Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə33/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   29   30   31   32   33   34   35   36   ...   41

 
109
Körpüqulaş, Tovuzgönlü, Xazarabert, Xınzirək. Xınzırək, 
Şurakuz Çiryuxla, Çirmanis, Camışcur,  Şəkikan,  Şuraqel, 
Tavusköklü. Kolagirən, Gölçiqin, Əlikuçək, Manntaşkəsən, 
Qaraçamux, Basarkeçər, Ağzıqanlı, 
Əliqızıl, 
Əliqırıq, 
Əlikəmərli, Itqıran, Qasıməli, Şorəli, Qursalı 
Göründüyü kimi mürəkkəb etnotoponimlər tərkibinlərin-
dəki komponentə görə müəyyən qruplara bölünürlər. Bu kom-
ponentlərin ümumiyyətlə mürəkkəb toponimlərin tərkibində rast 
gələn komponentlərlə müqaisəsi göstərir ki, tərkib elementlərinə 
görə  əsaslı  fərqlər demək olar ki, yoxdur. Mürəkkəb 
toponimlərin komponenti kimi çıxış edən kənd, dağ, təpə, dərə, 
daş, boz, sarı, qara, bəy, xan, hacı, qurd, qıraq, qışlaq, kəmər və 
sair mürəkkəb etnotoponimlərdə  də  işlənir. Bilavaistə 
etnotoponimlə bağlı olan əsaslı  fərqli cəhət mürəkkəb 
etnotoponimlərdə komponentlərdən birinin etnosun adını 
bildirməsindən irəli gəlir. Bu isə belə bir nəticə  çıxarmağa 
imkan verir ki, toponimlərin yaranmasında və düzəldilməsində 
ümumi bir proses əsasdır. Linqvistik təhlildən aydın olur ki, 
toponimlərin düzəlməsində  iştirak edən dil vasitələri eynilik 
təşkil edir. Digər dil vahidlərindən fərqli olaraq onomastikada 
onomastik vahidlərin yaranmasında  müəyyən formantlardan 
istifadə olunması da özünü göstərir. Bu da xüsusi leksika üçün 
ümumi bir cəhətdir. Məsələn, terminlərin yaranmasında dilin öz 
sözdüzəltmə vasitələri ilə yanaşı terminelementlərdən istifadə 
edilir. Yuxarıda nəzərdən keçirilmiş mürəkkəb 
etnotoponimlərdə  hələlik ayırmaq mümkün olan bir 
etnotopoformant nəzərə çarpır. Bu etnotopoformant el sözüdür. 
Boşneli, Boznəli, Qasıməli, 
Şorəli, Qursalı tipli 
etnotoponimlərin tərkibindəki alı,  əli, eli komponentinin 
əsasında el sözü durur. Biz belə hesab edirik ki, bu söz 
etnotopoformant kimi qəbul oluna bilər. 
 
Quruluşca çoxkomponentli olan etnotoponimlər.   


 
110
Ermənistanın türk mənşəli toponimlərinin böyük bir his-
səsi çoxkomponentli toponimlərdir. Bununla yanaşı qeyd etmək 
lazımdır ki, komponentlərin bir qismi eyni qəbildən olub böyük, 
kiçik, aşağı, yuxarı, baş, qıraq sözlərinin sadə, düzəltmə  və 
mürəkkəb toponimə artırılması ilə düzəlmişdir. Çoxkomponentli 
toponimlər tarixi inkişafın müəyyən mərhələsində müxtəlif 
səbəblərdən yaranmışdır.  Əsas səbəb  əhalinin miqrasiyası ilə 
əlaqələndirilə bilər.  Əvvəlki fəsildə qeyd olunduğu kimi 
miqrasiyanın özü müxtəlif səbəblərdən irəli gəlir. Daha qədim 
dövrə getdikcə miqrasiyanın  əhalinin müəyyən  ərazidə 
artmasının yeni yaşayış  məskənlərinin yaranması ilə 
nəticələndiyi aydın hiss olunur. Şübhə yoxdur ki, aşağı, yuxarı, 
böyük, kiçik, baş  və bu qəbildən olan sözlərin artırılması ilə 
düzələn toponimlər kəndlərin, yaxud yaşayış  məntəqələrinin 
böyüyüb iki yerə bölünməsi ilə yaranmışdır. Burada miqrasiya 
məsafəcə uzağa deyil, yaxın  ərazilərə olmuşdur. Göstərilən 
qaydada yaranmış Ermənistan  ərazisindəki türk mənşəli to-po-
nimlərə aid külli miqdarda nümunələr gətirmək mümkündür. 
Məsələn, Aşağı Adyaman, Aşağı Aylanlı, Aşağı Alçalı, Aşağı 
Axta, Aşağı  Ağbaş, Aşağı  Ağcaqala, Aşağı Qanlıca, Aşağı 
Qarabağlar, Aşağı Qaraqoymaz, Aşağı Qaranlıq, Aşağı Qarxun, 
Aşağı Quylasar, Kolanlı Aralıx, Aşağı Dvin, Aşağı Zağalı, 
Aşağı Necili, Aşağı Pirtikən, Aşağı pürülü, Aşağı Türkmənli, 
Aşağı Gözəldərə, Baş Abran, Böyük Arıxvəli, Böyük Vedi, 
Böyük Qarakilsə, Böyük Qaragün, Böyük Keyti, Böyük 
Kəpənək, Böyük məzrə, Böyük Şiştəpə, Böyük Şöllü-Dəmirçi, 
Böyük  Şəhriyar, Böyük Camışlı, Böyük Gilanlar kəndi, Yeni 
Bəyazid, Yuxarı Adyaman, Yuxarı Aylanlı, Yuxarı  Ağbaş, 
Yuxarı  Ağdan, Yuxarı  Ağcaqala, Yuxarı Qanlıca, Yuxarı 
Qaraqoymaz, Yuxarı Qarxun, Yuxarı Quylasar (Kuylasar), 
Yuxarı Kürdkənd, Yuxarı Necili, Yuxarı Pirtikən, Kiçik 
Arıxvəli, Kiçik Qarakilsə, Kiçik Keti, Kiçik Kəpənək, Kiçik 
Mirzə, Kiçik Şiştəpə, Kiçik Şorlu Dəmirçi, Kiçik Şəhriyar, 
Kiçik Gilanlar. 


 
111
Tədqiqat quruluşca çoxkomponentli olan etnotoponimlər 
əsasında aparıldıqda da oxşar nəticələr alınır. Daha doğrusu 
yuxarıdakı nümunələrdən qurluşca çoxkomponentli olan 
etnotoponimləri ayırsaq görərik ki, bu toponimlər ümumi 
mənzərədən kənara çıxmır. Yenə də yuxarı, aşağı, böyük, kiçik 
komponentlərinin işlənməsinin  şahidi oluruq. Bu da təbiidir. 
Çünki bütün hallarda söhbət yer adlarından gedir. Istiqamət, 
ölçü bildirən sözlər belə yer adlarının bir-birindən ayrılması, 
fərqləndirilməsi üçün istifadə edilmişdir. 
Maraqlıdır ki, Ermənistan ərazisində bir komponenti Mol-
la və ya Hacı sözləri olan toponimlər də az deyildir. Məsələn, 
Molla Bayazet, Molla Bədəl, Molla Dursun, Molla Eyyublu, 
Molla Musa, Molla Göyçə və s. 
Tərkibində Hacı komponenti olan toponimlər də müəyyən 
çəkiyə malikdir. Məsələn, Hacı Bayram, Hacı Qara, Hacı Qara, 
Hacı Muğan, Hacı  Nəzər, Hacı  Xəlil və s. Təbii ki, bu 
komponentlər etnotoponimlərin tərkibində işlənmir. Çünki hacı, 
molla komponentləri konkret fərdlərlə bağlı  işlədilir. 
Etnotoponimlər isə  fərdə deyil etnosa aiddir və daha ümumi 
məzmun kəsb edir. Beləliklə, etnotoponimlər və etnotoponim 
olmayan toponimlərdə bir fərq özünü göstərir. Etnotoponim 
olmayan toponimlərin müəyyən qismi konkret fərdlə bağlı 
informasiya  əsasında da yarana bilirsə, etnotoponimlər belə 
konkretləşmiş informasiya daşımır. 
Tərkibində hacı, molla komponentləri olan toponimlər söz 
birləşməsi  şəklindədir. Mürəkkəb toponimləri təhlil edərkən, 
tərkibində yuxarıda qeyd olunmuş sözlərin işləndiyi 
toponimlərin qeydə alınması faktı ilə üzləşmişdik. 
Ermənistan ərazisindəki türk mənşəli toponimlərin bir his-
səsi relyefin xüsusiyyətlərini özündə ifadə edir. Məsələn, Alaçıq 
qaya, Boz yoxuş, Qızıl təpə, Kaha binası, Keçəl təpə, Kişmiş 
bulaq və s. 
Axund Bzovan, Vəli Ağalı, Qızıl Teymur, Nəcəfli binası, 
Polad Ayrım, Türk Qarakilsəsi, Şorlu Mehmandar, Heydər bəy, 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə