Azərbaycan Dövlət Neft Akademiyası



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə19/20
tarix04.04.2018
ölçüsü0,51 Mb.
#35837
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20

 

62 


-

 

əsəri, onun adını müəllifin şərəf və ləyaqətinə toxunan 



istənilən təhrifdən qorumaq hüququ. 

Müəllifin  şəxsi  qeyri-mülkiyyət  hüquqları  onun  mülkiy-

yət hüquqlarından asılı olmayaraq əsərdən istifadə üçün mütləq 

hüquqlar digər şəxsə veriləndə də müəllifə mənsub olur. 



 

16. İNTELLEKTUAL MÜLKİYYƏT ÜZƏRİNDƏ 

 MÜƏLLİFLİK HÜQUQU 

 

Müəllif  hüququ  elmi,  ədəbi  və  incəsənət  əsərləri 

üzərində intellektual hüquqdur.  



Əsərin müəllifi: 

-

 



əsər üzərində mütləq hüququ

-

 



müəlliflik hüququ; 

-

 



müəllifin ad üzərində hüququ; 

-

 



əsərin toxunulmazlıq hüququ; 

-

 



əsərin yayılması hüququna malikdir. 

Müəllifə  həm  də  xidməti  əsərin  istifadəsi  üçün  mükafat 

alma,  geriyə  çağırma,  varislik  əldə  etmə,  əsərlə  tanış  olma 

hüquqları verilə bilər.  

Müəllif hüququnun obyektləri aşağıdakılar ola bilər: 

-

 



ədəbi əsərlər; 

-

 



dramatik-musiqili-dramatik və səhnə əsərləri

-

 



xoreoqrafiya əsərləri və pantomimalar; 

-

 



mətnli və ya mətnsiz musiqi əsərləri

-

 



audiovizual əsərlər; 

-

 



 rəsm əsərləri, heykəllər, qrafika, dizayn əsərləri, qrafiki 

hekayələr, komikslər, digər incəsənət əsərləri

-

 

Dekorativ  –tətbiqi  sənət  və  qrafiki  incəsənət  səhnə 



əsərləri; 

-

 



Memarlıq,  şəhərsalma,  bağça-park  sənət  əsərləri 

(layihə, çertyoj və maket şəklində) ; 

-

 

Foto  əsərləri  və  fotoya  analoqlu  üsullarla  alınmış 



əsərlər. 


 

63 


17. ALİ TƏHSİL MÜƏSSİSƏSİNİN İNTELLEKTUAL 

MÜLKİYYƏTİNİN MÜHASİBAT UÇOTUNA DAXİL 

EDİLMƏSİ VƏ İNNOVASIYALI MÜƏSSİSƏNİN 

YARADILMASINA NİZAMNAMƏ KAPİTALI KİMİ 

DAXİL EDİLMƏSİ  

 

Ali təhsil müəssisələri və elmi qurumlar büdcə təşkilatları 

olaraq  onların  əmlakının  sahibinin  razılığı  olmadan,  yuxarı 

orqanların  razılığı  ilə  müstəqil  olaraq  və  ya  digər  hüquqi 

şəxslərlə  birgə  təsərrüfat  birlikləri  yarada  bilərlər.  Bu  hüquqi 

əsaslı  iqtisadi  və  hüquqi  mexanizm  onlara  elmi  nəticələrini 

bazara  çıxarmağa,  yaratdıqları  təsərrüfat  birliklərinin  idarə 

edilməsində və gəlirində iştirak etmək imkanı verir. Bu mexa-

nizm  təkcə  gəlir  əldə  etmək  imkanı  deyil,  ali  təhsil  məktəbi 

üçün həm də sənaye və digər sahələr ilə kadr hazırlığı və elmi 

tədqiqatlar  üzrə  strateji  əməkdaşlığı  dərinləşdirmək  imkanı 

yaradır. 

İntellektual  mülkiyyətin  mühasibat  uçotuna  daxil  edil-

məsi qanunvericilik və hüquqi aktlarla, ali təhsil müəssisəsinin 

keyfiyyət  sisteminin  sənədlər  ilə,  təhsil  sahəsində  normativ  və 

direktiv  sənədlərlə,  rektorun  əmrləri  və  sərəncamları  ilə,  ali 

təhsil  müəssisənin  nizamnaməsi  ilə  və  bu  metodika  ilə  həyata 

keçirilir. 



Metodika  yaradılmış  intellektual  mülkiyyət  obyektlə-

rinin  qeydiyyatı  və  mühasibat  uçotuna  daxil  edilməsi  qay-

dalarını və kiçik innovasiya sahibkarlığının inkişafını mərhələ-

mərhələ izah edir və ali təhsil müəssisəsinə mənsub olan elmi-

texniki  və  intellektual  fəaliyyət  nəticələrinin  tətbiqini,  onların 

hüquqi  cəhətdən qorunmasını və qiymətləndirilməsini nəzərdə 

tutur. 

Ali  təhsil  müəssisələri  yaradılan  təsərrüfat  birliklərinin 



nizamnamə  kapitalına  özünün  intellektual  fəaliyyətinin 

nəticələrini  onlardan  istifadə  olunması  ilə  əlaqədar  lisenziya 

müqavilələri bağlamaqla töhfə verirlər. 



 

64 


Bu  nəticələrə  EHM-lər  üçün  proqramlar,  verilənlər 

bazaları,  ixtiralar,  faydalı  modellər,  sənaye  nümunələri, 

seleksiya  nəticələri,  inteqral  mikrosxemlərin  topologiyaları, 

istehsalat sirləri (nou-haular) aid edilir. 

Bu  zaman  nəticələr  üzərində  mütləq  hüquqlar  ali  təhsil 

müəssisinə mənsub olur. 

Bu işləri tənzimləyən sənədlər “Mülki Məcəllə” , “Büdcə 

Məcəlləsi”,  büdcə  təşkilatlarının  fəaliyyəti  ilə  bağlı  qanun-

vericilik,  sahibkarlıq  fəaliyyəti  ilə  bağlı  qanunvericilik,  elmi-

texniki siyasət üzrə qanunvericilik aktları və digər aktlardır. 

 

Təsərrüfat 

birliklərinin 

yaradılması 

aşağıdakı 

mərhələlərdən ibarətdir: 

-

 



intellektual  fəaliyyətin  nəticələrinin  (İFN)  təhlili  və 

hüquqi cəhətdən qorunması; 

-

 

İFN-ın  mühasibat  uçotuna  daxil  edilməsi  və 



qiymətləndirilməsi; 

-

 



təsərrüfat birliyinin (cəmiyyətinin)  yaradılması haqqına 

qərarın  qəbul  edilməsi  və  nizamnamə  kapitalında  ali  təhsil 

müəssisəsinin payının müəyyən edilməsi; 

-

 



birliyin  (cəmiyyətin)  qeydiyyat,  uçota  götürülməsi  və 

hesabının açılması; 

-

 

İFN-dən  istifadə  hüququnun  verilməsi  üçün  lisenziya 



müqaviləsinin bağlanması; 

-

 



otaqların icarəsi üzrə müsabiqə proseduraların təşkili və 

həyata keçirilməsi

-

 

icarə müqaviləsinin bağlanması. 



 

İFN-ın  təhlili  və  hüquqi  cəhətdən  qorunması  üçün 

aşağıdakı işlər görül-məlidir: 

-

 

ali təhsil müəssisəində İFN-inin inventarlaşdırılması;  



-

 

məqsədəuyğun  qiymətləndirilməsi  və  hüquqi  cəhətdən 



qorunma üsulunun seçilməsi; 

-

 



biznes-planların tərtib edilməsi


Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə