Avropa komiSSİyasi iTTİfaqin xariCİ İŞLƏr və TƏHLÜKƏSİZLİk siyasəTİ MƏSƏLƏLƏRİ ÜZRƏ YÜKSƏK



Yüklə 343,02 Kb.
Pdf görüntüsü
səhifə2/11
tarix31.08.2018
ölçüsü343,02 Kb.
#65615
1   2   3   4   5   6   7   8   9   10   11

 

Regional səviyyədə Şərq Tərəfdaşlığı 2015-ci ildə keçirilmiş Riqa sammitindəki öhdəliklərə uyğun 



olaraq  bir  qədər də  gücləndiriləcəkdir.  Aralıq  Dənizi  Ölkələri  Birliyi  cənub  qonşuları  ilə 

əməkdaşlığın  dəstəklənməsi  baxımından  daha  böyük  rol  oynaya  bilər.  Yeni  AQS  regional 

çağırışların həll edilməsi məqsədilə mümkün olduğu təqdirdə qonşulardan savayı digər regional 

iştirakçıları da cəlb etməyə çalışacaqdır.  

BMT Ali Məclisi tərəfindən 2030-cu il üzrə Dayanıqlı İnkişaf üçün Gündəliyin və Dayanıqlı İnkişaf 

Məqsədlərinin  (DİM-lər)  qəbul  edilməsi  və  onların  icrası  istiqamətində  Aİ-nin  güclü  dəstəyi 

tərəfdaşlar  ilə  birgə  fəaliyyət  üçün  yeni  transformasiya  oluna  bilən  siyasət  çərçivəsi  təmin 

etmişdir.  Eyni  zamanda,  hazırkı  yenilənmə  Xarici  və  Təhlükəsizlik  Siyasəti  üzrə  Aİ-nin  Qlobal 

Strategiyası  istiqamətində  daha  geniş  miqyaslı  fəaliyyətin  tərkib  hissəsi  kimi  sıx  şəkildə 

əlaqələndiriləcəkdir.  

Bu və digər tədbirlər vasitəsilə Aİ gələcəkdə bütün tərəfdaşlar ilə əlaqələrin çərçivəsi kimi AQS-i 

gücləndirməyə çalışacaqdır.  



İİ. QONŞULUĞUN STABİLLƏŞDİRİLMƏSİ 

AQS Aİ qonşu ölkələri ilə uzunmüddətli fəaliyyət çərçivəsi olsa da, ən ciddi ehtiyacları mütləq 

şəkildə  nəzərə  almalıdır.  Növbəti  üç-beş  il  ərzində  qonşu ölkələrin əksəriyyətində  əsas  çağırış 

stabilləşmə məsələsi olacaqdır. Qeyri-stabilliyin səbəbi çox zaman təkcə təhlükəsizlik məsələləri 

ilə bağlı olmur. Aİ-nin yanaşması sektorlar boyunca qeyri-stabillik mənbələrini sistemli şəkildə 

həll etməyə çalışacaqdır. Yoxsulluq, bərabərsizlik, ədalətsizlik hissi, korrupsiya, zəif iqtisadi və 

sosial inkişaf, xüsusilə gənclər üçün imkanların mövcud olmaması qeyri-sabitliyin mənbəyi ola 

bilər və həssaslığı radikalizm səviyyəsinə çatdıra bilər. Yeni AQS iqtisadiyyatların dəstəklənməsi 

və yerli əhali üçün perspektivlərin açılması istiqamətində məqsədyönlü səylər edəcəkdir. Siyasət 

tərəfdaş  ölkələri  insanların  öz  gələcəklərini  qurmaq  istədikləri  yerlərə  çevrilməsinə  yardım 

etməli və insanların nəzarətsiz hərəkətinin qarşısının alınmasına xidmət etməlidir. 

İctimai məsləhətləşmə zamanı böyük sayda maraqlı tərəflər, o cümlədən əksər tərəfdaş ölkələr 

Aİ-nin  təhlükəsizlik  sektoru  üzrə  tərəfdaşlar  ilə  fəaliyyəti  gücləndirməli  olduğu  fikrini  ifadə 

etmişdir.  Digər sahələrdə  olduğu  kimi  yenilənmiş  AQS  təhlükəsizlik  ilə  bağlı  məsələlər  üzrə 

əməkdaşlıq  üçün  xüsusi  yanaşma  təklif  edəcək  və  birgə  ümumi  fəaliyyətin  münaqişələr 

baxımımdan həssas olmasının və beynəlxalq  hüquq normalarına, o cümlədən beynəlxalq insan 

hüquqları qanunlarına tam şəkildə cavab verməsinin təmin edilməsinə fəal şəkildə çalışacaqdır. 

Yeni  AQS  erkən  xəbərdarlıq,  habelə  erkən  profilaktik  tədbirlər  vasitəsilə  münaqişələrin 

qarşısının  alınmasını  və  bu  baxımdan  tərəfdaşların  potensialının  gücləndirilməsini  hədəfləyir. 

Hazırkı  Birgə  Məlumatda  qeyd  olunan  tədbirlər  xarici  təzyiqlər  fonunda  Aİ  tərəfdaşlarının 

dözümlüyünün  artırılması  və  onların  öz  suveren  seçimlərini  etmək  imkanlarının 

genişləndirilməsi yollarını təklif edir.    




 

 



İİİ. DAHA GÜCLÜ QONŞULUQ. DAHA GÜCLÜ TƏRƏFDAŞLIQ 

Məsləhətləşmə  AQS-nın  davam  etdirilib-etdirilməməsi  və  hansı  formada  davam  etdirilməsi 

barədə  genişmiqyaslı sualla qoymuşdur. Aşağıdakı məsələlər üzrə konsensus əldə edilmişdir: 

 



Bizim tərəfdaşlar fərqli istəklərə malikdir: bizim münasibətləri bunu daha tam şəkildə əks 

etdirməlidir 

 

AQS Aİ maraqlarını və tərəfdaşlarımızın maraqlarını ifadə etməlidir 



 

Tərəfdaşlıq daha az sayda prioritet istiqamətlərə köklənməlidir  



 

Üzv ölkələri AQS-ə daha geniş şəkildə cəlb olunmalıdır  



 

Tərəfdaşlar tərəfindən məsuliyyət daha da genişləndirilməlidir  



  

                 

AQS  üzrə  məsləhətləşmə  zamanı  əksər həmsöhbətlər  Şərq  və  Cənub  qonşuluq  təşəbbüsləri 

üçün  müəyyən  formada  ümumi  siyasət  çərçivəsini  görmək  istədiklərini  ifadə  etmişlər.  Lakin 

müxtəlif  ambisiyaları,  bacarıqları  və  maraqları  əks  etdirmək  məqsədilə  Aİ  ilə  onun  qonşu 

tərəfdaşları arasında daha xüsusi, daha fərqli tərəfdaşlığın qurulması üçün dəyişiklik üçün aydın 

tələb mövcud olmuşdur.  

Tərəfdaş paylaşılan birgə dəyərlər əsasında Aİ ilə daha dərin əlaqələrin yaradılması niyyətində 

olduqda fəaliyyət mövcud baza əsasında həyata keçiriləcəkdir. Gürcüstan, Moldova Respublikası 

və  Ukrayna  yeni  nəsil  Assosiasiya  Razılaşması  /Dərin  və  Müfəssəl  Azad  Ticarət  Sahələr 

(AA/DCFTA) vasitəsilə Aİ ilə siyasi assosiasiya və iqtisadi inteqrasiya yolunu seçmişdir; Mərakeş 

Aİ  ilə  münasibətlərdə  qabaqcıl  statusdan  faydalanır  və  Tunis  imtiyazlı  tərəfdaşlıq  əlaqələrinə 

malikdir. Aİ əlaqələrin daha da inkişaf etdirilməsi və mövcud razılaşmalar üzrə hər iki tərəflər 

üçün  faydaların  maksimum  həddə  çatdırılması  istiqamətində  sözügedən  tərəfdaşlar  ilə 

işləyəcəkdir.  Bu  tərəfdaşlığı  möhkəmləndirmək  üçün  Aİ  sözügedən  tərəfdaşlar  ilə  nazirlik 

səviyyəsində siyasi dialoq imkanlarını gücləndirməlidir.  

Aİ  tərəfdaşlığın  gələcək  xarakteri  və  istiqaməti  üzrə  məsləhətləşmələr  əsasına  2016-cı  ildə 

tərəfdaşlar  ilə  yeni  fəaliyyət mərhələsinə  başlamağı  təklif  edir.  Gözləntilər hər  iki  tərəf  üzrə 

məsuliyyət  hissinin  artırılmasına  imkan  verəcək  müxtəlif  əlaqə  nümunələrinin  meydana 

çıxacağından  ibarətdir.  Aİ  hər  bir  münasibəti  birgə  təyin  edilmiş  paylaşılan  maraqlara  aydın 

şəkildə yönəldən yeni tərəfdaşlıq prioritetlərinin birgə müəyyən edilməsi imkanlarını müzakirə 

etməyə hazırdır. 

Stimullaşdırıcı  yanaşma  (Daha  çox  müqabilindən  daha  çox)  səmərəli  idarəetmə,  demokratiya, 

qanunun  aliliyi  və  insan  hüquqları  sahələrində  islahatların  dəstəklənməsi  baxımından  uğurlu 




Yüklə 343,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə