Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə11/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   7   8   9   10   11   12   13   14   ...   43

A
Z
Ä
r
b
A
y
c
A
n
artaraq, 408,2 milyard AZM və ya ABB-nin ümumi kredit portfelinin 12%-ni təşkil etmiş-
dir (2004-cü ildə 11,2%).
Kredit resurslarına tələbin artdığı bir şəraitdə bu siyasətin başlıca istiqaməti kredit
risklərinin minimallaşdırılması və diversifikasiyası, yeni, etibarlı borcalanlar hesabına
müştəri bazasının genişləndirilməsi, keyfiyyətli və yüksək gəlirli kredit portfelinin for-
malaşdırılması olacaqdır. 2006-cı ildə kredit siyasəti resursların yerləşdirilməsinin yeni,
perspektivli istiqamətlərinin öyrənilməsi əsasında həyata keçiriləcək, kreditləşdirmənin
müddətləri və növləri üzrə çoxşaxəli xarakter daşıyan keyfiyyətli kredit portfeli-
nin formalaşdırılmasına, kiçik və orta biznesin fəallaşması ilə əlaqədar sahibkarların
kreditləşdirilməsi əməliyyatlarına xüsusi diqqət yetiriləcəkdir.
Qiymətli kağızlarla 
əməliyyatlar
Bankın dövlət qiymətli kağızlar bazarında iştirakı əvvəlki ildəki kimi, Dövlət qısamüddətli
istiqraz vərəqələri (DQİV) və Dövlət qısamüddətli notları ilə əməliyyatlardan ibarət ol-
muşdur.
hesabat ilində Bank DQİV-in alınmasına 114 milyard AZM (ümumi emissiyanın 35,2%-i),
notların alınmasına isə 135 milyard AZM (ümumi emissiyanın 12,2%-i) yönəltmişdir.
hər iki dövlət istiqrazlarından Bank hesabat ilində 3,2 milyard AZM gəlir əldə etmişdir ki,
bu da 2004-cü ilə nisbətən xeyli çoxdur.
2005-ci ildə Bank Rusiya qiymətli kağızlar bazarında öz fəaliyyətini genişləndirmişdir.
Belə ki, hesabat ilində “Qazprombank”, “Vneştorqbank”, “ZenitBank” və “Qlavmoss-
troy” kimi emitentlərin vekselləri alınmışdır. Bu veksellər üzrə sərmayələrin həcmi 34,3
milyon ABŞ dollarına və 5,1 milyon avroya çatdırılmış və diskont şəklində 3,7 milyard
AZM məbləğində gəlir əldə edilmişdir. Bu, 2004-cü ilə nisbətən 1,5 milyard AZM artıq-
dır.
Daxili fond bazarında ABB korporativ istiqrazların alınmasını davam etdirmiş və hesabat
ilində bu əməliyyatlar üzrə 444 milyon AZM gəlir əldə etmişdir.
55


AZƏRBAYCAN BEYNƏLXALQ BANKI /
İLLİK hESABAT 2005
Plastik kartlar
Ötən illərdə olduğu kimi, 2005-ci ildə də plastik kart biznesi Bankın fəaliyyətinin vacib
istiqamətlərindən biri olaraq qalmışdır. VISA International və MasterCard Internatio-
nal beynəlxalq ödəniş sistemlərinin tamhüquqlu üzvü olan Bank plastik kartların bu-
raxılması və onlardan istifadə sahəsində xidmətlərin geniş çeşidini təqdim edir. Bank
müştərilərinə maliyyə sabitliyinin rəmzi olan ən yüksək səviyyəli “Platinum” və “Gold”
kartlarını, dünyada geniş yayınmış “Visa Classic” və “MasterCard Standard” kartlarını, ən
“demokratik” və sadə “Visa Electron” və “Maestro”, internet şəbəkəsində əməliyyatların
aparılması üçün nəzərdə tutulmuş “InternetCard”, “WebCard” və “NetCard” kartları-
nı, korporativ müştərilərinə isə “Business” və “Business Gold” kartlarını təklif etmişdir.
2004-cü illə müqayisədə, hesabat ilində bütün növlər üzrə buraxılmış kartların ümumi
sayı 1,5 dəfə artaraq, 127,3 min ədəd təşkil etmişdir.
Bank tərəfindən bütün illər ərzində buraxılmış kartların sayı hesabat ilinin sonuna 650
mini aşmışdır. Emissiyanın həcminə və kart əməliyyatlarının ümumi dövriyyəsinə görə
ABB ölkə bankları arasında şəksiz liderdir.
Kart hesabları üzrə əməliyyatların həcmi də əhəmiyyətli dərəcədə artmışdır. Belə ki,
Xüsusi Kart hesabları üzrə tranzaksiyaların ümumi həcmi il ərzində 1,85 dəfə arta-
raq, 2,6 trilyon AZM, ATM vasitəsilə həyata keçirilmiş əməliyyatların həcmi 2004-cü
illə müqayisədə 1,95 dəfə artaraq, 2,3 trilyon AZM, ticarət və xidmət müəssisələrində
quraşdırılmış POS-terminallar üzrə dövriyyə 182,5 milyard AZM, “Cash advance”
əməliyyatları (ABB-nin filiallarında POS-terminallardan istifadə olunmaqla nağd vəsaitin
verilməsi) üzrə dövriyyə 171,5 milyard AZM təşkil etmişdir.
Plastik kartlar vasitəsilə aparılan əməliyyatların, habelə, kartlara artan tələbatın nəticəsidir
ki, bu əməliyyatlar üzrə alınmış komisyon haqqının məbləği il ərzində 62% artaraq 54,4
milyard AZM, plastik kartlarla əməliyyatlardan gəlir isə 65,7% artaraq, 43,6 milyard AZM-
ə çatmışdır.
Ötən illərdəki kimi, hesabat ilində də Bank plastik kart infrastrukturunun inkişafına xüsusi
diqqət yetirmişdir. ABB-nin bankomatlar şəbəkəsi respublikanın 60-dan çox şəhər və
56


A
Z
Ä
r
b
A
y
c
A
n
qəsəbəsini əhatə edir. İl ərzində ABB-nin bankomatlar şəbəkəsi genişlənmiş, bankomat-
ların sayı 453-ə çatmışdır.
Plastik kartlardan istifadə olunmaqla nağdsız hesablaşmaların inkişaf etdirilməsi ümumiq-
tisadi əhəmiyyətli məsələ kimi Bankın fəaliyyətinin də öncül istiqamətlərindən biri olmuş-
dur. Belə ki, Bank ekvayrinq şəbəkəsini ardıcıl surətdə inkişaf etdirmiş, 2005-ci il ərzində
POS-terminallar şəbəkəsini təxminən 20% artırmış və daha 200-ə yaxın ticarət-servis
məntəqəsini öz ekvayrinq sisteminə cəlb etmişdir. Bankın plastik kart sahiblərinə pulsuz
göstərilən “Internet Banking” xidməti və eləcə də kommunal və mobil rabitə xidmətləri
haqlarının bankomatlar vasitəsilə plastik kartlarla ödənilməsi əməliyyatlarının həcmi in-
tensiv şəkildə artmışdır. Bu da pul dövriyyəsində nağdsız ödənişlərin xüsusi çəkisinin artı-
rılmasına və pul dövriyyəsi sisteminin sağlamlaşdırılmasına kömək edir.
hesabat ili ərzində Bank MasterCard International və Visa International şirkətləri ilə bir-
gə, müştəriləri kartlar vasitəsilə nağdsız əməliyyatları aparmağa təşviq edən bir neçə
stimullaşdırıcı kampaniya və həmçinin, Bankın plastik kartlarının cazibədarlığının və fərdi
müştərilərin loyallığının artırılması məqsədi ilə müştərilərə daha münasib tariflərlə kart-
ların əldə olunmasını təklif edən həvəsləndirici kampaniyalar həyata keçirilmişdir. Kam-
paniyaların uğurlu nəticələrini nəzərə alaraq, Bank 2006-cı ildə də bu praktikanı davam
etdirmək niyyətindədir.
2003-cü ildən başlayaraq, Bank pensiyaların kartlar vasitəsilə verilməsi kimi sosial əhə-
miyyətli dövlət layihəsinin reallaşdırılmasında aparıcı rol oynayır. 2003-2004-cü illərdə
ABB tərəfindən ölkənin 10-dan artıq şəhərində, o cümlədən Bakı, Sumqayıt, Gəncə,
Ağdaş, Şəki və Şamaxıda əhaliyə 272 mindən artıq “Təqaüdçü” kartı verilmişdir. 2005-ci
ildə bu layihə üzrə işlər davam etdirilmiş və ölkənin təqaüdçülərinə daha 490 mindən
artıq kart paylanmışdır.
Bankın plastik kartlar biznesinin əhəmiyyətli və ən gəlirli istiqamətlərindən biri korporativ
müştərilər üçün nəzərdə tutulan “Əmək haqqı kartı” layihəsidir. ABB bu istiqamətin inki-
şafına xüsusi diqqət yetirir. hesabat dövrü ərzində Bank 293 iri, orta və kiçik müəssisə və
təşkilatda “Əmək haqqı kartı” layihəsini tətbiq edərək, layihə iştirakçılarının sayını 706-ya,
əmək haqqını kartlar vasitəsilə alan müştərilərin sayını isə 124,8 minə çatdırmışdır.


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə