40
müsəlmanların bu qəflətindən istifadə edib, Peterburqdan xüsusi surətdə yüz
otuz xəfiyyə mə'muru göndərərək, türklər ilə ermənilər arasında icra etdiyi
propaqanda ilə biri digəri əleyhinə silah işlətməyə təşviq və əsrlərcə yaxşı
keçinən iki milləti biri digərinə qırdırdı".
1
1905-ci il fevralın 6-da Bakıda bir nəfər azərbaycanlının ermənilər
komitəçiləri tərəfindən öldürülməsi ilə başlanan erməni-müsəlman qırğınları
bir çox müəlliflərin iddia etdikləri kimi bir təsadüf nəticəsində deyil, məhz
bütün Qafqazın varlı ermənilərinin zaman-zaman cəm olduqları bir şəhərdə
planlı şəkildə baş vermişdi. Ermənilər Bakıda erməni milyonerlərinin köməyi
ilə istədiklərinə nail olacaqlarına, Bakının neft səltənətini əllərinə
keçirəcəklərinə və bundan sonra bütün Zaqafqaziyadan müsəlmanları silah
gücünə qovub Ermənistan dövləti yaradacaqlarına əmin idilər. Fevralın 6-dan
10-a qədər Bakıda şiddətlə davam edən qırğınlar zamanı hər iki tərəfdən
tələfat min nəfərə çatsa da, ermənilərin niyyətləri baş tutmamış və məğlub
olmuşdular.
2
Ermənilər fevralın 21-23-də İrəvanda da qırğınlar törətmişdilər.
M.S.Ordubadi "Qanlı illər" kitabında verdiyi məlumata görə, ermənilərin
növbəti fitnəkarlığı 1905-ci il mayın 5-də Naxçıvan qəzasının Cəhri kəndində
üç nəfər müsəlmanın ağır yaralanması və mayın 7-də bir nəfər müsəlmanın
Tunbul kəndində öldürülməsi ilə yenidən qızışır. Mayın 8-də İrəvan vitse-
qubernatoru Baranovski, İrəvan şəhər qlavası Ağamolovla birlikdə Naxçıvan
şəhər qlavası Cəfərqulu xan Naxçıvanski Naxçıvana gəlirlər. Qırğınlar ara
vermədiyi üçün Tiflisdən general Əlixanov Avarski də Naxçıvana göndərilir.
Ermənilər Naxçıvanda da məğlub olduqlarından növbəti iğtişaşları İrəvanda
törədirlər. Ermənilərin məqsədi ilk növbədə İrəvan və onun ətraf kəndlərini
müsəlmanlardan təmizləmək, sonra isə M.S.Ordubadinin təbirincə,
«İrəvandan Naxçıvana qədər yol üstə yerləşən islam kəndlərini dağıtmaqla
İrəvan ermənilərini Naxçıvanda hazır əsgəri qüvvələrlə birləşdirmək,
Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb Zəngəzur
könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvəni bitişdirmək kimi alçaq
xəyallar»dan
3
ibarət idi.
Mayın 23-də ermənilərin Qarsaçay bağçasında müsəlman gənclərinə
hücumu ilə İrəvanda qırğınlar başlanır. Mayın 31-də İrəvanda qırğınlar
dayandırılsa da, ermənilər ətraf müsəlman kəndlərinə hücum etməyi qərara
alırlar. Elə həmin axşam ermənilər Qırxbulaq mahalının Gözəcik kəndinə
1
Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992, səh. 106.
2
Ордубади М.С., «Qanlı illər», Bakı, 1991, səh. 7.
3
Ордубади М.С., göstərilən əsəri, səh.119.
41
hücum edirlər. İyunun 2-də 10 min nəfərlik erməni alayı Məngüs kəndinə
hücum edir. Dağılmış 12 müsəlman kəndinin əhalisi Təzəkəndə qaçır.
Ermənilər iyunun 3-də Güllücə kəndinə hücum edirlər. Silahsız əhali Tutiyə,
Damagirməz, Kamal kəndlərinə qaçır. Qırğınlar 18 gün davam edir. İyunun
3-də Abaran, Şörəyel, Pəmbək və Aleksandropol erməniləri Eçmiədzin
(Üçkilsə) qəzasının Üşü kəndinə hücum edir, iyunun 8-də müsəlmanlar kəndi
tərk edirlər. İyunun 9-da ermənilər Pərsi, Nəzrəvan, Kiçikkənd, Kötüklü,
Qoşabulaq, İrku, Əngirsək, Təkiyə kəndlərini dağıdırlar. İyunun 10-da
ermənilər Eçmiədzində 10 kəndi dağıdırlar. M.S.Ordubadi 1905-ci ildə
indiki Ermənistan ərazisində ermənilərin törətdikləri soyqırımını belə
səciyyələndirmişdi: «İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib
islam millətini yandırmaqda, boğmaqda idi».
1897-ci ildə İrəvan quberniyasında azərbaycanlı əhali 313176 nəfər
olduğu halda, 10 ildən sonra – yəni 1907-ci ildə 302965 nəfər qalmışdı.
Deməli, 1905-ci və 1906-cı illərdə İrəvan quberniyasında əhalinin 10 illik
təbii artımından 10 min nəfər artıq azərbaycanlı qətlə yetirilmişdi.
İrəvan quberniyasında öz məqsədlərinə nail olan erməni silahlı
dəstələri Qarabağda qırğınlar törətməyə başlamışdılar. İyunun 1-dən başlayan
erməni hücumları nəticəsində Cəbrayıl-Qaryagin bölgəsində Veysəlli, Qacar,
Çəmənli, Arış, Qışlaq, Məzrə kəndləri darmadağın edilir. Avqustun 16-da
Şuşada qırğınlar törədilir.
1905-ci ilin noyabrında Gəncə şəhərində, Cavanşir və Qazax
qəzalarında, Tiflis şəhərində ermənilər iğtişaşlar törədərək minlərlə günahsız
azərbaycanlını qətlə yetirirlər.
Erməni müəllifi S.Zavaryanın verdiyi məlumata görə həmin dövrdə
Şuşa qəzasında 12, Cavanşir qəzasında 15, Cəbrayıl qəzasında 5, Zəngəzur
qəzasında 43 (cəmisi 75 kənd) müsəlman kəndi dağıdılmışdır.
1
1906-cı ildə Tiflisdə Qafqazın canişini Vorontsov-Daşkovun
təşəbbüsü ilə erməni-müsəlman qırğınarına son qoymaq məqsədilə sülh
konfransı (məclisi) keçirilir. Həmin konfransda müsəlman nümayəndələri
Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və
başqaları "Daşnaksutyun" partiyasının niyyətlərini ifşa edir, onun Qafqazda
törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərir,
1
Заварян С., Экономические условия Карабаха и голод 1906-1907 г., Перевод с
армянского, С.Петербург, 1907, səh. 61.
42
rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta
yetirilər.
1
Lakin bu konfransın keçirilməsindən bir qədər sonra erməni silahlı
dəstələri yenidən qırğınlara başlamışdılar. Bakıda və Şuşadakı ikinci
məğlubiyyətlərindən sonra "Böyük Rusiya inqilabı söndü, biz işləri sona
çatdıra bilmədik" deyə 1906-cı ilin yayında Qarabağdan Zəngəzura yol
açmaqdan ötrü İrəvan, Abaran, Aleksandropol, Şörəyel ermənilərinə
teleqramlar göndərərək
əsgər toplamışdılar. İrəvandan Zəngəzura,
Zəngəzurdan Qarabağa qədər yol boyunca erməni əhalisinin sayı olduqca az
idi. Ona görə də erməni komandalarına yol üstündə yerləşən müsəlman
kəndlərinə hücum etmək əmri verilmişdi.
Ermənilər təkcə 1906-cı ilin avqust ayında Zəngəzur qəzasında
Xələc, Karxana, Qatar, İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar,
Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud, Zurul, Cuman, İyilli-Sənalı,
Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq və başqa kəndləri yerlə yeksan
etmiş, azərbaycanlı əhalisinə qarşı soyqırım törətmişdilər.
2
Ümumiyyətlə, 1905-1906-cı illərdə
İrəvan və
Gəncə
quberniyalarında 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi viran edilmiş,
əhali soyqırıma məruz qalmışdır.
1
Ордубади М.С., göstərilən əsəri, səh. 105-116; Кавказский календарь на 1913,
Тифлис, 1912, səh.66.
2
Ордубади М.С., göstərilən əsəri, səh.126-140.
Dostları ilə paylaş: |