Aydın Paşayev



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə26/138
tarix21.03.2018
ölçüsü2,8 Mb.
#32716
1   ...   22   23   24   25   26   27   28   29   ...   138

77 

Taleyinə pörtməkdən uzaqdı hələ Cövza, 

Damarını çərtməkdən uzaqdı hələ Cövza (SX – 101). 

Cövza  (məc.  kos.)  –  Cövza  bürcündə  yerləĢən  ulduzlar  sə-

mada kəmərə bənzəyir. Məhəmməd peyğəmbərin merac zamanı 

Cövza və Xərçəng Bürclərində olması , onun Cövzadan kəmər, 

Xərçəngdən tac alması fikrilə ifadə olunur. 

Bu səfərdə göylərdən töhfə aldı, bac aldı, 

Cövzadan kəmər aldı, Xərçəngdən də tac aldı (SX-30). 

Burada Məhəmməd peyğəmbərin kəmərinin qaĢında olan parlaq-

lıq da kəmərə bənzəyən Cövza ulduzunun iĢığı ilə müqayisə olunur.  

ġeir göyə qaldırar Ģöhrətini ölkədə 

Kəmərinin qaĢında Cövza qalar kölgədə (SX-50). 

Cudi (top.) – Dünya tufanı zamanı Nuhun gəmisi Cudi dağı-

nın  baĢında  sahilə  çıxmıĢdı.  Ġndiki  Ararat  dağı  hesab  olunur. 

“Xəmsə”nin “Ġzahlar”inda Dəclə çayının (Mesopotamiyada) Ģər-

qində də eyni adlı bir dağın olması qeyd olunur. 

Qılınc – Hindistanı, keyim – Davudi, 

Səxa gəmisində yer oldu Cudi (YG-124). 

Beytin mənası: Bəhramın səxavət gəmisi adları mətndə çəki-

lən (müĢk-ənbəri, hindi qılıncları, paltarları və s.) Nemanın Cudi 

dağı kimi yüksək olan vücuduna tərəf apardı. 

Cudi  (məc.  top.)  –  ġair  Ġskəndərin  tabutundan  qalxan  ətrin 

qoxusunun Cudi dağı qədər yüksəkliyə qalxdığını bildirir. 

O qədər yayıldı ətrin səfası 

Çatdı Cudi dağa səxa dalğası (Ġ-594). 



Cudi dağları (məc. top. ) – Bax: Cudi. 

Ondan əta umsa göyün tağları, 

Səxasında batar Cudi dağları (Xġ-37). 

Burada  söhbət  Atabəy  Əbu  Cəfər  Məhəmməd  Eldəgizin 

səxasının Cudi dağı ilə müqayisə olunmasından gedir. 

Cuhud (məc. et.) – Cuhud xalqının adı. ġirin burada Xosro-

vu cuhuda bənzədir. 

Həddindən artıq sən aciz olsan, bil, 

Cuhuda dönərsən, bu lazım deyil (Xġ-275). 

 



78 

- Ç - 

    Çaç (top.) – Özbəkistan Respublikasının paytaxtı 

DaĢkəndin qədim adıdır. Bəziləri bunun KaĢqar Ģəhərinin köhnə 

adı olduğunu da söyləyirlər. 

ġüĢtər zinətini bağlasın Çaça (Xġ-34). 

Çaçi kamanlar (növ.) – Çaçda hazırlanan kaman növü. 

Çaçi kamanlarla çini ipəklər, 

Bir neçə qılınc da ona bərabər (Ġ-305). 



Çaçlar (et.) – Çaç Ģəhərində yaĢayanlar. ġair Rum pəhləva-

nını çaçların qayırdığı yaya bənzədir. 

Kəməndi tamğaclı qaĢına bənzər, 

Çaçların qurduğu yay kimi çənbər (Ġ-86). 

      Çaçlılar yaxĢı kaman qayırmaqda məĢhur olmuĢlar. 



Çarxın əqrəbi (məc. kos.) – Əqrəb bürcü (bax) nəzərdə tutulur. 

Demək, Əqrəb bürcü çərxin (kainatın) əqrəbinə bənzədilmiĢdir. 

Süsənbərin iyi göylərə qalxdı, 

Çarxın əqrəbini yandırdı, yaxdı (YG-274). 

Çəng-Məryəm (məc. fit.) – Bitki adıdır, doğuĢu çətin keçirən 

hamiləlilərə  verərmiĢlər.  Burada  Ģair  metaforik  Ģəkildə  Xosrovu 

Məryəm çiçəyinin köməyi ilə xilas olan zahıya bənzətmiĢdir. 

Necə çənk-Məryəmdən qurtarar zahı, 

Məryəmdən qurtardı dünyalar Ģahı (Xġ-215). 

Çillə (məc. xron.) – QıĢ fəslinin qırx gününü əhatə edən bir 

hissəsinin  adı.  Adətən,  qırx  günlük  Çillə  xalq  arasında  “Böyük 

Çillə”, iyirmi gününü bildirən Çillə isə “Kiçik Çillə” adlanır. 

Hər çillə qırx gündür, xəlvəti mindir, 

Bu yerdən məclisə girmək çətindir (Ġ-39). 

Burada  isə  “Çillə”  zahidlərin  cəmiyyətdən  uzaqda  keçirdik-

ləri  qırx  gün  deməkdir.  Buna  “DərviĢ  Çilləsi”  də  deyilir.  Yəni 

qırx Çillədən və min cürə pəhriz, qənaət, ibadət iĢləri ilə məĢqul 

olandan  sonra,  daha  Ģahların  məclislərində  iĢtirak  etmək  yara-

maz. Demək, ömrünü azad, öz aləmində keçirdikdən sonra daha 

saraya girmək, saray Ģairi olmaq məndən uzaq olan iĢdir. 

Çin  (top.)  –  Asiyada  ən  böyük  dövlətlərdən  biri.  Çinlilər 

özlərini “adamlar” mənasında, ”Çjunqo jon” və ya sadəcə olaraq 




79 

“çin” adlandırırlar. Ruslar və bir sıra slavyan xalqları bu ölkəyə 

“Kitay”  deyirlər.  Bu  ad  keçmiĢdə  ölkədə  yaĢayan  Kidan(“Ki  – 

od, ”dan” isə dan yeri mənasındadır.) xalqının adının dəyiĢdiril-

miĢ formasıdır. ”Çin” sözü eramızın III əsrində burada yaĢayan 

Tsin sülaləsinin adından götürülmüĢdür. 

Göndərsin xaqanlar xəracı Çindən

Qeysərlər cizyəni Rum ellərindən (Xġ-34). 

“Xərac” – məğlub edilmiĢ ölkədən alınan vergi, cizyə - baĢ-

qa dinlərə mənsub olanlardan xilafətə ödənilən vergiyə deyilirdi. 

Yəni  Çin  xaqanları  sənin  (Toğrul  Ģahın)  itaətində  olub,  xərac 

göndərsinlər.  Rum  qeysəri(xaçpərəst  olub  müqəddəs  kitaba  – 

“Ġncil”ə inandıqlarına görə) cizyə versin. 

N.Gəncəvinin əsərlərində “Çin” dedikdə, müasir Çini yox, o 

dövrdə Çin hüdudlarında, ġərqi Türküstanda yaĢayan türk xalq-

larının dövlətini nəzərdə tutmaq lazımdır. ”Xəmsə”nin müxtəlif 

əsərlərində  Çinin  türk  xalqlarının  dövləti  olmasına  aid  zəngin 

nümunələr vardır. 

Son  tədqiqatlarda  göstərilir  ki,  XVI  əsr  görkəmli  Azərbaycan 

Ģairi və ictimai dövlət xadimi ġah Ġsmayıl Xətainin təxəllüsü Xatay 

tayfasının adı ilə bağlıdır. Mənbələrdə xatayların adı xutan və qu-

tan kim də göstərilir. Bu isə türk xalqlarından birinin onqonu olan 

xatay  –  qutan  quĢ  adından  törəmiĢdir.  Çin  mənbələrində  isə  “xi” 

adlanan bu tayfa ta qədim zamanlardan Çin hüdudlarında öz müs-

təqilliklərini qoruyub saxlamaq uğrunda çinlilərlə daima vuruĢmuĢ-

lar. Bunu XIII yüzilliyin Tibet yazıları da təsdiq edir. Xatay ulusu 

X  əsrdən  baĢlayaraq  Yapon  dənizindən  tutmuĢ  Baykal  gölünə  , 

Orta  Çindən  Ġssık-kula  (Ġsti  göl)  qədər  imperiya  yaratmağa  baĢ-

lamıĢlar.  Artıq  onlar  X  yüzilliyin  sonlarına  yaxın  ġərqi Çinin ha-

kimləri olublar. Həmin əsrdə xataylar Buluci Apu Akanın baĢçılığı 

altında  Monqolustanı  və  Çinin  bir  hissəsini  tutmuĢlar.  XII  yü-

zillikdən sonra müsəlmanlığı qəbul etmiĢ və yerli türk tayfaları ilə 

qaynayıb- qarıĢmıĢlar ( “Elm və həyat”, № 2, 1987. səh.14 – 15). 

Demək, Xatay, Kitay müasir Çinin ən qədim adı olub və türk 

tayfalarının adı ilə bağlıdır. ġah Ġsmayıl Xətai də bu tayfalardan 

olduğu üçün öz təxəllüsünü Xətai götürmüĢdür. 




Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   138




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə