Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə18/20
tarix04.04.2018
ölçüsü0,51 Mb.
#35837
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20

 

59 


Sənaye  mülkiyyəti  anlayışı  təkcə  sənayeyə  yox,  həm  də 

kənd  təsərrüfatı  və  hasilat  sənayesinə  və  sənaye  və  təbiət 

mənşəli  məhsullara:  şəraba,  buğdaya,  tütün  yarpaqlarına, 

meyvələrə,  mal-qaraya,  faydalı  qazıntılara,  mineral  sulara  , 

pivəyə, güllərə, una da şamil edilə bilər. 

İntellektual mülkiyyətin obyektləri müəlliflik hüququnun

patent qanunvericiliyinin və qonşu hüquqların obyektləri hesab 

olunur. 


Qanunvericilikdə  intellektual  mülkiyyətin  sənədləş-

dirilməsi,  ötürülməsi,  qorunması  və  bununla  bağlı  beynəlxalq 

razılaşmaların sənədləşdirilməsi öz əksini tapmalıdır.  

Patent  hər  dövlətin  ixtiraların,  sənaye  nümunələrinin, 

faydalı  modellərin  hüquqi  qorunması  üçün  verdiyi  sənəddir. 

Patent ixtiranı, sənaye nümunəsini, faydalı modeli istifadə edən 

hər  kəsdən  onun  müəllifindən  icazə  alınmasının  vacibliyini 

təsdiq  edir.  Patenti  sahibinin  hüquqları  isə  ölkənin  patent 

qanunvericiliyində  öz  əksini  tapır.  Həmin  qanunvericilikdə 

patentin qüvvədə olma müddəti də göstərilir.  

Patentin sahibi ixtiranın, sənaye nümunəsinin və faydalı 

modelin  müəllifləri,  işəgötürənlər,  müəlliflərin  və  işəgötü-

rənlərin hüquqi varisləri və dövlət ola bilər.  

Qanunvericilik  aktlarında  patent  sahibinin  hüquqları  və 

vəzifələri aşağıdakı şəkildə müəyyən olunur. 

 Vəzifələr: 

-

 

öz hüquqlarından qanuni üsullarla istifadə etmək



-

 

öz  hüquqlarından  istifadə  edərkən  digər  şəxslərin 



hüquqlarını pozmamaq; 

-

 



dəymiş zərəri ödəmək. 

Hüquqlar: 

-

 



patentin mütləq sahibi olmaq

-

 



müdafiə hüququna malik olmaq; 

-

 



digər patent sahiblərindən zorla lisenziya təqdim etməyi 

tələb etmək; 

-

 

patenti digər şəxsə vermək




 

60 


-

 

patenti varislərinə vermək. 



Əvvəlcədən  istifadə  hüququ  ixtiraya  prioritet  arayışı 

alınmazdan  qabaq  eyni  həlli  ixtiranın  müəllifindən  asılı 

olmayaraq  vicdanla  istifadə  etmiş  və  yaxud  ona  hazırlıq 

görmüş  şəxsə  istifadəni  genişləndirmək  şərtilə  verilir.  Bu 

hüquq  digər  hüquqi  və  fiziki  şəxsə  ixtiranın  istifadə  edildiyi 

istehsalatla birgə verilə bilər.  

Patent  qanunvericiliyinə  və  müəllif  hüququna  görə 

yaradıcı  əməyinin  nəticəsi  intellektual  mülkiyyət  olan  şəxs 



müəllif hesab edilir

Müəllif  və  lisenziya  müqaviləsi əsərlərin müəlliflərinin 

və  patent  sahiblərinin  mülkiyyət  hüququnun  verilməsini 

(ötürülməsini) həyata keçirir.  

Mütləq  hüquqların  ötürülməsi  haqqında  müəllif 

müqaviləsi  hüquqların  verdiyi  şəxsə  müqavilədə  göstərilən 

hədlərdə  əsərdən  müəyyən  qaydada  istifadə  etməyə  və  digər 

şəxslərə ondan istifadə etməyi qadağan etməyə icazə verir. Bu 

müqavilə  istifadəçiyə  və  eyni  qaydada  hüquqları  əldə  etmiş 

digər  şəxslərə  mütləq  hüquqların  sahibi  ilə  əsərdən  bərabər 

istifadə etmək hüququ verir.  

Müəllif müqaviləsində əsərdən istifadə üsulları, hüququn 

verildiyi  müddət  və  ərazi,  mükafatın  məbləği,  onun  müəyyən 

edilmə və ödənmə qaydaları göstərilir.  

İxtira  yeni  isə,  ixtira  səviyyəsindədirsə  və  sənayedə 

istifadə  oluna  bilərsə  o  patent  kimi  dövlət  sənədi  ilə  hüquqi 

cəhətdən  qorunur.  İxtira  texnikanın  cari  səviyyəsinə  nisbətən 

məlum  deyilsə,  o  yeni  hesab  olunur.  Əgər  ixtira  bu  sahədəki 

mütəxəssis  üçün  texnikanın  cari  səviyyəsindən  aşkarcasına 

məlum  deyilsə  o  ixtira  səviyyəsinə  malikdir.  Texnikanın 

səviyyəsi  deyəndə  ixtiranın  ərizəsinə  prioritet  verilən  tarixə 

qədər  dünyada  məlum  olan  istənilən  məlumatlar  nəzərdə 

tutulur. İxtira sənayedə, kənd təsərrüfatında, səhiyyədə və digər 

fəaliyyət  sahəsində  istifadə  oluna  bilərsə,  o,  sənayedə  tətbiq 

edilən hesab olunur.  



 

61 


İxtira obyektləri  qurğu, üsul, maddə, mikroorqanizmlər 

stammları,  bitkilərin  və  canlıların  hüceyrələri  və  eləcə  də  bu 

sadalananların yeni təyinatla istifadəsi ola bilər.  

Patent  verilməyən  ixtiralara  elmi  nəzəriyyələr,  riyazi 

üsullar,  təsərrüfatın  təşkili  və  idarə  edilmə  üsulları,  şərti 

işarələr,  cədvəllər,  qaydalar,  əqli  əməliyyatların  aparılma 

üsulları,  alqoritmlər  və  hesablama  maşınlarının  proqramları, 

tikililərin  layihələri  və  planlaşdırma  sxemləri,  məmulatların 

estetik  tələbləri  ödəməyə  yönəldilən  xarici  görünüşünə  aid 

həllər,  inteqral  mikrosxemlərin  topologiyaları,  bitki  növləri  və 

canlı  cinsləri,  ictimai  maraqlara,  humanizm  və  mənəvi 

prinsiplərə zidd olan həllər aid edilir.  



Faydalı model yeni isə və sənayedə istifadə oluna bilərsə 

ona patent verilir. Yenilik deyəndə texnikanın cari səviyyəsinə 

görə modelin məlum olmayan əhəmiyyətli əlamətlərinin olması 

nəzərdə tutulur.  



Sənaye  nümunəsi  yeni  və  orijinal  isə ona patent verilir. 

Yenilik  deyəndə  nümunənin  prioritet  aldığı  tarixə  qədər 

dünyada  məlum  olan  məlumatlarda  nümunənin  əhəmiyyətli 

əlamətlərinin  məlum  olmadığı  nəzərdə  tutulur.  Orijinallıq  isə 

yaradıcı xarakterin biruzə verdiyini nəzərdə tutur.  



İxtiranın,  sənaye  nümunəsinin  və  faydalı  modelin 

müəllifləri  patent  almaq, əgər intellektual mülkiyyət xidməti 

vəzifəsinin  icrası  nəticəsində  yaranarsa  mükafat  almaq,  pozul-

muş  hüquqlarının  bərpasını  və  dəyişmiş  zərərin  ödənilməsini 

tələb etmək hüququn malikdirlər.  



Müəllifin  öz  əsərinə  görə  aşağıdakı  şəxsi  qeyri-mülki 

hüquqları vardır.  

-

 

əsərin müəllifi kimi tanınmaq hüququ; 



-

 

əsərdən  istifadə  etmək  və  müəllifin  əsl  adı,  ləqəbi 



altında və ya anonim istifadəyə icazə vermək hüququ; 

-

 



əsəri yazmaq və yaymağa icazə vermək və eləcə də onu 

geri çağırmaq hüququ; 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə