Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə40/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   36   37   38   39   40   41   42   43   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

85 


 

literature. A prominent orinetalist Ziya Bunyadov rightfully notes in the Preface written to 

Vilayat Jafarov’s translation of The Bride of Fargana  that “… an Azerbaijani reader will 

derive a great aesthetic pleasure and more accurate historical information from this novel”. 

But the fact that a religious judge tells Dirgam “Babak al-Kurrami has rebelled against 

Amir al-Ma’mun in Armaniya” shows that there were some references to inaccurate Arabic 

sources.  

Key words: 

The Khurramite movement, Babak, the Arabic Caliphate, Arabic 

literature, The Bride of Fargana

 

 



 

 


AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

86 


 

ZİYA GÖKALPIN TURANÇILIQ GÖRÜŞLƏRİNDƏ AZƏRBAYCAN 

 

CAVİDƏ MƏMMƏDOVA fil. f. d. 

(AMEA / Az

ərbaycan) 

 

XX 


əsrin  əvvəllərində  Azərbaycanda  olduğu  kimi  Türkiyədə  də  gərgin 

ictimai-siyasi v

əziyyətin  doğurduğu  ziddiyyətlər siyasi-ideoloji  qarşıdurmalar  və 

m

əfkurə mübarizələri şəklində təzahür etməkdə idi. Zahirən bu iki ölkədəki ictimai 



durum, siyasi probleml

ər fərqli olmuş olsa da, əslində, mahiyyət etibariləeyni məna 

k

əsb edirdi. Başqa sözlə desək, daxili və xarici siyasətdəki problemlərin, dövlətçi-



lik üçün yaranmış təhlükənin arxasında dayanan daha ciddi məsələ türk millətinin 

birm


ənalı  şəkildə  məhv edilməsinə  yönəlmiş  siyasətin  mövcudluğu  idi.  Bu 

t

əhlükəni duyan Azərbaycan və Türkiyə aydınları milləti bir ideologiya ətrafında 



birl

əşdirmək, eyni məfkurə uğrunda mübarizə meydanına toplamaq cəhdi ilə ideya 

savaşına qalxdılar.  

 Böyük müt

əfəkkir,  həkim,  şair,  ideoloq  Əli  bəy Hüseynzadə  ilk olaraq 

türkçülük ideyasını irəli sürərək millətin mübarizə və xilas yolunu anlatmış oldu. 

Böyük müt

əfəkkirin “Türkləşmək, islamlaşmaq, avropalaşmaq” təlimi az bir zaman 

içind

ə  Türkiyə  ictimai fikrini öz çevrəsinə  alaraq Türkiyədə  də  yeni tipli,  bitkin 



mill

ət  düşüncəsi  yaratdı,  daha mükəmməl müdafiə  və  mübarizə  üsullarını  təlim 

etdi.  Bu günkü qüdr

ətli Türk Cümhuriyyətinin  banisi  Atatürk  “Ətimin  və 

sümüyümün atası Əli Rza əfəndidirsə, fikrimin atası Ziya Gökalpdır” dediyi halda, 

Ziya  Gökalp  “Əli  bəy Hüseynzadənin  üçlü  düsturu  bütün  türk  dünyasında  yeni 

üfüql

ər açdı” deyirdi. Eyni zamanda, “Bay Mehmet Tevfiqin Əli bəy tərəfindən də 



d

əyərləndirilən yazısında bildirdiyi kimi, Ziya Gökalp ilk şüurlu milliyyət fikrini 

Əli bəy Hüseynzadədən iqtibas edən zümrə içərisində idi” (1, 113).  

Ə.  Hüseynzadənin  anlatmış  olduğu  qurtuluş  ideyasından  bəhrələnən Z. 

Gökalp bütün h

əyatı  boyuncatürkçülük  məfkurəsi,  türk  birliyinin  reallaşdırılması 

uğrunda mübarizə aparmış ictimai xadim, millətçi şair idi. “Z. Gökalp 1910-cu ilə 

q

ədər Osmanlıçı görüşə sahib idi. Istibdad illərində hürriyyət və məşrutə fikirləri o 



zamankı Türk aydınlarının önəmli bir bölümünü təsiri altına aldığı kimi, Gökalpa 

da t


əsir göstərmişdi.  

Z.Gökalp 1911-ci ild

ə Səlanikdə məskunlaşaraq “Gənc Qələmlər” dərgisində 

yazmağa başladıqdan sonra, türkçü düşüncəni qəbul etmiş fikir adamları arasında 

ön

ə çıxmağa başlamışdır. Əli Canip və Ömər Seyfəddinlə yürütdükləri Türkcəçilik 



mücadil

əsi onu türkçülüyə daha da sıx bağlamışdır” (2, 27-28). 1911-ci ildə nəşr 

etdirdiyi “Turan” şeirində -“Vətən böyük və müəbbəd bir ölkədir; Turan”, - deyə 

yazaraq yer üzünd

əki bütün türklərə  Vətəninin  Turan  olduğunu  elan  etməklə, 

əslində, türk millətini Turan uğrunda birgə mübarizəyə səsləmiş oldu.  

1923-cü ild

ə  yazdığı  “Türkçülüyün  əsasları”  əsərində  türkçülüyün tarixinə 

n

əzər salan, “Türkçülük nədir?” sualını cavablandıran Z. Gökalp özünün bu sahə-



d

əki  görüşlərini  geniş  şərh etməklə  millət,  cəmiyyət,  dövlət  haqqında  mülahi-

z

ələrinə geniş yer ayırır, millət məfhumunu izah edərək ona belə bir yozum verir: 



“Mill

ət nə irqə, nə qövmə, nə coğrafiyaya, nə siyasətə, nə də iradəyə bağlı bir top-

luluq deyildir. Mill

ət dil, din, əxlaq və bütün gözəl sənətlər – estetika baxımından 

ortaq olan,  y

əni eyni tərbiyəni görmüş fərddən ibarət bir zümrədir. Türk kəndlisi 

ona “Dili dilim

ə  uyğun,  dini-dinimə  uyğun”-  deyərək tərif verir”  (3,  35).  Z. 




AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

87 


 

Gökalpa gör

ə,  insan mənəviyyatı  onun  maddiyyatından  öncə  gəldiyi üçün 

milliyy


ətdə  şəcərə  yox,  tərbiyə  və  ülkünün  –  məfkurənin  milli  olmasını  aramaq 

daha düzgündür. Mü

əllifin fikrincə, “İnsan tərbiyəsilə böyüdüyü cəmiyyətin ülküsü 

–  m


əfkurəsi  uğrunda  həyatını  fəda edə  bilir.  Halbuki  ağlı  ilə  özünü  bağlı  hesab 

etdiyi yabançı – yad toplum – cəmiyyət uğrunda cüzi bir çıxarını – mənfəətini belə 

f

əda edə bilməz. Bir sözlə, insan tərbiyəcə ortaq olmadığı bir toplum – cəmiyyət 



içind

ə  yaşarsa,  bədbəxt olar”  (3,  35-36).  Aydın  olduğu  kimi,  Z.  Gökalpın 

milliyy

ətçi düşüncəsi, əslində, müxtəlif millətləri xoşbəxt edəcək bir türk cəmiyyəti 



modelini ir

əli sürür.  

 Z.  Gökalp türkçülüyün mahiyy

ət və  məramını  mükəmməl  bir  şəkildə izah 

ed

ərək,  türkçülüyün  proqramını  işləyib  hazırladı.  Böyük mütəfəkkir türkçülük 



m

əfkurəsini böyüklüyü baxımından üç dərəcəyə ayıraraq bu şəkildə qruplaşdırır: 

1.

 

Türkiy



əçilik.  

2.

 



Oğuzçuluq, yaxud Türkmənçilik.  

3.

 



Turançılıq.  

Müt


əfəkkir türkiyəçilikdə  Türkiyədə  yaşayan,  Oğuzçuluqda  isə  Türkiyədə, 

Az

ərbaycanda,  İranda,  Xarəzm bölgəsində  yaşayan  Oğuz  türklərinin  – 



türkm

ənlərin birləşdirilməsi problemini qoyurdu. Və bu birliyi müasir dövr üçün 

h

ələlik yalnızkültürcə - harsca birləşmə kimi irəli sürürdü.  



 Z. 

Gökalpın  türkçülük  ideyasının  əsasında  100  milyon  türkün  bir  millət 

halında  biləşməsini təmin edən Turan məfkurəsi xüsusi əhəmiyyətə  malik təməl 

daşı kimi dayanmaqdadır. “Turan məfkurəsi olmasaydı, türkçülük bu qədər sürətlə 

yayılmayacaqdı.  Bununla bərabər,  kim bilir,  bəlkə,  gələcəkdə  Turan ülküsünün 

gerç


əkləşməsi də mümkün olacaqdır. Ülkü gələcəyin yaradıcısıdır. Dünən türklər 

üçün x


əyali bir məfkurə durumunda – halında olan milli dövlətbu gün Türkiyədə 

bir h


əqiqət olmuşdur” (3, 38), - deyə yazan Z. Gökalp Turanı “bütün türk ellərini 

için


ə alan türk toplumundan ibarət” bir dövlət olaraq təqdim edirdi. Türk birliyinə, 

türk d


əyərlərinə  əsaslanan dövlətin hasilə  gəlməsi üçün Z.  Gökalp “Türkçülüyün 

proqrqmı” adlı 8 bölümdən ibarət mükəmməl bir milli proqram irəli sürdü ki, bu 

proqrama 

əsaslanaraq kamil bir millətə, qüdrətli bir dövlətə sahiblənməyin mənəvi 

yollarını daha aydın anlamaq mümkündür.  

Z.  Gökalp türkçülük m

əfkurəsini  öz  şeir  yaradıcılığının  da  əsas qayəsinə 

çevirmiş,  böyük  idealını  poetik  yolla,  bədii-fəlsəfi  şəkildə  bütün  türk  dünyasına 

çatdırmağa çalışmışdır. Şairin “Turan” şeri türk millətinin qədim tarixini, damar-

lardakı qanla bu günkü türklərə ötürülən əzəmət, vüqar, şan və ehtişamını təqdir 

edir, 

Oğuz  xanın,  Atilla və  Çingizin  varlıq  və  hakimiyyətinin tarixdə  yox olma-



dığını, damarlarımızda, nəbzimizdə bərqərar olduğunu, Turan eşqiylə mübarizəyə 

qalxmağa ilham verdiyini bəyan edir: 

N

əbzlərimdə əvət, çünki elm üçün mübhəm 



Qalan Oğuz xanı qəlbim tanır tamamilə,  

Damarlarımda yaşar şan və ehtişamıyla 

Oğuz xan, iştə budur könlümü edən mülhəm: 

V

ətən nə Türkiyədir Türklərə, nə Türküstan 



V

ətən böyük və müəbbəd bir ölkədir Turan... (2, 74).  

Qeyd edildiyi kimi,  Z. 

Gökalpın türkçülük düşüncəsinin formalaşmasında 

Ə.  Hüseynzadənin siyasi fəaliyyətinin,  millətçi  görüşlərinin  əvəzsiz təsiri  olmuş-

dur.  “Türkçülüyün tarixi”ni yazark

ənZ.  Gökalp  qeyd  edir:  “Rusiyadan  İstanbula 



Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə