Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə34/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   30   31   32   33   34   35   36   37   ...   138

102 

Əbbasilər (et.) – Bax: Abbasilər. 

Xalını qaraldır Əbbasilərin, 

Gözünə nur saçır Ģəmmasilərin (Ġ-23). 

Abbasi  xəlifələrinin  paltarları  və  bayraqları  qara  idi.  Xalını 

qaraltmaq  ifadəsi  burada  Abbasilərin  səltənət  və  əzəmətlərinə 

iĢarədir. ġəmmas – atəĢpərəst, həm də gözdə ağ – titə deməkdir. 

Ġnad göstərmək mənasında iĢlənir. Yəni atəĢpərəst Ģəmmasilərin 

gözündən ağlığı,  korluğu alıb, nur saçdı,  onları müsəlman etdi. 

ġeirdə söhbət Məhəmməd peyğəmbərdən gedir. 

Əbu  Cəfər  (an.)  –  Atabəy  Əbu  Cəfər  Məhəmməd  Eldəgiz. 

“Cəfərin  atası”  deməkdir.  Ərəb  ad  sistemində  Ģəxsin  bu  cür 

adlanması rəsmi xarakter daĢıyırdı. Hökmdarın (və ya hər hansı 

bir  Ģəxsin)  çox  oğlu  ola  bilərdi.  Lakin  onlardan  yalnız  biri  – 

taxt-taca varis ola biləcək oğlu atanın rəyinə görə(əsasən böyük 

oğlu)  Ģəxsin  adı  ilə  iĢlənə  bilərdi.  Ərəb  ad  sistemində  Ģəxsin 

oğul adı ilə adlanmasına “künyə” deyilir. 

Bir Əbu Cəfərin səxasına bax (Xġ-36). 



Əbu MəĢər (an.) – Adı Ömər, atasının adı Məhəmməd Bəl-

xidir. Ən məĢhur münəccimlərdən olmuĢdur. Riyaziyyat  və as-

tronomiya  sahəsində  əsrinin  ən  böyük  alimi  sayılır.  886-cı  ildə 

ölmüĢdür.  Astronomiyaya  aid  “Mədxəl”,  “Zic”,  “Müzakirələr”, 

“Üluf”  kimi  bir  neçə  əsəri  vardır.  Nizami  onun  bu  axırıncı 

əsərindən bəhs etmiĢdir. 

Dünya filosofu Əbu MəĢər də 

“Üluf” ad qoyduğu məĢhur əsərdə... (Ġ-435). 

“Əbu  MəĢər”  –  ərəb  ad  sisteminə  görə  künyədir  və  Ģəxsin 

övlad adı ilə adlanmasıdır. Demək, “Əbu MəĢər – MəĢərin atası 

deməkdir.  “Əbu”  ərəbcə  atası,  “məĢər”  isə  camaat,  cəmiyyət 

mənasını bildirir. 



Əbu Talib (xat. an.) – Məhəmməd peyğəmbərin əmisi, dör-

düncü xəlifə Əlinin atası. 

Qiymətli cəvahir doğan bir evdən 

Əbutalibi də çıxaran sənsən (Ġ-17). 

Burada “qiymətli cəvahir” dedikdə Məhəmməd peyğəmbər və 

dördüncü xəlifə həzrət Əli nəzərdə tutulur. Məhəmməd peyğəm-



103 

bərin  atası  öldükdən  sonra  əmisi  Əbu  Talib  yetim  qalmıĢ  Mə-

həmmədi oğulluğa götürmüĢdü. Nizami burada demək istəyir ki, 

Əbu  Talibin  böyüklüyünə,  yəni  peyğəmbərin  atalığı  və  Əlinin 

atası  olduğuna  baxmayaraq,  yenə  də  onu  qapıdan  qovdu.  Çünki 

Əbu Talib, sünnilərin əqidəsinə görə, islamı qəbul etməmiĢdi. 

Cəhənnəmin atəĢi yaxarmı suçsuz kəsi? 

Əmisini qorudu peyğəmbərin nəfəsi (SX-98). 

Ġslamı qəbul etmədiyi üçün Əbu Talib Cəhənnəmə getməli idi. 

Lakin  Məhəmməd  peyğəmbərə  qohumluğu  onu  Ģəhnə  kimi  Cə-

hənnəm  odundan  qoruyur.  Çünki  Allah  tərəfindən  qəbul  olunmuĢ 

xoĢbəxt  peyğəmbərin  həqiqəti  görən  nəzəri  saf  və  xeyirxah 

adamları  qoruyub  əzabdan  xilas  edir.  Əbu  Talib  islamı  qəbul 

etmədiyinə baxmayaraq,  alicənab və xeyirxah  adam olmuĢdur. O, 

ərəblər arasında hörmətli olduğu üçün həmiĢə peyğəmbəri müdafiə 

və  himayə  etmiĢdir.  Lakin  ata-babasının  dini  olan  bütpərəstliyi 

dəyiĢməyi  özü  üçün  ar  bilib,  müsəlman  olmamıĢdır.  Ölərkən  can 

verən  zaman  Əbu  Talibin  dodaqları  tərpəndiyini  qardaĢı  Abbas 

görüb diqqət etdikdə Əbu Talibin guya Ģəhadət kəlməsini dediyini 

eĢitmiĢdir  və  bunu  peyğəmbərə  xəbər  vermiĢdir:  “Ey  əmi,  səni 

haqq yola hidayət edən Allaha çox Ģükür olsun!” 

“Əbu Talib” – “Talibin atası” deməkdir. 

Əbubəkr (an.) – Əbdüllah ibn Osman (572 və ya 573 – 634). 

Məhəmməd peyğəmbərin arvadı  AyiĢənin  atası.  O, Məhəmməd 

peyğəmbərdən  sonra  632-634-cü  illərdə  xəlifəlik  etmiĢ  və 

məĢhur dörd xəlifədən(bax) birincisidir. Əbubəkr Məkkədə varlı 

bir  tacir  olmuĢ  622-ci  ildə  Məhəmməd  peyğəmbərlə  birlikdə 

Məkkədən Mədinəyə gəlmiĢdir. 

Hər iki nur ilə nurlanir dimaq: 

Əbubəkr bir Ģamdır, Osman bir çıraq (Ġ-28). 

ġair eyni zamanda burada Əbubəkri Ģama, Osmanı isə çırağa 

bənzətmiĢdir. 

Əbubəkr (an.) – Məhəmməd Cahan Pəhləvanın oğlu. Onun 

atabəyi  əmisi  Müzəffərəddin  Qızıl  Arslan(Cahan  Pəhləvanın 

kiçik qardaĢı) olmuĢdur. 

 



104 

Əbubəkr, Məhəmməd göstərərək dad

Ondan Əbubəkrü Məhəmməddir Ģad (Xġ-374). 

Ġkinci misradakı  “Əbubəkrü Məhəmməd” antroponimik bir-

ləĢməsindəki Məhəmməd isə Əbubəkrin atasının adıdır. 



Əbüləhəb  (xat.  an.)  –  Əbdülmütəllib  oğlu  Əbdül-üzza.  O, 

HaĢimi  qəbiləsinə  mənsub  olan  bir  Ģəxsdir.  Məhəmməd  pey-

ğəmbərin əmisi idi. Ġslam dinini qəbul etmədiyi kimi bütün öm-

rü boyu Məhəmməd peyğəmbərə qarĢı mübarizə aparmıĢdır. 

Əhməd ki rəhbəri oldu ərəbin

Gördü cəfasını Əbdüləhəbin (LM-63). 



Əbülqasım  Məhəmməd  (ag.)  –  Məhəmməd  peyğəmbərə 

iĢarədir. Çünki Məhəmməd peyğəmbərin Qasım adlı oğlu olmuĢ, 

lakin o, uĢaq ikən ölmüĢdür. 

Öz adın oğluyun adıyla birdir 

Aləm “Əbülqasım Məhəmməd” deyir (LM-34). 

Əbülmüzəffər  (an.)  –  Hərfi  mənası  “Qalibiyyət  atası”  de-

məkdir. ġirvanĢah Axsitanın fəxri adlarından biridir. Onun “Cə-

laləddin” fəxri adı da vardır. 

ġahların tacısan, Əbülmüzəffər, 

Yeddi məmləkətə sən oldun zivər (LM-51). 

ƏcəbnuĢ  (an.)  –  “Xosrov  və  ġirin”  poemasında  obraz  adı. 

“ƏcəbnuĢ”  əcəb  (ərəbcə  təəccüb,  heyrət,  qəribə  deməkdir)  və 

nuĢ (farsca dadlı içki, kef deməkdir) sözlərindən düzəlmiĢdir. 

ġəkər ƏcəbnuĢ da belə dil açdı...(Xġ-129). 



Əcəm (an.) – Leylinin atasının ləqəbi. 

Qorxaraq ərəbin tənələrindən 



Əcəm ləqəbini gəzdirirəm mən (LM-134). 

Əcəm  torpağı  (top.)  –  Ərəblərin  ərəb  olmayan  xalqlara 

(qəbilələrə),  xüsusən  iranlılara  verdikləri  addır.  Əcəmi  sözü 

Ġranda hakimiyyət  sürmüĢ Acamyan  – PiĢdadyan sülaləsi  adın-

dan alınmıĢdır. Bu ad sonralar ancaq iranlılara aid oldu. 



Əcəm torpağına at salsın yenə, 

Oradan yol salsın Ġstəxr mülkünə (Ġ-312). 

Burada söhbət Ġskəndərdən gedir. 



Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə