80
Çin biharı (məc. top.) – Qızıl, bürünc büt və əlvan naxıĢ və
rəsmlərlə bəzənmiĢ Çin bütxanələri, gözəllik rəmzi. Bihar hind
sözü vihardan əxz edilmiĢ və məbəd deməkdir. ġair Xəvərnəq
sarayını Çin biharına bənzədir.
Göy dedi: “Qiblədir bu xoĢ imarət”,
“Yox, Çin biharıdır” – dedi təbiət (YG-62).
Çin çinisi (məc. növ.) – ġair metaforik Ģəkildə Keydin
Ġskəndərə bağıĢladığı qızını Çin çinisinə bənzədir.
Örtülü sərvətə növbət gəlincə,
Hinddə Çin çinisi göründü incə (Ġ-267).
Örtülü sərvət – Keydin qizi deməkdir. Yəni əsmər gözəllər
ölkəsi olan Hindistandan Çinin ağ gözəli göründü.
Çin dənizi (top.) – Çinin Ģərqində yerləĢən dənizin adı.
Yoxsa ki, düĢərəm bu kin izinə,
Çini tökdürərəm Çin dənizinə (Ġ-281).
Sürdü gəmisini Çin dənizinə,
Kim görüb ki, dəniz gəmiyə minə! (Ġ-557).
Sonuncu misrada Ġskəndər dənizə bənzədilmiĢdir.
Çin gəlini (an.) – Çin Ģahzadəsi Yağmanazın (bax) ləqəbi.
BaĢladı sözünü o Çin gəlini,
Ġlkin tacidarın öpdü əlini (YG-235).
Çin gözəli (məc. an) – GünəĢ metaforik Ģəkildə Çin gözəlinə
bənzədilir.
Ay kimi gözəlləĢdi qənirsiz Çin gözəli (SX-74).
Çin gözəli (an.) – Çin Ģahzadəsi Yağmanazın (bax) ləqəbi.
ġah o xumar gözlü Çin gözəlinə
Söylədi: “Könlümdən tozu silsənə!”(YG-234).
Çin gözəli, Ġfritə, Div (mif.) – “Mahanın hekayəsi”ndə Ma-
hanı öz kef məclislərinə aparan, onunla əylənən bir gözəl me-
taforik Ģəkildə Çin gözəlinə bənzədilir.
Aldı qucağına Çin gözəlini,
Öpdü gümüĢ rəngli sərvin əlini (YG-229).
Lakin çox çəkmir ki, Mahan onun qorxunc və qart bir ifritə
olduğunu görür.
81
Timsahı andırır açıq dodağı,
Basıb qucağına yazıq qonağı... (YG-229).
Mahanı pəncəsindən buraxmayan ifritə deyir:
Görməsəm adıma layiq iĢləri,
Olaram əvvəlki nazənin pəri (YG-230).
Ġfritə demək istəyir ki, əgər o, Mahanın baĢına min cür oyun,
fəlakət gətirməsə, qoy o, Mahanın əvvəl gördüyü kimi gözəl pəri
simasına mübtəla olsun. Ġfritə üçün gözəl kimi qalmaq böyük
əziyyət və eybəcərlikdir.
Çin gözəlləri (məc. an.) – ġirinin rəfiqələri metaforik Ģə-
kildə Çin gözəllərinə bənzədilir.
Qulluğunda durdu Çin gözəlləri,
Sərvtək ayaq üstə, bağlı kəməri (Xġ-83).
Çin, HəbəĢ (qoĢa məc. top.) – Ağ kağız metaforik Ģəkildə
Çinə, kağız üzərində yazılan qara xətlər isə HəbəĢə bənzədilir.
VuruĢur önümdə Çin ilə HəbəĢ,
ġaha edəcəyəm onları peĢkəĢ (Ġ-417).
Çin hökmdarı (an.) – Çin xaqanına iĢarədir.
ġövkətlə tərpəndi Rum Ģəhriyarı
Yanınca gedirdi Çin hökmdarı (Ġ-310).
Çin xaqanı (an.) – Çin dövlətinin xaqanı olan Ģəxsin ləqəbi,
“Yeddi gözəl”də obraz adı. Bəhram Gurun ölkəsini zəbt etmək
istəyən padĢah.
Çinin xaqanının qizi Yağmanaz...(YG-74).
Məğlub eyləməyə bu hökmüranı
Çindən yola düĢdü Çinin xaqanı (YG-114).
Çin xaqanı (an.) – “Ġskəndərnamə” əsərində obraz adı.
Mənəm Çin xaqanı, qoĢun sərvəri,
Sənin xidmətində öpürəm yeri (Ġ-290).
Çin xaqanı (məc. an.) – ġirin Çin xaqanını Xosrovun quluna
bənzədir.
Qulun yalnız o Çin xaqanı deyil,
Neçəsi qul olur hökmünə hər il (Xġ-258).
Çin xəznədarı ( məc. an) – GünəĢ metaforik Ģəkildə Çin
xəznədarina bənzədilmiĢdir.
82
Elə ki, bir səhər Çin xəznədarı
Zər qıfılla örtdü göy qapıları (Xġ-83).
Çin ipəyi (növ.) – ġair ulduzlu səmanı metaforik Ģəkildə öz
əlvanlığı ilə məĢhur olan Çin ipəyinə, ulduzları isə dürrə, göv-
hərə bənzətmiĢdir.
O yeddi fələyə o yeddi ülkər
Çin ipəklərinə düzmüĢ dürr, gövhər (Ġ-24).
Yəni Məhəmməd peyğəmbər göyləri ulduzlarla bəzəmiĢdir.
ġair “ġərəfnamə” əsərini metaforik Ģəkildə Çin ipəyinə
bənzədir.
Bu Çin ipəyinin naxıĢ evində
Maninin fırçası düĢmüĢdür bəndə (Ġ-54).
Yəni “ġərəfnamə” elə sənətkarlıqla iĢlənmiĢdir ki, məĢhur
sənətkar Mani bunun qarĢısında heyran qalmıĢdır.
ġair GünəĢin iĢığını da metaforik Ģəkildə Çin ipəyinə bən-
zətmiĢdir.
Bəzədi göyləri ağ Çin ipəyi,
Yer açdı üzündən qara örpəyi (Ġ-557).
Burada qara örpək – gecənin zülməti mənasında iĢlədilmiĢdir.
Beytin mənası: GünəĢ çıxdı, Yerin üstündən qaranlıq çəkildi.
Çin kasası (məc. ktem.) – Qasidin gözləri Çin kasasına bən-
zədilir.
Çin kasası kimi kirpiyi nəmdi,
Zənci tükü kimi qaməti xəmdi (Xġ-109).
Çin qızı (an.) – Altıncı iqlim padĢahı qızının (Çin Ģahzadəsi
Yağmanazın) ləqəbi. “Yeddi gözəl” poemasında obraz adı. Bax:
Yağmanaz.
Çin qızı söylədi: --Ġki növcavan
BaĢqa bir Ģəhərə oldular rəvan (YG-235).
Çin qumaĢı (növ.) – Çin ölkəsində hazırlanmıĢ qumaĢın
hazırlandığı ölkənin adı ilə adlanması.
Sərhəng ipəklərin kəsib baĢından,
Rum parçalarından, Çin qumaĢından
DöĢədi atının keçdiyi yerə (YG-108).
83
Çin naxıĢı (məc. ktem.) – ġair “ġərəfnamə” əsərini Çin na-
xıĢlı bir əsərə bənzədir.
CoĢdu Çin naxıĢlı Ģeirim, sənətim,
Gör hara qalxacaq mənim Ģöhrətim! ( Ġ-418).
Çin nəqqaĢı (məc. an.) – ġapur metaforik Ģəkildə öz əsərləri
ilə dünyada məĢhur olan Çin nəqqaĢına bənzədilir.
O Çin nəqqaĢını ġirin görərək
ġirin arzusuna yetmiĢdi birdən (Xġ-108).
Çin nəqĢi (məc. ktem.) – ġirin metaforik Ģəkildə Çin nəqĢinə,
ġirinin otağı isə sandığa bənzədilmiĢdir.
O Çin nəqĢi çıxdı sandıqdan çölə,
Yola hazırlaĢdı, Ģad, gülə - gülə (Xġ-83).
Çin nigarıstanı (məc. top.) – Çindəki budda və maniəvi mə-
bədləri. Nigarıstan – bütxanə deməkdir, bu sözün kökü nigaĢtən –
“al-əlvan cizgilərlə” bəzəmək, Ģəkil çəkmək felindən əmələ gəlmiĢ-
dir. Nigar – al-əlvan cizgilərlə bəzənmiĢ deməkdir. ġair Xəvərnəq
sarayında yeddi qızın Ģəkli çəkilmiĢ otağı Çin nigarıstanına bənzədir.
Nə çəkmiĢ divarda, gör ki, ustanı,
Çinin o yüz gözəl nigarıstanı (YG-74).
Çin papağı (növ.) – Bəhram Gurun taxta çıxandan sonra
geydiyi papaq növü. Papağın istehsal olunduğu yerin və ya o
yerdə tikilən papaqların formasının adı.
BaĢda Çin papağı, tərlan döĢütək
Rumi paltar verdi əyninə bəzək (YG-96).
Çin poladı (növ.) – ġair Ġskəndərin geyimini təsvir edərkən,
onun dəbilqəsinin Çin poladından olmasına iĢarə edir.
BaĢında dəbilqə Çin poladından,
Gövhərlər ondakı gövhərə heyran (Ġ-93).
Çin, Rum (qoĢa top.) – Adları xatırlanmaqla bu ölkələrin
Körpə Arslana (bax) tabe olması qeyd olunur.
Çin və Rum Ģahları ona verdi bac (YG-307).
Çin, Rum, Qədrxan, Qeysər (qrup. on) – “Çindən Ruma
qədər” dedikdə, bu dövlətlər arasında olan bütün ölkələrin Xos-
rova tabe olmasına iĢarə olunur. Eyni zamanda Qədrxan (bax)
Xosrovun qulu, Qeysər isə onun qulamına bənzədilir.
Dostları ilə paylaş: |