Avropa komiSSİyasi iTTİfaqin xariCİ İŞLƏr və TƏHLÜKƏSİZLİk siyasəTİ MƏSƏLƏLƏRİ ÜZRƏ YÜKSƏK



Yüklə 343,02 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix31.08.2018
ölçüsü343,02 Kb.
#65615
1   2   3   4   5   6   7   8   9   10   11

 

olmuşdur.  Əlbəttə  ki,  burada  tərəfdaşların  müvafiq  islahatlara  göstərdiyi  diqqət mühüm rol 



oynayır.  Lakin  siyasi  iradə  mövcud  olmadığı  halda  sözügedən  yanaşma  islahat  üçün  öhdəliyin 

yaradılması  baxımından  kifayət  qədər  güclü  stimul  rolunu  oynamamışdır.  Bu  hallarda  Aİ 

vətəndaş,  iqtisadi  və  sosial  iştirakçıların  cəlb  olunması  ilə  tərəfdaşlar  ilə  birgə  fundamental 

islahatların aparılmasının daha effektiv yolunu araşdıracaqdır.  

Bütün  ölkələr  üçün  eyni  anda  fəaliyyət  hesabatı  mexanizmi  artıq  tətbiq  olunmayacaqdır. 

Əvəzində  Aİ  tərəfdaşlar  ilə  razılaşdırılmış  məqsədlərin  əldə  edilməsinə  köklənən  yeni 

qiymətləndirmə  üsulunun  hazırlanmasına  çalışacaqdır.    Bu  hesabatlar  tərəfdaş  ölkələr  ilə  

Assosiasiya  

/  Əməkdaşlıq  Şuraları  kimi  müvafiq  yüksək  səviyyəli  görüşlər  zamanı  siyasi  mübadilələr  üçün 

baza  yaratmaq  məqsədilə  müvafiq  müddətlər  üçün  hazırlanacaqdır.  Daha  məhdud  sayda 

strateji prioritet istiqamətlərə diqqət yetirmək istəyən tərəfdaşlar üçün hesabatlıq çərçivəsi yeni 

hədəfləri  əks  etdirmək  baxımından  müvafiq  qaydada  uyğunlaşdırılacaqdır.  Ölkə  üzrə  xüsusi 

hesabatlıq  rejimi  ilə  yanaşı,  müntəzəm hesabatlar  qonşu  ölkələrdəki  nailiyyətləri  izləyəcəkdir. 

Sözügedən  hesabatlar  Avropa  Qonşuluq  Alətinə  dair  qaydalar  çərçivəsində  tələb  olunan 

elementləri,  o  cümlədən  fundamental  azadlıqlar,  qanunun  aliliyi,  gender  bərabərliyi  və  insan 

hüquqları məsələlərinə dair məlumatları əhatə edəcəkdir.  

Yeni  AQS  çərçivəsində  Aİ  və  üzv  ölkələr tərəfindən  daha  sistemli  səylərə  xüsusi  diqqət 

yetirilməlidir.  Ümumi  yanaşma  ətrafında  birləşdiyi  və  vahid  mesaj  verdiyi  təqdirdə  Aİ  daha 

təsirli olur. O resurslardan strateji və əlaqələndirilmiş şəkildə istifadə etdiyi zaman tərəfdaşlara 

daha çox fayda təklif edir. Bu səbəbdən də, tərəfdaşlar ilə müzakirələr ilə yanaşı prioritetlərin 

müəyyən  edilməsi  və  onların  icrasının  dəstəklənməsi  istiqamətində  Şura  və  üzv  ölkələr daha 

böyük rol oynayacaqdır. Bu birgə proqramları da özündə ehtiva edəcəkdir. Üzv ölkələr müəyyən 

təşəbbüslər  üzrə  aparıcı  tərəfdaş  rolunu  oynamağa  və  ya  müəyyən  islahat  səylərini  müşayiət 

etməyə dəvət olunacaqdır.  

Komissiya  və  Yüksək  Nümayəndəlik  yeni  AQS-nin  icra  statusu  barədə  Avropa  Parlamentini, 

Avropa  Iqtisadi  və  Sosial  Komitəsini  və  Regionlar  Komitəsini  müntəzəm  olaraq 

məlumatlandıracaqdır. 

 

İV. SƏMƏRƏLİ İDARƏETMƏ, DEMOKRATİYA, QANUNUN ALİLİYİ VƏ İNSAN HÜQUQLARI 

Məsləhətləşmələr  Aİ-nin  AQS  vasitəsilə  ümumbəşəri  dəyərləri  dəstəkləməli  və  təşviq  etməli 

olduğu fikrini bir daha ortaya qoymuşdur. O həmçinin hazırda istifadə edilən metodların bəzilər 

tərəfindən qeyri-effektiv, bəzilər tərəfindən isə bərabər tərəfdaşlıq üçün mane hesab edildiyini 

təsbit etmişdir.  




 



 

Aİ səmərəli idarəetmə, demokratiya, qanunun aliliyi və insan hüquqlarını təşviq etmək 

ideyalarına sadiqdir 

 



AQS  hər  bir  tərəfdaş  ilə  qarşılıqlı  şəkildə  razılaşdırılmış  formatda  islahatları  təşviq 

etməyin daha effektiv yolunu axtaracaqdır  

 

AQS vətəndaş cəmiyyətinin dəstəklənməsi üçün daha çox səy göstərəcəkdir.   



               

Qanunun  aliliyinin  və  müstəqil  və  effektiv  ədliyyə  sisteminin  təmin  edilməsi  Aİ  üçün prioritet 

istiqamətlər  olaraq  qalacaqdır.  Onlar  sosial  və  iqtisadi  sabitlik,  dövlət təsisatlarında  etibarın 

formalaşdırılması  və  hüquqi  əminliyin  təmin  edilməsi  baxımından  həlledici  rola  malikdir. 

Məhkəmələrə  bərabər  çıxış  imkanını,  insan  hüquqlarının  müdafiəsini,  gender  bərabərliyini  və 

ayrı-seçkiliyə qarşı mübarizəni və qanunun tam tətbiqini təmin edən siyasi təsirlərdən azad olan 

müstəqil,  şəffaf  və  qərəzsiz ədliyyə  sistemi  Aİ-nin  bütün  tərəfdaşlar  ilə münasibətdə məqsədi 

olaraq  qalmaqda  davam  edəcəkdir.  Mərkəzi  və  yerli  hökumət səviyyəsində  hesabatlı  dövlət 

idarəçiliyi sistemi demokratik idarəetmə və iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət kəsb 

edir. Bu səbəbdən də, dövlət idarəçiliyi sahəsində islahatlar çox vacibdir. Buraya demokratik və 

müstəqil  təsisatların  gücləndirilməsi;  yerli  və  regional  hakimiyyət  orqanlarının  yaradılması; 

dövlət qulluğunun siyasətdən ayrılması; elektron hökumətin yaradılması, institusional şəffaflığın 

və  hesabatlığın  artırılması  daxildir.  Aİ  siyasətin  hazırlanması,  xidmətlərin  təminatı  və  dövlət 

maliyyəsinin idarə edilməsi və milli parlamentlərinin fəaliyyətinin dəstəklənməsi istiqamətində 

tərəfdaşların potensialının gücləndirilməsi səylərinə kömək edəcəkdir.  

Korrupsiyaya qarşı effektiv mübarizə tədbirləri əsasən profilaktik baxımdan geniş həcmli dövlət 

satınalmaları,  (təkrar)  özəlləşdirmə,  dövlətə  məxsus  /  dövlət tərəfindən  nəzarət  edilən 

müəssisələr və  ya  korrupsiya  ehtimallarının  yüksəl  olduğunu  ox.ar  sahələr  üzrə  islahatların 

aparılması    ilə  əlaqədar həyata  keçirilməlidir.    Buraya  vətəndaş  cəmiyyətinin  oynadığı 

əhəmiyyətli rol da nəzərə alınmalıdır. 

Aİ Avropa İttifaqına dair Müqaviləyə və Aİ-nin İnsan Hüquqları və Demokratiya üzrə Fəaliyyət 

Planına  uyğun  olaraq  insan  hüquqları  və  demokratiya  ilə  bağlı  məsələlər, o cümlədən  seçki 

prosesləri sahəsində tərəfdaş hökumətlər, vətəndaş cəmiyyətləri və vətəndaşlar ilə fəaliyyətini 

davam  etdirəcəkdir.  Biz  həm  öz  ölkəmizdə, həm də  bütün  region  üzrə  tərəfdaşlar  ölkələr  ilə 

birgə bütün insan hüquqlarının bəşəri dəyərlərini və aliliyini təşviq edəcək və müdafiə edəcəyik.  

Aİ  insan  hüquqları  və  demokratiyaya  dair  məsələlər  üzrə, o cümlədən  fərqli  təcrübələrin 

mövcud  ola  bildiyi  sahələr  üzrə  bütün  tərəfdaşlar  ilə  inkluziv  dialoqlar  aparacaqdır.  Insan 

hüquqları  və  demokratiya  bütün  tərəfdaşlar  ilə  razılaşdırılmış  formatlar  üzrə  aparılacaq  siyasi 

dialoqların gündəliyinə daxil ediləcəkdir.  Vətəndaş cəmiyyətinə bu istiqamətdə müvafiq dəstək 

göstəriləcəkdir.     




Yüklə 343,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə