Azərbaycan əDƏBİ DİLİNİn normalari


Yazılı nitqdə nida işarəsi



Yüklə 146,24 Kb.
səhifə13/20
tarix04.01.2023
ölçüsü146,24 Kb.
#98168
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   ...   20
NORMALAR

3. Yazılı nitqdə nida işarəsi. Nida işarəsi yazılı nitqdə emosionallığı ifadə edir və aşağıdakı hallarda işlənir:
a) nida sözlərindən sonra. Məsələn:
A! A! A! Dəlidən doğru xəbər. Qoçaq, gəl sən də bi­zim­lə, məhkəmədə elə bu sözləri de (C.Cabbarlı, “Vəfalı Səriyyə”); ― Oy! ― deyə mən ilandan qorx­muş adam rolunu elə oynadım ki, Murad mənim həqiqətən bərk qorx­du­ğumu zənn edərək oğlana sərt bir nəzər saldı (İ.Əfəndiyev, “Söyüdlü arx”; ― Oho! Baş üstə, damade-əziz, belə mənim bu gözlərim üstə (Ə.Hacızadə, “Əf­sa­nəsiz illər”);
b) xitablardan sonra. Məsələn:
Hey, Dirsə xan! Mənə qəzəb etmə! İncinib acı sözlər söyləmə! (“Ki­ta­bi-Də­də Qorqud”);
Salam, Fərhad Fərhadzadə!
Salam, yoldaş müdir! (S.Rəhimov, “Ana abidəsi”);
c) bəli, hə, xeyr, yox sözlərindən sonra. Məsələn:
O ağbaş kişi onun əridi?
Hə!! ― Əbdül qeyri-ixtiyari cavab vedi (Ə.Hacızadə, “Əfsanəsiz illər”);
Birdən müəllim bir şeydən qorxmuş kimi diksinərək:
Yox! ― dedi. Bu mümkün deyil! (İ.Əfəndiyev, “Xəncər”)”
ç) nida cümlələrindən sonra. Məsələn:
Mehman bildi ki, anası bütün gecəni yatmayacaq, oğlunu sorğu-suala tu­­ta­caq, — yox, oğlum, deyib, ağlayıb-sıtqayacaq. — Bəs necə olsun?.. “Ax­şa­mın xey­­rindən sabahın şəri!” (S.Rəhimov, “Mehman”); — ... Əgər sən, ba­laca tifil, mən boyda axundun bütün buyruqlarına can-baş­­la əməl etsən, o kö­təklər, şillə-şapalaqlar səndən ötrü həm əvvəliminci, həm də axı­­rımıncı olacaqdır! (S.Rəhimov, “Ana abidəsi”);
d) əmr cümlələrindən sonra. Məsələn:
Uşun Qocaya çapar gəldi: — Muştuluq. Gözün aydın! (“Ki­ta­bi-Də­də Qorqud”); Gəlib stəkanları yığışdıran Bəyim: ― Qədir dayı, bax, atama sataşma ha! ―deyə onu hədələdi (İ.Əfəndiyev, “Su dəyirmanı”); Jaketini gey! deyə Cəmil arxadan səsləndi (İ.Əfəndiyev, “Gülaçar”).

Yüklə 146,24 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə