mənimsəmək və praktik
istifadə etmək üçün fantastik imkanlar açdı. İnformasiyalı cəmiyyətə
keçid, informasiya texnologiyalarının intensiv inkişafi
şəraitində
sivilizasiyalı ölkələrdə, bəşəriyyətin bu və ya digər dərəcədə qiymətli
biliklərin seçimini həyata keçirən
və onların praktikaya tətbiqinə
yardım edən “bilik menecerləri”-nin hazırlığı mühüm əhəmiyyət kəsb
etməyə başladı. Təhsilsiz insan müstəqil ola bilməz. Cahillik həmişə,
indi də Şərin “sosial bazası” olaraq qalır. Eyni zamanda mədəniyyət -
biliyə, quruculuğa
və humanizmə əsaslanan rifah, insanın intellektual,
emosional və fiziki
fəaliyyətinin pozitiv prosesi, vasitəsi və
nəticəsidir.
XX əsrin təcrübəsi
bir daha təsdiq etdi ki. insan
mədəniyyətinin mühüm institutu olan humanizm tərbiyəsi, həyatını
insan təbiətinin neqativ xüsusiyyətləri ilə bağlı barbarlıq və vəhşilik
mədəniyyətinə xas dağıdıcı proseslərdən qorumaq üçün, bəşəriyyətin
özünümühafizəsinə yardım edən insan inkişafının zəruri alətidir.
Bəşəriyyəti
görkəmli elmi kəşfləri və bədii əsərləri ilə
zənginləşdirən demokratik mədəniyyət öz məzmun yetginliyinə XX
əsrdə, sinfi məhdudiyyətlərin aradan qaldırılması
onun əsas
tendensiyasına çevrildiyi zaman, qədəm qoydu. Bu onunla şərtlənir
ki, sivilizasiyalı ölkələrin
müasir mədəni siyasəti, cəmiyyətin
müəyyən hissəsinin sinfi, siyasi, etnik və ya dini əlamətlərə uyğun
yox, xalqın mənafeyinə uyğun olaraq qurulur. Belə bir siyasət dünya
kulturoloji elminin son nailiyyətlərini, eləcə də sivilizasiya və dünya
mədəniyyəti inkişafinın praktik
təcrübəsini nəzərə alır. BMT.
YUNESKO,
Avropa
Şurası
və
digər
beynəlxalq
təşkilatlar.bəşəriyyətin
sosial-mədəni problemlərinin
həllinə
əhəmiyyətli töhfələr vermişlər. Onlar milli və regional təşkilatlara.
251
KMad Mammadov
Kulturologiva cffcklMi havat
у д
faaliyyola aparan
v o l
elmi tədqiqatların nəticələrinə,
müxtəlif ölkə politiloq, sosioloq,
müstəqil ekspetrt-kulturoloqlann tövsiyələrinə istinadən
mədəmi
siyasət və dünya mədəniyyətinin inkişaf prosesinə pozitiv təsir
göstərirlər.Tərəqqipərvər dünya birliyi ruhi mədəniyyəti
insan
inkişafının universal
özəyi, həyat fəaliyyəti vasitəsi və insanın
təkmilləşdirilməsi yolu, mədəni siyasəti isə - inkişaf və rifahın strateji
siyasəti
kimi nəzərdən keçirir. 1988 - 1997-ci illərdə BMT və
YUNESKOmun rəhbərliyi altında Dünya mədəniyyəti inkişafının
onilliyi keçirilirdi. 2000-ci il dünya mədəniyyəti ili elan olunmuş,
2001-ci il yeni minilliyin birinci onilliyi isə sivilizasiyalararası dialoq
adı altında keçiriləcəkdir. 1922-ci ildə BMT-nin ətraf aləm və inkişaf
üzrə Rio-de-Janeyroda
keçirdiyi
Dünya konfransında dünya
birliyinin
XXI əsr üçün fəaliyyət proqramı müəyyən edilmişdir. Bu
proqramın əsasını planet dövlətlərinin daxili siyasətinin resursların
qorunmasını təmin edən yüksək istehlak mədəniyyəti və iqtisadi
effektivliyin sosial məsuliyyətlə uyğunlaşdınlmasına istiqamətlənən
davamlı inkişaf prinsipi təşkil edir.
Vətəndaş cəmiyyətinin təkmilləşdirilməsi məqsədi ilə Avropa
Şurası hərtərəfli insan inkişafına, mədəniyyət sahəsində düzgün qərar
qəbul edilməsi və avropa ölkələrinin effektiv mədəni kooperasiyasına
istiqamətlənmiş kulturoloji tədqiqatlara ciddi yardım göstərir. 1998-ci
ilin
martında İsveç Bankının yardımı ilə Stokholmda, mədəni
siyasətin sosial inkişafa istiqamətlənməsi məsələlərinə həsr olunmuş,
Avropa dövlətlərinin hökumətlərarası konfransı keçirildi. Həmin il
İsveç paytaxtında avropa ölkələri mədəniyyət nazirlərinin, mədəni
siyasətin sosial istiqamətləri məsələlərinə həsr edilmiş iclası keçirildi.
1999-cu ilin noyabrında Norveçdə, 22 ölkədən gəlmiş 150 alimin
iştirakı ilə, mədəni siyasət sahəsində tədqiqatlar üzrə Beynəlxalq
konfrans keçirildi. Bu ölkələrin əksəriyyəti
inkişaf etmiş avropa
dövlətlərini təmsil edirdilər.Konffans iştirakçılarının
məruzə və
çıxışları
göstərdi ki,
müasir dünyada, ilk növbədə demokratik
ölkələrdə mədəniyyətin inkişafına verilən əhəmiyyət və ona aynlan
diqqət gündən-günə artır.Postsovet məkanından fərqli olaraq, avropa
ölkələrində mədəniyyət üstqurum hadisəsi kimi, başlıca olaraq -
incəsənət, etika, folklor kimi yox, hər şeydən əvvəl inkişaf, rifah və
həyat yolu kimi başa düşübür. Avropada, dövrün dəyişən şəraitinə və
252
Fuad Mammadov
Kullurologiva cffcktivli havat
у д
faaliyvat.a aparan yol
həyatın
obyektiv
tələblərinə
uyğun, dövlət
və
cəmiyyətin
tərəqqipərvər sosial-mədəni inkişafinı təmin edən mədəniyyət işləri
üzrə dövlət şuraları, mədəniyyəti idarəetmə institutları, mədəniyyət
universitetləri və kafedraları, kulturoloji tədqiqat mərkəzləri və digər
müəssisələr geniş yayılmışdır.
Son onillikdə BMT məruzələrində, BMT inkişaf Proqramının
sifarişi ilə
müstəqil ekspert qrupunun hazırladığı, insan inkişafı
haqqında qlobal miqyaslı aktual problemlər nəzərdən keçirilir. Bu
proqram öz missiyasını, bərabərhüquqlu cəmiyyət yaradılması və
davamlı insan inkişafına nail olmağa yardım edən milli potensial
yaradılmasında ölkələrə yardım göstərməkdə görür. O. 174 ölkə və
əraziyə özünütəminatın təşkili, kasıblıqla mübarizə, ətraf mühitin
keyfiyyətinin bərpa edilməsin, iş yerlərinin yaradılması və qadınların
vəziyyətinin yaxşılaşdırılmasında böyük yardım göstərir.
Məruzələrdə insan maraqlan və gəlir əldə etmək cəhdi arasında
şüurlu balans axtanlma cəhdələrinə mühüm əhəmiyyət verilir. Bu
məruzələr
göstərir ki, insan potensialının inkişafı son nəticədə “insan
imkanlanmn genişlənməsi prosesi “ - dir. Müxtəlif ölkələrdə həyatın
orta uzunluğu, savadlılıq səviyyəsi, ümumi rifahla ölçülən insan
inkişafi indeksinin analizi çıxış nöqtəsi kimi özünü göstərir. Məruzə
müəllifləri təhsil, texnologiyalan və mədəniyyət nailiyyətlərindən
istifadə imkanı olmayan
milyonlarla insanın
marginləşməsinin
aradan qaldırılması məqsədi ilə sosial siyasətin gücləndirilməsi
çağırışı ilə siyasətçilərə müraciət edirlər..
BMT-nin inkişaf Proqramı qloballaşma şəraitində ölkələrin və
xalqların polyarlaşmasının əksinə çıxış edərək, dünya birliyini maddi
nemət
və
imkanların
qeyri-bərabər
bölünməsinin
aradan
qaldırılmasına çağırır. Qloballaşmanı yalnız
iqtisadi baxımdan
anlamaq düzgün deyil. Bu, hər şeydən əvvəl,
insan həyatı və
fəaliyyətinin bütün sahələrini, bütövlükdə bütün müasir dünya
mədəniyyətini əhatə edən
sosial-mədəni kateqoriyadır. Dövlətlər
qloballaşmadan yalnız gəlir
əldə etmək üçün deyil, həm də onun insan
mənafeyinə, həyatın zənginləşməsinə, ümumi dəyərlərə əsaslanan
qlobal cəmiyyətin yaradılmasına xidmət etməsində yardımçı
olmalıdırlar. Bunun üçün qloballaşma siyasətində, insan potensialı
inkişafi sahəsi prioritet istiqamətlərinin
seçimini nəzərdə tutan
253