93
ġah gördü ki, dəllək doğru söz dedi,
O düzlük istədi, bu da düz dedi (Ġ-438).
Dəlv (kos.) – On iki bürcdən biri. Dol da adlanır. Ġran ġəmsi
ilinin 11-ci ayı – 22 fevral – 22 mart.
Həməl pərgarından günəĢ baxaraq,
Etdi Dəlv bürcündən Zühəli parlaq (Xġ-150).
Bəlkə də, Xosrovun Dəlv ayında taxta çıxmasına iĢarədir.
“Leyli və Məcnun “ poemasında isə hadisələrin inkiĢafı ilə
əlaqədar olaraq Dəlv parlamırdı. O, ağzına su alıb susmuĢdu.
Dəlv də günəĢin gileylərindən
Ağzına su alıb susmuĢdu birdən (LM-185).
Dəlv, Hut ( qoĢa məc. kos.) – Dəlv (Dolça), Hut (Balıq)
bürclərinin adları çox vaxt Yusif və Yunis adları ilə yanaĢı iĢlə-
dilir. Bu da Yusifin dolça ilə quyudan çıxmasına, Yunisin isə
dəryada bir müddət balinanın qarnında yaĢamasına iĢarədir.
Yusiftək Dəlvdən bir Ģərbət içdi,
Yunis kimi Hutda duracaq seçdi (Xġ-357).
Dəmavənd dağı (məc. top.) – Ġranın Ģimalında Xəzər dənizi
sahilində Rey ilə Təbəristan arasında sönmüĢ bir vulkan adıdır.
Ġndi yerində eyni adlı dağ qalmıĢdır. Ġranın ən yüksək nöqtəsi
sayılır. Zirvəsi həmiĢə qarla örtülü olur. Sırsıra bağlamıĢ yalçın
qayaları, buzlanmıĢ dərələri vardır. Bu dərələrdən biri “Buz də-
nizi” adlanır. Orada həmin adda bir qəsəbə də vardır .
“Dəmavənd” fars dilində “Demonlar qalası” deməkdir. “De-
mon” sözünün mənası “püskürən”, “tüstüləyən” deməkdir (19-75).
O yerdə Fərhadın qırdığı qaya
Heç bir tərəziylə gəlməz araya.
Yarırdı külünglə daĢı, torpağı,
Özünün qəmi bir Dəmavənd dağı (Xġ-204).
ġair Fərhadın qəmini Dəmavənd dağına bənzətmiĢdir.
DəməĢq (top.) – KeçmiĢdə ġam (bax) adlanan Ģəhərin
müasir adı.
DəməĢq daĢı məhəkdir qızılına Rum kimi,
Altun eĢqi canını əritməsin mum kimi (SX-121).
94
Kiçik Asiyada Bizans imperatorlarının qızıl pulları öz saflığı
ilə məĢhur olub, məhək daĢını isə DəməĢqdən gətirərmiĢlər.
Dəniz (məc. ap.) – Makedoniyalı Ġskəndər dənizə bənzədilir.
Kim görüb ki, dəniz gəmiyə minə! (Ġ-557).
Burada dəniz sözü gəmiyə minib gedən Ġskəndərə iĢarədir.
Dəniz, çeĢmə (qoĢa məc. ap.) – ġair metaforik Ģəkildə Qızıl
Arslanı dənizə, özünü isə çeĢməyə bənzədir.
Qapıçı girərək, dedi: “Cahangir,
Dəniz sahilinə çeĢmə gəlmiĢdir” (Xġ-367).
Dərbənd (top.) – Dərbənd Ģəhərinin tarixi və etimologiyası
haqqında bu vaxta qədər müxtəlif fikirlər söylənmiĢdir. Məsələn,
N.Nəbiyev yazır ki, Dərbənd Azərbaycanın ən qədim Ģəhər-
lərindən biridir. Hal-hazırda Dağıstan Respublikasının tərki-
bindədir. V əsrdən məlumdur. Qədim hissəsi hündür qala ilə
mühasirəyə alınmıĢdır. Buna görə fars dilində “bənd qapısı”
mənasında olan Dərbənd adını alıb. Oğuz türkləri bu Ģəhəri “Ki-
çik Asiyanın dəmir darvazası” adlandırırdılar. Güman edilir ki,
“Dərbənd” sözü qıpçaq dilində Dəmirkənd, Debrkənd adının də-
yiĢdirilmiĢ formasıdır (19-55).
BaĢqa bir mənbədə isə oxuyuruq: “Dərbənd Qafqaz Albani-
yasının ən qədim Ģəhərlərindən biri olmuĢdur. Dərbənddə arxeoloji
qazıntılar nəticəsində e.ə. 7-6 – cı əsrlərə aid yaĢayıĢ məskəni aĢkar
edilmiĢdir. Hələ e.ə. I əsrdə Dərbənddəki üzümlüklər və meyvə
bağları dənizə qədər uzanırdı. V əsrdə Dərbənd iqtisadi və siyasi
cəhətdən Qafqaz Albaniyasının mühüm Ģəhərlərindən biri, həm də
Sasani caniĢinlərinin iqamətgahı idi...” (ASE-III c.).
Digər tədqiqatlarda isə Dərbənd qalasının Sasani hökmdarı I
Xosrov NuĢirəvan (531-579) tərəfindən tikildiyi haqqında məlu-
matlar verilir. Nizami məlumatına görə isə Dərbəndi Ġskəndər
yenidən qurmuĢ və ona səd çəkmiĢdir.
Dərbəndi deyirlər Ġskəndər qurdu,
Əqliylə o Ģəhrə böyük səd vurdu (Ġ-56).
Demək, Dərbəndin e.ə. VII-VI əsrlərdə yaĢayıĢ məskəni ki-
mi mövcud olması fikri daha düzgündür.
95
A.A.Kudryavtsev də “Dərbənd” sözünü fars sözü kimi (uzel,
svyaz, zapor, vorot) izah etmiĢdir (Drevniy Derbent. M., 1982.
səh.3). Bizə elə gəlir ki, “Dərbənd” sözü dar və kənd sözlərindən
yaranmıĢdır. Darkənd adı Ģəhərin coğrafi cəhətcə yerləĢməsinə
daha uyğundur. Yerli dərbəndlilər də bu fikirdədirlər. ġəhərin
Dəmirkənd və Dəmirqapı Dərbənd adlanması isə daha sonrakı
dövrlərin məhsuludur. Darkənd adlanan bu Ģəhərdə istehkamlar
qurulduqdan sonra Dərbənd adlanmıĢ və farslar tərəfindən son-
ralar Dərbənd Ģəklinə salınmıĢdır.
Ovlağı Abxazda və Dərbənddədir (Xġ-38).
Burada söhbət Atabəy Əbu Cəfər Məhəmməd Eldəgizdən
gedir.
Məhərrəm Qasımov “Dəmirqapı Dərbənd” adlı məqaləsində
yazır: “Bənddən bayırdakı böyük düzənliyin adı qovğalı zaman-
ların olub – olmuĢlarından, yadların, yağıların qərəzli, qara niy-
yətli gəliĢindən soraq verən bir niĢanədi: “Kafər çölü”. Həmin
adla manĢırlanan düzəngah indinin indisində də öz əvvəlki adıy-
la çağırılır. Həmin keçid, dar keçid olduğundan yör – yöndəminə
baxıb bu yerə “Dar bənd” deyiblər.
“Dar bənd” – Dərbənd kimi torpağın yaddaĢına biryolluq
yazılıb. Yurdun adını təĢbehləndirən “Dəmirqapı” deyimi də
möhkəmlik, keçilməzlik mənasını qabartmaq qəsdiylə dilə gə-
tirilib” (“Azərbaycan” jur. N.5. 1989. səh.134).
Dərbənd dənizi (top.) – Xəzər dənizinə verilmiĢ çoxsaylı
adlardan biridir.
Dərbənd dənizinin bir sahmanında
Bir gözəl ölkə var dağlar yanında (Xġ-62).
Dərbənd, Səmərqənd (ep. top.) – Əbu Cəfər Məhəmməd
Eldəgizin ovlağı olan yerlərdən ikisinin son hissəsi fonetik cə-
hətcə uyğun gəlir.
Ovlağı Abxazda və Dərbənddədir,
ġəbxunu Xarəzmdə, Səmərqənddədir (Xġ-38).
Yəni Qafqaz və Orta Asiya ona tabedir.
Dostları ilə paylaş: |