Aydın Mədətoğlu (Qasımlı) TÜRKÇÜLƏR (Tarixi – siyasi-ideoloji oçerklər)


Dahi türk musiqişünası və bəstəkan



Yüklə 2,55 Mb.
səhifə49/67
tarix30.12.2023
ölçüsü2,55 Mb.
#165082
1   ...   45   46   47   48   49   50   51   52   ...   67
A Mədətoğlu-Turkculər

Əbdülqadir Marağayi


3.6. Dahi türk musiqişünası və bəstəkan
Əbdülqadir Marağayi
Türk klassik musiqisinə damğasını vurmuş «lhn Qeybi» adı ilə tanınan Xacə Hafiz Əbdülqadir Marağayi 1353-cü ildə Azərbaycanın qədim şəhərlərindən olan Marağada anadan olmuşdur. 8 yaşında Quranı əzbər bilən, 10 yaşında ərəb dili qrammatikasını və bəyan (üslubiyyət) elmini mənimsəyən Marağayi riyaziyyat və musiqi elmlərinə daha çox maraq göstərmişdir. Çox gənc yaşlanndan xanandə, bəstəkar və musiqişünas olaraq parlayan Əbdülqadir Marağayi Azərbaycan Cəlayirlilərindən Şeyx Üveysin (1365-1347) saraymda yetişmiş, sonra Bağdada gəlmiş və Cəlayirli Hüseyin xanın (1374-1382) nədimi (məsləhətçi), daha sonra isə Hüseyin xanın yerinə keçən bəstəkar, rəssam, türkcə, ərəbcə və farsca üç dildə şeir yazan qardaşı Əhməd xan Cəlayirin dövründə (1382-1410) onun sarayında şan-şöhrətini daha da artırmış, dövrün böyük bəstəkarlanndan sayılan Raziyyəddin Rizvanşahın rəhbərliyi altında olan saray musiqi müsabiqəsinə qatılaraq yüz min dinar mükafat qazanmış, sarayın baş xanəndəsi olmuş, bəstəkar və musiqi alimi kimi şöhrəti bütün yaxm Şərqə yayılmışdır. Sonra Sultan tldınm Bəyazidin (1389-1402) dəvəti ilə bir müddət Bursada Osmanlı saraymda yaşamışdı.
Ilk musiqi əsəri olan «Otuz növbə» (otuz mahnı) adlı əsərini Cəlayirli Sultan Hüseyin Mirzənin sifarişi ilə yazan Marağayi bu mahnılannm hər birini Ramazan ayının bir gününə həsr etmiş və müəllifin özünün «Məqasidül-Əlhan» (Nəğmələrin məqsədləri) adlı əsərində də qeyd etdiyi kimi Ramazan ayı bitdikdən sonra bunun müqabilində Sultan Hüseyin Mirzədən yüz min dinar mükafat almışdı. (Iqtibas Məmmədəli Tərbiyətin «Danışməndani Azərbaycan» əsərindən götürülmüşdür. Bax: Göstərilən əsər, Bakı 1987, səh. 89).
Əbdülqadir Marağayi «Üsul zərbür-rəbi» (Yaz nəğmələrinin əsaslan) adlı mahmsım da bahann başlaması münasibətilə Cəlayirli Sultan Hüseyinə həsr etmişdir.
Şeyx Uveysin oğlu Cəlayirli Sultan Əhməd taxta çıxmamışdan qabaq 1377-ci ildə Əbdülqadir Marağayi haqqmda yazmışdı: «Xacə Əbdülqadir hünər taxtmda heç kimdən asılı olmayaraq yer tapan, məna ölkəsini ruhu oxşayan, öz Davudi nəğmələri ilə Süleyman tək əldə edən, incəsənətdə fələyin səkkizinci qatma yüksələn, böyük hünər sahiblərini öz musiqi ritmləri ilə ram edən, hünər ustadlannın fəxri və başçısı, Quran hafizlərinin sultanı, bütün elmlərdə əsrin ən biliklisi, dövrün filosofu olmuşduD>.
Əbdülqadir Marağayi haqqmda düşündüklərini ümumiləşdirən Cəlayirli sultan Əhməd yazır: «Xacə Kəmaləddin Əbdülqadir Quranı son nöqtəsinədək əzbər bilir. Sözləri səs qaydalanna uyğun olaraq elə oxuyur ki, sanki ayə onun haqqındadır. Onun Quran oxuması bu sözün məzmunu ilə uyğundur. Quranı öz səsinizlə bəzəyin, çünki gözəl səs Quranın gözəlliyini daha da artmr. 0 xətt növləri olan mühəqq, reyhani, süls, nəsx, rüqə xətlərini yüksək səviyyədə bilir və yazır. Beş hissədən ibarət musiqi elminin birincisi, yəni Musiqi ahənglərinin qaydalan hissəsində elə dərin biliyə sahibdir ki, onun nəğmələrində ağır səslər yüngül səslənir və həcəz bəhri xəfifə çevrilir. Onun mahnılannm tərkibində dörd dövr - emal (səslərin uyğunlaşdınlması), küllüz-zürub (ritmlərin ümumi uyğunluğu), küllün-niğəm (nəğmələrin ümumi uyğunluğu), zərbeyin(iki zərb və ya iki ritm) vardır. Mahnı qoşmaqda bunlann hamısı birlikdə nəzərdə tutulmalıdır. O, müğamat haqqında keçmişdə yazılmış bütün kitablan və risalələri öyrənib, özü əsərlər yazmış və muğamat haqqmda tədqiqata başlamışdır. O, həmçinin bütün simli çalğı alətlərinə və xüsusilə uda xüsusi dəyişiklik və yenilik gətirmiş, eləcə də bir sıra yeni saz alətləri ixtira etmişdir. Məsələn, onun ixtira etdiyi «Çini kasalı saz»dan alimlərin və sənətkarlann belə xəbəri yoxdur (İqtibas Məmmədəli Tərbiyətin «Danışməndani Azərbaycan» adlı əsərindən götürülmüşdür. Səh 90-91).
1382-ci ildə Cəlayirli Şeyx Üveysin oğlu Sultan Əhməd şah olduqdan sonra Xacə Kəmaləddin Əbdülqadir Marağayini özünün xüsusi nədimi (məsləhətçisi) təyin etmiş, Marağayi Əmir Teymurun Təbrizi və Bağdadı Fəthinə qədər Təbrizdə və Bağdadda Sultan Əhmədin yanında olmuş və “Dövrşahi” adlı 30 nəqarətli mahmsını Sultan Əhməd şaha həsr etmişdi.
1393-cü ildə Bağdadı birinci dəfə fəth edən Əmir Teymur digər sənətkarlarla yanaşı Əbdülqadir Marağayini də Səmərqəndə aparmış, burada Marağayi Türküstan türklərinin musiqi üslubları və ənənələrini mənimsəyib tədqiq etmiş, Əmir Teymur sarayında baş xanandə və Əmir Teymurun nədimi (məsləhətçisi) olmuşdur. Əmir Teymur Marağayiyə böyük hörmət bəslədiyindən onu bəzi hərbi səfərlərində özü ilə bərabər aparmışdı.
Əbdülqadir Marağayi Səmərqənddə olarkən 1397-ci ildə Səmərqəndin Nəqşicahan bağmda şahzadə Məhəmməd Sultan adına “Mateyn”, Xocənd şəhərində isə Xəlil Sultan Ibn Əmirşah adma “Nəvayi qumru” adlı mahnılar yazmışdır.
1399-cu ildə Təbriz şəhərində Əmir Teymurun üçüncü oğlu Azərbaycan fatehi Miranşah Mirzənin sarayında olan Marağayi Təbrizdən qaçaraq yenidən Bağdadı geri qaytaran Sultan Əhməd Cəlayirin saraymda yaşamağa başlamışdı. Əmir Teymurun 1401-ci ildə Bağdadı ikinci dəfə fəth etməsi ilə Sultan Əhməd Misirə qaçmış, Xacə Əbdülqadir isə öz ailəsi ilə birlikdə Kərbəlaya gəlmişdi. Əmir Teymur Əbdülqadir Marağayini ona qarşı nankorluqda ittiham edərək haqqmda edam hökmü vermiş, lakin Marağayi başmı, saçlanm, saqqalını qırxdırıb Əmir Teymurun hüzuruna getmiş, Quranın bir surəsini avazla oxumağa başlamış, bundan təsirlənən Əmir Teymur Marağayini bağışlamış və onu yenidən Səmərqənd sarayına göndərmişdi.
1405-ci ildə Əmir Teymurun vəfatmdan sonra Marağayi öncə Əmir Teymurun nəvəsi Sultan Xəlil Mirzənin (1405-1405), sonra isə Əmir Teymurun dördüncü oğlu Sultan Şahruxun (1409-1447) sarayında yaşamış, 1421-ci ildə isə Sultan Şahruxdan icazə alaraq Bursaya gəlmiş və Sultan Şahruxa ithaf etdiyi məşhur «Məqasidül-əlhan» (Nəğmələrin məqsədləri) adlı musiqi əsərinin bir nüsxəsini Osmanlı sultanı II Murada təqdim etmişdi. Özü də musiqiçi olan gənc sultan II Muraddan da böyük iltifat görən Marağayi buradakı hakimiyyət qovğalan üzündən yenidən Herata, Sultan Şahruxun yanına qayıtmış və ömrünün sonunadək Sultan Şahruxun yaxın dostu və inamlı adamlarından olmuşdu.
Əbdülqadir Marağayinin 1418-ci ildə yazdğı və Sultan Şahruxa həsr etdiyi Məqasidül əlhan (Nəğmələrin məqsədləri)əsərinin qədim bir nüsxəsi İmam Rza kitabxanasında, başqa bir nüsxəsi isə Hacı Hüseyin ağa Məlik kitabxanasmda saxlanılır. (Bax: Məmmədəli Tərbiyət, Danışməndani Azərbaycan, Bakı 1987. Səh.92).
Tədqiqatçılardan Yılmaz Öztuna göstərir ki, əslində Nəğmələrin məqsədləri adlı əsəri Marağayi 1418-ci ildə Şahrux Mirzənin oğlu böyük sənətkar və alim olan Baysunqur Mirzənin adına yazmış, sonra bir az dəyişdirərək üç il sonra yenicə taxta çıxmış Osmanlı sultanı II Muradı təbrik etmək üçün ona sunulmuş və Sultandan bəxşiş almışdır. Əsərin bir nüsxəsi Hollandiyanın Leyden Universitetinin kitabxanasmda, digər bir nüsxəsi isə Oksfordda saxlanılır.
Şərq musiqi tədqiqatçılan göstərirlər ki, Əbdülqadir Marağayi 1406-cı ildə yazdığı Cameül-Əlhan (Nəğmələr Külliyyatı) əsərini öz oğlu Nurəddin Əbdülrəhmana ithaf etmişdir.
Müəllifin öz əlyazması ilə yazılan bu əsərin bir nüsxəsi İstanbulun Nurosmaniyyə kitabxanasında, digər bir nüsxəsi isə Oksford universitetində sxlanılır.
Əbdülqadir Marağayinin əsərləri içərisində ən dəyərlisi «Not məcmuəsi» olan və yüzlərlə türk musiqi əsərinin əbcəd notunu özündə ehtiva edən Kənzül əlhan (Nəğmələr xəzinəsi) əsəridir. Çox təəssüflər olsun ki, bu əsərin indiyə qədər heç bir nüsxəsi əldə edilməmişdir. Əsər haqqmda ilk məlumatı Marağayinin özü “Nəğmələrin məqsədləri” adlı əsərində vermiş və göstərmişdir ki, Kənzül-Əlhan əsəri 30 fəsildən ibarət olub bir neçə yüz müxtəlif bəstələrin notunu özündə ehtiva edir.
Bu gün bu dahi bəstəkar və musiqişünasın elmə bəlli notlan bulunan yalnız 30 mahnısı məlumdur. Əbdülqadir Marağayinin musiqi nəzəriyyəsi sistemi qərb musiqişünaslan tərəfindən bir neçə dəfə araşdınlmışdır.
Əbdülqadir Marağayinin nəsli onun musiqişünaslıq ənənəsini davam etdirmişdir. Belə ki, Marağayinin kiçik oğlu Əbdüləziz Çələbi Osmanlı sultanı II Muradm oğlu Fateh Sultan Mehmedə (1451-1481) bir musiqi nəzəriyyəsi kitabı yazaraq təqdim etmiş, nəvəsi Əbdüləziz Çələbinin oğlu Mahmud Çələbi də Mehmet Fatehin oğlu, bəstəkar və sultan olan II Bəyazid (1481-1512) adına başqa bir musiqi kitabı yazmışdır. Beləliklə, sonradan yetişən bütün böyük Osmanlı bəstəkarlannm məslək silsiləsi Əbdülqadir Marağayiyə bağlanmışdır.
Üç türk xanədanlannın - Cəlayirlilərin, Osmanlılann və Teymurlulann saraymda yaşayan və bu xanədanlann hökmdarlan tərəfindən himayə edilən, onlardan etibar görən Əbdülqadir Marağayi bir xanəndə, sazəndə, bəstəkar və musiqi alimi kimi əbədi bir ad qazanmış, dövründə şair, rəsam və xəttat kimi tanmmışdır. Bir sıra musiqi alətlərini icad və islah edən, ərəb, fars, və türk dillərini mükəmməl bilən Marağayi türkcə şeirlər də yazmışdır. 1410-cu ildə dostu və həmdəmi Cəlayirli Sultan Əhmədin öldürülməsinə kədərlənən və ona şeir həsr edən Marağayi bu şeiri Şahrux Mirzəyə təqdim etmişdi.
Ən böyük ustad, Xacə və tbn Qeybi kimi anılan Marağayi öncə əvəzsiz səsli bir xanəndə kimi şöhrət qazanmış, özündən əwəlki və dövründəki müəlliflərin bu sahədəki əsərlərini və bu elmlərin incəliklərini tamamilə öyrəndikdən sonra bir çox əsərləri tərcümə etmiş, daha sonra dahi bir bəstəkar kimi parlamış, sonra musiqişünas alim kimi əsərlər yazmışdır.
Omrünün son 13 ilini Heratda Sultan Şahruxun saraymda heç bir musiqiçiyə nəsib olmayan bir şərəf, rifah və zənginlik içərisində yaşayan Əbdülqadir Marağayi 1434-cü ildə 81 yaşında Heratda vəba xəstəliyindən vəfat etmiş və orada dəfn olunmuşdur.
Ruhu şad olsun !



Füzuli Bağdadlı



Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə