99
Dörd xəlifə bunlardır: 1) Əbubəkr (632-634); 2) Ömər (634-
644); 3) Osman (644-656); 4) Əli (656-661) (10-79).
Bu evə yeddi səqf yaratdın yenə,
TapĢırdın onu da dörd xəlifənə (LM-35).
Dörd Ģah (qrup an.) – ġair dörd böyük Ģah dedikdə Ġskəndər,
NuĢirəvan, Xosrov Pərviz, Malik Ģahı nəzərdə tutur. Dörd böyük
nemət isə həmin hökmdarların məĢhur həmsöhbətləri olan Ərəs-
tu (Ġskəndərin müəllimi və vəziri), Büzürgümehr (NuĢirəvanın
vəziri), Barbəd (Xosrovun musiqiçisi), Xacə Nizamülmülkə
( Məlik Ģahın tərbiyəçisi və vəziri) iĢarədir.
Dörd Ģah əldə etdi dörd bahalı Ģey,
BeĢincisən, ömrün uzun olsun hey...
ġahım, onlardan da ucadır yerin,
Çünki Nizamidir sənin Ģairin (YG-40).
Nizami Körpə Arslan Ģahı bu adları çəkilən hökmdarlarla,
özünü isə onların həmsöhbətləri ilə müqayisə edir və üstünlüyü
Körpə Arslana verir. Çünki onun Ģairi Nizamidir.
Dövlət quĢu (məc. mif.) – Bax: Huma (Humay). KeçmiĢdə
Ģah seçərkən Dövlət quĢunu uçurardılar. QuĢ kimin çiyninə,
baĢına qonsaydı, onu Ģah seçərdilər. Folklorda buna aid nümu-
nələr çoxdur. Burada Atabəy Əbu Cəfər Məhəmməd Eldəgiz
Dövlət quĢuna bənzədilir.
Dövlət quĢu kimi bəyənsən kimi,-
Olar bu dünyanın döyük hakimi (Xġ-41).
Yəni əgər sən mənim töhfəmi (“Xosrov və ġirin” əsərini)
bəyənsən, mən səadət sahibi olaram.
Dövlət quĢu, Humay (sin. mif.) – Bunlar eyni mifozoonim
olsa da, Ģair birincini ikincinin təyinedicisi kimi iĢlətmiĢdir.
Dövlət quĢu Humaysan, qayən səadət olsun (SX-97).
Dövlət quĢu Humay da, bir mələk də özündün (SX-105).
Dünya (məc. an.) – Makedoniyalı Ġskəndər dünyaya bənzədilir.
Dəniz dünyasında bir dünya getdi (Ġ-557).
Dürri – yetim (an.) – Məhəmməd peyğəmbərin ləqəbi.
Böyük Məhəmmədə yüz min afərin!
Xilqət torpağıdır, buna ol əmin...
100
Nə qədər yetimi sevdi, saxladı,
“Dürri – yetim” qaldı odur ki, adı (Xġ-29).
Dürsəti (an.) – “Yeddi gözəl” poemasında obraz adı. O,
Xəvərnəq sarayında Ģəkli çəkilən gözəllərdən biridir. O, Key-
kavus nəslindəndir. “Dürsəti” – inciüzlü deməkdir.
Keykavus nəslindən dilli, diləkli,
Kəsranın Dürsəti tavus bəzəkli (YG-75).
- E -
Eys (an.) – Dinlər tarixinə görə, Ġshaq peyğəmbərin Yaqubla
ekiz doğulmuĢ oğludur. Ġskəndərin atası Feyləqusun ulu babasıdır.
Ulu babasıydı Eys ibn-Ġshaq (Ġ-61).
Eysu (top.) – Qədim türk vilayətlərindən birinin adı.
Eysudan bir məğrur susadı qana,
Atını od kimi çapdı meydana (Ġ-334).
Elbrus (top.) – Böyük Qafqazda, Yan silsilədə ən hündür
zirvə. SönmüĢ vulkanın iki zirvəli konusudur. Qərbindəki zir-
vənin hündürlüyü 5642 m., Ģərqindəki 5595 metrdir. Zirvələ-
rində ümumi sahəsi 138,5 kvadrat kilometr olan təqribən 50
buzlaq var... Elbrus yaxınlığından Kuban çayı baĢlanır. Qafqaz-
da alpinizmin və turizm mərkəzlərindən biridir(ASE-3).
Gürzlü çomağını endirən zaman
Elbrus dağı da uçardı, inan (LM-132).
Burada söhbət Nofəldən gedir.
Elburus dağı (məc. top.) – ġair metaforik Ģəkildə Ġskəndər
tərəfindən öldürülən Zəngibar pəhləvanı Zarəcəni Elburus dağı-
na bənzətmiĢdir.
Toppuzu vurdu Ģah elə qüvvətlə,
Elburus dağına düĢdü zəlzələ (Ġ-87).
Elburus – Ġranın Ģimalında Xəzər dənizinin cənub sahilləri
boyunca Ģimal-qərbdən cənub-Ģərqə doğru uzanan böyük bir
silsilədir. Ġran mifologiyasında Elburus xüsusi yer tutur. Rüstə-
min atası Zalı, babası Samı və böyük babası Nərimanı guya
himayə edən Simurğ quĢu bu dağda məskən salıbmıĢ. Qafqaz
101
dağları silsiləsinin ən yüksək zirvəsinə də Elbrus deyilir ki,
bunun ikinci adı Qaf dağıdır.
Elbrus və Elburus dağlarının adları türk dillərində geniĢ
yayılmıĢ “Alp”, ”Alb” sözləri ilə əlaqədardır. “Alp”ın igid, qəh-
rəman, qoçaq və yüksəklik mənalarından baĢqa, parlaq, ağ və
iĢıltı və s. kimi də mənaları vardır. Mirzə Bala “Azərbaycan ta-
rixində türk Albaniya” adlı əsərində bu münasibətlə yazır: “Al-
banus və Albana kəlmələrindən baĢqa, Elbrus zirvəsinin parlaq,
ağ və iĢıldayan mənasını verən “Elb” kökü ilə uyğurlarda
yüksəklik və bütün türklərdə qəhrəmanlıq mənasını ifadə edən
Alb və Alp kökünü Avropada da görürük” (“Azərbaycan”, № 10.
1999. səh. 119). Bax: Alp Arslan.
Ermənistan (top.) – “Xosrov və ġirin” poemasında çox vaxt
Ərmən(bax) adlanan və Azərbaycan xalqının tarixi torpaqları
olan bu ölkədə hazırda ermənilər yaĢayır. Bu adın ermənilərin
əfsanəvi qəhrəmanı Haykın oğlu Arminakın adını daĢıması
güman edilir. BaĢqa bir fikrə görə isə “ar”(dağ) və “min-
ni”(qəbilə adı) sözlərindən yaranmıĢ, “dağ adamı” deməkdir.
Ermənilər özlərini hay, vətənlərini isə “Hayastan” adlandırırlar.
Lakin “Ermənistan” toponimi “er”, “mən” və “ –stan” kom-
ponentlərindən ibarətdir. “Er” Arcak və Xəzər sözlərində olduğu
kimi “igid”, “qoçaq” mənasında iĢlənmiĢdir. “Mən” isə türk və fars
dillərində Ģəxs əvəzliyi olmaqla bərabər, bir çox Avropa dillərində
də “kiĢi”, “adam” mənasında Ģəxs bildirir. Fars dilində “əyalət”
mənasında “ostan” Azərbaycan dilində məkan anlayıĢlı isim
düzəldir. Bu faktlar bir daha göstərir ki, Ermənistan ərazisi türk
xalqlarının, o cümlədən azərbaycanlıların ən qədim torpaqlarıdır.
Dara ordu çəkdi Ermənistana,
Sanki bir qiyamət çökdü hər yana (Ġ-118).
- Ə -
Əbbasi (et.) – Bax: Abbasilər, Əbbasilər.
Əbbasi çətritək örtərək qara,
Bərtasın tasını vurdu daĢlara (Ġ-358).
Dostları ilə paylaş: |