87
Ən qədim Ġranda hökmdarı “xĢatradara” adlandırırdılar
(A.Qafurov. “Lev i Kiparis”. M., 1971. səh. 58). Tədqiqatlarda bu
titulun etimologiyası haqqında ətraflı məlumat verilməsə də, bizə
elə gəlir ki, bu söz iki hissədən ibarətdir: ərəbcə “xĢatra” (“Ģah”
titulu da bu sözdən əmələ gəlmiĢdir) və “Dara”. Çünki bu tituldan
ilk dəfə I Dara istifadə etmiĢdir (Yenə orada, səh.148). Burada isə
söhbət Makedoniyalı Ġskəndərin müasiri olan III Daradan gedir.
Nizami bu addan məcazi ad kimi də geniĢ istifadə etmiĢdir.
RövĢənəyin anası öz qızına öyüd-nəsihət verərkən Ġskəndəri
Daraya bənzədir.
Rəftar et ki, odur bu gündə Dara,
Daratək bizimlə edər müdara (Ġ-183).
Dara, Bəhmən (qoĢa məc. an.) – ġair Bəhram Guru Dara və
Bəhməndən qalan tuma bənzədir.
Daradan, Bəhməndən tum sən qalmısan (YG-87).
Dara,CəmĢid (qoĢa xat. an.) – ġirin Xosrovu yaxĢı ad çıxarma-
ğa, ədalətli olmağa təhrik etdikdə, Dara və CəmĢidin adlarını çəkir.
Daranı, CəmĢidi yadına salsan,
Görərsən nə etmiĢ bu qoca dövran...
Xosrov gördü ġirin belə yollarla
Ġstəyir ki, ondan yaxĢı ad qala (Xġ-320).
Dara, Fur (qoĢa xat. an.) – Ġskəndər bu adları xatırlamaqla
Hindistanı, Ġranı fəth etməsini nəzərə çarpdırır.
Söndürdüm Darada olan qüruru,
Nə qədər kiçiltdim, bax, coĢqun Furu (Ġ-278).
Dara, HəbəĢ, Rey, Buxara (xat. on.) – Hindistan Ģahı Keyd
Ġskəndər haqqında düĢünərkən onun Daranı necə məğlub etmə-
sini, HəbəĢ, Rey və Buxaranı necə dağıtmasını xatırlayır.
DüĢmənlik neylədi, bax, o Daraya,
Nə etdi HəbəĢə, Rey, Buxaraya (Ġ-262).
Dara miĢkusu (er.) - “MiĢku” – hərəmxana, “Dara miĢkusu”
isə Dara hərəmxanası deməkdir.
Ġki gün nəĢəyə daldı Ġskəndər,
Dara miĢkusundan tutunca xəbər (Ġ-178).
88
Darülxilafət (top.) – Xilafət mərkəzi, paytaxt deməkdir.
Yəqin ki, xilafətin paytaxtı Bağdad nəzərdə tutulur.
Darülxilafətə yaydı bir xəbər
Ki, gəlib bir nəfər usta kimyagər (Ġ-452).
Davud (an.) – Ərzincan hakimi Fəxrəddin Bəhram Ģahın
atasının adı. Bax: Davud oğlu Məlik Fəxrəddin Bəhram Ģah.
Əzəldən xoĢbəxtdir ki, Davud atası olub (SX-41).
Davud (məc. ag.) – Dinlər tarixinə görə, Süleyman peyğəm-
bərin atası olmuĢdur. Guya Davudun o qədər gözəl səsi varmıĢ
ki, oxuyanda heyvanlar və quĢlar da onu dunlərmiĢlər. Bu səs
ġərq Ģairlərinin əsərlərində “ləhni-Davudi” adlanıb, tərif edilir.
Lakin Davud peyğəmbərə yaraĢmayan bəzi hərəkətlər etmiĢ və
nəticədə peĢman olmuĢdur ki, bu da ġərq ədəbiyyatında öz ək-
sini tapmıĢdır. Guya Allah tərəfindən göndərilən “Zəbur”u gözəl
səslə oxuyarmıĢ. Onun möcüzələrindən biri bu imiĢ ki, dəmir
onun əlində mum kimi yumĢalarmıĢ. Guya dünyada ən əvvəl
zireh toxuyan Davud olmuĢdur. Gündə bir zireh toxuyub satar
və bununla da dolanarmıĢ.
Davudtək könlümü təzələ hər an,
Qalsın Zəburumun Ģöhrəti haman (Xġ-21).
ġair Davud dedikdə özünü, “Zəbur” dedikdə isə “Xosrov və
ġirin” poemasını nəzərdə tutmuĢdur. Nizami bu addan məcazi
ad kimi də istifadə etmiĢdir.
Davudun boğulanda, tutulanda nəfəsi,
Zilə qalxa bilmədi, inlədi bəmdə səsi (SX-39).
Burada Məhəmməd peyğəmbər Davudla müqayisə olunmuĢ,
üstünlük Məhəmmədə verilmiĢdir. Çünki əsatirə görə, nəğməni
icad edən Davud Uryaya evlənəndən sonra biabır olub səsini
itirdi. Peyğəmbərlik topunu aparmaq üçün o, gərək bəm səslə
Alaha yalvaraydı, lakin o, səsini itirdiyinə görə zilə keçdi və
duası qəbul olunmadı.
Hophopun nəğməsi ilə Davudun naləsi muqayisə olunur.
Süleymanın ətrinə aĢiq hophopdu bağda,
Sinəsində Davudun naləsi qopdu bağda (SX-60).
QuĢların cəh-cəhi Davudun nəğməsi ilə müqayisə olunur.
89
Davuddan daha artıq quĢlar cəh-cəhli idi (SX-61).
AĢağıdakı misrada isə nəğmənin Davud peyğəmbər tərəfin-
dən icad olunması xatırlanır.
Davudun nəğmələri dildən-dilə car oldu (SX-66).
Davud, Məhəmməd (müq. ag.) – Davud peyğəmbərlə Mə-
həmməd peyğəmbər müqayisə olunur.
Davuddan yadigar tək bir zireh var,
Məhəmməd yüz zireh qoyub yadigar (Ġ-414).
Yəni: Davud peyğəmbər öləndən sonra ondan insanlara ya-
digar kimi zireh qayırmaq bacarığı qalmıĢdır. Məhəmmədin tə-
limi isə yüz zirehə bərabərdir.
Davud nəğməsi (məc. id.) – Barbədin udda çaldığı və oxu-
duğu nəğmə Davud nəğməsinə bənzədilmiĢdir.
Qalxıb ucaldıqca udunun səsi
Hər teli çalırdı Davud nəğməsi (Xġ-286).
Davud oğlu Məlik Fəxrəddin Bəhram Ģah (an. birləĢmə) –
Ərzincan vilayətinin hakimi. Nizami Gəncəvi “Sirlər xəzinəsi”
əsərini ona ithaf etmiĢdir.
O, Süleyman üzüklü, günəĢ taclı hökmdar,
Məlik Fəxrəddin adı – dünyamıza iftixar (SX-41).
Bu antroponimik birləĢmədə Davud – ata adı, Məlik – titul
(ərəbcə padĢah, hökmdar deməkdir), Fəxrəddin – dini fəxri ad
(fəxr və din sözlərindən düzəlmiĢ, “dinin fəxri” deməkdir). Bəh-
ram – əsl ad, Ģah da tituldur. Orta əsrlərdə titul və dini fəxri
adlar çox vaxt əsl ad yerində iĢləndiyi üçün Nizami də “Məlik
Fəxrəddin” antroponimik birləĢməsini “ad” kimi göstərmiĢdir.
Davud, Süleyman (qoĢa məc. ag.) – Süleyman peyğəmbərin
də, Fəxrəddin Bəhram Ģahın da atasının adı Davud olmuĢdur.
Elə buna görə də Ģair Fəxrəddin Bəhram Ģahın atası Davudu
Süleyman peyğəmbərin atası Davuda, onun özünü isə Süleyman
peyğəmbərə bənzətmiĢdir.
Əzəldən xoĢbəxtdir ki, Davud atası olub,
Süleyman Ģöhrətinə gəlib çatası olub (SX-163).
Davudi geyim (ktem.) – Zirehi ilk dəfə Davud peyğəmbər
icad etdiyinə görə Ģair bu növ zirehi “Davudi geyim” adlandır-
Dostları ilə paylaş: |