Azərbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə105/189
tarix24.12.2017
ölçüsü4,04 Mb.
#18030
1   ...   101   102   103   104   105   106   107   108   ...   189

kimi  ticarət  şəhərlərində  xüsusilə  çox  idilər.  XIX  yüzillyin  sonunda  şəhərlərin 

bütövlükdə  30  min  tacir  yaşayırdı  ki,  onlar  da  şəhər  əhalisinin  11%-ni  təşkil 

edirdilər  [185].  Həm  daxili,  həm  də  xarici  topdan-satış  ticarətilıə  məşğul  olan 

birinci  gildiya  tacirlərinin  əsas  hissəsi  Bakıda  cəmləşmişdi.  Yerdə  qalan  bütün 

digər  şəhərlərdə  II  gildiya  hissəsini  isə  xırda  ticarətlə  məşğul  olan  şəxslər  təşkil 

edirdilər. 

Şəhərlərin 

xırda 


burjuaziyası, 

hər 


şeydən 

əvvəl, 


sənətkar 

emalatxanalarının,  kiçik  ticarət  müəssisələrinin,  nəqliyyat  (at-araba)  vasitələri 

sahiblərindən və s. ibarət idi. Kənd təsərrüfatı ilə əlaqədar kəsmiş şəhərlilərin xeyli 

hissəsi də burjuaziyaya aid idilər. 1870-ci ildə onların sayı  100 min  nəfərə çatırdı 

ki, bu da Şimali Azərbaycanda şəhər əhalisinin əksəriyyətini təşkil edirdi. 1897-ci 

ildə onların sayı 68 min nəfərə enərək, şəhər əhalisinin ümumi sayının yalız 25%-

ni  təşkil  edən  zaman  mənzərə  əsaslı  surətdə  dəyişdi  [186].  Bu  onu  göstərirdi  ki, 

şəhərlər  getdikcə  daha  çox  özlərinin  xarakterini  itirir,  yeni  sənaye  görünüşü 

alırdılar.  Kənd  təsərrüfatı  ilə  məşğuliyyət  artıq  şəhər  əhalisinin  əsas  məşğulliyət 

artıq şəhər əhalisinin əsas məşğulliyyət sahəsi olmayıb, köməkçi xarakter daşıyırdı. 

Şəhərlilərin təsərrüfat fəaliyyətinin əsasd növləri isə sənətkarlıq, ticarət və sənaye 

istehsalı idi. 

XIX  yüzilliyin  ikinci  yarısında  başlayan  sənaye-texniki  tərəqqi 

ziyalılarının sayının artmasına kömək etdi. Belə ki, məhsuldar qüvvələrin inkişafı 

və  zehni  əməyin  tətbiq  edildiyi  sahələrin  genişlənməsi  alimlərin,  mühəndislərin, 

texniklərin  və  digər  mütəxəssislərin  çoxalmasını  tələb  edirdi,  dövlət  aparatının  və 

ölkənin  ictimai  strukturunun  genişlənməsi  isə  ideloji  funksiyaları  yerinə  yetirən 

məmurların,  qulluqçuların  və  ziyalıların  artmasına  təkan  verdi.  XIX  yüzilliyin 

sonunda  ziyalılar  aşağıdakı  əsas  sosial  qruplardan  ibarət  idi:  zadəgan-mülkədar, 

burjua, xırda burjua ziyalıları [187]. 

Ziyalıların  xeyli  hissəsi  iri  şəhərlərdə,  başlıca  olaraq  Bakı  və  Gəncədə 

toplanmışdı.  Onlar  öz  tərkibinə  görə  yekcins  deyildi.  Peşə  mənsubiyyəti 

baxımından  Şimali  Azərbaycan  ziyalıları  aşağıdakılardan  ibarət  idi:  1)  maddi 

istehsal  sahəsində  işləyən  ziyalılar  (mühəndislər,  texniklər,  poçt-teleqraf  və 

dəmiryol  qulluqçuları,  kənd  təsərrüfatı  mütəxəssisləri);  2)  mədəniyyət  sahəsində 

çalışan ziyalılar (maarif və tibb işçiləri, alimlər, ədiblər, rəssamlar və b.); 3) dövlət 

(inzibati, məhkəmə və digər müəssisələrin məmurları, şəhər və zadəgan məmurları, 

sənaye  və  ticarət  müəssisələrinin  inzibati  işçiləri,  hüquqşünaslar  və  b.).  Şimali 

Azərbaycan  şəhərlərində  yuxarıda  adları  çəkilən  peşələrin  35  min  nümayəndəsi 

yaşayırdı ki, bu da bütün şəhər əhalisinin 13%-ni təşkil edirdi [188]. 

Cəmiyyətin sosial strukturunda sayı 2 min nəfər olan və yaxud şəhərlilərin 

1,4  və  ölkə  əhalisinin  0,2%-ni  təşkil  edən  ruhanilər  mühüm  yer  tutmaqda  davam 

edirdilər.  1897-ci  ildə  onların  sayı  1500  nəfərə  qədər  azalaraq  şəhərlilərin  0,55 

faizini və Şimali Azərbaycanın bütün əhalisinin 0,8 faizini təşkil etdi [189]. 




İş  qabiliyyətli  şəhər  əhalisinin  bir  hissəsini  fəhlələr  təşkil  edirdilər.XIX 

yüzilliyin  sonunda  Bakıda  onun  xüsusi  çəkisi  çox  yüksək  idi  və  şəhər  əhalisi 

arasında  da  fəhlələr  böyük  yer  tuturdu.  XIX  yüzilliyin  sonlarında  Şimali 

Azərbaycanın çoxmillətli fəhlə sinfi təşəkkül tapmışdı. 

Əmtəə kapitalist münasibətlərinin inkişafı ilə şəhərlərin ixtisaslaşması da 

baş verirdi. Bakı dünya neft sənayesinin mərkəzinə, Rusiyanın dəniz və dəmir yolu 

daşımalarının ən mühüm məntəqələrindən birinə, böyük tranzit və ticarət, maliyyə 

və kredit müəssisələrinin inkişaf etdiyi mərkəzə çevrilirdi. 

Gəncə  ticarət  mərkəzi  olmaqla  yanaşı,  həm  də  mühüm  yol  daşımaları, 

şərab, konyak və spirt istehsalı məntəqəsi idi. Nuxada ipək sənayesi və ticarət daha 

yüksək  sürətlə  inkişaf  edirdi.  Şuşada  ipək,  yun  istehsalı  və  xalçaçılıq,  Qubada 

xalçaçılıq, Lənkəranda balıq sənayesi yayılmış, Şamaxıda ipəktoxuma istehsalı və 

şərabçılıq  cəmləşmişdi.  Yerdə  qalan  şəhərlər,  o  cümlədən  Naxçıvan,    Ordubad 

əsasən ticarət əhəmiyyətini qoruyub saxlayırdı. 

Şimali  Azərbaycan  şəhərlərində  sənaye  və  ticarət  müəssisələrinin  sayı 

xeyli  artmışdı.  1900-cü  ilə  yaxın  onların  ümumi  sayı  10  min  müəssisəyə,  o 

cümlədən  Bakıda  4365-ə,  Gəncədə  1425-ə,  Nuxada  810-a,  Şuşada  708-ə, 

lənkəranda 485-ə çatmışdı [190]. 

Şəhərlərin  ümumi  xərcləri  içərisində  məcburi  xərclər  –  müxtəlif  dövlət 

müəssisələrinin,  polisin,  ordunun  və  s.  saxlanılması  birinci  yerdə  dururdu. 

Şəhərlərin  abadlaşdırılmasına  ayrılan  xərclər  vacib  olmayan    xərclər  sırasına  aid 

edilirdi, onun miqdarı az idi və daima ixtisar edilirdi. Belə ki, 1879-1882-ci illərdə 

Bakı şəhərinin abadlaşdırılmasına bütün xərclərin 40-faizi ayrılmışdı, 1883-1888-ci 

illərdə bu, 15, 1895-1899-cu illərdə isə 12 faizə qədər azalmışdı. 

Səhiyyə  maarif  və  digər  ictimai  ehtiyaclara  ayrılan  vəsait  çoz  cüzi  idi. 

Şimali Azərbaycanda kapitalist sənayesinin inkişafı ilə əlaqədar istesalatda savadlı 

işçilərə  ehtiyac  yarandı.  Şəhərlərdə  ilk  peşə  məktəbləri  təsis  olundu.  Lakin 

ümumtəhsil  məktəbləri  kimi  peşə  məktəblərinin  də  sayı  çox  deyildi.  İşin  belə 

təşkili  şəraitində  şəhər  əhalisi  arasında  savadlıların  faizi  aşağı  olaraq  qalmaqda 

davam edirdi. Bakıda o, 1897-ci ildə 32,3 faiz, Şuşada 25 faiz, Gəncədə 23,3 faiz, 

digər şəhərlərdə isə daha aşağı idi [191]. 

Kapitalist  sənaye  mərkəzləri  olan  görkəmli  şəhərlərin    xarici 

görünüşlərində də diyişikliklər baş verirdi. Onlarda daş binalar üstünlük təşkil edir, 

ticarət-sənaye  burjuaziyasının  nümayəndələrinə  mənsub  olan  üç  və  dördmərtəbəli 

yaraşıqlı mülklərin tikintisi başlanırdı. Şəhərlərdə onlar üçün səciyyəvi olan məscid 

və kilsələrdən əlavə, yeni müəssisələr – teleqraf, poçt və elektrik stansiyaları, təhsil 

müəssisələri  tikilir,  yaşıllıqlara,  bağ  və  parkların  salınması,  küçələrin 

işıqlandırılması yaxşılaşırdı. 

Şəhər  nəqliyyatı  geridə  qalırdı.  Yalnız  1889-cu  ildə  Bakıda  konka  (at 

dəmiryolu)  fəaliyyətə  başladı.  Su  ilə  təchizat  yarıtmaz  halda  idi.  Şəhərlərdə 

kanalizasiya yox idi, antisanitariya hökm sürürdü. 



Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə