Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə39/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   35   36   37   38   39   40   41   42   ...   138

117 

Çox səhradan aĢdı, çöllərdən keçdı, 



Ərmən dağlarına gəlib yetiĢdi (Xġ-68). 

Ərmənistan (top.) – Bax: Ermənistan və Ərmən. 

Xosrov yetiĢməkçün o Ģux canana 

Göndərdi ġapuru Ərmənistana (Xġ-87). 

ƏrĢ  (mif.  kos.)  –  Ərəb  sözüdür,  köhnə  heyət  elmində  9-cu 

göyün  adıdır;  qübbə,  taxt,  taxt-tac,  ən  uca  göy  və  səma  məna-

larında da iĢlənir. 

ƏrĢ divangahını sürətlə keçdi (Ġ-26). 

Burada  Məhəmməd  peyğəmbərin  meraca  getməsindən  söh-

bət  gedir.  Əgər  ƏrĢ  9-cu  göy  mənasında  iĢlənsə,  mifoktema-

tonim(mifik tarixi mədəniyyət nümunəsi) olur. Nizami isə “ƏrĢ” 

sözünü hər iki mənada iĢlətmiĢdir. 

ƏrĢ – taxtını qurmağa cəlalına alçalar (SX-36). 

Yəni 9-cu və ən uca göy merac zamanı Məhəmməd peyğəm-

bərə taxt qurmaq üçün onun cəlalına səcdə edər. 

ƏrĢi-əla  (mif. ktem.) – Dini etiqada görə, Allahın göyün 9-

cu qatında təsəvvür olunan taxtı. 

Məkkədən ucaldı ərĢi-əlayə (Ġ-24). 

“Ərtəng” (məc. id.) – “Ərjəng”(bax) adının fonetik cəhətcə 

dəyiĢdirilmiĢ forması. 

Saray ki yurduydu o yeddi yarın, 

Sanki Ərtəngiydi yeddi diyarın  (YG-125). 

Xəvərnəq  sarayında  Ģəkilləri  çəkilmiĢ  yeddi  ölkənin  gözəl-

ləri “Ərtəng”ə bənzədilir. 



Əsəd  (kos.)  –  Əsəd  bürcü.  Ərəb  sözüdür,  Ģir  və  aslan  de-

məkdir. Eyni zamanda qədim astrologiyada 12 bürcdən beĢinci-

sinin adıdır. 

Əsədin pəncəsinə qolazlandı Sünbülə (SX-30). 

Sünbülə  bürcü  Əsəd  bürcündən  sonra  yerləĢdiyi  üçün  Ģair 

bunları  ardıcıl  iĢlətmiĢ  və  Sünbüləni  Əsədin  pəncəsində  təsvir 

etmiĢdir. Guya Məhəmməd peyğəmbər merac zamanı qədim as-

trologiyada xoĢbəxtlik əlaməti olan ġir bürcünü tərifləmiĢdir. 

Əsədin üzünə əlini çəkdi (Xġ-357). 

Əsəd bürcü Bəhram Gurun taxta çıxdığı yerə bənzədilir. 




118 

Əsəddə qurmuĢdu taleyi, taxtı, 

Sabitdi, möhkəmdi olduqca baxtı (YG-94). 

Yəni  Bəhramın  taleyi  öz  taxtını  Əsəd  –  ġir  bürcündə 

qurmuĢdu, bu isə qüdrət rəmzidir. 



Əsədi (an.) – Əbu Nəsr Əli ibn Əhməd Tusi(XI əsr) məĢhur 

fars-tacik  Ģairi  olmuĢdur.  Ömrünün  mühüm  hissəsini  Azərbay-

canda (Naxçıvan və Gəncədə) keçirmiĢdir. 

Əsədi, Budüləf bəxtiyar oldu (YG-32). 

Əshabi-fil (xat. an.) – Ərəblər tərəfindən həbəĢlərə verilən kol-

lektiv  ləqəb.  Dini  rəvayətə  görə,  müsəlmanların  peyğəmbəri  Mə-

həmmədin  anadan  olduğu  569-cu  ildə  HəbəĢ  padĢahı  Ərəbistana 

gələrək,  Kəbəni  dağıtmaq  məqsədilə  Məkkəni  mühasirəyə  alır. 

Onun  ordusunda  müsəlləh  hərbi  fillər  də  var  imiĢ.  Lakin  Allah 

onun üzərinə Əbabil quĢlarını(dağ qaranquĢları) göndərir. Bu quĢ-

lar  dimdiklərində  xırda  daĢlar  gətirib,  HəbəĢ  qoĢununun  üstünə 

salırlar. Kimin baĢına bu daĢdan düĢürsə, o, yara çıxarıb ölür. Bu 

hadisə  həbəĢləri  geri  qayıtmağa  məcbur  edir.  Hərbi  fillər  ərəblərə 

dərin  təsir  bağıĢladığı  üçün  o  ili  fil  ili,  onların  sahiblərini  isə 

əshabi(ərəbcə cahib deməkdir)-fil (fil sahibləri) adlandırırlar. 

Ġstəsən əzilsin düĢmənin beli, 

QuĢlarla qırarsan əshabi-fili (Ġ-12). 

Əttar (an.) – “Ġqbalnamə” əsərində epizodik obraz adı. 

Əttar soruĢdu ki, bunlar nədir bəs? 

Dedi: “Təbərrikdir, bilməsin heç kəs!” (Ġ-452). 



Əvva (kos.) – Ġyirmi səkkiz Ay mənzillərindən biridir. 

Əvva güvənərək beĢ qılıncına... (LM-185). 

Əyyuq (kos.) – KəhkəĢanda ən yüksək nöqtədə dayanan bir 

ulduzun adıdır. Ona ulduzlar padĢahı da deyirlər. 



Əyyuqun zoruna, gücünə bax bir

Tay-tuĢdan tac alıb, bir baĢ yüksəlir (LM-185). 



Əzəl (kos.) – Ulduz adı. 

Simak ulduzları cərgəylə köçür

Ramehdən Əzələ karvanla keçir (LM-186). 

Əzra  (məc.  an.)  –  Bir  çox  Ģairlər  tərəfindən  təkrarən  yazıl-

mıĢ “Vamiq və Əzra” dastanında Vamiqin sevgilisi, əfsanəvi bir 




119 

gözəlin adıdır. “ Əzra” ərəb sözüdür, bakirə (qız) və məĢuqə ki-

mi  mənaları  vardır.  ġair  çox  vaxt  onların  adlarını  yanaĢı  iĢlət-

miĢdir. 


O toy, gəlin otağı indi hardadır, harda? 

Vamiq, Əzra hardadır? Məzardadır, məzarda! (SX-79). 

ġair metaforik Ģəkildə Leylini Əzraya, Məcnunu isə Vamiqə 

(bax) bənzədir. 



Əzraçün Vamiqtək düĢmüĢdü dərdə, 

Gah dağda yaĢardı, gah da çöllərdə (LM-91). 



Əzra (kos.) – Sünbülə bürcünün adıdır və Əzra antroponimi 

ilə omonimdir. 



Əzra kənar durmaz gözəl Sərfədən (LM-185). 

 

 



- F - 

Faruq (an.) – Ġslam ordusunun məĢhur sərkərdəsi, ikinci is-

lam  xəlifəsi  Ömərin  ləqəbidir.  O,  haqqı  batildən  fərqləndirmə-

miĢdir. 

Siddiq sədaqətə olmuĢdur rəhbər, 



Faruqi fərqdən azad bildilər (LM-35). 

Feyləqus  (an.)  –  Yunan  ölkəsinin  padĢahı,  Ġskəndərin  ata-

sıdır. Yunancası  Filipusdur, lakin ərəblər onu Filiqus, Feyləqus 

Ģəklində iĢlətmiĢlər. 

Yunan ölkəsinin padĢahlarından 

Vardı bir gənc dövlət, böyük hökmüran

ġöhrətli Ģah idi, adı Feyləqus, 

Ġtaət edərdi ona rum və rus (Ġ-61). 

Feyləqus qəsri (top.) – Feyləqusun yaĢadığı qəsr. 

Feyləqus qəsrində bir gözəl varmıĢ, 

Bəzəkli gəlintək azad yaĢarmıĢ (Ġ-63). 



Feyləqus  oğlu  Ġskəndər  (an.)  –  Bax:  Ġskəndər.  Bu  antro-

ponimik birləĢmənin birinci komponenti ata adı, ikincisi qohum-

luq bildirən termin, sonuncusu isə əsl Ģəxs adıdır. 

Məclisdə Feyləqus oğlu Ġskəndər 

O pəri qızlara salmadı nəzər (Ġ-222). 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə