Azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


    Fəsil III. Azərbaycan fond bazarlarının problemləri



Yüklə 1,1 Mb.
Pdf görüntüsü
səhifə15/23
tarix20.09.2018
ölçüsü1,1 Mb.
#69415
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

43

 

 



Fəsil III. Azərbaycan fond bazarlarının problemləri. 

3.1. Azərbaycanda qiymətli kağızlar bazarının hazırki durumu. 

 

Müasir 


dövrdə 

respublikamızın 

qiymətli 

kağızlar 

bazarı 

bəzi 


çatıçmamazlıqlarına  baxmayaraq  inkişaf  etməyə  davam  edir.  Nəzərə  alsaq  ki, 

Azərbaycanda bu bazarın formalaşması üçün əsas qanunverici-normativ və təşkilati-

hüquqi baza 1999-2000-ci illərdə yaranıb, o vaxtdan 7-8 il ərzində görülən tədbirləri 

qiymətli  kağızlar  bazarının  inkişafı  üçün  uğurlu  bir  dövr  adlandırmaq  olar.  Bu 

müddət ərzində bubunla bağlı bir çox normativ-hüquqi sənədlər qəbul olnmuş, yeni 

tənzimləyici  və  digər  orqanlar  təsis  edilmiş,  bir  çox  layihələr  həyata  keçirilmişdir. 

Göstərilənlər fond bazarının respublikamızın müstəqillik dövrünə aid hissəsini əhatə 

edir.  Lakin  ümumilikdə  Azərbaycanda  qiymətli  kağızlar  bazarının  yaranması  XIX 

əsrin  sonu  XX  əsrin  əvvəllərinə  təsadüf  edir.  Ölkəmizdə  ilk  səhmlər  1913-cü  ildə 

Bakı  Tacir  Bankının  nizamnaməsinin  təsdiq  edilməsi  ilə  buraxılmışdır.  Bu  bankın 

əsas  səhmdarları  Azərbaycanın  tanınmış  sahibkarları-şuranın  sədri  H.Z.Tağıev, 

üzvləri M.Ş.Əsədullayev, M.Nağıyev, M.Muxtarov və başqaları olmuşlar. XX əsrin 

ilk  iki  onilliyində  Bakıda  bir  sıra  səhmdar  cəmiyyətləri  fəaliyyət  göstərmişdir. 

Onlardan  "Neft  məhsulları  səhmdar  cəmiyyəti",  "Bül-Bülə  neft  və  ticarət  səhmdar 

cəmiyyəti",  "Balaxanı-Zabrat  neft  istehsalı  səhmdar  cəmiyyəti"  və  digərlərini  qeyd 

etmək  olar.  Hələ  1900-cu  ilin  "Kaspi"  qəzetinin  səhifələrində  veksel  islahatı 

haqqındakı məqalələrdə bu qiymətli kağızın o zaman geniş istifadəsi və labüdlüyünü 

təsdiq  edən  maraqlı  məlumatlar  dərc  olunurdu.  Həmin  dövrdə  Bakı  Tacir  Bankı  və 

Bakıda  fəaliyyət  göstərən  digər  banklar  tərəfindən  veksellər  və  faiz  kağızları 

buraxılmışdır.  Veksellərdən  ödəniş  prosesində  və  borc  münasibətlərinin 

formalaşmasında  geniş  istifadə  olunmuşdur.  Veksel  bazarı  Azərbaycan  Demokratik 

Respublikası  dövründə  də  inkişaf  etmiş,  lakin  Sovet  hakimiyyəti  dövründə 

məhdudlaşdırılmışdır.Sovet  Azərbaycanında    dövriyyədə  olan  əsas  qiymətli  kağız 

uduşlu dövlət istiqrazları və veksellər (kommersiya kreditləri) olmuşdur. Müstəqillik 

əldə etdikdən sonra respublikamız bazar iqtisadiyyatına keçidlə əlaqədar, bu sistemin 



44

 

 



əsas  sahəsi  olan  qiymətli  kağızlar  bazarının  yaradılması  və  inkişafına  diqqəti 

artırmağa  başladı.  Bununla  əlaqədar  olaraq  müxtəlif  səviyyələrdə  bir  çox  qanunlar, 

əsasnamələr  qəbul  olundu,  müxtəlif  orqanlar  yaradıldı.  Bütün  bunları  reallaşdırmaq 

üçün  beynəlxalq  təcrübədən  istifadə  etmək  zəruriyyəti  meydana  gəlirdi.  Qeyd  edək 

ki, dünya təcrübəsində bu bazarın inkişafının 3 modeli fərqləndirilir (Cədvəl №3.1. ) : 

 



Qeyri-bank modeli (ABŞ) – vasitəçilər rolunda qiymətli kağızlar üzrə qeyri 

– bank təşkilatlar çıxış edirlər; 

 

Bank modeli (Almaniya) – vasitəçilər rolunda banklar çıxış edir; 



 

qarışıq model (Yaponiya) – vasitəçilər rolunda həm banklar, həm də qeyri 



– bank təşkilatları çıxış edirlər. 

 

Cədvəl № 3.1. Qiymətli kağızlar bazaının inkişaf modelləri. 

İnkişaf modelləri 

Amerikan inkişaf üsulu 

Alman inkişaf üsulu 

İnvestisiyaların mənbəyi  

Xarici investorlar  

Daxili investorlar  

Əsas inkişaf olunan təşkilatlar  

İnvestisiya 

bankları, 

investisiya 

fondları,  qeyri-dövlət  pensiya  fondları 

və s. 

Kommersiya 



bankları  

Tənzimlənmə modeli 

Əsasən özünü tənzimləyan təşkilatları  Əsasən dövlət  

Mütəşəkkil 

bazarda 

(birjada) 

aparılan əməliyyatların nisbəti 

       Böyük  

Kiçik  

Emitentlər  baxımından  bazarın 



strukturu 

Əsasən dövlət qiymətli kağızları  

Əsasən 

korporativ 



qiymətli kağızlar  

Özəl 


sektorunun 

maliyyələşdirilməsi 

baxımından 

bazarın strukturu  

Əsasən pay qiymətli kağızları 

Əsasən borc qiymətli 

kağızları  

 

Respublikamızın  fond  bazarının  ilk  dövrlərdə  alman  modelinə  uyğun 



gəlməsinə baxmayaraq, hazırda o, qarışıq modelə daha yaxındır. 

15 dekabr1992-ci ildə qiymətli kağızlar bazarının yaranmasına şərait yaradan, 

ölkədə    sahibkarlığın  prinsiplərini,  sahibkarlıq  subyektlərinin  hüquq  və  vəzifələrini, 



45

 

 



onun  dövlət  tərəfindən  müdafiə  və  təqdir  olunmasının  forma  və  üsullarını, 

sahibkarların  dövlət  orqanları  ilə  qarşılıqlı  münasibətlərini  müəyyənləşdirmək 

məqsədilə “Sahibkarlıq fəaliyyəti haqqında” Qanun qəbul edildi. 12 iyun 1994-ci ildə 

Milli  Məclis  respublika  ərazisində  səhmdar  cəmiyyətlərinin  yaradılmasını  və 

fəaliyyətini  tənzimləmək,  onların  fəaliyyətinə  hüquqi  təminat  verilməsini  təmin 

etmək məqsədilə  “Səhmdar Cəmiyyəti haqqında” Qanununu qəbul edir. 29 sentyabr 

1995-ci ildə “AR-ında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin 

Dövlət  Proqramı”  təsdiq  edildi.  24  sentyabr1996-cı  ildə  “ATSC-nə  çevrilən  dövlət 

müəssisələrinin  əmək  kollektivinə  güzəştli  satışı haqqında  Əsasnamə”  təsdiq  edildi. 

29  noyabr  1996-cı  ildə  “Dövlət  müəssisələrinin  səhmdar  cəmiyyətlərinə  çevrilməsi 

qaydaları  haqqında  Əsasnamə”  təsdiq  edildi.  Bundan  əlavə  1996-cı  ildə  Nazirlər 

Kabineti  tərəfindən  “DQİ-nin  buraxılışı,  yerləşdirilməsi  və  dövriyyəsi  Qaydaları 

barədə  Əsasnamə”    qəbul  edildi  ki,  ölkədə  istiqraz  bazarının  yaranması  üçün  ilkin 

şəraiti  təmin  etmiş  oldu.  Sonra  14  may  1997-ci  ildə  bir-birinin  ardınca  “Dövlət 

özəlləşdirmə opsionları”, “İxtisaslaşdırılmış çek investisiya fondları (ÇİF) haqqında”, 

“Milli Depozit Sistemi”, “Dövlət müəssisələrinin özəlləşdirilməsi zamanı yaradılmış 

SC-nin və ixtisaslaşdırılmış ÇİF-un səhmdarlarının reyestrlərinin aparılması qaydaları 

haqqında Əsasnamələr”in təsdiq edilməsi  barədə, 16 may 1997-ci ildə “Özəlləşdirmə 

prosesində ixtisaslaşdırılmış investisiya fondlarının formalaşdırılmasına yönəldilməli 

olan  dövlət  müəssisələrinin  çevrilməsi  nəticəsində  yaradılan  SC-lərin  səhmləri 

barədə”  Fərmanlar  imzalandı.  11  avqust  1997-ci  ildə  Nazirlər  Kabineti 

“İxtisaslaşdırılmış  ÇİF-  lərin  nümunəvi  nizamnaməsi”,  “ÇİF-  in  idarə  edilməsi 

barəsində 

müqaviləyə 

dair 

tövsiyyələr” 



və 

“Depozitar 

fəaliyyətinin 

lisenziyalaşdırılması Qaydaları”nı təsdiq etdi. 14 iyul 1998-ci ildə “Qiymətli kağızlar 

haqqında” AR-nın Qanunu qəbul olundu.     

18  sentyabr  1997-ci  il  tarixindən  etibarən  Milli  Depozit  Mərkəzi  (qapalı 

səhmdar cəmiyyəti formasında) öz fəaliyyətinə başladı.  

30  dekabr  1998-ci  ildə  “QKDK-nın  yaradılması  haqqında  Fərman”  imzalndı. 

26 iyul 1999-cı ildə isə “QKDK-nın fəaliyyətinin təmin edilməsi və QKDK haqqında 



Yüklə 1,1 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə