Azərbaycan beynəlxalq banki



Yüklə 12,33 Mb.
Pdf görüntüsü
səhifə9/43
tarix14.09.2018
ölçüsü12,33 Mb.
#68534
1   ...   5   6   7   8   9   10   11   12   ...   43

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI /
İLLİK hESABAT 2005
2005-Cİ İLDƏ ABB-nin 
FƏALİYYƏTİNİN 
ƏSAS İSTİQAMƏTLƏRİ
Korporativ müştərilərə 
xidmət
Korporativ biznes ənənəvi olaraq, ABB-nin fəaliyyətinin əsasını təşkil edir. hesabat
dövründə ABB bank bazarının bu sahəsində mövqelərini möhkəmləndirmiş və nəticədə
2005-ci il Bank üçün korporativ biznesin əhəmiyyətli dərəcədə genişləndiyi il olmuşdur.
Bank müştərilərlə strateji əməkdaşlığın yaradılmasını, etibarlı tərəfdaş potensialının tam
şəkildə reallaşdırılmasını, xidmətin rahatlığını və informasiya açıqlığını müştəri siyasətinin
əsas prinsipləri olaraq bəyan etmişdir.
ABB korporativ müştərilərə 140-a qədər bank məhsulu və xidmətləri, o cümlədən
kassa-hesablaşma xidmətləri, çeklərlə hesablaşmalar, plastik kartlarla əməliyyatlar,
kreditlər, sənədli əməliyyatlar, depozitlərin qəbulu, “Internet Banking” və s. təklif edir.
Geniş filial şəbəkəsi, Rusiya bank bazarında törəmə strukturların fəaliyyət dairəsinin
və dünya maliyyə bazarlarında Bankın mövqelərini və maraqlarını müdafiə edən
nümayəndəliklər şəbəkəsinin genişləndirilməsi, ABB biznesinin çoxşaxəliliyi (sığorta,
lizinq, prosesinq) korporativ müştərilərə kompleks xidmət göstərilməsi üçün əlverişli
şərait yaratmışdır.
Korporativ müştərilərin sayı il ərzində 1,2 dəfə artaraq 26,8 minə çatmışdır. hesabat
ilində hesablaşma-kassa xidmətinin, kredit, sənədli və valyuta əməliyyatlarının, korpo-
rativ bank kartlarının, layihə maliyyələşdirməsinin və inkassasiya xidmətlərinin, “Internet
Banking”-in tətbiqi genişləndirilmişdir. Korporativ müştərilərin ABB-nin “Əmək haqqı
kartları” layihələri üzrə xidmətə cəlb olunması prosesi davam etdirilmişdir və ilin so-
nuna bu xidmətdən istifadə edən müəssisə və təşkilatların sayı 706-ya, “Əmək haqqı
kartları”ndan istifadə edənlərin sayı isə 125 minə çatmışdır. Qarşılıqlı anlaşma əsasında
müştərilərlə uzunmüddətli əlaqələr, hər bir müştərinin tələbləri nəzərə alınmaqla ona


A
Z
Ä
r
b
A
y
c
A
n
fərdi qaydada yanaşma, maliyyə xidmətinin qabaqcıl təcrübəsindən istifadə bu uğurun
mahiyyətidir.
Bank yanacaq-energetika, sənaye və tikinti, xidmət və ticarət, nəqliyyat və rabitə komp-
leksinin müəssisələrinə xidmət göstərir. Bu müəssisələr sırasında “Azərbaycan hava
Yolları” Dövlət Konserni (Azal), Azərbaycan Dövlət Neft Şirkəti, “Azərneftyanacaq”,
“Azərenerji”, Azercell Telekom, “Ground handling Company”, “LUKoyl – Azərbaycan”,
Dövlət Neft Fondu, “bp-AİOC”, Exxon, Kaspian Geofizikal və digər şirkətləri qeyd
etmək olar. Onların hər biri öz sahəsində aparıcılardan sayılır və buna görə də onlara
xidmət göstərən bankdan maliyyə xidmətlərinin müvafiq səviyyədə olmasını tələb edir.
İri müştərilərlə əməliyyatlar Bankın əldə etdiyi mənfəətin əsas hissəsini təşkil edir. Eyni
zamanda, Bank kiçik və orta müəssisələrlə də əməkdaşlığı genişləndirir. Buna xarici
maliyyə təsisatlarından kiçik və orta biznesin inkişafı üçün nəzərdə tutulan kredit xətləri
də kömək edir.
ABB-nin müştəri bazasının kəmiyyətcə artması onun keyfiyyət xarakteristikalarının da
yaxşılaşması ilə müşayiət olunur. 2005-ci ilin sonuna hüquqi şəxslərin hesablarındakı qa-
lıqlar 6,6 trilyon AZM təşkil etmişdir. Bu, 2005-ci illə müqayisədə (2,9 trilyon AZM) 2,3
dəfə çoxdur.
Bank korporativ müştərilərə göstərilən kredit xidmətlərinin həcmini əhəmiyyətli
dərəcədə artırmışdır. Belə ki, hesabat ilində 2004-cü illə müqayisədə müştərilərə ayrılmış
kredit vəsaitlərinin həcmi 66,9% artaraq 3,4 trilyon AZM-ə çatmışdır.
49


AZƏRBAYCAN BEYNƏLXALQ BANKI /
İLLİK hESABAT 2005
Korpotativ müştərilərin müddətli və tələb olunanadək depozitləri, müvafiq olaraq,
27,4% və 13,7% artaraq, 1,6 trilyon və 1,7 trilyon AZM təşkil etmişdir. Depozitlərin əsas
həcmi neft və energetika sənayesi müəssisələrinin (55%), istehsalat, ticarət və xidmət
sektorlarının (13,1%) payına düşür.
Korporativ bank xidmətləri bazarında lider mövqeyinin qorunması və daha da möh-
kəmləndirilməsi üçün Bank-müştəri qarşılıqlı münasibətlərinin təkmilləşdirilməsi, onun
beynəlxalq standartlar səviyyəsinə çatdırılması, müştərilərin artan tələbatına mak-
simal dərəcədə cavab verilməsi, Bankın məhsul və xidmətlərinin çeşidinin daha da
genişləndirilməsi, satış kanallarının səmərəliliyinin artırılması 2006-cı ildə də bu diqqət
mərkəzində olacaqdır.
Fiziki şəxslərə xidmət
Ölkə bankları arasında fiziki şəxslər üzrə ən böyük müştəri bazasına malik olan Bank
hesabat ilində bu müştərilər üçün nəzərdə tutulan xidmətlərin həcmini əhəmiyyətli
dərəcədə artırmışdır.
2005-ci ilin sonuna Bankda 273 mindən artıq müştərinin hesablarına xidmət göstəril-
mişdir. Lakin bu rəqəmə 490 mindən artıq “Təqaüdçü” kartlarının sahiblərini də əlavə
Cəlb olunmuş depozitlərin iqtisadi 
sektorlar üzrə bölgüsü (%)
18
7.7
5.4
4.3
2.6
5.9
55.3
Energetika
Fiziki şəxslər
Ticarət və xidmət
hökümət idarələri
Tikinti
Rabitə və nəqliyyət (0.8)
Digər
İstehsalat
50


A
Z
Ä
r
b
A
y
c
A
n
etmək olar. Bankın müştərilərinə hesablaşma-kassa xidmətləri, əmanətlərin qəbulu, ölkə
daxilində və ölkədənkənar təcili pul köçürmələri, plastik kartlar, yol çekləri və adlı çeklər,
“Internet Banking”, depozit seyflərinin icarəsi və digər bank məhsul və xidmətləri təq-
dim olunur. Bank il ərzində həvəsləndirici, mövsümi və Banka loyallığın səviyyəsini artıran
kampaniyaları vasitəsilə müştərilərin fəallığını təşviq etməyə çalışmışdır.
hesabat ilində 2004-cü illə müqayisədə fiziki şəxs olan müştərilərin sayı 1,65 dəfə arta-
raq, 273,4 min nəfər təşkil etmişdir. Bunların 30 mindən çoxu əmanətçilərdir. 2005-ci
ilin sonuna fiziki şəxslərin cari və depozit hesablarındakı qalıqları 820,6 milyard AZM
təşkil etmişdir. Fİziki şəxslərin əmanətlərinin həcminə görə ABB Azərbaycan bankları ara-
sında ən böyük portfelə malikdir.
Bank fiziki şəxslərə kredit xidmətlərinin həcmini də artırmaqdadır. Belə ki, fiziki şəxslərə
verilən kreditlərin həcmi ilin sonuna 319,2 milyard AZM təşkil etmişdir ki, bu da 2004-
cü ilin nəticələrindən 57,5% çoxdur. 2004-cü ilin avqust ayından başlayaraq, Bank
müştərilərə ödəmə qabiliyyətini “skorinq” yolu ilə qiymətləndirməklə, “Ekspress-kredit”
bank kartları vasitəsilə istehlak kreditlərinin təqdiminə başlamışdır. hesabat ilinin sonuna
bu xidmətdən istifadə edən müştərilərin sayı 2764 nəfər, verilmiş kreditlərin həcmi isə
6,2 milyard AZM təşkil etmişdir.
Kommunal xidmətlərin və mobil rabitədən istifadə haqlarının qəbulu üzrə xidmətlərin


Yüklə 12,33 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə