Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə54/86
tarix24.12.2017
ölçüsü2,8 Kb.
#18029
1   ...   50   51   52   53   54   55   56   57   ...   86

Hicri 1225 (1810)-ci ildə ilyarımdan artıq Təbərsəranda qalmış Şeyx 
Əli xan əcdadı Səfəvilər dövründən Şeyx Cüneyd türbəsinin mütəvillisi 
olan həzrəli Xan Butay bəy Hacı Şərif bəy oğlunun təhrikilə gəlib Quba 
əhalisinin çoxunu özünə müttəfiq etdi. Ölkəni almaq və qalanı mühasirə 
etməklə dörd ay məşğul oldu. O, əhalinin bir hissəsini Qrız kəndinə 
köçürüb, yeni bir şəhər salmışdı. Bu zaman polkovnik Lisaneviç rus 
qoşunu,  Şəki və  Şirvan atlılan ilə  gəlib  Şeyx  Əli xanı Çiçi kəndi 
yaxınlığında məğlub edərək ölkədən çıxardı.  Şeyx  Əli xan yenə 
Aqquşaya gedib orada sakin oldu. Damadı Abdulla bəy də, 
Təbərsəranda qala bilməyib onunla birləşdi. 
Bir zaman keçəndən sonra Şeyx  Əli xan Aqquşa  əhalisindən və öz 
təbəələrindən üç minə yaxın bir cəmiyyətlə maneəsiz Üsmi mülkündən 
keçib Təbərsərana gəldi. Rüstəm qadidən sonra qardaşı polkovnik 
Məhəmməd qadi hökumət başına keçmişdi. O, yalnız bir keçidi olan 
Xoçni kəndinin yarımağaclığında bir yerdə  səngər düzəldib müdafiəyə 
başladı. Ləzgilər yürüş etmədilər. Şeyx Əli xan öz nökərləri ilə hücum 
edib səngəri aldı. Məhəmməd qadi qaçdı, Abdulla bəy isə Xoçnidə onun 
yerinə keçdi. 
Şeyx  Əli xanın qayıtmasından iki ay sonra Məhəmməd qadi yenə 
gəlib Abdulla bəyi çıxartdı  və öz yerində  əyləşdi. Xülasə, bir müddət 
Rusiya, Rum (Türkiyə) və  İran hüdudları döyüş meydanı  və xüsusən 
Qarabağ ölkəsi qoşunkeşlik və elat gediş-gəlişinə  məxsus bir sahə 
olmuşdu. 
Hicri 1226 (181 l)-cı ildə general Tormasov Fransa ilə müharibə 
etmək üçün Rusiyaya çağrıldı. General-leytenant markiz Pauliççi onun 
yerinə keçdi. 
Şeyx Əli xan Aqquşa qazisi Əbubəkirin köməyi və İran dövlətindən 
onun adına göndərilən vəsaitlə Aqquşa  əhalisini təkrar müharibəyə 
təhrik etdi. Aqquşa, Mehdili, Təbərsəran və Qaziqumuqdan topladığı 
səkkiz min nəfərə axın bir ordu və II Surxay xanın oğlu Nuh bəylə 
birlikdə Qubanın üstünə  gəldi. Ləzgilər öz atlarını Kürə nahiyəsinin 
Samur çayı  kənarındakı  Məhərrəm kəndindən Təbərsərana qaytardılar. 
Özləri piyada olaraq Cibir kəndinə  gəldilər. Ertəsi gün general-mayor 
Qurnevyev onların üzərinə  hərəkət etdi, lakin Quba bəylərinin ona 
göstərdikləri əlverişli qərb yolunu qoyub şərq tərəfdəki yoldan hücuma 
keçdi. Yolun çətinliyi üzündən məğlub olub Zeyxur kəndinə qayıtdı. 
  
 
170


Şeyx  Əli xan Rustov kəndinə gedib, ölkəni yenə öz itaəti altına 
keçirdi. Yalnız Quba qalası və Zeyxur kəndi rusların əlində qaldı. 
İki aydan artıq keçəndən sonra general-mayor Xatunsev yeni bir 
qüvvə ilə yetişdi. Şeyx Əli xanı Rustov kəndində məğlub edib, ölkədən 
çıxardı. Ləzgilər çox tələfat verdilər. Aqquşa qazisi Əbubəkir də bu 
döyüşdə öldürüldü. General Xatunsev Surxay xanı cəzalandırmaq üçün 
Kürə nahiyəsinə  hərəkət etdi. Surxay xanın qardaşı  oğlu Aslan ağa 
Şahmərdan oğlunu öz yanına çağırdı. O, keçmişdə öz əmisi Surxay 
xanın yanından Rum (Türkiyə) ölkəsinə qaçmış, keçən il Tiflisə  və 
oradan da Qaytağa, üsminin yanına gəlib orada sakin olmuşdu. General 
Xatunsev  Şeyxikənddə  səngər atmış Surxay xanın üzərinə yürüşə 
başladı. Surxay xan məğlub olub Qaziqumuğa qaçdı. Kürə nahiyəsi 
rusların  əlinə keçdi. Aslan ağa polkovniklik rütbəsi və xanlıq ləqəbilə 
buraya hakim təyin edildi. Onu qorumaq üçün də Qurahda bir batalyon 
soldat saxlanıldı. O, hünərli, zabitəli, bədməzac və içki sevən bir əmir 
idi. 
Şeyx Əli xan Qubadan qaçdıqdan sonra bir zaman Sunbat kəndində, 
onun yaxın adamları isə Cümcüqat kəndində olurdular. O, Əbubəkir 
qazinin oğlu Bəhanın köməyi və sair vasitələrlə yenə Aqquşaya gedib 
məskən saldı. 
Həmin ilin axırında, İrana tərəfdar olması qəti zənn edilən polkovnik 
Cəfərqulu ağa Məhəmmədhəsən ağa oğlu həbsə almıb, ruslardan bir 
dəstə piyada və bir neçə  nəfər kazakla Tiflisə göndərildi. Tərtər 
çayından keçərkən Cəfərqulu ağa atının cilovunu soldatın əlindən qapdı, 
özü ilə  bərabər atın sağrısında oturan o biri soldatı suya salaraq, 
Cəbrayıllı elinin arasında qaçdı. Bu xəbər naibüssəl-tənəyə çatan kimi 
Qarabağa gəldi. Əmir xan Qacarı, Cəfərqulu ağa ilə Cəbrayıllı elini və 
Qarabağın sair elatını köçürməyə  məmur etdi. Özü isə topxana və 
sərbazla Sultan Bud səngəri üzərinə gəldi. Burada qarabağlı Mehdiqulu 
xanla bir rus batalyonu var idi. Bunları məğlub edib bir çoxunu öldürdü 
və sağ qalanlarını əsir aldı. Mehdiqulu xan isə qaçıb qurtardı. 
Əmir xan və  Cəfərqulu ağa beş-altı min ailəni Arazdan keçirib 
naibüssəltənə ilə birləşdilər. Naibüssəltənə Qarabağ elatını yerbəyer 
edib, Qaradağ  kəndlərinin hökumətini xanlıq ləqəbilə  Cəfərqulu ağaya 
verdi. Özü də Təbrizə qayıtdı. 
  
 
171


Bu zaman qazıqumuqlu Surxay xan Kürək üzərinə gəldi. Aslan xan 
rus batalyonu ilə gedərək Qurahdan üç ağac yuxarıda Kərxən kəndində 
onu məğlub etdi. Surxay xan da Aslan xanın anasından olan öz oğlu 
Mürtəzaəli ağanı Qaziqumuq hakimliyinə  təyin edib, özü İrana getdi. 
Aslan xan öz ana qardaşının yanına gedib orada sakin oldu. Surxay xan 
bir il sonra İrandan qayıtdı. 
Mürtəzaəli xan Aslan xanın qardaşı  Fətəli ağanı götürüb, müharibə 
bəhanəsilə qarşıya çıxdı. Lakin o, yolda Fətəli ağanı öldürüb öz atası ilə 
birləşdi. Aslanxan Kürəkə qayıtdı. Surxay xan da yenə Qazıqumuğa 
sahib oldu. Surxay xan alim, rəiyyətpərvər və qantökən bir əmir idi. 
Markiz Pauliççi naibüssəltənənin gəlmək xəbərini eşidincə, tam 
sürətlə Qubadan Qarabağa gəldi. O, general Kotlyarevskini Qubada 
qoydu, özü isə Tiflisə getdi. Buradan da qulluqdan çıxarılaraq Rusiyaya 
qayıtdı. General-anşef Rtişşev onun yerinə sərdar göndərildi. 
Hicri 1227 (1812)-ci ilin baharında, naibüssəltənə  şah tərəfindən 
göndərilmiş külli ləvazimat və qoşunla Mişkin qəsəbəsinə varid oldu. 
Əmir xan Qacar sərbaz və topxana ilə bu tərəfdən, sair əsgərlər də onun 
ixtiyarında olaraq Ərkəvan, Zuvand və Astara səmtində Talış Mir 
Mustafa xanı  cəzalandırmaq üçün göndərildi. O yenə  İran dövlətindən 
üz çevirib, rusları öz köməyinə çağırmışdı.  Əmir xan aqustos (avqust) 
ayının 4-də, Ləngərkünana (Lənkərana) çatdı. Ruslar döyüşdən sonra 
Mir Mustafa xanla bərabər Gamışvana çəkildilər.  İranlılar Gamışvanın 
qarşısında səngər və bürclər düzəltdilər.  İki aya yaxın dənizdən və 
sahildən atışma davam etdi. Gamışvanı almaq mümkün olmadı. 
Naibüssəltənənin  əmrilə  Ləngərkünanda (Lənkəranda),  Ərkəvanda və 
Astarada üç qala tikildi və bu qalalara mühafizlər, topxana və azuqə 
təyin olundu. Qalan qoşun isə geri qayıtdı. 
Bu zaman ingilis elçisi ser Qrozli vasitəsilə barışıq söhbəti araya 
atıldı. Rus sərdarı naibüssəltənə ilə Arazın kənarında danışığa başladı. 
Lakin bu danışıq bir nəticə vermədi. Sərdar Rtişşev Kotlyarevskini 2000 
soldat və altı topla Arazın kənarında qoyub özü Tiflisə qayıtdı. 
Naibüssəltənə Pirqulu xan və Mirzə  Məhəmməd xan Qacarı  və 
Əlimərdan xan Xəmsəni atlı  dəstələrilə Sultanhasardan Şəki ölkəsinə 
göndərdi. Özü də sərbaz və topxana ilə Aslandüz adlı yerə gəldi. Sadıq 
xan Qacarı və Cəfərqulu ağanı, eli köçürtmək üçün Qarabağa göndərdi. 
Ağoğlanda dayanan general Kotlyarevski gecə 
  
 
172


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə