Aparan yol kimi



Yüklə 320 Kb.
Pdf görüntüsü
səhifə64/104
tarix14.05.2018
ölçüsü320 Kb.
#43791
1   ...   60   61   62   63   64   65   66   67   ...   104

Fuad  Mammadoı
KulluroİQEİva 
effcktivli həyat 
ул
 faalivYota 
aparan 
yol
Demokratik  prinsiplər 
üzərində  qurulmuş,  insan  azadlığının 
zəruriliyini  elmi  və 
əxlaqi  cəhətdən  əsaslandıran 
ideologiyalar, 
qlobal  sosial dəyişikliklər və  müasir dünyada  demokratik dövlətlərin 
yaradılması  üçün  nəzəri  əsas rolunu  oynayırlar.  Müasir demokratiya 
prinsiplərinin  işlənməsi  və 
reallaşmasına  humanizm,  rasionalizm, 
maarifçilik və  liberalizm ideologiyaları  ciddi  təsir göstərmişdir.  Onlar 
insanın sosial  faydası  idealının, “bərabər imkanlar” xüsusi mülkiyyət, 
hüquq  və  azadlıqda  bərabərlik  prinsiplərinin  təsdiqinə  təsir 
göstərmişlər.  İnsana  yeni  -  humanistik  nəzərlə  baxış,  azadlığın  təbii 
bərabərlik  və  təbii  hüquq  demokratik  prinsiplərinin  təsdiqi,  insanın 
dünyanın  dərk  etməsi 
və  dəyişdirməsi,  daha  yaxşı  gələcəyi 
yaratmasında 
yaradıcı  imkanlarını 
dəfələrlə  artırır. 
Əksinə, 
humanist  olmayan  ideologiyalar  sosial  stabilliyi,  siyasi  hadisələrin 
idarə  edilməsini 
pozur,  cəmiyyətin  inkişafını  buxovlayır  və  ruhi 
mədəniyyətin tənəzzülünə səbəb olur.
İnsanın  və  cəmiyyətin  ruhi  mədəniyyətinin  mühüm  göstəricisi 
ətraf mühitə münasibət, insan inkişafi üçün  həyati əhəmiyyət daşıyan 
ekoloji  mədəniyyətdir. 
Ətraf  mühitin  keyfiyyət  səviyyəsi  insanın 
sağlamlığı  və  uzunömürlülüyünə  böyük  təsir  göstərərək,  ekoloji 
mədəniyyətdən və təbiət resurslarının səmərəli  istifadəsindən  asılıdır. 
“Şüurlu  kifayətlilik”  prinsipi  üzərində  qurulan  ekoloji  mədəniyyət 
yüksək  istehlak  mədəniyyətinin  mövcudluğunu 
nəzərdə  tutur. 
Meşələrin  qırılması,  suyun  və  yenidən  yaradılmayan  resursların 
qeyri-səmərəli 
istifadəsi, 
ətraf  mühitin 
çirklənməsi 
istehlak 
mədəniyyətinin  aşağı  səviyyəsini  göstərir.  İnsanın  və  cəmiyyətin 
zənginliyi  yalnız  maddi  nemətlərin  fəal  istehsalı  ilə  deyil,  həm  də 
onların  qənaətli,  şüurlu  və  səmərəli  istehlak  qabiliyyəti  ilə  yaradılır. 
Sağlam  düşüncəyə  əsaslanan  yüksək  istehlak  mədəniyyəti  cəmiyyətin 
hər  bir  üzvünün  xammal,  yanacaq,  enerji,  məhsullar,  su  və  digər 
həyat  əhəmiyyətli  resurslarının  israfçılığı  və  təsərrüfatsızlığı  əvəzinə, 
onların  qorumasını  və  şüurlu  istifadəsini  nəzərdə  tutur.  Resursların 
qorunması 
iqtisadi  inkişaf  faktorlarını  sosial,  insan  inkişafı  ilə 
harmonik  əlaqələndirərək,  onların  effektiv  idarə  edilməsinə  imkan 
verir.  İstehlak  mədəniyyəti  ilə  bağlı  fundamental  məsələlər  sırasına 
yenidən 
yardılmayan 
resursları 
istehlak 
edən 
istehsalın 
məhdudlaşdırılması  zərurəti 
aiddir.  Tükənən  resurslar  hesabına
262
Fuad  Məmmadov
Kulturologiva cffcktivli haval  va faalivvala aparan  vııl
fəaliyyət  göstərən  istehsal  sahələri  insan  və  təbiət  harmoniyasını, 
biosferi,  təbii  potensialı  dağıtmayan,  əksinə  qoruyan  yenidən 
yaradılan  enerji  mənbələrinə  əsaslanan  yeni,  ekoloji  cəhətdən  təmiz 
yüksək  texnologiyaların  yaradılması  üçün  istifadə  olunmalıdır.  Bu 
gün  insan  sivilizasiyamızın 
dağıntılardan  qorunmasının 
yeganə 
imkanı  olan  ekosivilizasiyanın  yaradılmasında  ekoloji  mədəniyyətin 
həlledici  əhəmiyyəti  vardır.  Təbii  resursların  və  maddi  nemətlərin 
şüurlu  istifadəsini  nəzərdə  tutan 
yüksək 
ekoloji  mədəniyyətin 
formalaşdırılması, 
dövlətin 
mədəni 
siyasətinin 
prioritet 
vəzifələrindən  biri  olan,  cəmiyyətdə  geniş  kulturoloji,  daha  dəqiq, 
ekoloji təhsil və tərbiyə  tələb edir.
Davamlı 
insan 
inkişafi 
insanların 
həyat 
səviyyəsinin 
yüksəldilməsinə  istiqamətlənir.  Məlumdur ki, bu məqsədə nail olmaq 
üçün, 
maddi  həyatın  əsasını  təşkil  edən,  iqtisadiyyatın  effektiv 
inkişafını  təmin  etmək  lazımdır.  Lakin  iqtisadi  inkişaf  ruhi 
mədəniyyətin,  cəmiyyətin  ruhi  istehsalının  vəziyyəti  ilə  şərtlənir, 
çünki,  bizim  həyatımızı  təşkil  və  idarə  edən  iqtisadiyyat  yox,  ağıl, 
bilik,  “hegelin  mütləq  ruhudur”.  İqtisadi  effektivlik  elm  və  elmə 
əsaslanan  yüksək  texnologiuyalardan  bilavasitə  asılıdır.  Elm  ictimai 
inkişafin  həyat  əhəmiyyətli  zəruri  şərti  olmaqla  yanaşı,  həm  də 
ictimai  şüurun  keyfiyyət  inkişafının  daimiliyini  təmin  edir.  Elmi 
biliklər  mahiyyət,  təbiət,  insanın  müqəddəratı  haqqında  ənənəvi 
mövcud  dini  və  fəlsəfi  ideoloji  təsəvvürləri  inqilabiləşdirir,  sağlam 
düşüncəyə  əsaslanan  insan  təfəkkürü  və  həyatının  formalaşmasına 
təsir  göstərir,  sosial-mədəni  tərəqqiyə  nail  olma  və  dünyanın  şüurlu 
şəkildə  dəyişdirilməsinin  qeyri-məhdud  imkanlarını  açır.  Yüksək 
istehsal  nəticələrinin  əldə  edilməsində,  təhsil,  tərbiyə  və  maarif 
sisteminin təmin etdiyi, maddi nemət istehsalçılarının  ümumi mədəni 
səviyyəsinin  mühüm əhəmiyyəti var.
Buna  görə  də,  ruhi  mədəniyyətin  elm  və  təhsil  kimi  aparıcıları 
strateji  əhəmiyyət  daşıyırlar.  Dünya  elmi  nailiyyətləri  və  humanist 
etik  dəyərlərə  əsaslanan 
insanın  təhsil  və  tərbiyəsinin  yüksək 
səviyyəsi -  rifah və xoşbəxt həyata doğru gedən  yoldur.  Buna görə də 
effektiv təhsil və tərbiyənin təşkili dövlətin başlıca sosial kapitalı olan, 
cəmiyyətin  mədəni  potensialının  artırılmasına  yardım  edən,  milli 
prioritet vəzifə hesab olunur.  Elm və təhsilin inkişafi  siyasi  və iqtisadi
263


Fuad  Mommadc»
Kulturologiya effektiv|j hayat va faaliyyata aparan vol
azadlıqlar 
mühitinin  yaradılması  ilə  müşayiət  olunaraq, 
insanın 
yaradıcı  inkişafının  təmin  edilməsinə  təsir göstərir.  Təhsil, tərbiyə və 
maarifin müasir elm  və yüksək texnologiyalara əsaslanan prioritetləri, 
praktik  həyatın  tələbləri  və 
dünya  sivilizasiyasının  inkişaf 
tendensiyalarına  uyğun  şəxsi  təhsil  üçün  geniş  imkanlar  yaradaraq, 
bütün, eyni zamanda  iqtisadi problemlərin, həllinin  universal metodu 
olan,  yüksək mədəniyyətin formalaşdırılması üçün ilkin şərait yaradır.
Bu nəticələr dünya mədəniyyəti tarixi ilə təsdiqlənərək,  göstərir ki, 
sivil  ölkələrdə  iqtisadiyyat  -   son  məqsəd  olan,  insan  həyatının 
yaxşılaşdırılması  vasitəsidir.  Sivil  və  inkişafda olan  ölkələrin  inkişaf 
dinamikasının  müqayisəli  təhlili  göstərdi  ki,  iqtisadiyyatın  inkişafı 
həyat  səviyyəsi  artımının  zəruri,  lakin  kifayət  qədər tam  şərti  deyil. 
Alimlər dərk etmişlər ki,  ölkənin ümumi milli məhsulunun inkişafı  ilə 
insanların  həyatının  yaxşılaşdırılması  arasında  birbaşa  əlaqə  yoxdur. 
İstehsalın və dövlətin maliyyə gəlirinin  artımı  avtomatik olaraq həyat 
şəraitinin  artımına  aparmır,  o,  ruhi  mədəniyyətdən  -  siyasi  sistem, 
mənəvi  dəyərlər  və  ictimai  mənəviyyat,  ekoloji  situasiya,  səhiyyə 
təminatı  və  digər  faktorlardan  asılıdır.  Buna görə  də,  inkişaf etməkdə 
olan  ölkələrin  mühüm  sosial  problemi  elə  bir  inkişaf  səviyyəsinə 
çatmaqdır ki,  orada ölkənin  ümumi  milli  məhsulunun  inkişafi  həyat 
səviyyəsinin,  cəmiyyətdə  vətəndaş birliyinə  yardım edən,  insanların 
həyat  standartlarının  inkişafına  bərabər  olsun.  Həyat  keyfiyyətinin 
yaxşılaşdırılması  üzrə  məsələnin  həlli  təhsilin  ,  mənəvi  tərbiyənin 
inkişafi,  şəxsiyyətin 
iqtisadi  və  siyasi 
azadlıqlarının 
təsdiqi,
sağlamlığın 
mühafızəsininvətəndaşların 
hüquqi 
və 
ekoloji
təhlükəsizliyinin 
təmin  olunması  əsasında  həyata  keçirilir.  Bu 
siyasətin  həyata  keçirilməsində  əsas  şərt,  ölkənin  dövlətinin  onun 
vətəndaşlarının 
intellektual  və  mənəvi  zənginliyi  olmasının  dərk 
edilməsidir.
İctimai  inkişafın  keçid  dövründə 
ideoloji,  siyasi  və  iqtisadi 
dəyişikliklər,  insani  dəyər  və  normaların  dəyişildiyi  zaman 
ruhi 
mədəniyyətin  əhəmiyyəti  xüsusilə  artır.  Azərbaycanda  bu  bu  qeyri- 
stabillik  köhnə  sovet  mədəniyyət  sisteminin  mövcudluğu,  sosialist 
iqtisadiyyatının 
bazar  münasibətlərinə  keçidə  hazırlaşmadan 
dağılması,  eləcə də Ermənistanın hərbi təcavüzünün  nəticələri, qaçqın 
və  məcburi  köçgünlərin  olması  ilə  çətinləşir.  Keçid  dövrünün  iqtisadi
264
Fuad  Mammadov
Kulturologiya effeklivli hovat 
\a
 faaliyyata aparan  yol
çətinlikləri  təhsil,  eım,  incəsənət  və  mənəvi  mədəniyyətin  digər, 
insan  və  sosial  inkişafi  üçün  əhəmiyyət  daşıyan,  sahələrinin  maddi 
bazasına  mənfi  təsir  göstərir.  Azərbaycan  mədəniyyətinin  müasir 
vəziyyətinin  təhlili üçün  təhsil və elm sahələrinə müraciət edək.
Təhsil mədəniyyətin  inkişafı  üçün  strateji  əhəmiyyət daşıyır.  Ruhi 
istehsal  və 
sosial-mədəni  institut  olan  təhsil 
şəxsiyyət 
formalaşdırılması və inkişafında varislik,  xalqın və bütün bəşəriyyətin 
tarixi  təcrübəsinin  təzələnməsi  sosial-mədəni  tərəqqinin  templərinin 
sürətlənməsinə  təsir  göstərir.  Təhsil  sosial-mədəni  inkişafın  qurucu 
faktor  rolunu  yerinə  yetirərək,  yeni  nəsillərin  şüurlu  ictimai  həyatı 
və  əmək  fəaliyyətinə  hazırlanmasının  başlıca  forması  kimi  xidmət 
göstərir.  O,  elmi  biliklərə  istinad  edərək,  ruhi  və  maddi  mədəniyyətə, 
mədəniyyətin yaradıcısı  və daşıyıcısı, ictimai tərəqqinin  əsas yaradıcı 
qüvvəsi  və  məqsədi  olan  insanın  hərtərəfli  inkişafına  inqilabi  təsir 
göstərir.
Azərbaycan  Respublikasının 
Konstitusiyasına  və  beynəlxalq 
hüquq  normalarına  uyğun  olaraq,  respublikanın  təhsil  sistemində, 
açıq  cəmiyyət 
və  qeyri  planlı  əmək  bazarının  yaradılması  ilə 
şərtlənən,  yeni  sosial  tələbatların  təmin  edilməsinə  istiqamətlənmiş 
demokratik  dəyişikliklər  həyata  keçirilir.  Bu  islahatlar 
dünya 
bazarında  Azərbaycanın  rəqabət qabiliyyətini  artırmalı, respublikada 
insan 
inkişafi 
perspektivlərini 
və 
sosial-mədəni 
tərəqqini 
yaxşılaşdırmalıdır.  1992-ci  ilin  dekabnnda  qəbul  edilmiş  təhsil 
qanununa  görə,  respublikanın  təhsil  sisteminə  məktəbəqədər  tərbiyə, 
ümumi,  xüsusi  peşə  və  ali  xüsusi  təhsil,  diplomdansonrakı  hazırlıq, 
magistratura, 
doktorantura 
və 
kadrlann 
ixtisasartırma 
və 
yenidənhazırlanma sistemləri daxildir.
İbtidai  təhsilin  icbariliyi,  əməkqabilli  əjalinin  savadlılığı, 
ali 
məktəblərdə  təhsil  alan  oğlan  və  qızlann  bərabər  təmsil  olunması, 
yüksək  və  müxtəlif  ixtisaslı  mütəxəssis  və  alimlərin  hazırlığındakı 
uğurlar  milli  təhsilin  tarixi  nailiyyətlərinə  aiddir.  Respublikada  126 
min  uşaq  1918  məktəbəqədər  müəssisədə  tərbiyə  alır  və  ya  hər 
səkkiz  uşaqdan  biri  1-6  yaşındadır.  4474  gündüz  ümumtəhsil 
məktəbində  175  milyon  şagird  təhsil  alır.  Son  zamanlar  yeni  tipli 
təhsil  müəssisələri  yaradılmışdır,  o  cümlədən,  yexniki-humanitar, 
təbiət-humanitar  və  musiqi  təmayüllü  2  lisey,  9  gimnaziya
265


Yüklə 320 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə