Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə23/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   19   20   21   22   23   24   25   26   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

50 


 

dilimiz


ə çevirmişdir. Mirtemir hər misranın, hər bəndin, hər şeirin tərcüməsi üçün 

saatlarla vaxt s

ərf edərdi. Özünə haqq qazandırıb belə deyərdi:  

– Bu, el


ə-belə şair deyil, bala, Səməd Vurğundur. Nə onunla, nə də onun şe-

irl


əri ilə zarafat etmək olmaz. Oxucularımız onu ana dillərində oxuyanda qoy de-

m

əsinlər ki, böyük şairi kiçiltmişəm. Mirtemir Səməd Vurğunu bu cur ülvi bir mə-



h

əbbətlə sevirdi. Onun ölməz sənəti qarşısında səcdə edirdi" (11, s. 66-67).  

Ədəbiyyatlarımız arasında oxşar cəhətlər çoxdur. Xalqlarımızın mənəvi yax-

ınlığı son dərəcə qüvvətlidir. Özbək yazıçı və şairləri Azərbaycan ədəbiyyatını ya-

xından izləyir, ona sonsuz maraq göstərirlər. Məsələn, gözəl istedad sahibi Mirte-

mirin yaradıcılığını izlədikcə adama elə gəlir ki, Özbəkistanda deyil, Azərbaycanda 

ya

şayıb-yaradır. Onun respublikamızda onlarca ədib dostu vardır. Şairin poeziyası 



il

ə tanış olduqdan sonra bir daha inanırsan ki, Mirtemir xalqımızın həyatına çox ya-

xından bələddir, ədəbiyyatımıza dərin məhəbbət bəsləyir. Xalqlarımızın ədəbi əla-

q

ələrinin möhkəmlənməsində Nərmurad Nərzullayevin də böyük xidmətləri vardır. 



O, h

əm yaxşı şair, səmimi dost, həm də geniş ürək sahibi olan insandır. N. Nərzul-

layev Özb

əkistanda Azərbaycan  ədəbiyyatının  təbliğində  çox xeyirxah fəaliyyət 

göst

əribdir.  Özbək  ədiblərindən  İbrahim Qafurov,  Camal Kamal,  Çərkəz  Əli, 



M

əmməd Əli də bu sahədə təqdirəlayiq və faydalı iş görürlər. Qardaş respublikada 

ədəbiyyatımızın  təbliğində  böyük zəhməti  olan  Şərqiyyə  Şıxəliyevanın  adını 

xüsusil


ə  qeyd edə  bilərik.  O,  özbək müəlliflərinin  əsərlərinin Azərbaycan dilinə 

s

ətri tərcüməsində ciddi əmək sərf edir (12).  



Özb

ək  ədəbiyyatının  böyük tədqiqatçısı  və  tərcüməçisi Xəlil Rza Ulutürk 

"Günd

əliy"indən bir yarpaq qoparıb "Turan çələngi"nin 110-cu səhifəsinə belə ya-



zıb:  "Dünəndən bəri  Daşkəndin yaxınlığında Dorman qəsəbəsində,  yaradıcılıq 

evind


əyəm.  Şair qardaşımız  Rəzzaq  Əbdürrəşid  ilə  tanış  oluram.  Bu kişi  Səməd 

Vur


ğunun "Komsomol" poemasını, "Mən tələsmirəm", "Şair, nə tez qocaldın sən?" 

şeirlərini, "Əgər səndən dönər isəm, nəsibəm ahu-zar olsun" qəzəlini özbək türkcə-

sin

ə uyğunlaşdırmış şairdir". Professor, filologiya elmləri doktoru, məşhur özbək 



ədəbiyyatşünas alimi Ləziz Kəyumovun qeydlərindəndir: "1978-ci il idi. Gənc nəs-

lin nümay

əndəsi Rəzzaq Əbdürrəşidovun tərcüməsində Səməd Vurğunun yeni bir 

kita


bı özbək dilində çapdan çıxmışdır” (10). Professor Naim Qaibov yazır ki, “Rəz-

zaq Əbdürrəşid Daşkənddə əbədiyyatımızın cəfakeşlərindən biridir. Ötən il 1978-ci 

ild

ə özbək oxucuları onun tərcüməsində Səməd Vurğunun "Seçilmiş əsərləri"ni bö-



yük maraqla qar

şılamışlar” (14). Xəlil Rza "Turan çələngi"ndə Rəzzaq Əbdürrəşi-

din "Şeirə dönmüş ürək" adlı sənədli radiopyesini (böyük Azərbaycan şairi Səməd 

Vur


ğun haqqındadır) – tərcümə edərək oxuculara çatdırır (6, s. 140-158). Bu radi-

opyesd


əki hadisələr Səməd, Mehdi, Nənə, Leyla, qadın, Aşıq Şəmşir və təbib ob-

razla


rının dili ilə söylənir. Əsərdə Səmədin şanlı-şöhrətli, uca göylərə yayılan sora-

ğından danışılır. Xəstəliyi ilə mübarizəsi, qardaşı Mehdixanın onu yoxlamağa gəl-

m

əsi, Səmədin onun vasitəsilə kənddən-kəsəkdən, eldən-obadan xəbər tutması, xə-



yal

ən gənclik illərinə dönərək sevdalı günlərindən söhbət açması, nənəsi ilə dərd-

l

əşməsi,  Dədə  Şəmşirlə  görüşü,  saz tutub-söz  qoşması  radiopyesin süjet xəttini 



t

əşkli edir. Bütün bu söhbətlər, görüşlərarası yeri gələn məqamlarda müəllifin həm 

d

ə  Səməd Vurğun  şeirlərindən istifadə  etməsi  əsəri dolğunlaşdırır,  poetikləşdirir, 



dinl

əyiciyə xoş ovqat bəxş edir. Burada bəzən Molla Pənah Vaqifin, Dədə Şəmşi-

rin, 

Aşıq Ələsgərin də şeirlərindən istifadə olunmuşdur. Əsərin ümumi məzmunun-



dan ay

dın  olur  ki,  müəllif  –  Rəzzaq  Əbdürrəşid  Azərbaycan  ədəbiyyatını,  onun 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

51 


 

görk


əmli nümayəndələrini və  onların  yaradıcılıqlarını,  həyat və  fəaliyyətini,  el 

deyiml


ərini, təbiətini, insanlarının xarakterini gözəl bilir və bütün bunları Səməd 

şəxsiyyətinə,  Səməd  şeirinə  məhəbbəti ilə  cilalayaraq gözəl bir kompozisiya – 

radiopyes  yaratmışdır.  Xəlil Rza isə  həmin  əsəri  böyük  şövqlə  dilimizə  tərcümə 

ed

ərək «Turan çələngi»ndə nəşr etdirmişdir.  



Muq

ımidən,  Firqətdən  başlamış  Hüseyn  Cavidə  və  Səməd Vurğuna  qədər

Nizamid

ən, Şekspirdən başlamış Puşkinə və Mayakovskiyə qədər özbək, rus, Azər-



baycan v

ə dünya ədəbiyyatının müxtəlif nümayəndələri haqqında yazdığı 300-dən 

ar

tıq elmi məqalə Maqsud Şeyxzadəni qüdrətli alim, incə şeirşünas və ədəbiyyatşü-



nas alim kimi ta

nıtmışdır. Bu sırada Səməd Vurğunun "Zəncinin arzuları" poeması-

na münasib

əti də göstərə bilərik. Özbək alimi Möhsün Zakirov deyir: "...M. Şeyx-

zad

ənin bədii tərcümə sahəsindəki fəaliyyətinin özü ayrıca bir kitabxana təşkil edir 



ki, bu meydanda da o, özün

əməxsus ədəbi məktəbin yaradıcısıdır." (6, s. 609). Şöh-

r

ətin "Yenə gəldim..." (tərcümə edəni Əhəd Muxtar) şeirində gerçək yaşantının po-



etikt ifad

əsi təcəssüm olunub. Gənclik illərinin xoş xatirələri-bəxtəvər, sevgili gün-

l

əri, qaragöz Bakı gözəlinə olan eşqi, sədaqəti Bakıya qonaq gələn lirik "mən"in 



q

əlbini təlatümləndirir,  coşdurur.  Xoş  duyğular,  arzular xəyalında uzaq illərinə 

uçur, ömrünün – h

əyatının ən şirin anlarına dolur və bütün bunları bir nəğmə öm-

ründ

ə  tarixləşdirir,  əbədiləşdirir.  Onun  şeiriyyət dili də  yaşantıları  qədər adama 



əziz, doğmadır. Ustad Səməd Vurğunu o illərin boyunda bir daha xatırlayır –  

S

əməd Vurğun o çağlarda coşub-daşırdı,  



Yeni h

əyat quranlara şeir qoşurdu.  

Kürsül

ərə sığışmırdı coşğun ilhamı,  



Öz elin

ə, öz yurduna vurğun ilhamı. (6, s. 17)  

 

G

əncliyinin dillər  əzbəri  şair Səməd Vurğunun olması  onun  "lirik mən"in 



poetik  al

əminə  təsirsiz qala  bilməzdi.  Bu təsiri onun bədii ifadəliliyində,  mövzu 

r

əngarəngliyində, bədii-estetik baxışlarında, təbiətə məhəbbət duyğularında sezmə-



m

ək mümkün deyil. Şöhrətin "Səməd Vurğunla" (tərcümə edəni Əhəd Muxtar) şei-

ri "Ulduz" (15) jurna

lında dərc olunmuşdur. Şeirdə ustad sənətkara özbək şagirdi-

nin q

əlbindən, bağrından qopan ilahi poetik düşüncələr, ülvi məhəbbət  əks olun-



muşdur.  

Özb


ək şairi Nərmurad Nərzullayev yazır: "İndi biz böyük hörmət və məhəb-

b

ət  əlaməti olaraq Həmzə  ilə  Sabirin,  Cəfər Cabbarlı  və  Səməd Vurğunla Qafur 



Qula

mın, Süleyman Rüstəmlə Aybəyin adını yanaşı çəkirik. Görkəmli alim və sə-

n

ətkarlarımızdan fəlsəfə elmləri doktoru, Özbəktstan EA akademiki Vahid Zahidov, 



Özb

əkistanın xalq şairi Mirtemir, SSRİ xalq artisti Həlimə Nəsirova və başqalarının 

şöhrət yolu bilavasitə Bakıdan başlanır. Onların hamısı burada təhsil almış və respu-

bilka


mıza qayıtmışlar" (12). Nərmurad Nərzullayevin şair dostu Cabir Novruza həsr 

etdiyi "G

əzirəm qoynunda" (tərcümə Əhəd Muxtarındır) şeirində (1,s.74) şərq şeiriy-

y

ətinin nəfəsi, ahəngi duyulur. Şairin poetik obrazı gözəl Bakı, Azərbaycanın füsun-



kar t

əbiəti, tarixi şəxsiyyətləri – Nəvai, Nəsimi və Səməd Vurğundur.  

 

Şöhrəti əbədi, eşqi əzəli,  



N

əfəsi günəşli yazı andırır.  

Füzuli babanın odlu qəzəli.  

Yen


ə ürəkləri qanadlandırır. 


Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə