111
“Yeddi gözəl” poemasında “Əjdər” Əjdahanın sinonimi kimi
iĢlədilmiĢdir. Mahanın mindiyi at sonradan Əjdərə çevrilir.
Gördü altındakı dərddir, xətərdir,
Mindiyi at deyil, qızğın əjdərdir.
Dörd ayağı vardı, iki qanadı,
Yeddi baĢı görcək ağlı oynadı.
Halqa kimi bizi bürüyən fələk
Yeddi baĢ əjdərdir, heyrət nə demək? (YG-216).
Əjdər deyərkən Ģair cismani həyatı, təbiəti nəzərdə tutur.
Bizim dövrəmizi kəmər kimi qurĢaqlamıĢ göyün yeddi baĢ
Əjdaha(Əjdər) olması heç də təəccüblü deyil. Onun iki qanadı –
gecə və gündüz, dörd ayağı – dörd ünsür və yeddi baĢı – yeddi
qatdan ibarət olan göydür.
Əkinçi (an.) – “Ġqbalnamə” əsərində obraz adı.
Ağıllı əkinçi eyləyib xitab,
Verdi padĢaha ədəblə cavab (Ġ-548).
Əklil (kos.) – Ġyirmi səkkiz Ay mənzillərindən biridir.
Əklil bağıĢlamıĢ Qəlbəyə bir tac (LM-185).
Əqrəb (kos.) – On iki bürcdən səkkizincisi. Guya Mə-
həmməd peyğəmbər merac zamanı qədim astrologiyada nəhs
hesab edilən Əqrəb bürcünü pisləmiĢdir.
Fələk Əqrəbinin bağrını sökdü (Xġ-357).
Nizami Əqrəbdən məcazi ad kimi də geniĢ istifadə etmiĢdir.
Zanbaqtək quyruğuna zəhər dolub Əqrəbin,
Süsənbər zəhərini kəsən olub Əqrəbin (SX-30).
Burada Əqrəb həm də zoonim əqrəbi – Əqrəb kosmoniminin
apelyativ, ilkin mənasını ifadə edir.
Süsənbər çiçəyinin Ģirəsi qədim təbabətdə əqrəb zəhərini
məhv edən padzəhr kimi iĢlənərdi. Yəni Məhəmməd peyğəm-
bərin süsənbəri – nəfəsi Əqrəb bürcünün quyruğuna padzəhr
töküb onu xətərsiz etdi.
ġair Əqrəb bürcünü metaforik Ģəkildə əqrəbə bənzədir.
GünəĢi göylərdə dolanan zaman
Sancıb saraltmadı əqrəbtək xəzan (Ġ-568).
112
Əqrəb sözü burada Əqrəb bürcü mənasındadır. Astrologi-
yaya görə, GünəĢ Əqrəb bürcünə girəndə havalar soyumağa, qıĢ
yaxınlaĢmağa baĢlayır. “Sancıb saraltmadı əqrəbtək xəzan” –
yəni hələ payız girməmiĢdi.
Əqrəb, Qövs (ant. məc. kos.) – ġair eyni zamanda Sultan
Mahmud Qəznəvini(bax) Əqrəbə, Firdovsini(bax) isə Qövsə
bənzədir. Astrologiya elminə görə Əqrəb və Qövs(göy qurĢağı)
bürcləri həmiĢə bir-biri ilə vuruĢurlar.
Soltan Mahmud ilə Ģair Firdovsi
Andırır nisbətdə Əqrəblə Qövsi (YG-32).
Əqsa məscidi (mif. top.) – Məhəmməd peyğəmbərin merac
zamanı yüksəldiyi əfsanəvi yer. Guya göyün yeddinci qatındadır
və Allahın taxtı da burada yerləĢir. ”Əqsa” ərəbcə uzaqda olan,
iraq, ucqar deməkdir.
Mədinədən quĢtək uçdu peyğəmbər
Əqsa məscidinin sonuna qədər (Xġ-357).
Əlaəddin (an.) – Körpə Arslan Ģahın(bax) dini fəxri adı.
O Ģahın ləqəbi Əlaəddindir (YG-34).
Ərəb ad sistemində titul(fəxri ad) termini olmadığından,
fəxri ad, fəxri ləqəb, ləqəb, titul kimi köməkçi adlar təkcə bir
“ləqəb” termini ilə ifadə olunurdu. Çox vaxt Ģah, xan, bəy kimi
titullar və hətta Ģairlərin ədəbi-bədii təxəllüsləri də(Buna indi də
təsadüf olunmaqdadır) ləqəb hesab edilirdi. Nizami də “Əla-
əddin” dini fəxri adını ləqəb hesab etmiĢdir.
Əlbürz (top.) – Bax: Elbrus.
Könlünü qırma, sal Əlbürzə lərzə (Ġ-166).
O qoca Əlbürzə kəsmə yol açmaq (Ġ-228).
ġair metaforik Ģəkildə Ġskəndəri Elbrusa bənzədir.
Meydanda baĢlasam qılınc oyunu,
Bağlaram Əlbürzün uca qolunu (Ġ-324).
Əlbürz, CəmĢid (qoĢa on.) – Elburus dağ, CəmĢid isə əfsa-
nəvi Ġran padĢahıdır. Bu adların yanaĢı iĢlənməsinin əsas səbəbi
CəmĢidin bu dağın baĢında taxta çıxması, onun qızıl taxt-tacı və
paltarı GünəĢ altında parlaması, CəmĢidin yeni Gün kimi adlan-
113
ması ilə əlaqədardır. ġair “CəmĢid xələti” dedikdə GünəĢli dün-
ya nəzərdə tutulur.
Əlbürzün baĢında günəĢ göründü,
CəmĢid xələtinə dünya büründü (Xġ-70).
Əli (ag.) – “RaĢidi xəlifələri”n dördüncüsü və axırıncısı.
Məhəmməd peyğəmbərin əmisi oğlu və kürəkəni, onun qızı
Fatimənin əridir. Əli ibn Əbu Talib(bax) 656-cı ildə Osman(bax)
öldürüldükdən sonra xəlifə elan edilmiĢdir. Osmanın yıxılmasın-
da mühüm rol oynayan Misir nümayəndələri əvvəlcə onun tərə-
fini saxlamıĢ, az sonra iki müqəddəs Ģəhər – Məkkə və Mədinə,
onlarla birlikdə Ġraq Əlinin tərəfinə keçmiĢdir. Lakin həlak
olmuĢ Osmanın əmisi oğlu, Suriya hakimi Müaviyə, Məhəmmə-
din bir çox silahdaĢları, hörmətli və nüfuzlu AyiĢə və baĢqaları
Əlinin namizədliyinə tərəfdar çıxmadılar. Hakimiyyət uğrunda
gedən Ģiddətli mübarizə müsəlmanların Əli tərəfdarları olan Ģiə-
lərə və onun əleyhidarları olan sünnilərə parçalanmasının təmə-
lini qoydu.
661-ci ildə Müaviyəyə qarĢı silahlı mübarizədə təĢəbbüsü əl-
dən vermiĢ Əli Kufə məscidinə daxil olarkən bir xarici tərəfin-
dən ölümcül yaralandı və tezliklə vəfat etdi(Ġslam. Bakı, 1985).
Ya meydana Əlini - ər oğlu əri göndər (SX-37).
Əli, Ömər (xat. ag.) – ġair ilk ərəb xəlifələrinə münasibətini
bildirmək üçün onların adlarını xatırlayır.
Əlinin eĢqində sabitqədəməm,
Ömər sevgisindən uzaq deyiləm (Ġ-28).
Əmr (məc. an.) – Əmr ilə Zeyd haqqında olan əfsanənin
qəhrəmanlarından biri. ġair Məcnunu Əmrə bənzədir.
Məcnunun qəlbində ayrılıq dərdi,
Əmrtək Zeyd ilə ömür sürərdi (LM-247).
Əmr, Zeyd (qoĢa məc. an.) – ġair “Leyli və Məcnun” poe-
masında obraz olan Zeydi eyni vaxtda Əmr ilə Zeydə bənzədir.
Öz adı Zeyd idi, sevda gəzərdi,
Xisləti Əmr ilə Zeydə bənzərdi (LM-233).
Əsərdə Əmr və Zeyd (Burada obraz olan Zeyd yox, bənzətmə
ad olan hər hansı baĢqa bir Zeyd nəzərdə tutulur) haqqında əlavə
Dostları ilə paylaş: |