Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə21/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

 
66
Boyat-Bəy ata, həm də  Bəy odu, Tanrı odu» kimi 
açıqlanmışdır(36, 51).  
  Bayat soyunun dünyada məşhur həmişə yaşar, ad-san 
qazanmış nümayəndələri var. 
Harada doğulmasından asılı olmayaraq Füzuli də boyat 
boyundandır. Qarabağın-indiki Ağcəbədinin Boyat kəndindən 
olan Süleyman kişinin oğludur və Iraqa da məhz həmin 
mahaldan köçüb getmişlər.  
M.P.Vaqif, XV əsrdə yaşamış məşhur tarixçi, «Cami-cəm-
ayin»  əsərinin müəllifi Həsən Bayati, XII əsrdə yaşayıb-
yaratmış Bayat Abbas, türk şairi Yəhya Kamal Bayatlı, Səməd 
Vurğun da bu boya mənsubdur.  
Ermənistanın (Qərbi Azərbaycanın)  şimal hissəsində yer-
ləşən, Quqark rayonunun ən qədim kəndlərindən biri də Bayatlar 
kəndidir. 
Şimaldan Ley dağına, qərbdən isə Ağbulağa və Tosmoklı 
ilə  əhatə olunmuşdur. Kəndin qədimliyi xarabalıqları  və  qəbir 
yerlərində aparılmış təsərrüfat işlərində aşkar edilmişdir. Kəndin 
məhv olma səbəbi təbii fəlakətlə, dağ  və qar uçqunu ilə izah 
olunur. 
1988-ci ildən isə «erməni» hökumətinin qərarı və göstərişi 
ilə rayondan azərbaycanlar silah gücünə, qanlı  qırğınlarla 
qovulmuşlar. Bayatlar kəndinin uludan da ulu bir tarixi var. 
Kənd  əhalisinin tarixi kökünü araşdıranda görürük ki, onların 
ulu  əcdadları  qədim türk tayfalarından-oğuzun bayat boyuna 
məxsusdur. 
Bütün bunlar göstərir ki, vaxtı ilə  Qərbi Azərbaycan  əra-
zisində formalaşan Boyatlar kəndinin tarixi, həmin nəslin kökü 
də ora  bağlıdır.  
 
 
 
Ermənistan Azərbaycan Xaricdə 


 
67
Boyatlar Quqark 
r-

Boyat Ağcəbədi Boyat  Türkmə-
nistan 
BAYAT- 
DAĞI 
Pəmbək 
dağ sil-
siləsində 
dağ adı 
 
Boyat Neftçala  Bayat Türkiyə 
BAYAT- 
LAR 
Pəmbək 
bölgəsin-
də  qışlaq 
adı 
Boyat Ucar 
Boyat Iran 
 
2.9. Kazan əsaslı areal etnotoponimlər. 
Kazan türk tayfası bulqarlara mənsubdur. Bulqarlar Vol-
qa-Kama çayı hövzəsində mövcud olmuş Bulqarıstan ərazisində 
yaşamışlar. Onların paytaxt şəhəri Bulqar şəhəri olmuşdur.  
Bulqar dili qədim türk dillərindən «z» əvəzinə «r», «ş» 
əvəzinə «l» səslərinin işlənməsi ilə  fərqlənir; ker//kuz (payız), 
xel//qış (qış): 
Bulqar dilinin yazılı abidələri məlum deyil, yalnız ayrı-ay-
rı sözləri qalmışdır: cal (il) cür (yüz), cirim (iyirmi), citi (yeddi), 
timirəc (dəmirçi), hir (qız), ayıx (ay) və s. Mənbələrə  əsasən 
balqarlar orta əsrlərin  əvvəllərində bir sıra tayfalardan ibarət 
olub- küdvar, çakar, kuriqir, kul, kazan, iskil və s. Azərbaycan 
toponimiyasında, o cümlədən qərbi Azərbaycan 
toponimiyasında öz izini saxlamış bulqar tayfalarından biri 
kazan(qazan) sayılır. Inqilaba qədərki Qafqazda Qazan 
komponentli 24 toponim qeydə alınmışdır. Yalnız Azərbaycanda 
Qazançı adlı 10 kənd olmuşdur (132, 87, 130) . 
Əfqanıstan  ərazisində  Qəzan, Qəzançi (Məzari-şərifdə) 
kənd coğrafi adları qeydə alınmışdır.  
Azərbaycanın Qasım Ismayılov (Goranboy) rayonunda 
Qazanbulaq qəsəbəsi, Cəlilabadda Qazan qala dağı, Cabrayılda 
Qazanzəmi kəndi, Tovuzda Qazangöl gölü, Qazangöl düzü, 


 
68
Yevlaxda Qazanlı, Ordubadda Qazangöldağ dağı qeydə 
alınmışdır. 
«Kitabi-Dədə Qorqud» boylarında «Qazan» komponentli 
aşağıdakı coğrafi adlar işlədilmişdir: -Qazanbulaq, Qazanqoşa 
dağı, Qazanzəmi kəndi, Qazangöl gölü, Qazan gölü, Qazanlı, 
Qazangöldağ dağı. 
Q.Qeybullayeva görə Kazançi, Kazan toponimləri  Şimali 
Qafqazda, Ukraynada, Başqırdıstanda, Qərbi Sibirdə, Iranda, 
Türkiyədə qeydə alınıb. XII əsrə aid mənbədə Ermənistanda Qazan 
qalasının olması qeyd olunmuşdur (44, 135).  
Azərbaycanda etnoqrafik toponimlərin bir qismi ərazimiz-
də  məskun olmuş  qədim türk tayfa və tirələrinin adlarına –çı,-
çi,-çu,-çü peşə, sənət, məşğuliyyət bildirən şəkilçinin qoşulması 
ilə yaranmışdır. Məs: bulqar tayfalarından olan Qazan qəbilə 
tirələrinin məskunlaşdığı yerlər Qazançı adlandırılmışdır. 
Hazırda Azərbaycanın Culfa, Zəngilan, Goranboy rayonlarında 
Qazançı  kənd adları vardır. D.D.Paqirevin «Qafqazın beş 
verstlik xəritəsi»ndən məlum olur ki, XIX əsrin sonu və XX 
əsrin  əvvəllərində Azərbaycanda 10 Qazançı oykonimi 
olmuşdur. Azərbaycanda olan «Qazan» komponentli 
toponimləri aşağıdakı qruplarda birləşdirmək olar.  
1.  Qazan etnonimi ilə yaranan toponimlər: 
-  bu və ya digər yerin təbii şəraiti ilə əlaqədar yaranmış 
oronim və hidronimlər. Məs: Qazanbulaq (Göranboy 
r-nu), Qazangöl (Tovuz rayonu), Qazandağ (Şamaxı r-
nu) Qazandərə (Ismayıllı r-nu və s.)  
-  müəyyən təsadüfi hadisə ilə bağlı olanlar: Qa-
zandurmaz (Xanlar rayonu), Qazanuçan (Ermənistan) 
və s. 
Azərbaycanda Qazanbatan (Saatlı, kənd), Qazanbulaq 
(Goranboy, qəsəbə), Qazanqoşa (Cəlilabad, zirvə), Qazandağ 
(Şamaxı, dağ), Qazanzəmi (Cəbrayıl, kənd), Qazangöl 
(Ordubad, Tovuz, göl), Qazangül ( Zaqatala, qəsəbə), Qazanlı 


 
69
(Yevlax, zirvə), Qazançı (Goranboy, düzənlik; Zəngilan, 
Ağdam, kənd) (9, 112-113).  
E.Q.Mirəliyev «Qazan» sözünün semantikasını belə açır: 
kənarlardan nisbətən hündür olan çökək sahə. K.Bəşirova görə 
«Qazan» sözünün birinci hissəsi köməkçi məzmun daşıyır. 
Dilçilik  ədəbiyyatında «Qaz» və ya «Qazı» sözü uca, yüksək 
kimi mənalandırılır. Oğuz atalar sözlərində isə bu söz «qadı» 
kimi işlənərək sərkərdə, qəhrəman anlamını verir. 
Dialektoloci lüğətdə «Qazı-qazı» sözbirləşməsi «yekə-
yekə» və ya «böyük-böyük» kimi izah edilir. Yeri gəlmişkən 
deyək ki, «qazı» Azərbaycan sözünün şəriət hakimi mənasında 
ərəb mənşəli «Qazi» sözü ilə heç bir əlaqəsi yoxdur. «Qazan» 
sözünün 2-ci hissəsi «an» isə adyaratma baxımından  əlamət 
məzmunlu şəkilçi kimi çıxış edir. Deməli, «Qazan» şəxs adı uca, 
yüksək (şəxs) anlamındadır (34, 176-177). 
Ermənistan  ərazisindəki türk mənşəli etnotoponimlər 
arasında Qazançı adlanan altı  kənd və iki dağ da vardır. Er-
mənistanın Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur 
(Indiki Sisyan mahalında) qəzasında Qazanşı  kəndi olmuşdur. 
Bu etnotoponimin əsasında da kazan (qazan) etnonimi durur. – 
şı  şəkilçisi isə – çı  şəkilçisinin bulqar dilinə uyğun variantıdır. 
Ermənistanda Qazanlıqdərə  kəndi və Qazangöl gölü də qeydə 
alınmışdır. Qazan əsaslı bu etnotoponimlərinə Qərbi Azərbaycan 
ərazisinin müxtəlif yerlərində rast gəlinməsi onun areal 
etnotoponim olduğunu və yalnız Ermənistan və Azərbaycan 
ərazisində deyil, türk tayfalarının yaşadıqları bir çox regionlarda 
özünü göstərdiyini faktlarla sübuta yetirir. Buradan belə  nəticə 
çıxır ki, qədim oğuz yurdu Ermənistanda bulqar türk tayfaları da 
geniş məskən salıbmış.  
 
2.10. Karkın əsaslı areal etnotoponimlər. 
Karkın tayfası. «Qarxun» adını ilk dəfə araşdıran tarixçi-
toponimist Q.Qeybullayev bu toponimin karkın adlı türk tayfası 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə