96
Dərbənd Ģahı (an.) – Dərbənd hakimi Dara Müzəffərəddin
ibn Mühəmməd ibn Xəlifəyə iĢarədir. Afaqı Nizamiyə töhfə
göndərən də o olmuĢdur.
O, Dərbənd Ģahının bir töhfəsiydi,
Saf, ağıllı, gözəl gül qönçəsiydi (Xġ-348).
Dərc (kos.) – Ərəb sözü olan “Dərc” Məhəmməd peyğəm-
bərin guya merac gecəsində keçdiyi göy pillələrindən birinin
adıdır. Yəni Məhəmməd göyün təbəqələrini, o cümlədən Dərc
pilləsini keçib, yeddinci qata yüksəldi.
Dərcin də yolunu bir anda biçdi (Ġ-26).
Dərd əhli (an.) – Əvvəllər sevgilisinə qovuĢa bilməyən və
Məcnun kimi çöllərə düĢən Bağdadlı Salamın ləqəbi.
“Dərd əhli” deyirdi ona insanlar,
Onun pak təbinə heyran olanlar... (LM-225).
Dəri dürləri (məc. id.) – “Dəri” klassik fars dilidir. Ərəb is-
tilasından sonra ġərqi Ġran və Əfqanıstanda yaranmıĢdır. Ümu-
miyyətlə, dəri dili fars dilinin sinonimidir. “Dəri dürləri” dedik-
də isə Ģair istifadə etdiyi dəricə olan mənbələri nəzərdə tutur.
Dəri dürlərini deĢdiyi zaman
Belə nəql etmiĢdir bilici insan (Xġ-69).
Beytin mənası: bilici insan, fars (dəri) dilində incə rəvayətlər
söylədi.
Ərəbcə, dəricə, yeri düĢərkən ...(YG-31).
Yəni “Yeddi gözəl” əsərini yazarkən ərəb və dəri dillərində
olan mənbələrdən istifadə etmiĢəm.
Dəvalı (an.) – “Ġskəndərnamə”də obraz adı. Abxaz hökmdarı.
Abxaz hökmdarı olan Dəvalı
UcalmıĢ, padĢaha yaxın olalı (Ġ-312).
“Dəvalı” adı, zənnimizcə, “dava” və -lı sözdüzəldici Ģəkil-
çisindən düzəlmiĢ, davakar, vuruĢqan mənalarını bildirir.
Mənbələrdə “davalı” adlı etnonimə də təsadüf olunur: “Rza-
qulu xan Hidayət öz “Rövzət üs-Səfayi-Nasiri” əsərində (9-cu
cild) Mirzə Məhəmməd Mehdi adlı bir Ģair haqqında xəbər verir.
Lakin o, Dəvəllü tayfasına mənsub olmuĢdur” (“Ulduz” jur., N.1,
1989. səh. 92).
97
Dəvali (an.) – Bax: Dəvalı.
Adı Dəvalidir, hər bağrı yarır,
Aslan dərisindən yosun qoparır (Ġ-200).
DirəfĢi (ktem.) – Bax: Gavə bayrağı.
Firidun padĢahdan yadigar qalan
O uca DirəfĢi tanırdı çoxdan (Ġ-121).
DirəfĢi-Gavə (məc. ktem.) – Bax: Gavə bayrağı. ġair Ġskən-
dərin ordu toplayıb Dara qoĢunlarına qarĢı çıxarkən onun bayra-
ğını “DirəfĢi-Gavə” ilə müqayisə edir.
Bayrağı “DirəfĢi-Gavə”dən yüksək
Çəkdi mahlıcına göy rəngli ipək (Ġ-121).
Dirilik suyu, Zülmat (məc. on.) – ġair Zülmatı zənciyə,
Dirilik suyunu isə Zülmatda olan iĢığa bənzədir.
Zənci dəmir kimi qara, parlaqdır,
Üzü qaradırsa, ürəyi ağdır!
Dirilik suyunu Zülmatda sanan
Alimlər o hökmü çıxarıb burdan (Ġ-482).
Əsatirə görə, Dirilik suyu Zülmatda, yəni qaranlıq dünya-
dadır. Nizami demək istəyir ki, qara zəncidə iĢıqlı, fərəhli ruh
olduğunu görən alimlər Dirilik suyunu qaranlıqda, Zülmatda
olduğunu düĢünmüĢlər. Bundan o zamankı fəlsəfi əqidəyə görə:
“Həqiqət qaranlıqdadır” nəticəsini də çıxarmaq olar.
Div (məc. mif.) – Əsatiri obraz kimi Div müxtəlif Ģəkildə
təsvir olunur. Bəzən nəhəng gövdəli insan, bəzən də heybətli
heyvan kimi göstərilir. Qədim ġərq əsatirində çox zaman in-
sanlardan daha hünərli, daha cəsur verilir. Qədim Ġran əsatirində
Təhmurəsə yazmağı divlər öyrədir. CəmĢidin əmrilə divlər
saraylar qurur, evlər tikir. Əsatirdə divlər insan Ģəklinə mənsub
olmasalar da, insana xas bəzi sifətlərdən məhrum deyillər. Onlar
bir-birinə havadar durur, özlərinə baĢçılar seçir, düĢmənlərini
tanıyır, vuruĢmaq üsullarını, danıĢmağı, yazıb-oxumağı baca-
rırlar. Hətta bunları insanlara da örədirlər. Ġnsanlardan fərqli
olaraq onlar qaban diĢli, fil baĢlı, təpəgöz, qaradodaq, qara dərili,
uzun tüklü və s. sifətlərlə daha qorxunc görünürlər. VəhĢi halda
yaĢayır, heyvanların dərisini geyir və insanlara daha heybətli
98
görünürlər. Kahalarda, mağaralarda yaĢayırlar. Təsadüfi deyildir
ki, bir sıra ġərq ölkələrində “Divlər kahası” adlanan qədim ma-
ğaralar mövcuddur. Div adı “kin-qəzəb divi”, “sərxoĢluq divi”,
“həsəd divi” və s. kimi mənfi sifətləri özlərində əks etdirir.
Nizami də “div” dedikdə, məhz bu mənfi xüsusiyyətləri nə-
zərdə tutmuĢdur.
Div əlinə keçməmiĢ yaxa, sinə cahanda,
Sığın könül mülkünə, məsləkinə cahanda (SX-145).
Div, Harut (qoĢa məc. mif.) – ġair eyni zamanda Məcnunu
div və Haruta (bax) bənzədir.
O aĢkar gəzən div, o gizli cadu,
ġeyda aĢiqlərin Ģeyda Harutu (LM-83).
Dol (məc. kos.) – Dolça bürcü. Bax: Dəlv.
GünəĢ camallı Yusif Dol içində oturdu,
Qəlbi Yunis qəlbitək Balıq qarnında vurdu (SX-30).
GünəĢ Dolça bürcündə yerləĢir. Balıq (Hut) bürcü isə yağmur-
luq və su bürcü sayılır. Balıq bürcünün baĢı Dolça bürcünə əyilmiĢ-
dir. Yusif gözəllik simvolu olduğu üçün GünəĢə bənzədilir və onun
qardaĢları tərəfindən su quyusuna atılması GünəĢin Dolça bürcün-
də yerləĢməsi ilə müqayisə olunur. Yunis dənizdə batarkən onu ba-
lina udmuĢ və bir müddət onun qarnında yaĢayıb sonra xilas ol-
muĢdur. Beytin ümumi mənası belədir: “Yusif su dolunda quyuya
atıldığı kimi Məhəmməd də Dolça bürcünün GünəĢi və baĢını
Dolça bürcünə qoymuĢ Balıq bürcünün – Balinanın Yunisi oldu.
Dördüncü məzlum (ap. an.) – “Yeddi gözəl” poemasında
obraz adı. Rastü -RövĢən tərəfindən sevgilisi əlindən alınan və
haqsız olaraq zindana salınan məhbuslardan biri.
Dördüncü Ģəxs çəkib, qorxusundan ah,
Dedi: “Ey tərifə layiq olan Ģah” (YG-289).
Dörd xəlifə (qrup an.) – Xəlifə ərəb sözüdür və caniĢin,
müavin deməkdir. Ġslamiyyətdə Peyğəmbərin yerində oturan
Ģəxs xəlifə adlanır.
“Dörd xəlifə” dedikdə isə Məhəmməd peyğəmbərdən sonra
onun yerinə keçən, yolunu davam etdirən birinci dörd xəlifə
nəzərdə tutulur ki, onlara çox zaman Xülafayi-RaĢidin deyirlər.
Dostları ilə paylaş: |