Azərbaycan dünya əDƏbiyyatinda beynəlxalq Simpoziumun materialları



Yüklə 9,15 Mb.
Pdf görüntüsü
səhifə52/273
tarix11.07.2018
ölçüsü9,15 Mb.
#55068
1   ...   48   49   50   51   52   53   54   55   ...   273

AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

111 


 

Sevdiğimi yanımda 

Kolkola el ele 

Sarmaşdolaş sokaklarda 

Bir de  

Aşk sözleri dudaklarının ucunda (Şahoğlu, 2002: 13) 

 

Ama yen



ə də bu şirin və gözəl dünyadan ayılıb öz yalnızlığı ilə baş-başa qa-

lan şairəyə elə gəlir ki, yalnız meydanlar qəhqəhələrlə ona gülürlər. Amma yenə də 

şairənin yalnızlığında həmdərd yeri Xəzər sahilləri olduğu kimi, Bakı küçələridir: 

 

Dolaştım sokaklarını Bakü`nün 



Çıplak ayakla,  

Anlattım yerdeki taslara 

Anlatamadığım,  

Dinletemediğim yalnızlığımı 

İnsanlara... (Şahoğlu, 2002: 13) 

 

T

əbii ki,  Hasibə  Şahoğlunun  yaradıcılığında  Azərbaycanla  bağlı  şeirlər 



arasında “Azərbaycan” şeiri diqqəti xüsusilə cəlb edir. Əsərin hər misra və ifadə-

sind


ə böyük sevgi hiss edilir. Anma mərasimlərində dost və qardaş ölkənin sevin-

cin


ə şərik olan, gedənlərin arxasınca həzin-həzin əl sallayan, ləhcələri oxşar olan 

bu ölk


ə  bir diplomat və  şairə  kimi onun qəlbində  əvəz edilməz yer tutur.  Azər-

baycan  xalqına  məxsus olan yemək mədəniyyəti,  rəqsi,  qonaqpərvərlik kimi cə-

h

ətlər qohum xalqın nümayəndəsinə yad ölkədə deyil, öz vətənində olma təəssüratı 



verir. Bu m

əkan onun ürəyində əbədi məskənlərdən birinə çevrilir: 

 

Ben Azerbaycan`ı sevdim 

Paylaştım tarihle,  

Kültürümle, ceddimle 

Sevdim ve yüreğime  

Koydum  

Tümüyle... (

Şahoğlu, 2002: 19) 

 

M

əlum  olduğu  kimi,  Türkiyədə  və  Kıbrısda  Novruz  bayramı  digər türk 



xalqlarında  olduğu  qədər qeyd edilmir və  bu  baxımdan  Azərbaycanda bayram 

şənliyini  yaşayan  diplomat  bununla  bağlı  bəzi etnoqrafik və  kulinariya ilə  bağlı 

xüsusiyy

ətləri də şeirlərində əks etdirir: 

 

...Rakkaseler dans eder 

Cambazsa ip gezer.  

Çocuklar luna parkt 

Zogal, 

şekerbura en başta,  

Nevruz Azerbaycan`da 

Kutlanır mutlaka aşla. (Şahoğlu, 2002: 25-26)  

 

Az

ərbaycan siyasi tarixində  diplomatik fəaliyyəti ilə  rol oynayan Hasibə 



xanım eyni zamanda bu ölkənin yaxın keçmişində baş vermiş zəlzələni də poeziya-


AZƏRBAYCAN DÜNYA ƏDƏBIYYATİNDA Beynəlxalq Simpoziumun materialları 

112 


 

sında əks etdirmişdir. 25 noyabr 2000-ci il tarixində baş verən Bakı zəlzələsi şeirdə 

insan v

ə təbiət, insan və Allah kontekstində işlənilmişdir. Ümumiyyətlə, zəlzələni 



“Tan

rının toz alma günü” kimi tərif edən müəllif bu fəlakətdə yaşananların sanki 

video t

əsvirini verərək,  o  anda  yaşanan  qorxu,  ümid və  dua  anlarını  birlikdə 



yaşadır: 

Kendiliğine açılıp kapanan kapılar,  

Düşen devrilen dökülen eşyalar,  

Çatlayan duvarlar, tavanlarda sallanan avizeler 

Bir felaket haber

cisi gibi şangırdayan aynalar... 

 

Ne duraklamak, ne sakin olmak,  

Ne de bir kemer altında konaklamak 

Çare yok ölümü ensende hissedersin 

Elinden birşey gelmedikçe, çaresizce çırpınırken 

Tekce defalarca Tanrıya dua edersin... (Şahoğlu, 2002: 44) 

 

Bel



əliklə,  Hasibə  Şahoğlu  poeziyasında  Azərbaycan  mövzusu  davamlı 

şəkildə  qələmə  alınmaqda  və  bu ölkəyə,  “ela  gözlerimin  nazlı  yaşı”  (2007: 76) 

adlandırdığı Xəzərə olan sevgisi vurğulanmaqdadır. “Xəzər çiçəyi”ndən bir dəstə 

gül bağlayan şairə Azərbaycan sevgisini ifadə etməkdədir.  

 

2.

 

Az



ərnamə” 

Müasir Kıbrıs türk poeziyasında özünəməxsus tərzdə şeirləri ilə yaradıcılıq 

yoluna malik olan Tayfun Yücer yaradıcılığında da Azərbaycanla bağlı şeirlərə rast 

g

əlirik.  Bu  baxımdan  “Azərnamə”  adlı  şeir  diqqəti cəlb edir.  Bu  şeir  sərbəst 



v

əzindədir və Bakıda19 mart 2003-cü il tarixində qələmə alınmışdır. Kıbrıslı şair 

KIBATEK 

ədəbiyyat  şöləninə  qatılan  nümayəndə  heyətinin tərkibində  Bakıya 

g

əlmiş, burada keçirilən Novruz şənliklərini də izləmiş və Novruz tonqalının gənc 



bir qızın gözlərinə əks olunduğu qığılcımlar onun ilham qaynağı olmuşdur:  

 

gaşlar göze göçmen 



nasıl çizsem ki portresini 

 

cam gibi bakar 

azeri kızının badem gözleri

1

 

 

Hasib



ə Şahoğlunun poeziyasında olduğu kimi, burada da Xəzər dənizi xü-

susi 


əhəmiyyət daşıyır: “hazar buz tutmuş yine” Xüsusilə də Xəzri küləyi və Bakı-

nın  bahar  soyuğu  onun  könlünü  üşüdür  və  şair  Azəri  qızının  gözlərində  isinmək 

ist

əyir. Bakı isə azğın bir rüzgar kimi səciyyələnir. Beləliklə, şəhərin təbiəti, soyuq-



luğu ilə şairin qəlbi, eləcə də baharın gəlişi arasında təzad yaradılır: 

 

bakü 

azgın 

                                                           

1

Tayfun Yücerin şerini əldə etməyimizə yardım etdiyi üçün KKTC Lefke Avropa Universitetinin 



əllimi Yrd. Doç. Dr. Nazim Muradova təşəkkür edirik.  




Yüklə 9,15 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   273




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə