AVROPA KOMİSSİYASI
İTTİFAQIN XARİCİ İŞLƏR VƏ TƏHLÜKƏSİZLİK
SİYASƏTİ MƏSƏLƏLƏRİ ÜZRƏ YÜKSƏK
SƏVİYYƏLİ NÜMAYƏNDƏLİYİ
Brüssel, 18.11.2015
JOİN (2015) 50 yekun
AVROPA PARLAMNTİNƏ, ŞURAYA, AVROPA İQTİSADİ VƏ SOSİAL KOMİTƏSİNƏ VƏ
REGİONLAR KOMİTƏSİNƏ BİRGƏ MƏLUMAT
Avropa Qonşuluq Siyasətinin nəzərdən keçirilməsi
(SVD (2015) 500 YEKUN)
2
İ. Giriş
Avropa Qonşuluq Siyasəti (AQS) Aİ-yə onun sərhədlərinin yaxınlığında yerləsən ölkələrdə
sabitliyi, təhlükəsizliyi və tərəqqini dəstəkləmək və təşviq etməkdə yardım etmək məqsədilə
2004-cü ildə yaradılmışdır. Aİ sözügedən məqsədlərə sadiq olaraq qalsa da, son illərin hadisələri
yeni yanaşmaya, yeni iş metodlarının təkrar prioritetləşdirilməsinə və tətbiq edilməsinə
ehtiyacın olduğunu göstərmişdir.
Ötən 12 il ərzində, Aİ-nin qonşuluğunda yerləşən çoxsaylı ölkələrdə radikal dəyişiklər baş
vermişdir. Müəyyən pozitiv inkişaflar da qeydə alınmışdır: yerli oyunçular qanunun aliliyinin,
sosial ədalətin təmin edilməsi və məsuliyyət hissinin yüksəldilməsi istiqamətində islahatların
aparılması ilə bağlı tədbirlər həyata keçirmişlər. Tunis Kvartetinin Nobel Sülh Mükafatına layiq
görülməsi deyilənlərə bariz nümunədir. Eyni zamanda, münaqişə, artan ekstremist və
terrorçuluq meyliləri, insan hüquqlarının pozulması və beynəlxalq hüquq ilə bağlı digər çağırışlar
və iqtisadi çətinliklər qaçqınların axınının əhəmiyyətli dərəcədə yüksəlməsi ilə nəticələnmişdir.
Qeyd edilən hadisələr Ərəb inqilablarından və İŞİD istilasından sonra Şimali Afrika və Yaxın Şərq
ölkələrində öz izini qoymuşdur. Şərqdə, Rusiyanın daha çox aqressiv xarakter daşıyan xarici
siyasəti Ukraynanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün pozulmasına gətirib
çıxarmışdır. Həlli yubadılan münaqişələr regionda inkişaf üçün əsas maneə olaraq qalmaqdadır.
Eyni zamanda, Aİ-nin öz qonşu ölkələri ilə qarşılıqlı asılılığı getdikcə daha çox diqqət mərkəzin
olmuşdur. Təhlükəsiz gələcək tapmaq arzusu ilə çox sayda qaçqınlar Avropa İttifaqının
sərhədlərinə gəlirlər. Enerji böhranları Aİ-nin enerji təhlükəsizliyi, o cümlədən enerji
mənbələrinin, marşrutlarının və təchizatçılarının diversifikasiyası istiqamətində öz qonşuları ilə
birgə işləmək ehtiyacını qabarıq şəkildə büruzə vermişdir. Aİ və qonşu ölkələri sarsıdan bir sıra
terror aktları baş vermişdir ki, onlardan da ən sonuncusu 13 noyabr tarixində Paris şəhərinin
məruz qaldığı mənfur terror hücumudur.
AQS-ın nəzərdən keçirilməsinin məqsədi Aİ və onun qonşu ölkələrinin daha effektiv tərəfdaşlıq
əlaqələrinin formalaşdırılması yolları barədə təkliflər verməkdən ibarətdir. Bununla Aİ bəşəri
dəyərlərin təşviqini əks etdirən öz maraqlarını reallaşdırmaqda davam edəcəkdir. Aİ-nin özünün
sabitliyi demokratiya, insan haqları və qanunun aliliyi prinsiplərinə və iqtisadi açıqlığa əsaslanır
və yeni AQS stabilləşməni özünün mandatı çərçivəsində əsas siyasi prioritet kimi müəyyən
edəcəkdir.
Fərqləndirmə və daha böyük qarşılıqlı məsuliyyət yeni AQS-ın əsas xüsusiyyəti olacaqdır.
Sözügedən yanaşma heç də bütün tərəfdaşların Aİ qayda və standartlarına can atmadığını nəzər
alır və hər bir ölkənin Aİ ilə tərəfdaşlıq əlaqələrinin xarakteri və istiqaməti ilə bağlı istəklərini
əks etdirir.
3
Aİ təkbaşına regionun qarşılaşdığı əksər problemləri həll etmək iqtidarında deyildir və onun
potensial imkanları məhduddur. Lakin yeni AQS müsbət inkişafların əldə edilməsi məqsədilə
müvafiq şəraitin yaradılmasına yardım edəcəkdir.
Prezident Canker tərəfindən təklif edilən və Aİ üzv ölkələri tərəfindən tələb edilən yenilənmə
250 –dən artıq cavabları üzv ölkələrin, tərəfdaş hökumətlərin, Aİ təsisatlarının, beynəlxalq
təşkilatların, sosial tərəfdaşların, vətəndaş cəmiyyətinin, biznes və akademik dairələrin, təhsil
ocaqlarının və cəmiyyətin üzvlərinin iştirakı ilə ictimai məsləhətləşməyə çıxarmışdır və onlar
həm mahiyyət, həm də metodologiya baxımından AQS-da dəyişiklərin edilməsini ehtiyacın
yarandığını böyük ölçüdə təsdiq etmişlər.
İctimai məsləhətləşmələr idarəetmə sahəsində islahatlar aparmış ölkələr üçün Aİ ilə sıx əlaqənin
təklif edilməsinin bir sıra ölkələrdə dəyişiklərə rəvac verdiyini göstərsə də, mövcud təcrübələr
və siyasət digər tərəfdaşlar tərəfindən həddindən artıq təlimatlandırıcı və nəticə etibarilə,
onların müvafiq istəklərini kifayət qədər nəzərə almayan fenomenlər kimi nəzərdən
keçirilmişdir. Məsləhətləşmələr həm tərəfdaşlar, həm də Aİ üzv ölkələri tərəfindən məsuliyyət
hissinin yüksəldilməsinə ehtiyacın olduğunu; əməkdaşlığı daha dar, daha hədəfli xarakter
daşımalı olduğunu və Aİ və onun tərəfdaşlarının daim dəyişən ehtiyac və şəraitlərinə cavab verə
bilməsi üçün daha böyük çevikliyin lazım olduğunu bir daha nümayiş etdirmişdir.
Demokratik, hesabatlı və səmərəli idarəetməni təşviq etmək, eləcə də ədliyyə sistemində
islahatlar aparmaq üçün qanunun aliliyi və fundamental hüquqlar üzrə birgə öhdəliklərin
mövcud olduğu daha effektiv yollar axtarılacaqdır. Açıq bazarlar və artım, inkluziv iqtisadi inkişaf
və xüsusilə də, gənclər üçün perspektivlər qonşu ölkələrdə cəmiyyətlərin stabilləşdirilməsi
baxımından mühüm amil kimi vurğulanır. Həm Aİ-ni özü, həm də tərəfdaşlar tərəfindən enerji
təhlükəsizliyi və iqlim tədbirlərinə daha çox diqqət yetiriləcəkdir.
Təhlükəsizlik sektorunda islahatlar, münaqişələrin qarşısının alınması, terrorçuluğa qarşı
mübarizə və radikalizmə qarşı siyasətlər sahəsində insan hüquqlarında dair beynəlxalq
qanunların tələblərinə tam uyğun şəkildə tərəfdaşlar ilə birgə fəaliyyətin gücləndirilməsinə
diqqət yetiriləcəkdir. 13 noyabr tarixində Paris şəhərində baş vermiş terror hücumundan sonra
qeyd edilən sahələrdə qonşularımız ilə əməkdaşlığın intensivləşdirilməsinə əvvəlkindən daha
çox ehtiyac vardır. Təhlükəsiz və qanuni hərəkətlər, qanunsuz miqrasiyaya, insan alverinə və
qaçaqmalçılığa qarşı mübarizə məsələləri də prioritet istiqamətlər sırasına daxildir.
Yeni AQS mövcud alət və resursları daha sistemli və çevik şəkildə istifadə etməyə çalışacaqdır.
Eyni zamanda, Aİ üzv ölkələrinin qonşularımız ilə fəaliyyətin intensivləşdirilməsinə daha sıx cəlb
edilməsinə nail olmaq mühüm əhəmiyyət kəsb edəcəkdir. Eynilə, vətəndaş cəmiyyəti və sosial
tərəfdaşlar ilə daha dərin əlaqələrə xüsusi diqqət yetiriləcəkdir.