Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə48/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   44   45   46   47   48   49   50   51   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

102 


 

irrasional m

ənzərəsinə uyğun gələn bir bədii-estetik konsepsiya hesab etmək olar. 

Totalitar düşüncənin ideoloji prinsiplərinin rəhbər tutulduğu, sosialist realizminin 

hakim oldugu bir dövrd

ə modenizmə qarşı dözümsüzlük özünü açıq-aydın büruzə 

vermış,  mürtəce burjua sənəti ilə  realist sənət  arasında  mubarzə  kimi dəyərlən-

dirilmişdir. Modernizmə qarşı mübarəzənin kökündə heç şübhəsiz ki, onun (moder-

nizmin-D.  Z.)  h

əyat,  gerçəklik,  müasirlik,  insan  haqqında  təsəvvür və  anlayışla-

rında sosialist realizminə əks mövqe nümayiş etdirməsi dayanırdı.  

Əsrin  əvvəlləri  (1900-1920)  rus  ədəbiyyatında,  xüsusilə,  poeziyada mo-

dernizmin çiç

əklənməsi dövrü kimi xarakterizə olunur. Bu dövrün aparici simaları-

N. Qumilyev, V.Mayakovski, A.Blok, S.Qorodeçki, V.Bryusov, V.

İvanov, A. Kru-

çe

nıx, V. Xlebnikov, B. Pasternak, A. Axmatova və b.) ədəbiyyatı yeni mövzu və 



obrazlarla z

ənginləşdirdilər.  Urbanizasiya,  şəhər tematikasıpoeziyanın  başlıca 

mövzusuna çevrildi. M

əlumdur ki, tarixin müəyyən dönəmlərində bəzi şəhərlərxal-

qın  taleyində  əhəmiyyətli  rol  oynamışlar.  Şəhər  obrazı  rus  modernist-futurist 

poeziyasında  əsas yerlərdən birini tutdu.  Rus  poeziyasının  “gümüş  dövrü”kimi 

xarakteriz

ə  olunanXX  əsrdə  şəhər mədəniyyətinin  gur  inkişafı  bu  movzuya 

muraci

əti daha da aktuallaşdırdı. Məxsusi bir şəhər fəlsəfəsi, şəhər mifləri şeirlər, 



poemalar, h

ətta romanlar yaranmağa başladı.  

Bakı  obrazının  rus  modernist  (futurist)  poeziyasında,  tədqiqinə  iki kon-

tekstd


ən  yanaşmışıq:  birinci,  Paytaxt  Bakının  rus  modernistlərinin həyat və 

yaradıcılığına təsiri; ikincisi,  ayrı-ayrı  şairlərin  yaradıcılığının  poetikası əsasında, 

Bakı obrazının tədqiqi.  

XX 


əsrdə sənət adamlarının əyalətlətdən şəhərə axını başlayır və poeziya 

bir növ “şəhərləşir”. Bu dövrü sənət adamlarının Qafqaza yürüşü ilə də xarakterizə 

etm

ək olar.  Bu da Qafqazda,  o cümlədən Azərbaycanda  ədəbi-bədii həyatın, 



inc

əsənətin müxtəlif növlərinin və çeşidli ədəbi cərəyan və istiqamətlərin çiçələnm-

əsinə  səbəb oldu.  Tanınmış  alim,  rus mədəniyyətinin gozəl bilicisi Con Boult 

h

əmin dövrü belə  xarakterizə  edir: “Cənuba üz tutan rus futuristləri, akmeistləri, 



kubofuturistl

əri S. Qorodeçkiy, V. İvanov, V. Kamensiy, A. Kruçenıx, О. Mandelş-

tam v

ə  b.  əsərlərini çap etdirir,  məruzələrlə  çıxış  edirdilər.  ” Bu dövru C.  Boult 



Qafqazada m

ədəni oyanış adlandırır və Tiflis ədəbi mühütini muhacirətin fenomeni 

hesab edir.  Amma bununla bel

ə,  1919-cu ildən  başlayaraq,  Bakıdanrus  moder-

nistl

ərinin muhacirət yaradıcılığının mərkəzi kimi bəhs edir. Doğrudan da, həmin 



dövrd

ə  Tiflisdən  Bakıya  rus  futurist  şeirinin  nümayəndələrinn  axını  başlayır. 

Əlbəttə ki, Bakıya üz tutan sənət adamları yalnız romantika axtarışındadeyildilər. 

S

əyahətin,  daha dogrusu,  mühacirətin  əsas məqsədi  yaşamaq,  yaratmaq üçün 



əlverişli  məkan  axtarişı  idi.  Neft sənayesinin  inkişaf  etdiyi,  liman  şəhəriBakı 

muhacirl


ər ücün etibarlı dayanacaq rolunu oynaya bildi.  

XX 


əsrin  əvvəllərində  Bakıda  teatr  yetərincə  inkişaf  etsə,  də  ədəbi həyat 

“Şairlərinin sexi”

1

n

ə  qədər yox dərəcəsində  idi.  Bu “Sex” də  demək olar ki



Tiflisd

əki  qrupdan  dagılanlardan  ibarət idi.  1917-1919-cu illərdə  Tiflisdə  onlarla 

ədəbi dərnəklər,  klublar fəaliyət göstərdiyi halda,  Bakıda  ancaq  1919-cu ilin 

                                                           

1

“Şairlərin sexi” XX əsrin əvvəllərində Sankt-Peterburqda yaranmış, sonra isə Moskvada, 



Gurcüstanda, Bakıda, Berlində və Parisdə fəaliyyətini davam etdirmişdir. Şairlərin sexi” nin ilk 

yaradıcısı Qumilyev və Qorodeçki olmuşdur. (1911). Ədəbi birliyi “sex” adlandırmaqla poeziyanı 

peşə, sənət ilə eyniləşdirir və onun da böyük zəhmət tələb etdiyinə diqqət yönəldirdirdilər 



AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

103 


 

avqustunda M. 

Qellerşteyn tərəfindən “Şarlər studiyası (”Studiya poetov”) yaranır. 

Çox kecmir ki, bu studiya 1919-

cu ilin noyabrın sonunda “Şairlərin sexi” adlıədəbi 

m

ərkəzlə  birgə  fəaliyyətə  başlayır.  Bakıda  dögulmuş,  keşməkeşli  həyat  yaşamış 



Tatyana Tolstaya  (

Veçorka)nınxatirələrində  belə  bir qeydə  rast gəlirik:“Qafqaz 

ziyalıları  müasir  ədəbiyyatla o qədər də  tanış  deyillər.  Simvolistlərin  adını 

eşidiblər, futuristləri isə ciddi qəbul etmir, onların şeirlərinə əyləncə kimi baxırlar. 

Buna gor

ə  1919-cu ildə  “Şairlər sexi”nə  maraq  həddindən çox idi və  açıq 

yığıncaqlarında 500 yaxın iştirakçı olurdu. ” 

“Sex”int


əxminən 20 yığıncagı keçirilir. 1920-ci ilin aprelində sovet hakimiy-

y

əti qurulandan sonra, ziyalılardanvə dekadentlərdən ibarət olan “Sex”in fəaliyyəti 



dayandırılır. 1920-ci il yanvarından onun alternativi kimi “Fəhlə şairlərin dərnəyi” 

yaradılır. “İnqilabdan əvvəl də, sonra da Bakıda teatr və studiyalardan ibarət olan 

F

əhlə  klubu ciddi mədəni mərkəz  sayılırdı.  Bakıda  “41  dərəcəli kompaniya”



1

nın 


filiaiını yaratmaq cəhdi isə ugursuzluga düçar olur. Sovet hakimiyyəti qurulandan 

sonra da paytaxt Bakınınmədəni həyatı öz axari ilə davam edirdi. Ədəbi prosesin 

əsas simaları-Qorodeçkiy, Xlebnikov, Kruçenıx yeni hakimiyyətlə əməkdaşlıq edə 

bildil


ər.  

Sergey Qorodeçkiy 1916-

cı ilin yazında Qafqaza gəlir. Dahasonralar fəaliyyə-

tini  Bakıda  davam  etdirir.  “İskusstvo”  jurnalına  redaktorluq  edir,  Xalq Maarifi 

Komissarlığının studiyalarını, teatr dərnəkləri və ədəbi təşviqat mərkəzləri yaradır. 

1919-cu ild

ən  başlayaraq,  Bakı  nefti  və  Xəzər neftçiləri Sergey Qorodeçkiy 

yaradıcılığının  əsas movzusuna çevrilir.  Bu mövzuda ilk pyes yazan da məhz S. 

Qorodeçki olmuşdur. (“Tartalşik”) Əlbəttə, onun ədəbi irsi bununla məhdudlaşmır. 

Şairin Xəzər neftçilərinə həsr etdiyi silsilə şeirləri də məlumdur. Bu şeirlər “Al-qır-

mızı neft” (“Alaya neft”) başlığı altında toplanmışdır. Həmin poetik nümunələr ob-

razlılıgı,  kəskin ritmi və  qeyi-adi qafiyələri ilədiqqəti cəlb edir  (”neft  paytaxtı 

Bakı”,  ”Odlar yurdu Azərbaycan” və  s.)  Bir sözlə.  Bakı  Qorodeçkinin  diqqətini 

bütünlükl

ə cəlb etmiş, onun ilham pərisinə çevrilmişdir. (“Sabunçi”, ”Zıg”) Şairin 

g

əldiyi qənaət ondan ibarətdir ki,  sənətkar  üçün  neft  istehsalı  bitib-tükənməyən 



mövzudur.  S.  Qorodeçkininfikrinc

ə, neft buruqlarının silueti məxsusi bir poeziya 

il

ə  əhatə  olunmuşdur,  əsil həyat  ordadır.  “Nəhəng qazançalarda sonsuz zəhmət 



hasabına  hərarətin,  işığın  və  hərəkətin  daşıyıcısı  neft  nəfəs  alır,  yaşayır  və 

yenil


ənir. “ 

1914  –


сü  ildəQafqaza gələn  KruçenıxTiflisdə  “Futuristlərin  sindikatı”nıbir 

q

ədər sonra isə “41 dərəcə” qrupunu yaradır. 1920 –ci ildə Bakıya gələrək, əvvəlcə 



d

əmir  yolunda  işləyir,  sonra isəRusiya  Teleqraf  Agentliyinin  Bakı  şöbəsinə 

r

əhbərlik edir. 1921-ci ildə Bakıda “Cəfəng dilhaqqında deklarasiya”nıçap etdirir.  



Vyaçeslav  İvanov  isə  Bakı  Dövlət  Univetsitetində  muəllim  işləməklə  bərabər, 

doktorluq  dissertasiyasıda  mudafiə  edir.  Bakı  ədəbi mühütinin canlanmasinda V. 

İvanovun  xidmətlərini  göz  ardı  etmək ədalətsizlik  olardı. V.  İvanov  və  onunpro-

fessor h


əmkarlarının  (Tomoşevski,  Qulyayev və  b.)tez-tez  toplaşdığı  və  istirahət 

etdiyi m


əkan  Bakının  Zıg  qəsəbəsi idi.  V.  İvanov  Zığa  heyranlığını  belə  dilə 

                                                           

1

 “41 d


ərəcələi kompaniya” nın mərkəzi Tiflisdə yerləşirdi. Fəalları da İlya Zdaneviç, Aleksey 

Kruçenıx və İqor Terentyev idi. Bu ədəbi birlik rus avanqardizminin fakti kimi təsbit edilir və öz 

ideyalari il

ə dadaizmə yaxın idi. - 




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə