Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə42/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   38   39   40   41   42   43   44   45   ...   138

126 

Fərhad (an.) – “Xosrov və ġirin” poemasında obraz adı. 

Dedi: Fərhad adlı bir cavan vardır, 

Usta mühəndisdir, bir sənətkardır (Xġ-183) 

Fərhad  Ġran  əsarətindən  qurtarmaq  üçün  üsyan  qaldırmıĢ  9 

böyük ölkənin padĢahlarından biri olmuĢdur. Ġran padĢahı Dari-

yuĢ Fərhadın ordusuna qalib gəldikdən sonra onu tutub, burnunu, 

qulaqlarını,  dilini  kəsir,  gözlərini  çıxartdırır  və  sarayının  qar-

Ģısında buxovlanmıĢ halda saxlayır. Sonra Ekbatanda Fərhadı və 

onun tərəfdarlarını payaya keçirtdirir. 

DariyuĢ  (Dara)  Bisütun  (Baqestan  –  Allahlar  məkanı)  da-

ğında 9 üsyançı padĢahın Ģəklini çəkdirir və onlarla əlaqədar ha-

disələrin mətnini həkk etdirir. 

Daha sonralar “Baqestan” (Zənnimizcə, bu addakı “baq” sözü 

türk dillərindəki “bağ, bəy, bek, bik, boq” və s. sözlərlə əlaqədardır. 

Bax:  Fəğfur)  sözünün  özü  anlaĢılmaz  formada  Bisütun  Ģəklinə 

düĢdüyü kimi, Fərhad da əfsanələĢmiĢ, baĢqa əfsanələrlə birləĢmiĢ, 

bu  yerlərdə  daha  qədimdən  məĢhur  olan  ġammuramata  –  ġəmira 

(bax) və ġirin (bax) ilə əlaqələnmiĢ, yeni bir əfsanəyə çevrilmiĢdir. 

Azərbaycan ədəbiyyatı tarixi. I c. Bakı, 1960. səh.33-35). 

Nizami bu xalq qəhrəmanının adını əbədiləĢdirmək məqsədi 

ilə  “Xosrov  və  ġirin”  poemasında  onun  ölməz  obrazını  yarat-

mıĢdır. “Fərhad” adının Fravart – Fraort adının fonetik cəhətdən 

dəyiĢilmiĢ forması hesab edirlər .Lakin bizə elə gəlir ki, bu ad da 

“fər, par, od, iĢıq , od iĢığı” və s. sözlərlə əlaqədardır. 



Fərhad (məc. an.) – Xosrov ġirini Fərhada bənzədir. 

Xosrovun baĢına tökmə daĢları, 



Fərhad kimi çəkmə daĢlığa sarı (Xġ-271). 

Ġkinci misranın mənası:Fərhad kimi tərslik etmə. 



Fərhad, ġirin (qoĢa məc. an.) – Klassik ġərq ədəbiyyatında 

bu adlar Leyli və Məcnun, Vis və Ramin, Vərqa və GülĢa adları 

kimi  həmiĢə  yanaĢı  iĢlədilmiĢdir.  Nizami  də  “Xəmsə”də  yeri 

gəldikcə  bu  aĢiq  və  məĢuqun  adlarını  böyük  məhəbbətlə  xatır-

lamıĢ, onların obrazını yaratmaqla yanaĢı, bu adlardan bənzətmə 

adlar kimi də istifadə  etmiĢdir. ġair Fərhadı sarı gülə, ġirini isə 

nəsrinə bənzətmiĢdir. 



127 

Fərhad öldü getdi, sağ olsun ġirin, 

Sarı gül soldusa, var olsun nəsrin (Xġ- 214). 

Rus Ģahzadəsi darvazanın üstündəki Qala gözəlinin (bax) Ģək-

linə baxarkən məhəbbət cəfakeĢləri olan Fərhad və ġirini xatırlayır. 

Baxdıqca surətə hey dərin-dərin, 

Yadına düĢərdi Fərhadla ġirin (YG – 199). 



Fərxar (məc. top.) – ġərqi Türküstanda yerləĢən bir vilayət-

dir.  Qənirsiz  gözəlləri  ilə  Ģöhrətlənən  bir  ölkə  kimi  məĢhurdur. 

Fərxar eyni zamanda Tibetdə bütpərəstlərin ibadətgahı olmuĢ bir 

bütxana adıdır. Qədim səyyahlar bu əzəmətli bütxanə və qəsrin 

qarĢısında heyran qalmıĢlar. 

ġair Mədaində olan ġah qəsrini Fərxar qəsrinə bənzədir. 

Orda Ģahın Fərxar kimi qəsri var, 

Orda yaĢayırlar cariyə qizlar (Xġ-81). 

Lügətlərdə “Fərxar” – gözəllər yurdu; bəzək, zinət mənalarında 

olan fars sözü kimi izah olunmuĢdur. Lakin əslində, ”fər” və “xar” 

sözlərindən  ibarət  olan  Fərxar  –  Xar  gözəlləri  deməkdir.  Çünki 

“fər” (par sözündən olub, ağ üz, gözəl mənasında iĢlənmiĢdir) və 

ya “fərlər”(fur) iĢıqla, GünəĢlə əlaqədardır(Bax: Fəğfur). Xar (bax) 

isə toponimdir, yurd, yer, məkan mənasında iĢlənmiĢdir. 

Fərxar Cənnətə bənzədilir. 

Fərxarə bənzəyən istək evindən 

Tez hazır olurdu hər istənilən (I-305). 

Yəni  məclisdə  Fərxar  Ģəhərində  olan  kimi,  hər  kəs  öz  istə-

diyinə  o  saat  nail  olurdu.  Cənnətdə  həmiĢə  hər  Ģey  arzu  edilən 

dəqiqədə hazır olan kimi, orda da hər Ģey hazır idi. 

Fərxar,  Fəğfur  (qoĢa  məc.  on.)  –  Xosrov  Fəğfur  dedikdə 

özünü, Fərxar dedikdə isə ġəkəri nəzərdə tutur. Metaforik bən-

zətmədən  aydın  olur  ki,  Xosrov  artıq  ġəkərin  ona  layiq  olma-

dığına iĢarə edir. 



Fərxari, Fəğfura bağladın, yetər! 

Mülyan körpüsünü qırdın, nə səmər? (Xġ-263). 



Fəribərz (an.) – Obraz adı. ”Ġskəndərnamə”də Daranın məĢ-

hur, ağsaqqal pəhləvanlarından biri. 

 



128 

Həsəbi, nəsəbi, Zəngə - ġaviran. 

Adı Fəribərzdi, gövdəsi bir dağ, 

Bücudu poladdı, qolu bir çomaq (Ġ-124). 



Fərincə (an.) – Alanlı pəhləvanlarından birinin əsl adı. Fikri-

mizcə,  bu  ad  da  “fər”(Bax:Fəğfur)  və  incə  sözlərindən  yaran-

mıĢdır. 

Qılıncda, qədəhdə, Ģöhrətli, Ģanlı, 



Fərincə adında, özü alanlı (Ġ-334). 

Fərqanə (top.) – Orta Asiyada bir ölkədir. Hazırda Özbəkis-

tan ərazisinə daxildir. 



Fərqanə, Pəncabı qoruyan, güdən 

Hüdudun sınanmıĢ igidlərindən (Ġ-274). 

Tədqiqatlarda Fərqanə vadisi və eyni adlı silsilə və Ģəhər adı 

tacik  dilindəki  “parğana”  (dağ  arası  çökəklik)  sözündən  yaran-

dığını qeyd edirlər(19 – 252). Lakin bizə elə gəlir ki, ”Fərqanə” 

adı “fər” (Bax: Fəğfur) və “qan” (xan) sözlərindən düzəlmiĢdir. 



Fərqəd(kos.) – ġimal qütbünə yaxın olan iki kiçik və parlaq 

ulduzdan biri. 



Fərqəd öz atını çapırdı yenə (LM-183). 

FərruxbehiĢt  (top.) – ġəhər adı. Bu ad “fər” (Bax: Fəxfur), 

“rux”(üz)  və  BehiĢt  sözlərindən  düzəlmiĢdir.  Səfər  zamanı  Ġs-

kəndərin keçdiyi Ģəhərlərdən biridir.  

YaĢıllıq içində gördü bir Ģəhər, 

Ona FərruxbehiĢt deyirlər türklər (Ġ-552). 

“Fərrux-ruz” (id.) – Orta əsr ġərq musiqi havalarından biri. 

“Fərrux-ruz” nəğməsi oxunan dəmdə 

Zaman qalib çıxar, qalmazdı qəmdə (Xġ-168). 



Fil, Hindistan (qoĢa məc. ap. və top.) – Fil apelyativ zoonim, 

Hindistan isə toponimdir. Fillərin vətəni Hindistan olduğu üçün 

onların  adları çox vaxt  yanaĢı  iĢlədilir. Buna  görə də Ģair  Xos-

rovu filə, Ġranı isə fillərin məskəni olan Hindistana bənzətmiĢdir. 

Bir qasid tələsik gəlib yanaĢdı, 

Filə Hindistandan hekayət açdı (Xġ-109). 

Yəni  qasid  Xosrova  (filə)  Ġrandan  (Hindistandan)  məlumat 

verdi. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə