33
Monitorda təsvirin yenidən əks olunması bir saniyə
ərzində
təsvirin tamamilə ekranda təzələnməsi ilə
səciyyələndirilir. Əksər hallarda bu parametri kadrların tezliyi
də adlandırırlar. Parametr monitorun və videoadapterin
xüsusiyyətlərindən asılı olaraq dəyişə bilər.
Əks olunma tezliyi herslərlə ölçülür. Tezlik artdıqca
ekranda təsvir bir o qədər də təmiz alınır. Müasir monitorlarda
tezlik 75-100 hers arasında dəyişir.
Ekranın müdafiə dərəcəsi ümumdünya standartlarına
(məsələn, MPR-II, TCO, TCO-95 və s.) uyğun təyin edilir.
İstifadə olunma sahələrinə görə monitorlar müxtəlif
tənzimedici qurğular ilə təmin edilirlər.
Monitorda əsas göstəricilərdən biri ekranda təsvir
olunan nöqtələrin sayıdır. Müxtəlif monitorlarda nöqtələrin
sayı müxtəlif olur. Məsələn, adi monitorlarda üfiqi və şaquli
istiqamət üzrə nöqtələrin sayı-640x480=307200-ə qədər,
professional monitorlarda isə 1600x1280=2048000-ə qədər
olur. Rəqəmlərin sayından görünür ki, monitorlarda nöqtələrin
sayı milyondan çoxdur. Aydın məsələdir ki, monitorlarda
istənilən təsvirin dəqiqliyini artırmaq üçün nöqtələrin sayını
tənzimləmək lazımdır. Həmçinin ekranda əks olunan təsvirlərin
rənglərinin sayını da tənzimləmək olar, bu rənglər 16-16,8
milyon intervalında ola bilər.
Müasir dövrdə daha çox maye kristal monitorlardan
isifadə olunur. Bu tipli monitorların ekranları adi elektron
saatlar, mobil telefonlar və s. olan ekranlarla eynidir. Bu ekran
iki təbəqədən ibarətdir. Həmin təbəqələrin arasında milşəkilli
molekullar yəni maye kristallı qarışıqlar vardır. Kristallar işığı
polyarizatorlardan keçirirlər. Elektrik cərəyanı mayedən
keçəndə kristalları bir istiqamətdə yönəldir. Kristallar işığı
polyarlaşdıran müstəvi qatlarını döndərir. Nəticədə işıq
buradan keçə bilmir və həmin hissə tünd rəngə boyanır.
34
LCD ekranlarda CRT monitordan fərqli olaraq cəmi 64
rəng çaları yaratmaq mümkündür
1
. Hər pikseldə 3 element
qırmızı, yaşıl, mavi (RGB) olmaqla hər element 64 rəng çaları
yarada bilər. Bununla da 64*64*64=262 144 sayda rənglərdən
alınan kombinasiyadan birini almaq olar. CRT ekranlarda isə
bu kombinasiya 256*256*256= 16 777 216 sayda olur. LCD
ekranlarda “təsviri” insan gözünün rahat görməsi üçün
parlaqlığı artırmaq üçün elementlər (backlight) yerləşdirirlər.
Videoadapter.
Monitorun ekranında alınmış təsviri
formalaşdırmaq üçün videoadapterdən (videokartdan) istifadə
olunur. Videoadapter mətn və ya qrafik rejimdə işləyə bilir.
Videoadapterin iki növündən istifadə edilir:
•
16 rəngli 80x25 və ya 80x50 simvolla mətn rejimində
və 600x350 və ya 640x480 nöqtələrə qrafik rejimdə, həmçinin
256 rənglə 320x200 nöqtələrlə qrafik rejimdə ekranı təmin
edən VGA videokartı;
•
16 milyon rənglə 640x480 simvollarla müxtəlif
rejimlərdə ekranı təmin edən SGVA və ya super VGA
videokartı.
Qeyd etmək lazımdır ki, videoadapterin yaddaşını
artırmaqla (məsələn, 1 Mbayt-dan 2 Mbayta qədər) rənglərin
və simvolların rejimlərə uyğun ekranı təmin etməsini
çoxaltmaq olar.
Videoadapter sətirlərarası (Interlaced) və ya sətir-sətir
(Noninterlaced) genəltmə rejimlərində işləyə bilir. Sətirlərarası
rejimdə monitorun ekranında alınmış təsvir iki kadrla
formalaşır. İkinci rejimdə isə təsvir bir kadr vasitəsilə
formalaşmış olur. Birinciyə nəzərən monitorun ekranında
alınmış təsvir daha aydın və dəqiq olur.
Videokartı səciyyələndirən digər parametr ekranda
təsvirin dəyişmə tezliyidir. Bu parametr 50-120 hers tezlik
diapazonunda dəyişir. Təcrübə göstərir ki, fərdi kompüterlə
1
256 rəng çaları yaratmaq mümkündür.
35
işləyən istifadəçinin normal işləməsini təmin etmək üçün,
həmçinin onun iş prosesində gözünün yorulmamasını əldə
etmək üçün videoadapteri sətir-sətir genəltmə rejimində
işlətmək məqsədəuyğundur. Bu zaman kadrların dəyişmə
tezliyi 75 hersdən az olmamalıdır. Ümumilikdə isə, 100 Hs
tezlik optimal sayılır. Bəzi hallarda videoyaddaşın lazımi
səviyyədə tezliyə malik olmaması nəticəsində monitorun
ekranında göstərilən təsvir dumanlı şəkildə alınmış olur. Bu isə
videokartın lazımi səviyyədə işləməməsinə dəlalət edir.
Videoadapterin müasir proqramlar paketi ilə işləməsi
üçün o, mütləq sürətləndirmə funksiyasına malik olmalıdır.
Başqa sözlə desək, videoakselerator rolunu ifa etməlidir.
Videoadapterin belə rejimdə işləməsi mərkəzi mikropro-
sessorun yükünü azaldır, nəticədə kompüterin işləmə sürəti
çoxalır.
Sürətləndirmə funksiyası ikiölçülü (2D) və üçölçülü
(3D) sinfə bölünür. İkiölçülü sürətləndirmə rejimi bütün müasir
proqramların (ofis paketlərindən tutmuş kompüter oyunlarına
qədər) icra olunma sürətini artırmağa imkan verir. Üçölçülü
sürətləndirmə rejimində isə kompüter oyunları ilə yanaşı,
kompüterdə istifadə edilən stimulyasiya və modelləşdirmə
proqramlarının həyata keçirilməsinə şərait yaranır.
İndiki zamanda istehsal olunan müasir videoadapterlər
ikiölçülü sürətləndirmə funksiyasına malikdirlər.
Səs kartı (səs adapteri).
Səsləri
1
(musiqi, danışıq və
s.) səsləndirmək üçün kompüterə akustik sistemlər (səs
ucaldanlar) və səs kartları quraşdırılır.
Müasir kompüterlərdə dərəcəsindən asılı olaraq (8 və ya
16 bitlik) səs kartları istifadə olunur. İstifadəçi çalışmalıdır ki,
istifadə etdiyi səs kartları Sound Blaster 8 (8 bitlik səs kartı
1
Səs dedikdə, insan qulağının 16 Hs-dən 25000 Hs-ə kimi hava
titrəyişini qəbul etməsi başa düşülür. Səs müxtəlif tezliklərdə olub,
amplitudası və fazası ilə səciyyələndirilir.
Dostları ilə paylaş: |