39
Fəsil 2
Qətlsiz Cəmiyyət üçün İmkanlar
Əgər biz alternativləri tətbiq tmək qərarına gəliriksə
artıq zorakılıq erasını bağlamaq üçün kifayət qədər
bacarıqlara malik olmalıyıq.
David N. Daniels və Marshall F. Gilula
Filosofiya şöbəsi, Stanford Universiteti, 1970
Qətlsiz cəmiyyətin mümkünlüyünü düşündürən hansı əsaslardır?
Nəyə görə insanların həyata bəşəri olaraq hörmətlə yanaşması fikri
alqışa layiq sayılır?
Qətl törətməyən İnsan Xüsusiyyəti
Baxmayaraq ki, biz mənəvi əsaslardan başlaya bilərdik, əvvəl tam
dünyəvi faktları nəzərdən keçirək. Əksər insanlar öldürmür. Bütün
insanlardan hazırda yaşayanlar, və ümumən bütün zamanlarda nə vaxtsa
yaşamış insanlardan yalnız azlıqlar qatil olmuşlar. İstənilən cəmiyyətin
qətl statistikasını nəzərdən keçirin.
Həmçinin müharibədə qətlləri nəzərdən keçirin. Dünyanın
hərbi və
etnoqrafiya muzeyləri bəşəriyyətin yarısı olan qadınların, əsas döyüş
qatilləri olduğu aydınlığı ilə sübut edir. İsbat edilmişdir ki, o qadınların
bir qismi müharibələrdə və inqilablarda mübarizə aparmış,bir qismi
cəmiyyət qadınınları olaraq və hətta uşaqlar da dini mərasimlə əlaqədar
olan işgəncəsində, bəziləri məğlub edilən düşmənlərin qətlində iştirak
etmiş və başqa biriləri də müasir orduya öldürmək üçün işə cəlb edilirlər.
Ancaq əksər qadınlar nə döyüşçü və nə də hərbi qatill olmamışdır. Buna
uyğun olaraq kişilərin döyüşçü kimi azlıq təşkil etməsi. Kkişilərin yalnız
40
az qismi faktiki olaraq müharibələrdə vuruşur. Bunlardan da yalnız az
qisi bilavasitə öldürür. Qatillər arasında, təcrübələrə əsasən, əksəriləri
boyun qaçırir və sonradan öldürdüyü üçün peşiman olduğunu deyir.
Bəlkə də yalnız iki faiz peşmanlıqsız dəfələrlə öldürə bilər. Necə ki,
Polkovnik-leytenant Deyv Grossman müharibədə
öldürməkdən kişilərin
boyun qaçırmasını əsas icmalında izah edir, "Müharibə elə bir ətraf
mühitdir ki, onda iştirak edənlərin 98 faizini psixoloji cəhətlən məhrum
edir. Müharibədə dəli olmayan 2 faiz görünür, döyüş meydanına
gəlməkdən əvvəl (Grossman 1995: 50) dəli, təcavüzkar psixopatlar
olmuşlar". Beləliklə insanların siyasət elmi ehtimalına zidd olaraq
təbiətən qatil olaraq doğulur, hərbi
təlimlərin prinsipcə məqsədi
"şəxslərin daxilən öldürmək müqavimətinə üstün gəlmək " –dir (295).
İnsan nəsli sonradan qətlsizliyin mümkünlüyünə şahid olur. Əgər
insanlar təbiətən qatillər idisə, əgər hətta bəşəriyyətin yarısı labüddən qatil
idisə, o zaman onun müxtəlif formalarında ailə mövcud ola bilməzdi.
Atalar anaları öldürərdi; analar ataları; valideynlər uşaqları; və uşaqlar
valideynləri. Bunların hamısı baş verir , ancaq onlar bəşəriyyətin taleyini
həll edən təbii qanununu təşkil etmirlər. Əgər bu elə idisə,
dünya əhalisi
çoxdan yox olmağa doğru meyl edərdi. Əksinə,dəhşətli maddi
məhrumiyyətlərə və hədsiz dərəcədə israfçılığa baxmayaraq insan ailəsi
davamlı yaradıcılığa və görünməmiş miqyasda həyatın inkişafına nail
olmuşdur.
Qətlsiz qlobal tapmacanın cavabını tpmaq və həllində uğurlu cəhdlər
üçün bəşəriyyətdə ümumən yaşamış insanların sayını, onlardan nə
qədərinin qatil olub, nə qədərinin isə olmadığını hesablamaq lazımdır. 1
milyon B.E.Ə-dən B,E 2000ə dək tam insanların sayı 91 100 000 000
olmuşdur. (Keyfitz 1966-nı Həftə-nin1996-ci ili ilə kombinasiya edərək:
37, Ramseyin 1999 il təkrar kalkulyasiyasına əsasən). Əgər biz
Rummelin müharibəsini və beş yüz milyon democid ölümlərini üfürüb
şişirdəriksə, hər kəsin ayrıca qatil tərəfindən öldürüldüyü və bu sayı altı
ilə əsassız olaraq çoxaltsaq, o zaman 1 000 B.E.Ə-dən əvvə 3 000 000
000 qatili olduğunu səhvən güman edərik. (1 milyon B.E.Ə-dən
ədədlər
çatmayır). Ancaq hətta bu bu üfürüb şişirdilən əsassıs hesablama özü
belə son olaraq ən azı doxsan beş faiz insanın gətl törətmədiyini deyir.
Birləşmiş Ştatlar müasir qətli normaları təxminən əhalinin 100 000
41
adamına 10 nəfərin düşdüyünü deyərək, təxminən .01 faiz insanın hər il
qətl törətdiyini bildirir. Həyata sui-qəsdlər də daxil olmaqla (274.6 nəfər
100 000 nəfərə, 2008-ci ildə) bu kimi bütün ağırlaşdırıcı halları da
saysaq, faktiki tam .284 faiz Birləşmiş Ştatların mövcud əhalisinə .274
faiz də əlavə edilərsə, bütün bu insanlar qatilliyə cəhd edənlərin sayıdır.
Ola bilsin ki, iki və ya hətta bir faizdən az müdrik sayılan adamlar öz
insan yoldaşlarının qatilləri olmuşlar. Müəyyən cəmiyyətlərdə, əlbəttə,
qatilliyin faizi mədəniyyətə və eraya (Keeley 1996)
müvafiq olaraq çox
dəyişə bilər. Hər halda bəşəriyyətin sağ qalması və davamiyyəti insan
təbiətinin yaşamaq qabiliyyətinin öldürmə qabiliyəti üzərində
hakimiyyəti səbəbindən baş tutmuşdur.
Ruhanilik-mənəviyyat kökləri
Qətlsiz cəmiyyətin reallaşdırılmasının mümkünlüyü əsaslar
bəşəriyyətin dini ənənələrindən bəhrələnir. Bu da bir təsadüfdür ki, dinlər
insanı qurban verən rituallardan başlayaraq, genosiddən də dəhşətli nüvə
müharibəsi kimi (Tompson, 1988) insan qurbanlarına
da haqq
qazandırmağa çağırmışlar. Buna baxmayaraq, Tanrının, Yaradanın, Böyük
Ruhun çaqırış prinsipi "Ey insan, mənim sözümü eşid! Başqa insanı tap və
onu öldür!" deyil, "Həyata Hörmət Et! Öldürmə!"- mənasında-idi.
Gətldən imtina barədə təlimatlar dünyanın bütün mövcud dini
inamlarında tapıla bilər. Məhz buna görə Maks Veber öldürməyə gələndə
siyasi imperativ ilə uyğun olmayan dini öhdəliyi zəruri hesab edir.
Caynizm və İnduizm qeyri-zorakılıq prinsipi paramo dharmasının (zor
işlətmədən imtina həyatın ali qanunudur) təlimatını bölüşür. Buddizmin
birinci andı "həyata qəsd etməkdən çəkinməkdir". İudaizm, Xristianlıq və
İslam "Siz öldürməməlisiniz" ilahi vəsiyyətləri bölüşürlər. Ən qədim
Yəhudi təlimlərindən biri, "bir şəxsin həyatını qorumaq,
çox sayda
insanların xilas edilməsinə bərabərdir. Bir şəxsin həyatını məhv etmək,
bütün dünyanı dağıdmaq deməkdir" (Eysendras: 144). Bu təlimin kökü,
baxmayaraq ki, təhsil ilə olsa da İslamda davam etdirilir: "Kimsə insanı,
ölkədə korrupsiyanı yaydığı üçün və ya qətl törətdiyinə görə hallar istisna
olmaqla, öldürürsə, by onun bütün insanlığı öldürməyinə bərabərdir; və
kim isə bir həyat xilas edərsə o, bütün insan nəslini xilas edər (Əl Qur'an
5:32). İudaizmin, Xristianlığın və İslamın təlimlərini verməkdə təşəbbüs