Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan



Yüklə 265,68 Kb.
səhifə88/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   ...   84   85   86   87   88   89   90   91   ...   96
az tarix en yeni — копия

Yanvarın 15-də SSR Ali Soveti Rəyasət Heyəti rəhbərliyinin müraciəti əsasında SSRİ Ali Soveti Rəyasət Heyəti “DQMV bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan olunması haq- qında” fərman verdi (91, s. 37, 40). Bakı və ətraf rayonlara əlavə qüvvələr gətirildi.
Sovet ordusunun dəstəyi ilə erməni hərbi hissələri əvvəl Nax- çıvanda hücuma keçdilər. Xalqın tələbi ilə yanvarın 19-da Nax- çıvan MSSR-in Ali Soveti Muxtar Respublikanın SSRİ tərki- bindən çıxması haqqında qərar qəbul etdi.
SSRİ Ali Sovetinin Rəyasəti Heyəti yanvarın 20-də saat 00- dan “Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqın- da” fərman verdi (91, s. 82). Lakin fərman xalqdan gizlədildi. Əhaliyə məlumat verilməsin deyə, yanvarın 19-da axşam saat 20- qalmış dövlət televiziyasının enerji bloku partladıldı. Yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakıya hücum edib, qanlı qırğın törətdi. Bakıda və digər rayonlarda 131 nəfər öldürüldü, 744 nəfər yaralandı, 400 nəfər həbs olundu, 4 nəfər itkin düşdü (58, s. 303; 60). “Qanlı yanvar”a etiraz olaraq 40 günlük ümummilli tə- til başlandı.
H.Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək imperiyanın Azərbaycana qoşun yeritdiyini, günahsız əha- liyə divan tutulduğunu bütün dünyaya bəyan etdi.
Gizlincə respublikadan qaçmış Vəzirovun yerinə Moskva
A.Mütəllibovu təyin etdi. Tarixin bu məsuliyyətli dövründə AXC artıq xalqa rəhbərlik edə bilmədi. Azərbaycan SSR Ali Sovetinin sessiyası mayın 19-da prezident vəzifəsi təsis etdi və A.Mütəl- libovu bu vəzifəyə seçdi. AXC-nin qeyri-ardıcıl mövqeyini görən xalq bu təşkilatdan uzaqlaşmağa başladı.
H.Əliyev 1990-cı il iyulun 20-də Bakıya gəldi. İqtidar onun Bakıda qalmasına imkan vermədi və o, Naxçıvana getdi. Sentyabrda H.Əliyev Azərbaycan SSR və Naxçıvan MSSR Ali Sovetlərinə de- putat seçildi. 1990-cı il noyabr sessiyasında Muxtar Respublika adından “Sovet sosialist” sözü götürüldü. Muxtar Respublika Ali Soveti Ali Məclis adlandırıldı. Noyabrın 21-də Ali Məclis 20 yan- var hadisələrinə düzgün siyasi qiymət verdi, günahkarlar ifşa edildi (45, s. 86-88). 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti sessiyasının qərarı ilə ölkə “Azərbaycan Respublikası” adlan- dırıldı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq olundu.
SSRİ-nin saxlanılması referenduma çıxarıldığı zaman H.Əli- yev onun əleyhinə çıxdı. 1991-ci il martın 17-də SSRİ-nin saxla- nılması ilə əlaqədar referendum keçirildi. Səsvermə saxtalaşdırıldı. Naxçıvan MR əhalisi referendumda iştirak etmədi. Sentyabrın 8-də Respublikada keçiriləcək prezident seçkilərində H.Əliyevin qələbə çalacağından ehtiyatlanan A.Mütəllibov konstitusiyaya prezident- liyə namizəd üçün maksimum yaş senzi daxil etdi və bu səbəbdən seçkilərdə öz qələbəsini təmin etdi.

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə