Avropa komiSSİyasi iTTİfaqin xariCİ İŞLƏr və TƏHLÜKƏSİZLİk siyasəTİ MƏSƏLƏLƏRİ ÜZRƏ YÜKSƏK



Yüklə 343,02 Kb.
Pdf görüntüsü
səhifə8/11
tarix31.08.2018
ölçüsü343,02 Kb.
#65615
1   2   3   4   5   6   7   8   9   10   11

16 

 

2015-ci  ilin  iyun  ayında  Avropa  Şurası  böhranların  qarşısının  alınması  və  idarə  edilməsi 



məqsədilə, o cümlədən çevik coğrafi ərazilər üzrə potensialın artırılması istiqamətində konkret 

layihələr  vasitəsilə  tərəfdaşların  imkanlarının  və  səlahiyyətlərinin  artırılmasına  ehtiyacın 

olduğunu bir daha vurğulamışdır. Tərəfdaş ölkələrin üzləşdikləri xüsusi təhlükəsizlik çağırışlarını 

nəzərə alaraq Aİ təhlükəsizlik sektorunda islahatların aparılması sahəsində əməkdaşlığa xüsusi 

diqqət  yetirməlidir.  Təhlükəsizlik  üzrə  Avropa  Gündəliyinə

2

  uyğun  olaraq,  yeni  AQS  qanunun 



aliliyi  prinsiplərinə  və  beynəlxalq  hüququ  normalara,  o  cümlədən  beynəlxalq  insan  hüquq 

qanunlarına tam uyğun şəkildə terrorçuluğa qarşı mübarizə və radikalizmin qarşısının alınması, 

ciddi və mütəşəkkil   trans-sərhəd cinayət və korrupsiya əməllərinin aradan qaldırılması, cinayət 

məsələləri  üzrə  ədliyyə  sistemi  əməkdaşlığının  genişləndirilməsi  və  kiber-cinayətkarlığa  qarşı 

mübarizə məsələlərini prioritetləşdirəcəkdir.          

Tərəfdaşlar ilə proaktiv fəaliyyət trans-sərhəd təhdidlərin köklü səbəblərinin aradan qaldırılması 

və ümumi sərhədlərin təhlükəsizliyinə töhfə verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 

Maraq  göstərən  tərəfdaş  ölkələr  ilə  birlikdə  trans-sərhəd təhdidlərin  aradan  qaldırılması üzrə 

məlumat mübadiləsi və potensialın artırılması tədbirləri gücləndirilməlidir. Eyni zamanda, yeni 

AQS miqrantların qanunsuz köçürülməsi, insan alveri, sosial vəhdət və sərhədlərin mühafizəsi / 

idarə  olunması  kimi  sərhədləri  aşan  miqrasiya  məsələləri  ilə  əlaqəli  təhlükəsizlik  çağırışlarını  

nəzərə alacaqdır. 

Qadınlar,  sülh  və  təhlükəsizlik  üzrə  UNSCR  1325  sənədinin,  eləcə  də  onun  növbəti 

qətnamələrini, təşviq edilməsi və həyata keçirilməsi və gender perspektivi baxımından Ümumi 

Təhlükəsizlik  və  Müdafiə  Siyasətinin  planlaşdırması,  icrası  və  qiymətləndirilməsi    məqsədilə 

əlavə səylər ediləcəkdir.  



Təhlükəsizlik  sektorunda  islahat:  Aİ  tərəfdaş  ölkələrin  təhlükəsizlik  məsələləri  üçün  məsul 

qurumları  ilə  əməkdaşlıq  əlaqələrinin  genişləndirilməsini  nəzərdə  tutur.  Vətəndaş  və  hərbi 

təhlükəsizik sahəsində islahatlar aparılan maraq göstərən tərəfdaş ölkələr dəstəklənməlidir. Bu 

cür  əməkdaşlıq  strateji  və  siyasət məsləhətlərini,  institutsional  quruculuq  və  potensialın 

artırılması  tədbirlərini,  vətəndaş  cəmiyyəti  ilə  dialoqu  və  icma  təhlükəsizlik  proqramlarının 

dəstəklənməsini əhatə edə bilər. 



Terrorçuluğa  qarşı  mübarizə  və  radikalizmin  qarşısının  alınması:      Terrorçuluq  və  radikalizm 

təhdidləri  həm  Avropaya,  həm də  onun  qonşu  dövlətlərinə  sirayət  edir.  Bu  baxımdan  Aİ 

terrorçuluğa qarşı mübarizə, o cümlədən radikalizmin qarşısının alınması, zorakı ekstremizmin 

aradan  qaldırılması,  terrorçuluğa  qarşı  mübarizə  sahəsində  ədliyyə  sisteminin      fəaliyyətinin 

dəstəklənməsi  və  pulların  yuyulması  üzrə  müvafiq  çərçivə  vasitəsilə  terrorçuluğu  maliyyə 

                                                           

2

 Kommissiyanın Avropa Parlamentinə, Şuraya, İqtisadiyyat və Sosial Komitəyə və Regionlar Komitəsinə məlumatı: 



Təhlükəsizlik üzrə  Avropa Gündəliyi, COM (2015) 185 yekun  


17 

 

mənbələrinin  kəsilməsi  sahəsində  tərəfdaş  ölkələr  ilə  birgə  fəaliyyəti  genişləndirəcəkdir. 



Vətəndaş  cəmiyyətinin,  xüsusilə  də  gənclərin  təşkilatlarının  radikalizmin  qarşısının  alınması 

tədbirlərinə  cəlb  edilməsi  mühüm  həmiyyət  kəsb edəcəkdir.  Mövcud  Radikalizm  üzrə 

Məlumatlandırma  Şəbəkəsi  (RAN)  və  onun  bu  yaxınlarda  yaradılmış  İxtisasartırma  Mərkəzi 

mübadilə  və  əməkdaşlıq  istiqamətində  vacib  platforma  rolunu  oynayacaqdır.  Qeyri-effektiv 

ədliyyə  sistemi,  gender  bərabərsizliyi,  nifrəti  təşviq  edən  çıxışlar,  gənclər  arasında  işsizlik  və 

savadsızlıq  kimi  geniş  məzmunlu  məsələlərin  həlli  radikalizmə  qarşı  ümumi  səylərin  tərkib 

hissəsi  olacaqdır.  Anna  Lindth  Fondu  tərəfindən  təşviq  edilən  mədəniyyətlər-arası  dialoq 

təşəbbüsləri çox mühüm faktordur. 



Mütəşəkkil  cinayətkarlığın  aradan  qaldırılması:  mütəşəkkil  cinayətkarlıq  və  korrupsiya  geniş 

regionda  sabitlik  üçün  təhdid  yarada  bilər.  Aİ  ciddi  və  mütəşəkkil  cinayətkarlığa,  o  cümlədən 

qeyri-qanuni  miqrant  daşımalarına  və  insan  alverinə  qarşı  mübarizə  sahəsində  və  cinayət 

hüququ alətlərinə əlavə olaraq maliyyə tədqiqatlarından istifadənin təşviqi vasitəsilə cinayətkar 

şəbəkəsinin  dağıdılması  istiqamətində  fəaliyyətində  tərəfdaş  ölkələr  yardımın  göstərilməsini 

gücləndirməlidir. Bu məqsədlə Təhlükəsizlik üzrə Avropa Gündəliyi

3

 Siyasət Çərçivəsinin (ciddi 



və mütəşəkkil cinayətkarlıq üzrə) genişləndirilərək qonşu ölkələri də əhatə etməsini dəstəkləyir. 

Aİ həmçinin, tərəfdaş ölkələrin mövcud maliyyə tədqiqatı şəbəkələrinə cəlb edilməsi imkanlarını 

araşdırmalıdır  (məsələn,  Maliyyə  Kəşfiyyat  Orqanları).  Eyni  zamanda,  Aİ  insan  alveri,  kiçik 

silahlar və yüngül sursatlar üzrə qanunsuz ticarət və narkotiklərin dövriyyəsinə qarşı mübarizə  

istiqamətində  tərəfdaş  ölkələr  ilə  birgə  fəaliyyəti  davam  etdirəcək  və  ölkə  üzrə  inteqrasiya 

olunmuş  və  balanslı  narkotik  maddələrə  qarşı  mübarizə  siyasətlərinin  həyata  keçirilməsində 

onlara  dəstək  göstərəcəkdir.  Lazım  olduğu  təqdirdə,  Aİ  tərəfdaş  ölkələr  ilə  ədliyyə  və  hüquq 

mühafizə sistemi sahəsində fəaliyyət üçün hüquqi çərçivənin təkmilləşdirilməsinə çalışacaqdır. 

İnterpol təşkilatı ilə əlaqədar, qonşu ölkələrdə hüquq mühafizə orqanlarının potensialının daha 

da  yüksəldilməsi  və  Aİ  üzv  ölkələri  ilə  Europol  arasında  informasiya  mübadiləsinin 

dəstəklənməsi ehtiyacları bir daha nəzərdə keçirilməlidir. Eurojust ilə əlaqədar, Aİ bütün ciddi 

cinayətlərin  təhqiqatı  üzrə  ədliyyə  sistami  sahəsində  əməkdaşlığın  dəstəklənməsi  məqsədilə 

daha güclü fəaliyyəti və əməkdaşlığı təşviq edəcəkdir.           

Kiber cinayətkarlığa qarşı mübarizə:  Aİ-nin Kiber Cinayətkarlığa Qarşı Mübarizə Strategiyası

4

 



qonşu tərəfdaş ölkələr ilə birgə praktik fəaliyyət çərçivəsi müəyyən edir.  Aİ kiber təhlükəsizlik 

və  dayanıqlı  informasiya  infrastrukturu,  kiber  cinayətkarlığa  və  kiber  terrorçuluğa  qarşı 

mübarizə sahəsində, o cümlədən təhdidlərin təhlili, hüquq mühafizə sahəsində ixtisaslaşmanın 

təşviqi,  ədliyyə  sistemində  təlimlər və  üçüncü  ölkələrdə  müvafiq  milli  siyasətlərin, 

strategiyaların  və  təsisatların  yaradılması  vasitəsilə  potensialın  artırılması  üçün  yardım  təklif 

etməlidir.  Aİ  qonşuluqda  yerləşən  tərəfdaşlar  ilə  birgə  Kiber  cinayətkarlığa  dair  Budapeşt 

                                                           

3

 Təhlükəsizlik üzrə Avropa Gündəliyi (COM(20150185 yekun) 



4

 Avropa İttifaqının Kiber Təhlükəsizlik Strategiyası: Açıq, təhlükəsiz və etibarlı kiber mühit (JOİN(20130 1 yekun) 




Yüklə 343,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə