Avropa komiSSİyasi iTTİfaqin xariCİ İŞLƏr və TƏHLÜKƏSİZLİk siyasəTİ MƏSƏLƏLƏRİ ÜZRƏ YÜKSƏK



Yüklə 343,02 Kb.
Pdf görüntüsü
səhifə9/11
tarix31.08.2018
ölçüsü343,02 Kb.
#65615
1   2   3   4   5   6   7   8   9   10   11

18 

 

Konvensiyasını  ratifikasiyasını  və  həyata  keçirilməsini  təşviq  etməkdə  davam edəcəkdi.  



Sözügedən konvensiya kiber cinayətkarlığa qarşı ölkə qanunvericilik bazasının hazırlanması və 

müvafiq sahədə beynəlxalq əməkdaşlıq üçün baza rolunu oynayır 



Kimyəvi,  bioloji,  radioloji  və  nüvə  riskinin  azaldılması:    hazırlıq  səviyyəsinin  və  reaksiya 

potensialının  artırılmasında,  o  cümlədən  Aİ  tərəfindən  maliyyələşdirən  İxtisasartırma  Mərkəzi 

vasitəsilə tərəfdaş ölkələrə köməklik etmək.   

Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti (ÜTMS) əməkdaşliq və həlli yubadilan münaqişələr: 

Aİ-nin  təhlükəsizlik  və  müdafiə  arxitekturası  çərçivəsində  yaradılan  strukturlar  qabaqcıl 

təcrübələrin  mübadiləsi,  ümumi  məqsədlər  üzrə  əməkdaşlıq  və  potensialın  artırılması    üçün 

forum  rolunu  oynaya  bilər. Belə  ki,  ÜTMS  ilə  bağlı  məsələlər  üzrə  əməkdaşlığa  yeni  stimul 

veriləcəkdir.    Tərəfdaşlıq  ruhunu  və  birgə  məsuliyyəti  hissini  inkişaf  etdirmək  məqsədilə  - 

konkret  hallarda  –  tərəfdaş  ölkələrin  ÜTMS  missiya  və  fəaliyyətlərində,  Aİ  Battlegroups 

çərçivəsində  iştirakı  və  onların  Avropa  Müdafiə  Agentliyi  və  Avropa Təhlükəsizlik  və  Müdafiə 

Kolleci  kimi  müvafiq  proqramlara  qoşulması  təşviq  edilməlidir.  Aİ  tərəfdaş  ölkələr  ilə 

təhlükəsizlik və müdafiə sahəsində dialoqlar qurmağa və tərəfdaş ölkələrin rəsmi və səlahiyyətli 

şəxslərinin  müvafiq  müdafiə  kolleclərində  iştirakını  dəstəkləməyə  çalışacaqdır.  Aİ-nin  kənar 

münaqişə və böhranlara müfəssəl yanaşmasına uyğun olaraq  qonşu ölkələrdə böhranların idarə 

edilməsi və həlli yubadılan münaqişələrin həll edilməsi proseslərinin dəstəklənməsi məqsədilə 

mövcud olan bütün vasitələrdən istifadə olunacaqdır – müvafiq olduğu təqdirdə, ÜTMS missiya 

və əməliyyatları və ya Aİ-nin Xüsusi nümayəndələri.  



Böhranın idarə edilməsi və reaksiya: Aİ mülki müdafiə sahəsində sıx tərəfdaşlıq və  Aİ-nin mülki 

müdafiə  mexanizmi  ilə  əməkdaşlıq  imkanları  təklif  etməklə  tərəfdaşların  erkən  xəbərdarlıq, 

profilaktik  tədbirlər və  hazırlıq  üzrə  potensialını  artırmalıdır.  Aİ  həmçinin  sağlamlıq 

təhlükələrinə, o cümlədən keçici xəstəliklərə qarşı effektiv reaksiya vermək sahəsində ölkələrin 

potensialının  gücləndirilməsi  vasitəsilə  sağlamlığın  təhlükəsizliyi  məsələlərinə  xüsusi  diqqət 

yetirəcəkdir. Xüsusi qərarlardan asılı olaraq, böhranlara reaksiya ehtiyacı tədbirləri çərçivəsində 

Aİ  Peyk  Mərkəzi  tərəfindən  təqdim  edilən  görüntülərə  çıxış  imkanı  verilə  bilər.  AQS  və  digər 

maliyyə alətlərinin hazırlanması və tətbiqi  sahəsində çeviklik sözügedən yanaşma baxımından 

mühüm  əhəmiyyət  kəsb edəcəkdir.  Bu  səbəbdən  də,  AQƏ  və  geniş  CFSP/CSDP  tədbirləri 

çərçivəsində həyata keçirilən fəaliyyətlər ilə Aİ üzv ölkələri ilə ikitərəfli və aidiyyəti beynəlxalq 

təşkilatlar  ilə  birgə  fəaliyyətlər  arasında  sıx  əməkdaşlıq  təmin  ediləcəkdir.  Digər alətlər  ilə 

sinerjiya, o cümlədən prinsipial və ehtiyaca əsaslanan humanitar yardımlar, eləcə də dayanıqlıq 

və stabilləşmə məsələləri üzrə birgə fəaliyyət imkanları tədqiq olunmalıdır. Müfəssəl yanaşmaya 

uyğun  olaraq  Aİ  üzv  ölkələrinin  və  Aİ  agentciklərinin  cəlb  edilməsi  təhlükəsizlik  sahəsində 

dəstəyin müəyyən edilməsi və təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcəkdir.                        

 



19 

 

V.3. MİQRASİYA VƏ MOBİLLİK 

Böyük miqrant axınının və qaçqınların qonşu ölkələrdən keçərək Aİ-yə daxil olduğu bir şəraitdə 

məsləhətləşmələr zamanı tərəfdaşların Aİ-yə doğru daha geniş mobillik marağının olması təsdiq 

olundu.  AQS  həm  qanuni,  hm  də  qanunsuz  miqrasiya  sahəsində  intensiv  əməkdaşlığı  əks 

etdirəcəkdir: 

 

Qonşu ölkələrdən kənarda tərəfdaşlar ilə əməkdaşlığı genişləndirmək  



 

Qaçqın  və  məcburi  köçkünləri  qəbul  də  və  onlara  yardım  edənlərə  göstərilən  dəstəyi 



artırmaq 

 



Qanunsuz  miqrasiyanın  və  məcburi  köçürülmələrin  səbəbləri  üzrə  əməkdaşlığı 

genişləndirmək  

 

Geri  qayıtmalar  və  təkrar  qəbullar  və  dayanıqlı  təkrar  inteqrasiya  üzrə  effektiv 



əməkdaşlıq  

Eyni zamanda  

 

Qarşılıqlı  faydalı  qanuni  miqrasiyanı  dəstəkləmək  üçün  Aİ-də  bilik  və  bacarıqlara  olan 



boşluqları daha yaxşı müəyyən etmək  

 



Dövri miqrasiyasının daha yaxşı dəstəklənməsi    

 



Kvalifikasiyaların tanınmasının dəstəklənməsi 

 



Akademik mobillik üzrə dialoqların aparılması    

 

Hazırkı qaçqın böhranı göstərdiyi kimi qanunsuz miqrasiya və məcburi köçürmənin səbəblərinin 



həll edilməsi qonşuluq çərçivəsində stabilləşmə baxımından mühüm əhəmiyyət kəsb edir.   

Miqrasiya üzrə Avropa Gündəliyi; Avropa Şurasının 25-26 iyun və 15-16 oktyabr tarixli qərarları; 

Şərqi  Aralıq  Dənizi  Hövzəsi  /  Qərbi  Balkan  Hövzəsi  Marşrutları  üzrə  8  oktyabr  tarixli  Yüksək 

Səviyyəli Konfrans və 2015-ci ilin 11-12 noyabr tarixlərində baş tutmuş Miqrasiya üzrə Valletta 

Sammiti – bütün sadalanan tədbirlər AQS tərəfdaş ölkələri ilə daha dərin əməkdaşlıq üçün yeni 

siyasi stimulun olduğunu təsdiq edir.   

İnteqrasiyalı yanaşma əsasında tərəfdaşlığın yaradılması  

Ötən  illər  ərzində  bir  neçə  geniş  miqyaslı  viza  dialoqları  və  çox  sayda  Mobillik  Tərəfdaşlığı 

tədbirləri  vasitəsilə  miqrasiya  və  mobillik  sahəsində  tərəfdaşlar  ilə  əməkdaşlıq  əlaqələri 

dərinləşdirilmişdir.    Həm  Şərq, həm də  Cənub  tərəf  olmaqla digər tərəfdaşlar  ilə  də  dialoqlar 

yaradılmışdır.  Aİ  təkcə  qonşular  deyil,  eyni  zamanda,  digər  ölkələr  ilə  də  əməkdaşlığın 

genişləndirilməsində  maraqlıdır  –  Qərbi  Balkan  ölkələri,  Türkiyə,  Yaxın  Şərq  ölkələri,  Sahel 

regionu  və  Afrika  Buynuzu  regionu  ölkələri.    İslahatları  dəstəkləmək  və  tərəfdaş  ölkələri  sıx 

əməkdaşlığa  dəvət etmək  məqsədilə  tərəfdaş  ölkələr  fərqləndiriləcək  və  Aİ  ilə  daha  sıx 

əməkdaşlığa  can  atan  ölkələr  ilə  viza  və  mobillik  məsələləri  üzrə  daha  fəal  fəaliyyətlər 



Yüklə 343,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə